1940-cı ildə Əfrəsiyab Bədəlbəyli tərəfindən yazılmış "Qız qalası"
baletinin tamaşaya qoyulması ilə Azərbaycanın ilk baleti yaranmışdı.
Ədəbiyyat
Sovet hakimiyyət orqanları yarandığı gündən Azərbaycan
ədəbiyyatını inhisara almağa və onun əsas ideya istiqamətlərini
müəyyənləşdirməyə çalışırdı. 1920-ci illərdə Azərbaycan ədəbiyyatının əsrlərin
sınağından çıxmış qədim və çox zəngin irsi "proletar mədəniyyəti" adlandırılan
və olduqca ziyanlı bir ideologiyanın nümayəndələri tərəfindən inkar olunurdu.
"Proletar mədəniyyəti" tərəfdarları Nizami Gəncəvi və Mirzə Ələkbər Sabir
kimi dahi şairlərimizin əsərlərinə qarşı çıxış edir, onlara abidə ucaldılmasmı
"fəhlə sinfinin mənafeyinə xəyanət" kimi qiymətləndirirdilər. Belə ziyanlı
ideyalara qarşı çıxan Nəriman Nərimanov 1922-ci ildə açıq şəkildə yazırdı:
"türk uşaqları təkcə Puşkinin deyil, Şekspir və Şillerin də şerlərini oxuyub
öyrənməlidirlər. Ancaq onlar hər şeydən əwəl əsl xalq şairi Sabir, Vaqif, Zakir
və Vidadinin şerlərini bilməlidirlər."
Dostları ilə paylaş: