olunurdu.
Sovet hakimiyyəti Azərbaycanda ali təhsil sisteminin yaradılmasına
1920-ci illərin əvvəllərində başlamışdı və ədalət naminə demək lazımdır ki, bu
sahədə xeyli iş görmüşdür. 1921-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutu,
Azərbaycan Politexnik İnstitutu, Şərqdə ilk Konservatoriya və Ali Rəssamlıq
məktəbi, 1929-cu ildə Gəncədə Kənd Təsərrüfatı İnstitutu açılmışdı. Lakin hələ
Cümhuriyyət dövründə - 1919-cu ildə açılmış Bakı Dövlət Universiteti müxtəlif
İnstitutlara bölündüyündən 1930-cu ildə bağlanmışdı. Universitetin fakültələri
əsasında Azərbaycan Tibb İnstitutu və başqa İnstitutlar yaradılmışdı. Bakı
Dövlət Universiteti 1934-cü ildən Azərbaycan Dövlət Universiteti kimi yenidən
fəaliyyətə başlamışdır. Neft sənayesi sahəsində yüksək ixtisaslı mütəxəssislərə
böyük ehtiyac yarandığından 1934- cü ildə Politexnik İnstitutu Neft İnstitutuna
çevrilmişdi. Ali təhsil şəbəkəsinin inkişaf etdirilməsi nəticəsində Azərbaycanda
artıq 1940-cı ildə 16 ali məktəbdə 14,6 min nəfər
tələbə oxuyurdu ki, onların da
4887-sini qadınlar təşkil edirdi. Ali təhsilli mütəxəssislər içərisində
azərbaycanlıların sayı 8 min nəfərə çatmışdı ki, bu da bütün tələbələrin 39,6
faizi demək idi.
Əlifba islahatları,
1920-30-cu illərdə Azərbaycan SSR-də mədəni
quruculuq adı altında həyata keçirilən tədbirlər içərisində əlifba islahatları
özünəməxsus yer tutur. Azərbaycanda sovet hakimiyyəti qurulandan bir qədər
sonra 1920-ci ilin noyabrında ərəb əlifbasının dəyişdirilməsi məsələsinin ortaya
atılması ilk növbədə Azərbaycanı Müsəlman və Şərq dünyasından ayırmaq və
xalqımızı bu dildə min ildən çox müddət ərzində yaratdığı çox zəngin mədəni
irsdən məhrum etmək məqsədi güdürdü. Əlifba islahatını keçirmək üçün
1922-ci ildə Yeni Azərbaycan Əlifbasını Hazırlayan Komitə yaradılmışdı.
1926-cı il fevral ayının 26-dan martın 5-dək Bakıda
keçirilən I Ümumittifaq
Türkoloji qurultayında latın əlifbasına keçilməsi türk xalqları içərisində
savadsızlığı ləğv etməyin və yeni sosialist mədəniyyətini mənimsəməyin əsas
yollarından biri kimi qiymətləndirilmişdi.
Nəhayət, Azərbaycan hökumətinin qərarı ilə 1929-cu il yanvarın 1- dən
Respublikada yeni latın əlifbasına keçildiyi rəsmən elan olundu. Bu islahatı
həyata keçirmək üçün yaradılmış Xüsusi Komissiya 1932-ci ildə latın
əlifbasının tam təkmilləşmiş variantını qəbul etdi.
Sovet Azərbaycanı yeni əlifbaya keçər - keçməz, 1936-cı ilin
ortalarından SSRİ rəhbərliyi əhalisi türk - müsəlman olan sovet
respublikalarında latın əlifbasından "kiril - rus" əlifbasına
keçilməsi uğrunda
kampaniyaya başladı. Əsas məqsəd yeni əlifba islahatı vasitəsilə türk -
müsəlman əhalini ruslaşdırmaqdan ibarət idi. 1938-ci ildə SSRİ rəhbərliyi
qeyri-rus məktəblərində rus dilinin məcburi qaydada tədris olunması haqqında
xüsusi qərar da qəbul etmişdi. Bunun ardınca, Azərbaycan SSR Ali Soveti
1939-cu ilin iyulunda latın əlifbasının rus - kiril əlifbası
ilə əvəz edilməsi
haqqında qanun vermiş və bu qanun 1940-cı il yanvarın 1-dən qüvvəyə
minmişdi. Beləliklə, SSRİ rəhbərliyi latın qrafikasına keçid tam başa
çatar-çatmaz heç
301
bir zərurət olmadan siyasi məqsəd güdərək əlifbamızı yenidən dəyişdirmişdi.
Elnu
Sovet hökuməti respublikamızın zəngin
təbii sərvətlərini və
faydalı qazıntılarını iqtisadi cəhətdən mənimsəmək məqsədilə Azərbaycan
iqtisadiyyatının yalnız Moskvanın mənafeyinə uyğun olan sahələrinin inkişafına
xüsusi diqqət yetirirdi. Neft, neft - kimya və geoloji kəşfiyyat sahəsi öndə
gedirdi. 1923-cü ildə Azərbaycan SSR Geologiya Komitəsi yaradılmışdı.
Neft və neft - kimya sənayesinin tələbatına uyğun olaraq Azərbaycan
alimlərinin elmi axtarışları nəticəsiz qalmadı. SSRİ-nin
ABŞ-dan valyuta ilə
satın aldığı benzol - koks məhsuluna ölkədə kəskin ehtiyacı nəzərə alan kimyaçı
alimlərimiz bu qiymətli məhsulun Bakı neft emalı tullantılarından alınması
metodunu kəşf etdilər. Azərbaycan alimlərinin mədən sularından yod alınması
üsulu əsasında Böyükşor gölü yanında Təcrübə yod zavodu inşa edildi.
Neft axtarışı və avtomat qazma işlərində Azərbaycan alimlərinin
hazırladıqlan yeni metodların tətbiqinə başlanıldı.
Fizika elmi sahəsində Azərbaycanlı alim X.İ.Əmirxanovun yarımkeçi-
ricilərin xassələrinin öyrənilməsinə dair nəticələri elmi kəşf kimi
qiymətləndirilmişdi.
Lozanna Universitetinin məzunu Sona Rəhimova Tibbin Oftalmologiya
(göz xəstəlikləri) sahəsində əldə etdiyi elmi nailiyyətlərə görə 1941-ci ildə
Nobel mükafatına təqdim olunmuşdu. 30-cu illərin sonlarında 35 yaşlı Validə
Xaspolad qızı Tutayuk biologiya elmləri doktoru adını alan ilk azərbaycanlı
qadın idi. Sonralar o, Azərbaycan Elmlər Akademiyasının
ilk həqiqi üzvü
seçilmişdi.
1923-cü ildə yaradılan "Azərbaycanı öyrənən cəmiyyət" 1935-ci ildə
SSRİ EA-mn Azərbaycan filialına çevrilmişdi. "Azərbaycanı öyrənən
cəmiyyəf'in ictimai elmlər bölməsində Tağı Şahbazi, Vəli Xuluflu, Cəlil
Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Bəkir Çobanzadə, Məmməd
Həsən Vəlili (Baharlı) kimi görkəmli alim və ədiblərimiz Azərbaycamn tarixini,
coğrafiyasını, ədəbiyyatını
və ümumiyyətlə, maddi və mənəvi mədəniyyətini
elmi mənbələr əsasında obyektiv şəkildə araşdırırdılar.
1923-cü ildə Azərbaycan Arxeologiya Komitəsi yaradılmışdı. 1926-
1927-ci illərdə İ.l.Meşşaninovun rəhbərliyi altında Azərbaycanın Naxçıvan və
Qarabağ bölgələrində apanlan arxeoloji qazıntılar nəticəsində tunc və ilk dəmir
dövrünə aid abidələr aşkar edilərək tədqiqata cəlb olunmuşdu.
Dostları ilə paylaş: