Yeni sovet təhsil sisteminin yaradılması. Sovet hakimiyyəti
Azərbaycanda yeni ibtidai, orta və ali təhsil sisteminin yaradılmasına xüsusi
diqqət yetirirdi. Əsas məqsəd 1) sosialist ideologiyasına sahib olan, sovet
rejiminə və mövcud quruluşa sədaqətli yeni gənc nəsil yetişdirməkdən və 2)
Azərbaycanın ümumilikdə SSRİ-nin iqtisadi mənafeyinə tabe edilən və
mərkəzdən planlaşdırılan sənaye və kənd təsərrüfatı sahələri üçün savadlı yerli
kadrlar hazırlamaqdan ibarət idi. 1920-ci illərdə bolşevik hökumətinin irəli
sürdüyü yanlış tezisin əksinə olaraq Azərbaycan "başdan - başa savadsızlar
ölkəsi" deyildi, əhalinin bir hissəsi dini məktəblərdə, xeyli hissəsi isə çar
hökumətinin dövründə açılmış müxtəlif tipli ibtidai və orta məktəblərdə təhsil
almışdı. 1920-ci ildə Azərbaycanda dini təhsili tamamilə qadağan edən yeni
hökumət qısa müddətdə öz ideologiyasına uyğun ibtidai və orta təhsil sistemini
formalaşdıra bilməmişdi. 1923-cü ildə Azərbaycan XKS yanında "Savadsızlıqla
mübarizə" adı altında Xüsusi Komitə yaradılmışdı. Bu komitə xüsusilə fəhlələr
içərisində savadsızlığı aradan qaldırmaq məqsədilə ilk vaxtlar məktəblər deyil,
üç, sonradan isə on aylıq kurslar təşkil edir və həmin kurslarda əlifba, yazmaq
və oxumaq öyrədilirdi. Çox maraqlıdır ki, belə kurslarda və ibtidai məktəblərdə
"siyasi dərslər" də keçilir, hökumətin yürütdüyü siyasət və hakim ideologiya
kütlələrin şüuruna yeridilirdi.
Sovet
hakimiyyəti
ibtidai
və
orta
məktəb
şəbəkəsinin
genişləndirilməsinə çox gec - 1930-cu illərdə başladı. Azərbaycan XKS
1930-cu il avqustun 29-da "1930/31-ci tədris ilində ümumi ibtidai təhsilin tətbiq
edilməsi haqqında" qərar qəbul etdi. Omumtəhsil məktəblərində oğlanlarla
qızların bir yerdə oxuması əhali içərisində narazılıqla qarşılandığından qızların
belə məktəblərdə təhsilə cəlb edilməsi böyük çətinlik yaratmışdı. 1935-ci ildə
qəbul olunmuş "Ümumtəhsil məktəbləri haqqında Əsasnamə”yə görə,
Azərbaycanda ümumi təhsil üç pilləyə bölünürdü: 1. İbtidai (1 - 4-cü siniflər); 2.
Natamam orta (1 - 7-ci siniflər); 3. Orta (1 - 10- cu siniflər).
Ümumtəhsil məktəbləri üçün proqram və dərsliklər hazırlanarkən milli
- mənəvi dəyərlərimizə qətiyyən yer ayrılmır və milli xüsusiyyətlərimiz nəzərə
alınmırdı. "Siyasi fənnlər" hesab edilən tarix və coğrafiya Kommunist