sovet hökuməti kolxoz quruculuğuna nifrətlə yanaşan Azərbaycan kəndlisini
kollektiv təsərrüfatlara
yalnız inzibati
və
zorakı tədbirlərlə
cəlb etməkdən
başqa yol tapa bilmirdi.
Kolxoza girmək istəməyən kəndliyə çox zaman zor tətbiq olunur və
hədə-qorxu gəlinirdi. Məsələn, Qazax rayonunun Salahh kəndində 1930-cu ildə
yerli orqanlar kəndlilərə açıq şəkildə bildirmişdilər ki,
kolxoz dövlətin
dekretilə məcburi şəkildə yaradılır, kim kolxoza daxil olmasa, kənddən
sürgün ediləcəkdir.
Ağcabədi rayonunun Piroğlular kəndində kəndliləri
qorxudurdular ki, kim kolxoza yazılmasa, o torpaqdan, sudan məhrum edilib,
sürgün olunacaqdır.
Gəncə dairəsində bir kənddə kolxoza daxil olmaq istəməyən yoxsul
kəndlinin taxıl zəmiləri trakrorla şumlanaraq məhv edilmişdi. Xankəndində
kolxoza girməyənlər uşaqlarının məktəbdən çıxarılacağı, özlərinin isə səs
hüququndan məhrum ediləcəkləri ilə hədələnmişdilər. XX əsrin 30-cu illərində
Azərbaycanda
Dostları ilə paylaş: