Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə191/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   187   188   189   190   191   192   193   194   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

Artel - 
əsas 
istehsal vasitələri olan torpaq, əmək alətləri və iş heyvanlannm birləşdirilməsi 
nəzərdə tutulurdu. Kommunadan fərqli olaraq kəndlinin məişət əşyaları və ev 
heyvanları ümumiləşdirilmirdi. Ümumi kollektiv təsərrüfatın (kolxoz) torpağı 
ilə yanaşı, kəndlinin həyətyanı sahəsinin də olmasına icazə verilirdi. 
Kollektivləşdirmə zamanı üstün forma kimi artel seçilsə də, bir çox yerlərdə 
zorla 
kommunalar 
yaradılaraq kənddə nə varsa, hamısını ümumi mülkiyyətə 
çevirmişdilər. 
Mərkəzin müəyyənləşdirdiyi kollektivləşdirmə xəttinin həyata 
keçirilməsilə bağlı Azərbaycan Kommunist Partiyasının IX qurultayında (1929, 
mart) qəbul edilmiş qərarda Azərbaycan SSR-də bütün kəndli təsərrüfatlarının 
ən azı 20 faizinin, pambıqçılıq rayonlarında isə 50 faizə qədərinin beş il ərzində 
kollektivləşdirilməsi nəzərdə tutulmuşdu. Lakin qəbul etdiyi bu qərara məhəl 
qoymayan 
Azərbaycan 
rəhbərliyi 
1929-cu 
ilin 
yayında 
elliklə 
kollektivləşdirmə 
siyasətinə keçilməsi və 
kütləvi kollektivləşdirmənin 
çox 
qısa müddətdə başa çatdırılması xəttini elan etmişdi. Halbuki SSRİ rəhbərliyi 
tərəfindən Azərbaycan SSR-də kollektivləşdirmənin 4 il ərzində həyata 
keçirilməsini tövsiyə olunmuşdu. İnzibati və zorakılıq üsullan ilə həyata 
keçirilən tədbirlər nəticəsində təkcə 1929-cu ildə Azərbaycanda kolxoza girmək 
istəməyən 16 mindən çox varlı və ortabab təsərrüfatı dağıdılmışdı. 
Azərbaycanın əksər rayonlarında heç bir könüllülük prinsipinə məhəl qoymadan 
fərdi kəndli təsərrüfatları kolxozlarda birləşdirilir, hətta süni şəkildə kağız 
üzərində kolxozlar yaradılırdı. Bunun nəticəsidir ki, 1930-cu il sentyabnn 1-dən 
noyabrın 20-dək Respublika üzrə kollektivləşmənin ümumi faizi 15,6-ya çatdığı 
halda, bu rəqəm Lənkəran rayonımda 67, Bərdədə 43, Astarada 56 faiz olmuşdu. 
Ancaq zorakılıqla və süni şəkildə yaradılmış 351 kolxoz çox qısa müddətdə də 
dağılmışdı. Kommunist Kovalyovun partiya iclasında bildirdiyi kimi, 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin