Səh 32-də:”Tam hissə “ modeli ilə məsələ həllinə aid tapşırıq sayı azdır.Tapşırığın sayının artırılması tövsiyyə olunur. Biri digərindən qədər az və ya çox olan hallara, eləcə də biri digərindən dəfə az və ya dəfə çox olan hallara uyğun məsələləri sayının çox olması daha məqsədəuyğundur Səh 39. Dəyişən və dəyişməyən xərclər mövzusu ümumi orta təhsil pilləsində keçirilməsi daha məqsədəuyğundur.Yuxarıda qeyd etdiyim kimi 4-cü sinifdə ibtidai sinf pilləsinin biliklərinin sistemləşdirilməsi lazımdır. səh 78-də - Sözlük. Adi kəsrlərin bərabərliyi – kəsrin surət və məxrəcini sıfırdan fərqli eyni ədədə vurduqda və ya böldükdə həmin kəsrə bərabər kəsr alınar.Burada sıfırdan fərqli sözü artıqdır. Çünki , sıfra bölmə olmadığı birmənalı olaraq qəbul olunub.Sanki,sıfra bölmə əməli var imiş burada olmazmış.Tövsiyyə: Kəsrin surət və məxrəcini eyni natural ədədə vurduqda və ya böldükdə həmin kəsrə bərabər kəsr alınar.