Dərslik çox rəngarəngdir, yanaşma fərqlidir. Mövzu izahları anlaşılandır, məsələlərin mətni daha müasirdir. Tapşırıqların ağırlıq dərəcəsi mövzuya görə normaldır. Burada verilən tapşırıqlar düşündürücü, inkişafetdiricidir
Dərslik çox rəngarəngdir, yanaşma fərqlidir. Mövzu izahları anlaşılandır, məsələlərin mətni daha müasirdir. Tapşırıqların ağırlıq dərəcəsi mövzuya görə normaldır. Burada verilən tapşırıqlar düşündürücü, inkişafetdiricidir. Ənənəvi dərsliklərdən müsbət mənada çox fərqlənir. Lakin müəyyən qüsurlar da var .
Yaş səviyyəsinə görə həddindən çox informasiyanın verilməsi şagirdlərin məqədə çatmasına mane olur. 4-cü sinif ibtidai təhsil pilləsinin son sinfi olduğu üçün 4-il ərzində keçirilmiş biliklərin sistemləşdirmək və şağirdləri orta təhsil pilləsi ücün hazırlamaq lazımdır.Nəzərə almaq lazımdır ki, ümumi orta təhsil pilləsinə keçid üçün imtahan verəcəklər.
səh-46-da Yadda saxla • Yalnız iki böləni (1 və ədədin özü) olan ədədlər sadə ədədlərdir. Ədədin bölənin tapılmasında sadə ədəd anlayışının verilməsi hansı məqsədə çatmaq üçündür? Vacibdirmi?Sadə ədəd anlayışı verilirilibsə, mürəkkəb ədəd anlayışı və ya nə sadə nə də mürəkkəb ədəd anlayışı da verilməsi tövsiyyə olunur. Hörmətli müəlliflərlə, ekpertlərlə müzakirə edilsin və dərsliyə “Natural ədəd” anlayışı daxil edilsin. İbtidai təhsil pilləsində uşaqlar natural ədədlər ilə 4 il işləyir.Amma bilmir ki,bu istifadə etdiyi ədədlər natural ədədlərdir. Bir çox təriflərdə natural ədəd anlayışının olmaması çətinlik yaradır.
Səh 51-də “Riyazi ifadələrlər” bölməsində riyazi ifadə haqqında açıqlama verilmir. 3-cü sinif riyaziyyat dərsliyində də açıqlama yoxdur. Riyazi ifadə nədir? Riyazi simvolların köməyi ilə ( əməl işarələri, mötərizələrin,dəyişənlərin və ədədlərin ) hər hansı bir bərabərlənməmiş ifadəyə riyazi ifadə deyilir. Nümunə : (17 – 35 : 5) · 4 + 15 ; 18 · (a – 125) + 411 : b
səh 53-də: Ədədi ifadəyə də tərif verilməsi məqsədəuyğundur. Əməl işarələri və mötərizələrin köməyi ilə ədədlərdən təşkil olunmuş ifadəyə ədədi ifadə deyilir.Nümunə: (6 + 4) · (20 –5)
səh 53-də Əməl qaydalarını gözləməklə ədədi ifadədə göstərilən əməllərin yerinə yetirilməsi nəticəsində alınan ədədə həmin ədədi ifadənin qiyməti deyilir Nümunə: (6 + 4) · (20 – 5)= 10·15 = 150 Səh.54-də Dəyişəni olan ifadələrə də tərif verilməsi tövsiyyə olunandır. Əməl işarələri və mötərizələrin köməyi ilə ədədlər və dəyişənlərdən təşkil olunmuş ifadəyə dəyişəni olan ifadə deyilir. : a + b , x · y + 5