Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə34/55
tarix07.03.2017
ölçüsü4,83 Mb.
#10616
1   ...   30   31   32   33   34   35   36   37   ...   55

291

olaraq 

leykositar

 (Z), 


fibroblast  ((i)

  və 


immun  (y)  növləri

 vardır, 



a

 və  P  İFN- 

lər  orqanizmin  virusla yoluxmuş  hüceyrələri,  (J-  İFN-isə  -   virus  antigeni  ilə 

fəallaşmış  T-limfositlərin  -   helperlərin  bəzi  subpopulyasiyalan  və  təbii 

killerlər tərəfindən  sintez edilir.

a-

  İFN-əsasən  qamn  leykositlərində  sintez  olunur,  orqanizmdə  immun 

sistemin  mediatoru  rolunu  oynayaraq  immunokompetent  hüceyrələrin 

funksiyalarım tənzimləyir və fəallaşdırır.  Termostabildir (56°Ç-də bir saat öz 

fəallığını  saxlayır),  turş  və  qələvi  mühitin  təsirinə  (pH-2-Ю)  davamlıdır, 

limfositləri,  təbii  killerləri,  makrofaqları  və  MHC-antigenlərinin  ekspres- 

siyasını fəallaşdınr.

P  -   İFN-patogen  viruslar  orqanizmin  hüceyrələrinə  daxil  olduqdan 

sonra somatik hüceyrələrdə, xüsusilə fıbroblastlarda sintez edilir.

у  -

  İFN-əsasən  T  və  p  -limfositlərin  mitogenlərlə  fəallaşması,  yaxud 

antigenlərlə  restimulyasiyası  zamanı  sintez  olunmur,  termolabildir,  pH-2 

olan  mühitdə  dərhal  öz  fəallığını  itirir,  leykositlərin  və  hüceyrələrin 

proliferasiyasına  və  antitellərin  sintez  olunmasına  (in  vitro)  ləngidici  təsir 

göstərir.

A.A.Smorodinsev və b.,  interferonun  xassələrini  3  əsas qrupa bölmüşlər:

1.  Virusların  çox  böyük  əksəriyyətinə  qarşı  fəal  məhvedici  təsirə  malik 

olması.

2.  Başqa inqibitorlardan fərqli  olaraq  viruslara qarşı güclü hüceyrədaxilı 



təsir etməsi.

3.  Homoloji  növün  orqanizmində  növ  spesifikliyi  və  seçicilik  fəallığına 

malik olması.

Kaloniyastimullaşdmcı  sitokinlər

  (faktorlar)-  əsasən 

qandoğuran 

orqanların  (sümük  iliyi  və  s.)  qanyaratma  prosesinə  (hemopoezə),  sümük 

iliyindəki  kötük  və  leykositlərin  sələf  hüceyrələrinin  profilerasiyası  -  

bölünməsi  və  differensiyası  proseslərini  tənzimləyir.  Onların  qranulyar  (Q- 

KSF),  qranulyar  -   makrofaq  (QM-KSF),  makrofaq  (M-KSF)  və  kötük 

hüceyrə KSF-tipləri mövcuddur.



Şiş  nekrozu  amilləri  (SN A )

  -   yaxşı  və  yaman  keyfiyyətli  şiş 

hüceyrələrinin  lizisini  induksiya  etmək xassəsinə malik  olmaqla,  onların 

a

 (a 


-   ŞNA),  p  (P-ŞNA)  şiş  nekrozu  amilləri  və  p  -   transformasiyaedici  böyümə 

amili  (p-  TBA)  tipləri  vardır.  Həmin  amillər  immunobioloji  reaksiyalarda 

müxtəlif funksiyaları  yerinə  yetirməklə,  iltihab  və  sitotoksiki  proseslərin  ən 

ümdə  mediatorları  hesab  olunur.  Orqanizmdə  toksiki  və  şiddətli 

anqlam anın  (kaxeksiyanın)  yaranmasının  əsas  səbəblərindən  biri  də  a  -  

ŞNA  -dır.  a   -   ŞNA-nın  hüceyrələrin  səthində  mövcud  olan  2  cür 

reseptorlardan  hüceyrələrə  apoptozun  (hüceyrənin  proqramlaşdırılmış 

məhvi)  induksiyası  siqnalını  ötürür,  beləliklə  də  hədəf hüceyrələr  apoptotik 

mexanizmlə  məhv  edilir,  a  və  P  ŞNA-nm  (limfotoksinlərin)  başlıca  produ- 

sientləri  T-killerlərdir.  a  -   ŞNA  çoxfunksiyalı  sitokinlər  olmaqla,  onların 

əsas  produsentləri  makrofaqlardır,  mikroorqanizmlər və  onların  ifraz etdiyi 

toksinlər  həmin  sitokinlərin  sintez  induksiyaedici  təsir  göstərən  amilləri 

sayılır.  Qeyd  edilən  sitokinlər hüceyrədə  həm  sitotoksik  effekt  göstərir,  həm

292


də  bədən  tem peraturunu  tənzimləyir  və  iltihab  reaksiyasının  yaranmasına 

zəmin yaradır.



Hüceyrəsətki  molekullar

  -   hüceyrəlirin,  xüsusilə  leykositlərin  səthində 

ekspressiya  olunan  çoxlu  sayda  zülal  təbiətli  molekullardan  ibarət  olub, 

müxtəlif funksiyaları yerinə yetirməklə bəziləri bir qrup,  yaxud populyasiya- 

nın hüceyrələrinə məxsusdur.  O nlardan  m arker  (nişan)  kimi populyasiyamn 

hüceyrələrinin identifikasiyasmda və inkişaf mərhələlərinin təyinində istifadə 

olunur.  İm m unoloqlar  son  zam anlar  leykositlərin  səthində  mövcud  olan 

molekullarm  əksəriyyətinin  təfriq  olunmasının  (identifıksiyasmm)  olduqca 

səmərəli  və  sadə üsullarım  və  testlərini  işləyib hazırlamışlar.  O nlann  əsasım 

leykositlərinin  səthində  lokalizasiya  edən  molekullann  -   antigenlərin  ağ 

siçanlardan  alınmış  monoklonal  antitellərlə  qarşılıqlı  əlaqəyə  girməsi 

(aqqlyutinasiyası)  təşkil  edir.  Bu  zam an  spesifikliyinə  görə  uyğun  olan 

monoklonal  antitellər  qruplaşdınlaraq, 

CD  (Cluster  Desiqnatsion

  -  


qruplaşmış  nişan  adlanan  sistemdə  nömrələnir.  Hazırda  onlann  sayı  200- 

dən  artıqdır  (CD  1  -   CD  200).  Səthi  CD  molekullanndan  əsasən 

hüceyrələrin  hansı  populyasiyaya  aid  olmasını,  fəallaşma  və  ixtisaslaşma 

mərhələlərini dəqiqləşdirmək məqsədilə geniş istifadə olunur.



9.5.Transplantasiya  zamanı  immunitet. 

Hələ  bu  yaxınlara  qədər 

sıradan  çıxmış  orqanın  başqası  ilə  əvəz  edilməsi  fantaziya  hesab  edilirdi. 

Elm  inkişaf  etdikcə  bu  prosesin  yaxm  gələcəkdə  həyata  keçəcəyini 

söyləyirdilər.  Lakin  hazırda  bu  məsələnin  müvəffəqiyyətlə  həyata  keçiril­

məsinə  çox  böyük  önəm  verilir.  Son  üç  onillikdə  insanlarda  40 000-ə  qədər 

böyrək,  yüzlərlə  ürək,  bəzi  hallarda  isə  -   qara  ciyər  və  başqa  orqanların 

köçürülməsi  mümkün  olmuşdur.  Kliniki  transplantalogiya  müasir  cərrahiy­

yənin  təkmilləşməsi  sayəsində  yüzlərlə  ümidsiz  xəstənin  həyatını  xilas 

etmişdir.  Buna baxm ayaraq qarşıda duran əsas məsələ orqan köçürmənin ən 

•çətin və mürəkkəb  hissəsi  orqanizmin  immun  qüvvələrinin  təsiri  altında  yad 

orqanın çürüməsi və toxuma uyğunsuzluğu səddini dəf etməkdir.  Bunun çox 

böyük  əhəmiyyəti  olduğunu  nəzərə  alaraq  XX-ci  əsrin  40-60-cı  illərindən 

başlayaraq  müxtəlif ölkələrin  im m unoloqlan  toxuma  uyğunsuzluğu  səddini 

tam öyrənmək və başlıca olaraq onu dəf etmək yolunda geniş işlər aparırlar.

Transplantasiya  haqqında  elmin  inkişafında  həlledici  addım  1944-cü 

ildə  Piter  Medevarm kəşfi olmuşdur.  O,  köçürülən orqanların çürümüəsinin 

təbiətində  əsas  səbəbləri  aydınlaşdırmağa  çalışmışdır.  İnsanlarda  yanıqlar 

zamanı dəri köçürülməsi və həmçinin  dovşanlarda eksperimental  olaraq  dəri 

köçürülməsini öyrənən Medevar belə qənaətə gəlmişdir: 



«Yad darinin çürümə 

mexanizmi,  qazanılmış  aktiv  immun  reaksiya  kateqoriyasına  aiddir».

  Orqa­


nizm  yalnız  öz  transplantatmı  (məsələn,  dərini),  antigen  tərkibə  tam   uyğun 

gələnini yaşatmaq qabiliyyətinə malitkdir.  Transplantasiya  immunitetin əsas 

müddəaları  bunlardır:  1)  D onor  (transplantat)  və  resipiyent  antigen  nöqteyi 

nəzərdən tam eyni (identik) seçilməlidir; 2)  Belə  seçmə  mümkün  olmadığı



293

şəraitdə orqanizmin immun sistemini maksimum dərəcədə immundepresant- 

lar vasitəsilə azaltmaq lazımdır.

Transplantasiya immunitetinin öyrənilməsinin sonrakı nailiyyətləri anti­

gen  cəhətdən  eyni  olan  təmiz  xətli  siçanlar  üzərində  aparılan  eksperiment­

lərlə  bağlıdır.  Bu  işlər  də  transplantasiya  uyğunsuzluğunun  bəzi  qanıma 

uyğunluqlarını  öyrənməyə  imkan  vermişdir.  Siçanlar üzərində  aparılan  təc­

rübələr  göstərmişdir  ki,  hətta tək  bircə antigenin  fərqlənməsi  donor  dərinin 

çürüməsinə səbəb olur.



Transplant atın çürümə reaksiyası

 -  donorun  və  resipiyentin  antigenləri- 

nin uyğun gəlməməsi nəticəsində baş verir.  Bu antigenlər histoloji uyğun gəl­

məyən  antigenlər  və  ya  transplantasion  adlanaraq  insanın  leykositar 

sistemində  HLA  (H um an Leucocyte  Antigenes) identifikasiya  edilir.  Trans- 

plantatlann  üç  növü  məlumdur: 



autotransplantat

  -   orqanizmə  öz  dərisinin 

köçürülməsi, 

homotransplantat  -

  bir  növ  orqanizmlərin  birindən  digərinə 

köçürmək  və 

heterotransplantat

  -   müxtəlif  növlərdən  birindən  digərinə 

köçürmək.  Adətən  autotransplantat  çox yaxşı inkişaf edir.  Homotransplan- 

tatın effektli olması donor  və resipiyentin antigeninin histoloji uyğunluğun­

dan asılıdır.  Çürümə reaksiyası allogen transplantatlar arasmda da müşahidə 

edilir,  yəni  bir  növə  mlik,  lakin  toxuma  uyğunsuzluğu  olan  və  identik 

olmayan  heyvanlar  arasmda  bir  və  ya  bir  neçə  leykositar  antigen  uyğun 

gəlməyən  həmin  proses  baş  verir.  Resipiyentdə  sensibilizasiya  törətmə 

səviyyəsinə  görə  insanlarda  güclü  və  zəif  leykositar  antigen  ayırd  edilir. 

Güclü antigenlər siçanlarda transplantatı 8-10, zəiflər isə -20 gün və daha gec 

müddətdə  çürümə  verir.  Transplantatın  iki  tip  çürümə  prosesi  ayırd  edilir: 

birincili  (first  set)

  və  ikincili  (second  set)  tip.  Birinci  halda  köçürülən 

toxumada  çürümə  (dəri)  eyni  növ  heyvanlarda  7-9  gündən  sonra  baş  verir, 

ikinci  halda  eyni  toxumanın  (eyni  antigenləri  olan)  köçürülməsi  zamanı 

çürümə  daha  qısa  müddətdə,  (4-6  gündən  sonra)  başlayır.  Homotrans- 

plantatlarda,  xüsusilə  məməlilərdə  dəri  köçürməsi  zamanı  bu  özünü  daha 

yaxşı  göstərir,  əvvəlcə  xarici  görünüşcə  guya  dəri  bitişir.  Lakin  8-10-cu 

günlərdə  hər  bir  transplantat  patoloji  dəyişikliyə  uğrayır,  şiş,  qansızmalar, 

immun  limfositlərin  məhvi  nəticəsində  güclü  infiltrasiya  əmələ  gəlir,  epiteli 

qatm ın  strukturu  pozulur,  nekroz  və  dəri  parçalarının  çürüməsi  baş  verir. 

Əgər təkrar olaraq eyni  cür dəri  transplantasiya  edilərsə çürümə  daha sürətlə 

gedir və 5-ci gün, bəzən isə daha tez baş  verir.  Həmin  hadisə  resipiyentə  bi­

rinci  transplantatın  spesifik  immunlaşdıncı  təsiri  ilə  izah  edilir.  Trans- 

plantatm  çürüməsi  əsasən  hüceyrə  imuntetinin  yaranması  nəticəsində  baş 

verir. 

Bu  proses  məhv  edilmiş  transplantatın  çoxlu  miqdarda  limfosit 



infiltratı  və  makrofaqlarla  əhatə  olunması,  həmçinin  məhv  edilmiş 

transplantatın limofıd hüceyrələrinin  passiv  şəkildə ötürülməsi,  yaxud kənar 

limfa  düyünlərinin  toxumaları  ilə  əlaqəli  olub,  sensibilizasiya  olunmuş 

heyvanın  zərdabı  ilə  əlaqəli  olmamasının  nəticəsi  hesab  olunur.  Trans- 

plantatın  çürüməsində  xüsusi  sensibilizasiya  edici  T-hüceyrələr  iştirak  edir 

ki,  bunlar  transplantatın  meşin  hüceyrəsinə  fermentlərlə  və  ya  sitotoksiki 

təsir  edir,  yaxud  bilavasitə  induksiya  olunmuş  makroronlann  köməyi  ilə

294


iştirak  edir.  Transplantatm  çürüməsində  iımrnm  mexanizmlə  yanaşı,  bu 

prosesdə  transplantatm   vaskulyarizasiyasmm  (qanla  təchizatının)  inten­

sivliyi  də  nəzərə  alınmalıdır.  Müəyən  edilmişdir  ki,  transplantat  qanla  nə 

qədər çox  təchiz edilərsə,  qan  dam arlan  ilə  daha  çox  zəngin  və  resipiyentin 

toxumaları  ilə  çox  əlaqəli  olarsa  onun  çürüməsi  daha  tez  baş  verir.  Buna 

gözün  buynuz qişasının köçürülməsini  misal göstərmək  olar.  Məlum  olduğu 

kimi  buynuz  qişa  qanla zəif təchiz  olunur,  onun  növ  arası  köçürülməsi  çox 

müvəffəqiyyətlə aparılır və çürümə reaksiyası  olmadan  başa çatır.  Həmçinin 

müəyyən  edilmişdir  ki,  mukopolidsaxarid  örtüklə  örtülmüş  (məsələn, 

çığırdaq)  toxum alara  limfolositlər  daxil  ola  bilmədiyi  üçün  eyni  növ  hey­

vanlar  arasında  bu  köçürmə  çox  müsbət  nəticə  vermişdir.  Transplantasiya 

immuntetinin  əmələ  gəlməsində  hümoral  faktorların  da  müəyyən  rolu 

vardır.  H om ortansplantata (dəri,  sümük,  iliyi,  böyrək və s.) humoral immun 

cavab  leykositlərin,  sitotoksinlərin,  hemolizinlərin,  hemaqqlytinlərin  əmələ 

gəlməsi  nəticəsində  yaranır.  Lakin  transplantasiya zamanı  leykosit  əleyhinə 

antitel  həmişə  əmələ  gəlmir  və  həm  də  aşağı  titrlərdə  olur.  Sonuncu  (titr) 

təkrar  köçürmələr  zamanı  çox  yüksək  dərəcədə  artır  və  bununla  yanaşı 

transplantatm   çürüməsi  sürətlənir.  Lakin  çürümə reaksiyasına  səbəbin  limfa 

hüceyrələri olması tam  təsdiq edilməmişdir.

Genin  eksperimental  və  kliniki  təcrübələri  göstərmişdir  ki,  orqanların 

transplantasiyası  zam anı  müvəffəqiyyət  qazanmaq  üçün  «donor-resipiyent» 

antigen  cütlüyü  düzgün  seçilməlidir.  Onların  histoloji  uyğunluğunu  tipləş- 

dirmək çox mühüm  əhəmiyyət  kəsb edir.  R .B.Petrova (1983)  görə limfositlər 

öz səthlərində  histoloji  uyğun  gələn  antigen  daşıyırlar ki,  bunu da seroloji və 

qarışıq  kulturalarda  blastotransformasiya  reaksiyası  vasitəsilə  aşkar  etmək 

mümkündür.  Birinci  qrup  antigenlər  seroloji  təyin  edilən  (SD  -antigenlər); 

ikinci qrup limfositlə təyin  olunanlardır.  İnsanlarda  bir  neçə  HLO  sistemli 

izoantigen müəyyən  edilmişdir.  Müəyyən edilmişdir ki, doğuş zamanı ananın 

yalnız  eristrositlərlə  deyil,  həm  də  transplantasiya  hüceyrələrində  olan 

antigenlərlə  (antirezus  antitelin  analoqu)  immunlaşır.  Çox  saylı  doğuşlar 

zamanı  ana  qanında  bir  çox  transplantasıyon  antigenlərə  görə  antitel  əmələ 

gəlir.  Xüsusi  olaraq  o zərdab  qiymətli  hesab  olunur ki,  ondan monospesifik 

standart  kimi  istifadə etmək  mümkündür.  E.  B.  Qruntenko  (1982)  qeyd  edir 

ki,  donorun  bütün  antigen  sistemlərinə  görə  seçilməsi  az  inandırıcıdır. 

Donoru  seçən  zaman,  çox  güman  ki,  yalnız  əsas  transplantat  lokusu  və 

eritrosit  antigenləri  nəzərə  alınmalıdır.  Köçürmənin  müvəffəqiyyətli  olması 

üç  amildən  asılıdır:  1)  cərrahi  ustalıq;  2)  hansı  resipiyentə  hansı  donorun 

toxumasının  daha  çox  uyğun  gəlməsini  tez  təyin  etmək  bacanğı.  3) 

resipiyentin immun reaksiyasım spesifik üsulla elə zəiflətmək ki,  başqalarına 

toxunulmasın.  Transplantologiyamn  qarşıya  qoyduğu  məsələlərlə  əlaqədar 

olaraq  orqanizmin  immun  reaktivliyini  ləngitmək  problemi  meydana 

çıxmışdır.  İmmundepressiya  üçün  hazırda  rentgen  şüalarından  və  əvvəllər 

məlum  olan  antigen  sintezinə  ləngidici  təsir  edən  vasitələrdən  istifadə  edilir. 

Toxumaların  köçürülməsində geniş  praktiki iş  göstəmişdir  ki,  transplantatm 

yaşaması  üçün  düzgün  dozanın  seçilməsi  ilə  şüalandırma  çox  yaxşı  nəticə

295


verir.  Bununla  yanaşı  məlum  olmuşdur  ki,  şüalanma  infeksiya  əleyhinə 

immuniteti zəiflədir və digər ağır fəsadlar törədir.

Transplantasion immuniteti ləngitmək üçün çox böyük sayda kimyəvi və 

bioloji  immundepressorlar sınaqdan  keçirilmişdir.  Bunlar hüceyrənin  bölün­

məsini  və  differensiyasını  ləngidir.  İmmundepressorlar,  şüalanmada  olduğu 

kimi  qeyri  spesifıkdir,  onlar  bütün  bölünən  hüceyrələri,  o  cümlədən  qan  və 

sümük  iliyi  hüceyrələrinin  fəaliyyətinin  zəiflədir.  Yüzlərlə  kimyəvi  immun- 

depressorlardan  ən  çox  istifadə  edilənləri  imuran,  merkaptopirin, 

azotopirin,  siklofosfamiddir.  Müəyyən  edilmişdir  ki,  immun  sistemə  dep- 

ressiv  təsir  etmək  qabiliyyətinə  həmçinin  hormonalar  -   kortizon  və 

adrenokortikotrop  hormon da  (AKTH)  malikdir.  Göstərilən  hormonlar o r­

qanizmə  yeridilən  zaman  transplantatm   həyatı  uzanır,  lakin  bu  zaman 

infeksiyasmm  aktivləşməsi  və  infeksiya  əleyhinə  immunitetin  zəifləməsi  təh­

lükəsi  artır.  Şüalanma  ilə  yanaşı  immundepressorlardan  istifadə  edilməsi 

köçürülən  orqanın  (böyrək,  ürək)  fəaliyyət  müddətini  uzadır.  Yuxanda 

göstərdiyimiz  qeyri-spesifik  immun  depressorlardan  imtina  etmək  üçün 

limfositlərə  -   transplantat  toxumasının  parçalanmasına  kömək  edənlərə  -  

spesifik  təsir  edən  vasitələr  axtanşı  başlanmışdır.  İnsan  limfositlərini 

müvafiq  heyvan  produsentlə  hiperimmunlaşdırma  yolu  ilə alman  antilimfo- 

sitar  serum  (ALS)  bu  yolla  alınmışdır.  Müəyyən  olunmuşdur  ki,  ALS  daha 

çox  dərəcədə  transplantatm   immunitetini  ləngidir,  nəinki  antimikrob 

immuniteti.  E.  B.  Q runtenkonun  verdiyi  məlumata  görə  ALS  həkimlərin 

əlində  ən  başlıca  immundepressantdır.  ALS-nrn  təkmilləşdirilməsi  davam 

edir.  Lakin  etiraf  etmək  lazımdır  ki,  immundepressiv  terapiya  hələ  tam 

mükəmməl  deyildir.  Çünki çox zaman  anemiya, leykopeniya,  sümük  iliyinin 

və  limfa  toxumalarının  atrofiyası  və  bunlarla  yanaşı  infeksiya  əleyhinə 

immunitetin zəifləməsi müşahidə olunur (Berşiqora,  1975).

Heyvan  orqanlarının  praktikada  köçürülməsi,  tibbdən  fərqli  olaraq  az 

inandırıcıdır.  Lakin  bu  o  demək  deyildir  ki,  baytarlıq  genetik  immu- 

nologiyası bu məsələlərdən kənarda qalmasıdır. Əksinə transplantalogiyanın 

bütün  nəzəri  və  əməli  sualları  eksperimental  olaraq  heyvanlar  üzərində 

öyrənilir.  Bununla əlaqədar olaraq çox yaxın zamanlarda toxuma uyğunsuz- 

luğunun  dəf  edilmə  prosesi  baytarlıq  praktikasında  da  xüsusi  əhəmiyyət 

kəsb  edəcəkdir.  Hal-hazırda  yüksək  məhsuldar heyvanlar  almaq  üçün  uzun 

illər  (on  illərlə)  vaxt  sərf  etmədən  mayalanmış  yumurta-hüceyrəsinin 

transplantasiyası  m etodlan  öyrənilir,  onların  hibridləşməsi  və  seleksiyası 

təkmilləşdirilir.  Yumurta  hüceyrəsi  mayalandınJır  və  alman  ziqota  8-16-32 

blastomer  vəziyyətində  balahğa  ötürülür  və  dölün  sonrakı  inkişafı  burada 

gedir  (şəkil  42).  Belə  hesab  edirlər  ki,  heyvandarlıqda  bu  üsul  yaxın 

vaxtlarda  süni  mayalandırma  üsulundan  üstün  olacaqdır.  Mayalanmış  yu­

m urta  hüceyrəsinin  transplantasiyasında olan  bir çox  çətinliklərdən ən  əsası 

resipiyentin  (inəyin)  və  köçürülən  embrionun  antigenləri  arasında  gedən 

immunoloji  rəqabətin  aradan  qaldırılmasıdır.  Buradan  belə  nəticə  çıxır  ki, 

immunoloji  nəzarəti  (testləşdirmə)  yalnız  qruplara  (eritrositlərə)  görə  deyil, 

həm də leykosit antigenlərinə görə aparm aq lazımdır.

296


Şəkil 42.  Rüşeymin  köçürülmə sxemi (A.P.Studensov və b.,  1980)

1-  çoxalma keyfiyyətinə və məhsuldarlığına görə donor heyvanlar;

2-  çoxlu ovulyasiya əmələ gətirmək üçün hormonal işləmə;

3-  hövrəgəlmənin diaqnostikası;

4-  donorların mayalandırılması;

5- 

rüşeymlərin  yoxlanması  (onların  qiymətləndirilməsi,  yetişdirilməsi  və 

saxlanması) ;

6-  törəmələrinin keyfiyyətinə görə qiymətləndirilən  törədicilər;

7-  donorun cinsiyyət tsikli ilə resipientin cinsiyyət tsiklinin sinxronluğu;

8-  hövrəgəlmənin diaqnostikası;

9-  resipient rüşeymin köçürülməsi;

10-  resipientdə boğazlıq və doğum,  buzovların yetişdirilməsi;

9.6.  Kolostral  immunitet və onun genetik aspektləri

«

Süd-təbiətin  bəxş  etdiyi  ən  qiymətli  və  əvəzolunmayan  qidadır» 

(İ.P.Pavlov). 

İmmunitetin  bu  növü  yeni  doğulan  heyvanlarda  humoral  ana 

immuniteti adlamr.

  Yeni  doğulan  orqanizmlər həyatının ilk günlərində pato- 

gen  mikroorqanizmlərə,  hətta  həmin  heyvan  növünə  məxsus  olmayan 

yoluxucu  xəstəliklərə  olduqca  həssas  olmaqla  tez yoluxurlar.  Məsələn,  yeni



297

doğulan  dovşanları  onlara  xas  olmayan  dabaq,  donuzların  taun,  quşların 

Raus  sarkoması  virusları  ilə  eksperimental  olaraq  yoluxdurmaq  mümkün 

olmuşdur.  D oğulduqdan  dərhal  sonra  anasının ilk  ağız südünü  qəbul  etmə­

miş  buzov  və çoşqalan  Escherichia  coli-nin  entepopatogen  seroloji  variant­

ları  ilə  süni  yoluxdurma  mümkün  olduğu  halda,  doğulduqdan  bir  neçə  gün 

sonra isə onlarda yoluxma  baş verməmişdir.  Bu,  onunla izah olunur ki, yeni 

doğulan  orqanizmlərdə  immunokompotent  sistem,  immunoloji  yetişkənlik 

formalaşmır.  Lakin  yeni  doğulmuş  körpə  heyvanlar  ananın  orqanizmindən 

ağız  südü  vasitəsilə  hazır  antitellər-immunoqlobulinlər qəbul  etmək  yolu  ilə 

qısa  müddət  ərzində  bəzi  infeksion  xəstəliklərin  törədiciləri  ilə  yoluxmadan 

müdafiə olunurlar.  İmmunitetin  bu növü 

kolostral immunitet

 adlanmaqla iki 

yolla-ana  bətnində  balaətrafı  pərdə  (plasenta,  cift,  ətənə)  və  doğulduqdan 

sonra  ananın 



ağız  südü  ( 7-10-cu  günlərədək)

  anadan  balaya  verilən 

anticismlər vasitəsilə  həyata  keçirilir.  Har iki halda yeni doğulan  körpələrdə 

yaranan  immunitet 



qeyri-fəal  immunitet

  hesab  edilir.  Bala  ətrafı  pərdə 

vasitəsilə verilən immunitet anticismlərin 

transplasentar

 yolla anadan balaya 

verilməsi  nəticəsində  yaranır,  insanda,  meymunda  və  dovşanda  müşahidə 

olunur.  Gövşəyən  heyvanlarda,  atlarda  və  donuzlarda  balaətrafı  pərdə  iki 

qat  qalın  olduğundan  ananın  qanmdakı  immunoqlobulinlər  (anticismlər) 

'balaya  verilə  bilmir  və  doğulana,  ananın  ağız  südünü  qəbul  edənə  qədər 

onun  qanında  müşahidə  edilmir.  Buna  görə  də həmin  passiv  immunitet 

ko­

lostral, yaxud ağız südü immuniteti

 (latmca-kolostrum-ağız südü)  adlanmaq­

la 

təbii  və  süni

  yaradılmış  növlərə  bölünür.  Kolostral  immunitet  tamamilə 

genetik zəmində  yaramr  və  xüsusi  genlər  tərəfindən  idarə  olunur.  Fəlsəfi  və 

dialektik  baxımdan  bu  immunitet  orqanizmin  ontogenezinin  başlanğıc 

dövründə (doğumdan sonra) yoluxucu xəstəlikləri  törədən  patogen  agentlərə 

qarşı  davamlılığın  yaranmasının 



bazisi

  (fundamenti,  təməli)  sayılır. 

İmmunogenezin  äpf çürümü-sonrakı  mərhələləri  isə  (immun  sisteminin  və 

immunokompotent  hüceyrələrin  formalaşması  və  s.)  məhz  həmin  bazis 

üzərində  formalaşır.  Məşhur  immunoloqlar  bir  mənalı  olaraq  həmin 

dialektik qanunauyğunluğu qəbul  etmiş  və onunla tamamilə razılaşmışlır.



Təbii  kolostral  (ağız  südü)  immunitet.

  Sitoloji  tərkibinə  görə  süd 

laktasiya  dövründə  3  növə  bölünür:  ağız  südü,  keçid  südü  və  yetişmiş  süd. 

Laktasiyanm  5-7-ci  günlərində  doğumdan  sonra  və  doğuma  az  qalmış  süd 

vəzisində  intensiv  sarı,  yaxud  ağımtıl-sarı  rəngli  (bu rəngi onun  tərkibindəki 

karotin  əmələ  gətirir),  qatı  yumşaq  konsistensiyalı,  özünə  məxsus  qoxusu, 

duzlu təhər tamı  olan xüsusi  sekret-ağız südü  ifraz olunur. Keçid  və yetişmiş 

süddən  fərqli  olaraq  ağız  südü  biokimyəvi  tərkibinin  zənginliyi  ilə  bərabər, 

həm  də  neytrofıl  leykositləri,  epitelial  Jhüceyrələr  və  s.  ilə  də  çox  zəngin 

olduğundan yüksək  immunogenliyi  ilə səciyyələnir.  Yetişmiş süddə normada 

hüceyrə  elementləri  olmur  və  onların  tapılması  heyvanın  mastitlərlə  xəstə 

olmasını göstərir və xüsusi  diaqnostiki əhəmiyyətə malikdir.  Ona görədə onu 

yeni  doğulmuş  körpələr  üçün  «p

ox  qiymətli  və  əvəzolunmaz»

  qida  mənbəi 

adlandırırlar.  Yeni  doğulan  körpələrdə  ağız  südünü  qəbul  etdikdən  dərhal 

sonra  bağırsaqların  peristaltikası  güclənir,  həzm  aparatının  fermentativ  və

298


soruculuq  funksiyası  normallaşır,  fəallaşır,  formalaşır,  bağırsaqlardan 

ilk 

kalın  (mekoniya)

  ixracı-defekasiya  baş  verir.  Müəyyən  edilmişdir ki,  inəyin 

ağız  südü  bəzi  patogen  mikroorqanizmlərə  (qarayara,  salmonellyoz,  dov- 

şancıq, kolibakterioz törədiciləri və qızılı stafilokoklara) qarşı bakteriosid və 

bakteriostatik  xassələrə  malikdir.  Lakin  doğumdan  36  saat  sonra  ağız 

südünün  antibakterial  təsiri  xeyli  zəifləyir,  8-9  sutkadan  sonra  isə  o,  artıq 

südə  çevrilir  və  tərkibində  imunoqlobulini  olmadığına,  yaxud  onun  yalnız 

izi  qaldığına  leykositlərin  miqdarı  və  onların  opsonofaqositar  fəallığının 

intensivliyi  kəskin  surətdə  azaldığına  görə  həmin  xassəni  tamamilə  itirir. 

Doğumun  ilk  günlərində  antibakterial  anticismlərin  titri  xeyli  yüksək  olur: 

Escherichia  coli-yə  qarşı  1:256,  salmonellara  qarşı  isə-l:132.  Lakin  doğum­

dan  2  sutka  sonra  onların  titri  get-gedə  azalır,  8-9-cu  sutkalarda  E.coliyə- 

1:16,  salmonellalara  qarşı  isə-l:32  olur  (S.N.Karlikanova,  1966).  İlk  gün 

sağılan  ağız  südündə  brusellalara  qarşı  təbii  anticisimlərin  titri  1:23, 

salmonellalara qarşı-1:19-1:66, E.colinin bəzi serotiplərinə qarşı isə  1:16-1:32 

(B.A.Atomas,  1970).  Ümumiyyətlə,  ağız  südündə  immunoqlobulinlərin  ən 

yüksək  konsentrasiyası  doğumdan  sonra  1-ci  gündə  müşahidə  edilir  (10- 

20%).  Alimlər  (İ.E.Kolyakov,  1986  və  b.)  güman  edirlər  ki,  inəklərin 

orqanizmi ətra f m ühit amillərindəki mikroblarla əlaqədə olduğundan onlara 

qarşı  müvafiq  antitellər  sintez edilir.  Doğuma  3-4  həftə  qalmış  yelində  ağız 

südünün  əmələ  gəlməsi  prosesi  hormonların  təsirindən  qan  zərdabmda 

yaranan  immunoqlobulinlərin,  xüsusilə  İqÇı-in  ananın  qanından  süd  vəzinə 

yelinə  keçməsi  nəticəsində baş verir. 

Südün,  о  cümlədən  ağız südünün sinte­

zində humoral amillər, xüsusila yumurtalığın  (follikulosteron



estrogeniər), hi- 



pofizin  (prolaktin,  laktogen,  qalaktin,  oksitotsin)  və  sarılıq  cisminin 

(lyuteosteron)

  horm onları  olduqca  mühüm  rol  oynayır.  Laktasiya  prose- 

sind

s-laktopoezdə  (südün  əmələ gəlməsində)

  qeyd  edilən  horm onlar  yelinin 

xemo-kimyəvi  reseptorlanna  təsir edərək  onları  qıcıqlandırır,  impulslar baş- 

beyin  уanmkürələrinə  ötürülərək,  sonra  yelinə  daxil olur,  əsasən  onun vəzili 

epiteli,  eləcə  də  kiçik  süd  axarlarının  və çəninin  epitelial  hüceyrələrində  süd 

və  ağız  südü  sintez  olunur. 



Lakin  qeyd etməliyik ki,  ağız südü  və  südün sek­

resiyası başlanğıcdan sonadək xüsusi genlərin  (məlumat, nəqliyyat,  nəzarətçi) 

tam nəzarəti altında icra olunur. Həm bu prosesdə iştirak edən hormonların if­

razı

  və 


təsiri,  kəm  də  ağız  südü

  və 


südün  sekresiya  olunduğu  yelin  hüceyrə­

lərinin sekrotor fəaliyyəti, məhz həmin genlərin iştirakı  və nəzarəti altında baş 

verir  və tənzimlənir.

  Ağız  südünün  tərkibində  həm  də  immun  xassəyə  malik 

olan  digər 

maddələT-aqqlyutininlər,  anthoksinlər,  opsoninlər,  presipitinlər

  və 


s. də yeni doğulan körpə heyvanların orqanizminin xəstəliklərə davamlılığın­

da müəyyən pozotiv rol oynayır.

Ağız  südü  kimyəvi  tərkibinin  çox  zənginliyi  və  zülalların,  xüsusilə 

albumin və qlobulinlərin miqdarının yüksək olması ilə süddən kəskin surətdə 

fərqlənir.  Doğumdan  sonra  ilk gündə  onun  tərkibindəki  albumin  və  qlobu­

linlərin miqdarı süddən  15-20% artıq olur. Onun  tərkibində 



karotin, natrium, 

dəmir,  xloridhr,  A,  E   vitaminləri,  riboflavin,  niotsin  və  nisbətən az  miqdarda 

kalium və laktoza vardır. Ağız südündə ilk sağımdan sonra immunoqlobulinlər

Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin