Pedaqoji texnologiya – praktiki mənada, həm də qarşıya qoyulmuş məqsədə uyğun olaraq bilik, bacarıq, vərdiş və münasibətləri formalaşdırmaq və onlara nəzarəti həyata keçirmək üçün əməliyyatlar kompleksi başa düşülür. Pedaqoji texnologiyalar yalnız təhsilin elementi kimi deyil, həmçinin onun məqsədi, məzmunu, prosesi və nəticəsi kimi xidmət göstərir. Pedaqoji texnologiyalar aşağıdakı kimi təsnif oluna bilər: 1) təlim prosesinin texnologiyası; 2) tərbiyə prosesinin texnologiyası; 3) inkişaf texnologiyası; 4) diaqnostika texnologiyası. Pedaqoji texnologiyalarda müəllimin fəaliyyətinin qnostik (idraki), layihələndirici, konstruktiv, təşkilatçılıq, kommunikativ (ünsiyyət) komponentlərini ayırmaq mümkündür.