Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,59 Mb.
səhifə421/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   417   418   419   420   421   422   423   424   ...   443
Qeyri-formal təhsilmüxtəlif kurslarda, dərnəklərdə və fər­di məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin veril­məsi ilə mü­şayiət olunmayan təhsil formasıdır.

Lisenziya – təhsil fəaliyyətinə dövlət tərəfindən verilən xüsu­si ra­zı­lıqdır.

Lisey – ümumi və tam orta təhsil səviyyələrində istedadlı şa­gird­lər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri göstərən ümum­təhsil müəssisəsidir.

Magistratura – ali təhsilin ikinci səviyyəsidir.

Magistr – magistraturanı bitirmiş şəxslərə verilən ali-elmi-ix­ti­­sas dərəcəsidir.

Mentor (rəhbər) – başqa bir insana yardım təklif edən nüm­u­nə­vi şəxsdir. Mentorun müvafiq sahə üzrə biliyi və təcrübəsi var və onu rəhbərlik etdiyi şəxslə bölüşür.

Meta – yunan mənşəli prefiksdir. Müxtəlif mənalarda (haqqında, kənar, vasi­tə­silə, sonra və s. mənalarda) açıqlanır. Psixolo­giyada metakoq­ni­tiv və ya metahafizə anlamlarına az təsadüf olunmur.

Metodologiya – idrak və gerçəkliyin dəyişdirilməsi metodları haq­­qında təlim kimi, dünyagörüşü prinsiplərinin idrak prose­sinə, ümu­­miyyətlə, mə­nə­vi fəaliyyətə və praktikaya tətbiqi kimi anlaşıla bi­­lər. Həm də burada yalnız fəlsəfənin deyil, həmçinin konkret elmi təd­­qiqatın me­tod­ları nəzərdə tutu­lur. Buna görə də, metodologiyaya bə­­zən bu və ya digər elm çərçivəsində tətbiq olunan müəyyən me­tod­lar sistemi kimi tərif verirlər.

Mədəniyyət tarixən dəyişən, sosial tələblərlə şərtlənən geniş anlayış olub, konkret tarixi dövrün məhsulu, onun siyasi və iqtisadi təsirinin nəticəsidir. O, insanın şüuru, psixikası və davranışı ilə bağlı olmaqla yanaşı, həm də dövlətin və xalqın tarixi inkişafı ilə sıx əlaqədədir.

Sosial fenomen və noumen olan mədəniyyət həyat və fəa­liy­yətin müəyyən sahəsində onun keyfiyyətini ifadə edən kontekstual anlamda da öz əksini tapır. İntellektual, siyasi, iqtisadi, etik, hü­quqi, tibbi, ekoloji, idarəetmə mədəniyyəti, məişət mədəniy­yəti, sülh mədəniyyəti, gender mədəniyyəti, məsuliyyət mədəniyyəti və s. mədəniyyətlər vardır.



Mənalı öyrənmə – şagirdin məktəbdə və gələcək peşə fəa­liy­yə­tində, şəxsi və vətəndaş həyatında müvəffəqiyyət qazan­ması üçün zə­ruri olan öyrənmədir. O, geniş bir anlayış olub əhəmiyyət kəsb edən məsə­lə­lərin, eyni zamanda real, dünyəvi və cəmiyyətin tələbat­la­rı ilə əlaqədar məsələlərin öyrənilməsini əhatə edir.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   417   418   419   420   421   422   423   424   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin