Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Böyük çex pedaqoqu Y.A.Komenski isə təsdiq edirdi ki, “Uşaqlar dərk etməzdən əvvəl nümunəni götürürlər”



Yüklə 3,59 Mb.
səhifə245/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   241   242   243   244   245   246   247   248   ...   443
Böyük çex pedaqoqu Y.A.Komenski isə təsdiq edirdi ki, “Uşaqlar dərk etməzdən əvvəl nümunəni götürürlər”.

İnsanın təbiəti elədir ki, o, həyatının bütün sahələrində özünə nümunə tapmaq istəyir, yəni kimdənsə örnək almaq istəyir. Gözəl tərbiyə nümunələri insanın mükəmməl tərbiyə almasına əlverişli şərait yaradır.

Psixoloqlar və sosioloqlar insan həyatında nümunənin əhə­miy­­yəti mövzusunu çox araşdırmışlar. Onlardan biri də tanınmış qərb psixoloqu Qabriel Tarddır.

Onun nəzərincə, insanı ictimailəşdirən, onu mədəniyyətlərə diq­qətli edən əsas amil nümunələr, təqlidlərdir. Əgər müsbət nü­mu­nələr olmasaydı insanın danışıq dili, yazı xətti də olmazdı. Yaxşı nü­munələrdən istifadə etməyən və ya ondan imtina edən insan ya­zıb-oxumaq kimi misilsiz dəyərlərdən məhrum olar, öz əcdadlarının elmi və mədəni irsindən faydalana bilməz.

İş başına gələn istənilən bir nəsil, özündən əvvəlki nəslin təcrü­bələrindən faydalanmalı, onlardan nümunə götürməli, öz icti­mai həyatını nizamlamaq, ehtiyaclarını aradan qaldırmaq üçün on­la­ra əsaslanmalıdır. Demək, keçmiş irsin mənimsənilməsində aparıcı amil nümunə götürməkdir. Atalarımız nahaq yerə deməmişlər ki, “Dünya gör-götür dünyasıdır”.

Əgər öz həyatımızda ata-babalarımızın təcrübələrindən fayda­lan­­masaydıq, onların məlumatlarından istifadə etməsəydik, hətta yemək və geyim kimi ehtiyaclarımızın təminində misilsiz prob­lemlərlə üzləşərdik. Axı keçmiş təcrübələrdən faydalanmadan xörək bişirmək, libas tikmək, ev tikmək necə mümkün olar?! Bəşəriyyət yaxşı örnəklərdən imtina etsəydi, hazırkı təkamüldən məhrum olar­dı. Bəli, keçmiş elmi, mədəni biliklərdən faydalanmanın ən əsas ami­li müsbət nümunələrdən faydalanmaqdır.

Əlbəttə ki, bütün sahələrdə kor-koranə nümunəyə üz tutmaq ifratçılıqdır. Amma, düşünmək olmaz da ki, insanın formalaş­masın­da yeganə yol nümunədir.

Tərbiyə prosesində hansı nümunələrdən istifadə olunur:

1. İlk növbədə görkəmli şəxsiyyətlərin, alimlərin, incəsənət adam­larının, yazıçı və şairlərin, ictimai və dövlət xadimlərinin hə­yatından nümunələr

2. Kiçik məktəblilərin idealı konkret şəxslərdir. Böyük mək­təb yaşlı uşaqların idealı isə ümumiləşmiş obrazlar, ideallardır. Bu­na görə də ədəbi obrazların, kinofilm film süjetlərindəki obrazlar nü­munəsində tərbiyə mühüm yer tutur.

3. Sadə insanların, məktəblilərin, yoldaşların müsbət nümu­nə­ləri, müsbət davranışları məktəblilər üçün bir tərbiyəvi örnək mən­bəyidir.

4. Müəllim və ya tərbiyənin şəxsi nümunəsi qüvvətli tərbiyə mənbəyi və təsirli tərbiyə metodudur. Müəllimin sözü, hərəkət və davranışı ən qüvvətli tərbiyə vasitəsidir. Məktəbli üçün müəllim, xüsusilə sinif müəllimi onun üçün idealdır.

5. Valideynin şəxsi nümunəsi qüvvətli təsiredici tərbiyə vasi­təsidir. Nəinki valideyn nümunəsi ailənin bütün üzvləri bir-birindən nümunə götürərək tərbiyələnir və inkişaf edirlər. Böyük pedaqoq A.S.Makarenko deyirdi ki, uşaqları hər şey tərbiyə edir: insanlar, əşyalar, hadisələr. Amma insanlar daha qüvvətli tərbiyəedici təsirə malikdirlər ki, bu sahədə valideynlər birinci yerdədirlər. Onlar hər gün uşaqlarla ünsiyyət və münasibətdə olarkən onların mənəvi aləminə qüvvətli təsir göstərirlər. Valideyn nümunəsi uşaqların gələ­cək ailə həyatında, onların xarakterlərinin formalaşmasında mü­hüm təsir qüvvəsinə malikdirlər.

Nümunələr əsasında tərbiyədə nüfuzlu, hörmətli şəxsin nü­mu­nəsi xüsusilə böyük əhəmiyyət kəsb edir. Hörmət və nüfuz nə qədər böyükdürsə tərbiyəvi təsir də bir o qədər yüksək olacaqdır. Buna görə də nümunə tərbiyəsində valideynlərin və müəllimlərin nüfuzu, hörmət və şərəfi əsas yer tutmalıdır. Ona görə A.S.Makarenko dəfələrlə deyirdi ki, nüfuz olmadan heç bir tərbiyəvi təsir mümkün deyildir. Tərbiyəçi və valideynin nüfuzu tərbiyədə əsas şərtdir.

Böyüklər hər bir hərəkətində, davranışında, rəftarında uşaq­la­ra nümunə olmalıdırlar. Əgər böyüklər uşaqlarda düzlük və doğ­ruluq tərbiyə etmək istəyirlərsə bunu ilk növbədə özləri öz əməlində nümunə göstərməlidirlər. Səliqəli geyinməyən bir valideyn və ya bir tərbiyəçi uşaqdan səliqəli geyinməyi tələb edə bilməz.

Nümunə tərbiyəsində böyüklərin uşaqlara vahid tələbkarlıqla yanaşmasının böyük əhəmiyyəti vardır. Tərbiyənin mühüm prinsip­lərindən biri “Tələblərdə vahidlik” prinsipidir. Uşaqlar bəzən pis nümunələrlə də qarşılaşırlar. Bu nümunələri onlar həyatda, küçədə, kinofilmlərdə və s. görə bilirlər. Onları bunlardan ayırmaq və ya qadağan etmək mümkün deyildir. Cəmiyyətimizdə pislərlə yaxşılar bir yerdədir. Ona görə də uşaqlarda rast gəlinən pis nümunələrə qarşı etiraz hissi yaradılmalı, onlar pis nümunələri görsələr də onu etməməlidirlər. Artıq yaxşı nümunələr əsasında tərbiyə görmüş mək­­təb­li pis nümunə gördükdə onun ardınca getməz ona öz etira­zı­nı bildirər.




Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin