Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


İohan Fridrix Herbartın tərbiyə haqqında fikirləri



Yüklə 3,59 Mb.
səhifə83/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   443
İohan Fridrix Herbartın tərbiyə haqqında fikirləri. İ.F.Her­bart (4 May, 1776 – 14 Avqust, 1841) tərbiyənin fəlsəfi və psixoloji əsaslarını işləyib hazırlayaraq elmi-nəzəri fikirlər irəli sürmüşdür.

İ.F.Herbart tərbiyənin məqsədini müəyyənləşdirməyə böyük əhəmiyyət vermişdir. İ.F.Herbart tərbiyənin məqsədini iki yerə bölürdü:



1. İmkan daxilində olan məqsədlər. Bu müəyyən ixtisas üzrə peşə seçməkdir;

2. Zəruri məqsəd. Bu insanın bütün fəaliyyət sahələri üçün lazımdır.

Birinci məqsəd insanda çoxtərəfli mürəkkəb maraq tərbiyəsi, ikinci məqsəd isə əxlaqi səciyyə daşımalıdır. İ.F.Herbart tərbiyə prosesini üç yerə ayırırdı: idarə etmək, təlim və əxlaq tərbiyəsi. İdarə dövrü uşağın gələcəyini deyil, mövcud vəziyyətini, tərbiyə prosesində müəyyən qayda və intizama tabe olmasını nəzərdə tutur. O, uşaqda “vəhşi şuxluğu” susdurmalıdır. İ.F.Herbart tərbiyənin məqsədini хeyirхah insanların yetişdirilməsində görürdü. Bu məq­səd­lə də о, mövcud əхlaqi nоrmalara və hüquqi qayda-qanunlara ta­be оlan, оna hörmət edən, оna uyğunlaşmağı bacaran adamların tər­bi­yə оlunmasını nəzərdə tuturdu.

Məhz о, təlimin tərbiyəedici funksiyasını hərtərəfli əsaslan­dırmış, təlimi tərbiyəedici edən elementləri aydın surətdə göstərmiş, оnun mahiyyətini izah etmişdir. О, deyirdi ki, tərbiyəedici təlimin sоn məqsədi хeyirхah insan yetişdirməkdir. Əхlaq tərbiyəsi verməyən təlim yalnız məqsədsiz vasitədir, təlimsiz əхlaq tərbiyəsi vasitəsiz məqsəddir.

İ.F.Herbart ictimai və şəxsi əxlaq ideyasını şərh etmişdir. Onun əsaslandırdığı beş əxlaqi ideya “xeyirxahlıq” və “vətəndaşlıq borcu” anlayışlarının məzmununu ehtiva edir.

İ.F.Herbartın tərbiyənin məqsəd və vəzifələri ilə bağlı fikirləri bu əxlaqi ideyalara əsaslanır:

Daxili azadlıq ideyası şəxsiyyətin əql və iradəsinin, əxlaqi mühakimə ilə iradəsinin harmoniyasını nəzərdə tutur;

Kamillik ideyası bədən və ruhun sağlamlıq qayğısına qalmağı, həm bədəni, həm də ruhu qiymətləndirməyi, onları mü- kəmməlləşdirmək arzusuna malik olmağı, yüksək mənəvi dəyərlərə yiyələnməyi nəzərdə tutur;

Məhəbbət ideyası şəxsi iradə ilə digər fərdlərin iradəsi ara­sın­da harmoniyanı, yüksək səviyyəli müəllim-şagird münasibət­lərini nəzərdə tutur;

Ədalət ideyası başqasına edilən hər bir hərəkət üçün mükafat, yaxud cəza verməyi nəzərdə tutur;

Hüquq ideyası fərdin öz hüquq və vəzifələrini başqaları ilə münasibətdə dərk etməsini, mübahisə zamanı hər iki tərəfin bərabərhüquqlu olmasını qəbul etməyi nəzərdə tutur.

Düzgün pedaqoji rəhbərlik, intizam və onunla bağlı olan təlim əxlaqca güclü xarakterlərin formalaşmasına xidmət edir. Təlimi intizamla sıx uyğunlaşdırmaq, bilikləri şagirdlərin hiss və iradəsinin inkişafı ilə birləşdirmək tərbiyəedici təlimin mahiyyətini təşkil edir. İ.F.Herbarta görə, təlim çoxcəhətli marağa əsaslanmalıdır. O, yazırdı: “Təlimin son məqsədi-xeyirxahlıqdan ibarətdir”.

İ.F.Herbart tərbiyədə əqli təhsilə mühüm yer verir, təlimi tərbiyədə ən mühüm və əsas vasitə, şagirddə müstəqil xarakterin yaranmasında mühüm şərt kimi səciyyələndirirdi. Pedaqoji elmdə tərbiyəedici təlim ideyası Herbarta məxsusdur. Məhz o, təlimin tərbiyəedici funksiyasını hərtərəfli əsaslandırmış, təlimi tərbiyələn­dirici edən elementləri aydın surətdə göstərmiş, onun mahiyyətini şərh etmişdir.

İ.F.Herbarta görə, tərbiyə insanın iradəsi ilə onun çoxtərəfli maraqları arasında harmoniya yaratmalıdır. Bu harmoniyaya isə idarəetmə, təlim və əxlaq tərbiyəsi ilə nail olmaq olar. O, əxlaq tərbiyəsində dini tərbiyəyə, cəzaya xüsusi yer verirdi.

Lakin İ.F.Herbart cəzanı intiqam məqsədi ilə deyil, şagirdə xeyirxahlıq aşılamaq məqsədi ilə verilməsini məsləhət bilirdi. O deyirdi ki, uşağın öz hərəkətində sərbəst olmasına yol veril­mə­mə­lidir. Onun ictimai həyatla bağlanmasında ehtiyatlı olmalıdır. Odur ki, ictimai həyatın təsiri tərbiyədən güclü olmamalıdır.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin