Tutdum orucu irəmazanda,
Qaldı iki gözüm qazanda ,
Mollam da döyür yazı yazanda...
O dövrün məktəblərində Quran şifahi öyrədilir, əzbərlədilirdi. Yalnız Quranı oxuyub qurtarandan sonra yazıya keçilirdi. Görünür Sabir yazıya keçməkdə bir az tələsmişdir.
Sabir bir-iki il bu məktəbə davam etdikdən sonra atası artıq oğlunun ana dilində və farsca yazıb oxuması ilə kifayətlənərək onu təhsildən ayırmaq və öz dükanında bir köməkçi işlətmək istəyirdi. Lakin Ələkbər məktəbə, ədəbiyyata elə bağlanmışdı ki, onu bu yoldan ayırmaq çox çətin idi.
Sabirin “Oxutmuram əl çəkin!” satirası da elə bir qədər avtobioqrafik mahiyyətdə olub, uşaqlarını məktəbə qoymayanları tənqid edir, uşaqlıqda atası ilə özü arasında baş vermiş hadisə də bədii şəkildə öz əksini tapır.
”Oğul mənimdir əgər, oxutmuram əl çəkin,
Dostları ilə paylaş: |