Mirzə Ələkbər Sabir (1862-1911) satirik şerin böyük ustadı kimi, Azərbaycan pedaqoji fikrinin inkişafı tarixində mühüm rol oynamış, təhsilin, maarif və mədəniyyətin inkişafında xüsusi xidmətlər göstərmişdir. Sabirin adı həmişə maarif, məktəb, gənc nəslin təlim və tərbiyəsi məsələləri ilə sıx bağlı olmuşdur. Sabir böyük mütəfəkkir, nadir satirik şair, böyük müəllim və tanınmış , mahir pedaqoq olmuşdur.
Sabir yalnız öz dövrünün rəzalət və cəhalət dünyasını qamçılamamış, həm də uzaq gələcəyin aktual problemlərini müəyyənləşdirmiş, yeni minilliyə gedən qüsurları bir-bir göstərmiş, onları aradan qaldırmaq üçün yollar aranmasını qarşıya qoymuşdur. Cəsarətlə demək olar ki, ötən əsrin elə mühüm ictimai – siyasi hadisəsi, maarif, məktəb və yaxud məişət məsələsi yoxdur ki, M.Ə. Sabir yaradıcılığında öz satirik qələmi ilə ona toxunmamış olsun.
...Ələkbər hələ 5-6 yaşında olduğu zaman atası ona dərviş paltarı geydirmiş, dini şeirlər oxumağı öyrətmiş və uşaq səkkiz yaşına çatdığı zaman onu molla məktəbinə qoymuşdur. Orta əsrlərdən qalmış olan bu məktəblərdə dünyəvi elmlər yox dərəcəsində idi. Burada əsasən Quranı-Kərim, hədislər, dini rəvayətlər, Sədi Şirazinin “Gülüstan” və “Bustan”ı, daha sonralar Cəlaləddin Ruminin “Məsnəvi”si, Füzulinin “Divan”ı, öyrədilirdi. Oxumaq və yazmaqda şagirdlər üçün sərt qaydalar, cəza üsulları qoyulmuşdu. Sabir bu məktəbdə oxuduğu zaman ilk üç misralıq şeirini yazmışdır ki, bu şeir-dən o dövrün məktəbini, qaydalarını müəyyən qədər bilmək olur:
Dostları ilə paylaş: |