....Tərbiyət elmsiz deyil məqbul
Ki, onun müqtəzası tərbiyədir!”
“Bitərbiyəliliklə tifli-məsum
Axırda olur səfilü məşum”...
Sabirin məktəbə, elmə, tərbiyəyə, maarif və mədəniyyətə verdiyi qiymət, ana dili və rus dilinə verdiyi geniş mövqe – Azərbaycanda xalq maarifinin inkişafında böyük rol oynamış və xalq maarifi sahəsində müəyyən dönüş əmələ gəlməsinə kömək etmişdir. Sabirin təhsil haqqındakı fikirləri və onun əməli pedaqoji fəaliyyəti Sabiri Azərbaycanın böyük xalq müəllimləri sırasına qədər yüksəltmişdir.
Sabir yetişən gənc nəslin tərbiyəsində, dünyagörüşünün formalaşmasında uşaq ədəbiyyatının roluna böyük əhəmiyyət vermiş, özü də uşaqlar üçün dəyərli, ibrətamiz şeirlər, təmsillər, nəsihətlər, mənzum hekayələr, nəğmələr yazmışdır. Onun “Yalançı çoban”, “Molla Nəsrəddin və oğru”, “Cütçü”, “Yaz günləri”, “Uşaq və buz”, “Uşaq və pul”, “Ağacların bəhsi”, “Məktəb şərqisi”, “Qarğa və tülkü”, “Təbib ilə xəstə”, “Qarınca”, “Qoca bağban” və s. şeirləri Azərbaycan uşaq ədəbiyyatının ən yaxşı nümunələri olmaqla gənc nəslin tərbiyəsində, idraki inkişafında, dünyagörüşünün genişlənməsində xüsusi əhəmiyyət kəsb edir.
“Məktəb şagirdlərinə töhfə” adlı şeirində Sabir özünün kiçik həmvətənləri haqqında müqəddəs bir ideal bəslədiyini açıb deyir:
“Vəqtdən daim istifadə edin,
Dostları ilə paylaş: |