Xain olsaq əgər bu dünyadə
İrzi namusumuz gedər badə;
Gözümüz müntəhayi-zillətdən
Baxamaz kimsəyə xəcalətdən;
Gərçi pul çox fərahfəzadır, oğul,
Leyk namus pək bəhadır, oğul!
Böyük sənətkarın fikrincə övladın sağlam tərbiyəsi ailədəki şəraitdən asılıdır.
Sabirin “Artıq alib, əskik satan tacir”, “Camış və sel” mənzumələrində də əliəyrilik, yalançılq tənqid olunur. Şair deyir ki, artıq alıb əskik satan tacirin oğlu da atasının yolu ilə gedir. O, atasından oğurlamaq istədikdə ata oğlunu cəzalandırır. Bu zaman nurani bir qoca ataya deyir:
Dostları ilə paylaş: |