Nə ədəb vaxtıdır, qoy söysün, ufaqdır uşağım!
...Bir söyüşdən ötəri etmə əziyyət balama,
Göyərib coşma, utan, qonşuları yığma dama,
Sənə söydükləri getsin başı batmış atama,
Qışqırıb bağrını da yarma, uşaqdır uşağım!
Nə ədəb vaxtıdır, qoy söysün, ufaqdır uşağım!”
Sabir ailədə uşaq tərbiyəsinin mənfi cəhətlərini tənqid etməklə bərabər, eyni zamanda ata-anaların övladlarının məktəbə getmələrini, elm, təhsil və tərbiyəsinə qayğı göstərdiklərini də təqdir etmişdir:
“Mənim bağım-baharım,
Fikri ziyalı oğlum!
Məktəb zamanı gəldi,
Dur, ey vəfalı oğlum!
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
...Elm öyrən, imtahan ver,
Öz fəzlini nişan ver,
Qədrin bil elmü fəzlin,
Elmin yolunda can ver!
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!...”
Gənc nəslin təlimi, tərbiyəsi və təhsili Sabiri ən çox məşğul edən məsələlərdən biri olmuşdur. Sabir xalq müəllimini maarif cəbhəsinin döyüşçüləri adlandırır, məktəbi isə təribiyə, ədəb, əxlaq mərkəzi adlandırır və belə yazır:
Biz niyə məktəbi, təhsili-ülumu sevirik,
Çünki məktəb adına bizdə xəyanət yoxdur!
Sabir insanın formalaşmasında, bir şəxsiyyət kimi inkişafında tərbiyənin roluna böyük qiymət verir və insanlarda ən yüksək mənəvi keyfiyyətlərin tərbiyə ilə meydana gəldiyini və tərbiyə ilə elmin vəhdətdə olduğunu, elmin insanları, milləti nüfuzlu etdiyini bildirir:
Dostları ilə paylaş: |