Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Ufacıq işləri hünər sanma



Yüklə 3,59 Mb.
səhifə151/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   147   148   149   150   151   152   153   154   ...   443
Ufacıq işləri hünər sanma,

Böylə işlər keçər sühulət ilə,

Hünər oldur ki, bir böyük əməli

Edəsən həll min süubət ilə.

..İş apar, baş gedərsə qoy getsin...

Ad qalır, bəs deyilmi, millət ilə?!

“Hörümçək və ipəkqurdu” təmsili də ideya-məzmun baxımın­dan ibrətamizdir. Təmsildə şair vətənə, xalqa faydalı olmağı təbliğ edir. İpəkqurdu öz sürətli işi ilə öyünən hörümçəyin zərərli təbiətini üzünə söyləyir. Məharət tez və çox iş görməkdə deyil, cəmiyyətə nə dərəcədə xeyir verməkdədir.

Sabir tərbiyə və təhsilin demək olar ki, bütün sahələri haq­qın­da dəyərli pedaqoji fikirlər söyləmişdir. M.Ə. Sabirin irəli sürdüyü, şeirlərində təbliğ etdiyi maarifçi-pedaqoji ideyalar müasirlik baxı­mın­­dan da, yeni təhsil quruculuğu üçün də xeyli əhəmiyyətlidir. Onun bu sahədəki fikrilərini aşağıdakı kimi qruplaşdırmaq olar:


  1. Tərbiyənin məqsədi kamil insan formalaşdırmaq, onun mənəvi, fiziki və əqli qabiliyyətlərini ahəngdar surətdə inkişaf etdirmək və yüksək əxlaqi keyfiyyətlər tərbiyə etmək;

  2. Tərbiyə prosesində insanda geniş dünyagörüş yaratmaq, onu müasir biliklərlə silahlandırmaq, onda sadəlik, təvazökarlıq, və­tən­pərvərlik, əməksevərlik, insanpərvərlik, düzlük və doğru­çu­luq, xalq mənafeyi uğrunda mübarizlik kimi keyfiyyətlər formalaş­dır­maq;

  3. Təlim prosesində tərbiyəvi vəzifələri həyata keçirmək, tə­lim, tərbiyə, və ictimai faydalı işləri kompleks şəkildə hər bir fərdin yaşına və psixoloji xüsusiyyətlərinə uyğunlaşdırmaq;

  4. Tərbiyə və təlim işlərində müəllim əməyinə yüksək qiymət vermək, müəllim – şagird münasibətlərini humanist, demokratik və pedaqoji əsaslar üzərində qurmaq, müəllimin ixtisas biliyinə, elmi, pedaqoji, psixoloji və metodik biliklərə yiyələnməsini, düzgün və səlis nitqə malik olmasını, yüksək əxlaqi, mənəvi keyfiyyətlərə sahib olmasını vacib hesab etmək;

  5. Cahillik və nadanlıqdan uzaqlaşmaqda, insanların mütə­rəq­qi biliklərə yiyələnməsində, məktəbin böyük rola malik olmasını dəyərləndirmək və xalq arasında məktəbin rolunu yüksəltmək, təbliğ etmək.

M.Ə. Sabirin şeirləri, yaratdığı nəğmələr, mənzum hekayə və təmsillər öz ictimai - əxlaqi, ədəbi-bədii təravətini bu gün də sax­la­yır, gənclərin yüksək ideya və əxlaqi, mənəvi və estetik tərbiyəsində mühüm rol oynayır. M.Ə. Sabirin tərbiyə, təhsil, maarif və mə­də­niy­­yət haqqında fikirləri Azərbaycan məktəbinin fəaliyyətinə, maarif və mədəniyyətinin inkişafına, pedaqoji fikir tarixinə yeni məz­mun gətirmiş və onu daha da inkişaf etdirmişdir.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin