Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri



Yüklə 3,59 Mb.
səhifə160/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   ...   443
7.4. Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri


  • Tərbiyə məqsədyönlü prosesdir. Tərbiyənin məqsədi tər­biyə olunana yaxın və aydın olanda prosesin təşkili ən yüksək səmərəni təmin edir.

  • Tərbiyə çoxamilli prosesdir. Bu prosesdə çoxlu obyektiv və subyektiv amillər özünü göstərir. Şəxsiyyətin daxili tələbatını ifadə edən subyektiv amillərin şəxsiyyətin yaşadığı obyektiv şəraitə uyğun gəlməsi tərbiyə vəzifələrini uğurla həll etməyə kömək edir.

  • Tərbiyə dialektik prosesdir. Bu onun fasiləsiz inkişafında dinamikliyində, dəyişkənlyində özünü göstərir.

  • Tərbiyə kompleks prosesidir. Bu o deməkdir ki, tərbiyə prosesinin məqsədləri, vəzifələri, məzmunu, forma və metodları vəhdətdədir. Bunların hamısı şəxsiyyətin tam formalaşması ideya­sı­na tabedir. Şəxsiyyətin əxlaqi keyfiyyətlərinin formalaş­ması kom­pleks halda, vəhdətdə baş verir.

  • Tərbiyə mürəkkəb dinamik prosesdir. Bu sistemin hər bir kom­ponenti öz növbəsində bir sistem hesab edilə bilər, çünki onun da öz komponentləri vardır.


  • Yüklə 3,59 Mb.

    Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin