Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,59 Mb.
səhifə250/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   246   247   248   249   250   251   252   253   ...   443
Bilavasitə tələblərə müəyyənlik, konkretlik, dəqiqlik xarakterikdir. Burada tələb qətiyyətli tonda verilir, özü də çoxlu çalarda (intonasiya, mimika, səsin gücü) ifadə oluna bilər.

  • Bilvasitə tələblərdə (məsləhət, xahiş, işarə,etibar və s.) fəaliyyətin stimulu artıq tələbin özü deyil, onun yaratdığı psixoloji amillərdir.

    Tələb-məsləhət şagirdi müəllimin tövsiyə etdiyi hərə- kət­lərin məqsəduyğunluğuna, faydalılığına, zəruriliyinə inandırmaq­dır. Şagird öz müəllimini böyük, hada təcrübəli, yoldaş, nüfuzlu adam kimi qəbul edərsə, onun məsləhətini qəbul edəcəkdir.

    Tələb-etibar müəllim-şagird münasibətlərində özünü göstərir. Burada etibar bir-birinə hörmət edən tərəflərin təbii müna- sibətləri kimi özünü göstərir.

    Tələb-xahiş yaxşı təşkil olunmuş kollektivdə ən çox işlənən təsir vasitələrindən biridir. Bu müəllim və şagirdlər arasında yoldaşlıq münasibətlərinin əmələ gəlməsinə əsaslanır. Xahiş özü də elə əməkdaşlığın, qarşılıqlı etibar və hörmətin təzahür formasıdır.

    Tələb-işarə öz effektivliyinə görə bilavasitə tələbi ötüb keçir. Təcrübəli müəllimlər yeniyetmə və gənclərlə iş zamanı bu formanı müvəffəqiyyətlə tətbiq edirlər.

    Tələb-təqdir də bilvasitə tələb formalarından biridir. Müəl­limin vaxtında ifadə etdiyi təqdir güclü stimul kimi təsir edir. Verilmə qaydasına görə vasitəsiz (bilavasitə)vasitəli (bilvasitə) tələblər vardır. Müəllimin istədiyi davranışa nail olmaq üçün irəli sürdüyü tələb vasitəsiz (bilavasitə) tələbdir. Şagirdlər bir-birinə müəllimin “təşkil etdiyi” tələbi verirlər. Belə tələb vasitəli tələbdir.

    İctimai rəy. Əslində bu da tələbin bir formasıdır, həm də kollektiv formasıdır. İctimai rəy – şagirdin hərəkət və davranışının, öz istək və arzusunu ifadə etmək tərzini başqaları (kollektiv) tərəfindən qiymətləndirlməsi ilə əlaqədardır. Belə ki, inkişaf etmiş kollektivdə (yaxud qrupda) kəskin şəkildə ifadə edilən ictimai rəy şagirdi ya müsbət hərəkətlərə sövq edir, ya da onu anormal hərəkətlərdən çəkindirir, nəticədə nəcib adətlərin əmələ gəlməsinə kömək göstərir. Tərbiyəvi baxımadn ictimai rəyin kəsəri onun səmərəliliyindən, obyektivliyindən, ədalətli olmasından və aydın ifadə edilməsindən asılıdır. Kollektiv tənqid və qərarlar ictimai rəy metodunun formalarındandır.

    Rejim. Bunu alışdırma metodunun vasitələrindən biri kimi də qeyd edirlər. Sözün geniş mənasında rejim – insanın davranışını, həyat tərzini nizamlandıran qaydaların cəmidir. Şagirdlərin gündə­lik fəaliyyətini nizama salan vaxt cədvəli rejimin bir növüdür. Tərbiyə işində rejim böyük rol oynadığından konkret şəraiti, uşağın sağlamlığını, həyat tərzini nəzərə almaqla ailədə, məktəbdə və ya məktəbdənkənar ictimai yerlərdə uşaq həyatının bütün sahələri re­jimdə nizama salınmalıdır. Rejimi müəyyənləşdirmək işində şagird­lərin arzu və rəylərini nəzərə almaq, məsləhət bilinmiş qayda­ların zəruriliyinə onlarda möhkəm inam yaratmaq, həmin qaydaların müəyyən dövr ərzində sabitliyinə və uşaqlar tərəfindən sözsüz yerinə yetirilməsinə nail olmaq tərbiyənin müvəffəqiyyəti üçün ən vacib şərtlədəndir.

    Tapşırıq tərbiyə metodu olub müxtəlif xarakter daşıyır. Müəllimlər tapşırıqların köməyi ilə şagirdləri (tələbələri) müsbət hərəkətlərə alışdırırlar. Tapşırıq metodu yaxşı nəticələr verir. Müəl-limlər tapşırıqların köməyi ilə şagirdləri yaxşı hərəkətlərə alış­dı­rır­lar. Tapşırıqlar müxtəlif xarakter daşıyır. Nəzarət müxtəlif forma­lar­da (tapşırığı yerinə yetirmə haqqında hesabat formasında) ola bilər. Yoxlama tapşırığın yerinə yetirilməsinin keyfiyyətini qüvvətləndir­məklə başa çatır.

    Yarış. Yarış kollektivdə şagirdlərin fəaliyyətini təşkil etməyin və onu stimullaşdırmağın başlıca metodlarından biridir. Tərbiyə metodu kimi o, uşağın özünü təsdiqləmə faktına istinad edir. Məlum olduğu kimi, hər bir şagird, sinif və ya kollektiv ya məktəb kol­lek­ti­vin­də öz yerini “tapmağa”, seçilməyə çalışır və bu məqsədə çatmaq üçün səy göstərir, məşqlər edir, öz üzərində çalışır və s. Bütün b­un­lar da fəaliyyətin düzgün təşkili üçün dəyərli metodlardan sayılır.

    Şagirdlərin müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi. Şəxsiyyət fəaliyyət prosesində formalaşır. Fəaliyyətin isə müxtəlif sahələri, növləri vardır. Şagirdlərin ən çox məşğul olduğu fəaliyyət sahələri, təlim, ictimai faydalı əmək, ictimai işlər, oyun və idman məşğələləridir. Bunların hər biri tərbiyə işində müstəsna rol oyna­yır. Təlim özünün təşkil formaları ilə də tərbiyələndirici səciyyə daşıyır.

    Dərsin zənglə başlayıb zənglə qurtarması, zəng çalınanda uşaqların sinfə daxil olub öz partaları arxasına keçmələri, müəllim sinfə gələn kimi səssizcə ayağa qalxıb onunla salamlaşmaları, keç­miş mövzunu danışmaq üçün icazə almaları, danışan yoldaşlarını sakitcə dinləmələri və s bütün bunlar şagird şəxsiyyətinin düzgün formalaşmasında əhəmiyyətli rol oynayır.


    Yüklə 3,59 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   246   247   248   249   250   251   252   253   ...   443




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin