Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Davranışı və fəaliyyəti stimullaşdıran metodlar



Yüklə 3,59 Mb.
səhifə252/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   248   249   250   251   252   253   254   255   ...   443
9.4. Davranışı və fəaliyyəti stimullaşdıran metodlar
Stimullaşdırma - hərəkətə gətirmək, təkan vermək, həvəs­lən­dir­mək, şirnikdirmək deməkdir. Fəaliyyət və davranışı sti­mul­laşdırmaq-fəaliyyət və davranışa təkan verməkdir, insanı müsbət fəa­liyyətə təhrik etmək, hərəkətə gətirmək, həvəsləndirmək demək­dir. Fəaliyyət və davranışı stimullaşdıran metodlar – rəğbət­lən­dir­mə və cəzalandırmadır.

Davranışı və fəaliyyəti stimullaşdıran metodlar

Rəğbətləndirmə şagirdlərin hərəkətlərinin müsbət qiy­mət­ləndirilməsinin, təqdir edilməsinin ifadəsidir. Rəğbətlən­dir­mə müsbət vərdiş və adətləri möhkəmləndirir. Rəğbətləndirmənin təsiri müsbət emosiyaların oyanmasına əsaslanır. Rəğbətləndirmə-inam, xoş əhval-ruhiyyə yaradır, məsuliyyəti artırır.

Rəğbətləndirmənin növləri müxtəlifdir: bəyənmə, təqdir­etmə, “Afərin”, “Əhsən” sözləri vasitəsilə şagirdi ruhlan­dır­maq, inam göstərmək, tərifləmək, təşəkkür elan etmək, tərifnamə ver­mək, hədiyyə ilə mükafatlandırmaq, vəzifəyə irəli çəkmək, fəxri heyətə nümayəndə seçmək, şəklini şərəf lövhəsinə vurmaq və s.

Rəğbətləndirmənin pedaqoji, psixoloji tərəfləri, onun nəti­cələri əvvəlcədən nəzərə alınmalıdır:

 Müəllimlər çalışmalıdırlar ki, rəğbətləndirmə şagirdlərdə tərifləmək və mükafat almaq motivləri yox, daxili inam və əxlaqi motivləri formalaşdırsın;

 Rəğbətləndirmə şagirdi kollektivin üzvlərinə qarşı qoy­mamalı, kollektiv tərəfindən razılıqla qarşılanmalııdr;

 Yüksək əməksevərlik, məsuliyyət, səmimilik keyfiy­yətləri göstərən, başqalarına kömək göstərməklə özü yüksək şəxsi nailiy­yətlər qazanan şagirdləri xüsusilə rəğbətləndirmək lazımdır;

 Rəğbətləndirmə şagirdin xidmətlərinə, fərdi xüsusiyyət­lə­ri­nə, kollektivdə mövqeyinə uyğun olmalıdır.

 Eyni şagirdlər hər dəfə rəğbətləndirilməməlidir, başqa şagird­lər də, hətta zəiflər də unudulmamalı, nə vaxtsa onlara da diqqət yetirilməlidir ki, həvəslənsinlər;

 Yersiz təriflər lovğalığa gətirib çıxarar. Rəğbətləndirmə za­manı kollektivin rəyi nəzərə alınmalıdır;

 Rəğbətləndirmə fərdi yanaşma tələb edir. Özünə inamı olma­yan, geri qalan şagirdi də ruhlandırmaq çox vacibdir. Şagirdlər onlara göstərilən etimadı doğrultmaqla öz çətinliklərini də aradan qaldıra bilərlər.

 Rəğbətləndirmə məsələsini həll edərkən ədalətlilik prinsipinə əməl edilməlidir.

 Rəğbətləndirmə kollektiv qarşısında olmalıdır.

Rəğbətləndirnə metodunu iki qrupa ayırmaq olar:




Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin