Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,59 Mb.
səhifə277/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   273   274   275   276   277   278   279   280   ...   443
Təbii eksperiment elə müşahidədir ki, bu tərbiyə prosesində baş verən dəyişikliklər sistemli şəkildə öyrənilir. Bu zaman müşa­hidəçi şagirdlərin fəaliyyətinə müdaxilə edir.

Pedaqoji eksperiment zəruri məlumatları və faktları, fərziy­yə­ləri əvvəlcədən dəqiq müəyyən etməyi, konkret şəraiti nəzərə al­ma­ğı tələb edir. Pedaqoji eksperiment vasitəsi ilə şagirdlərin tərbi­yəsinin səviyyəsini, müxtəlif həyat və fəaliyyət şəraitində onların qarşılıqlı əlaqələrini, əməyə, təbiətə, adamlara münasibətlərini aşkar etmək, müxtəlif həyati situasiyalarda onların özlərini necə apar­ma­larını, müstəqilliyini, təşəbbüskarlığını və fəallıqlarının inkişaf dinamikasını öyrənmək olur.

Bu mənəvi keyfiyyətlər tam, bütövlükdə formalaşır. Sinif rəhbəri şagirdləri hərtərəfli öyrənməlidir. Böyük rus pedaqoqu və psixoloqu K.D.Uşinski deyirdi ki, “tərbiyəçi insanı həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli cəhətləri ilə, bütün kiçik ehtiyacları və eləcə də böyük ruhi tələbləri ilə tanış olmalıdır”.

Sinif rəhbəri şagirdləri fəaliyyətin bir çox növlərinə, müxtəlif həyat şəraitinə cəlb edərək, özü üçün kəşflər edir, şagirdlər haq­qın­da öz bilik və təsəvvürlərini zənginləşdirir. Sinif rəhbəri şagirdləri öy­rənərkən obyektivliyi gözləməlidir. Şagirdləri öyrənən sinif rəh­bəri müqayisə və ümumiləşdirmələr apararaq onlar haqqında düz­gün nəticəyə gəlməlidir.

Sinif rəhbərləri şagirdləri öyrənərək tərbiyə etməli, tərbiyə edə­rək öyrənməlidirlər. Sinif rəhbəri şagirdləri nə qədər yaxşı, də-qiq tanıyarsa, onun pedaqoji tərbiyə sistemi bir o qədər ardıcıl və kon­kret, tərbiyə fəaliyyətinin nəticələri o qədər məhsuldar olar.

Sinif rəhbərləri şagirdləri öyrənərkən onların sağlamlığına xüsusi diqqət yetirməlidir. Bunu şagirdlərin müasir həyat tərzi tələb edir. Ona görə ki, yeniyetməlik dövründən başlayaraq şagirdlərin həyat tərzinə müxtəlif amillər təsir edir. Sağlam həyat tərzi şa­girdlərin sağlamlığının təmin edilməsində böyük rol oynayır.

Şagirdləri içkilərdən, narkotik maddələrdən qorumaq vacibdir. Bu işdə sinif rəhbəri həkim və fiziki mədəniyyət müəllimi ilə əmək­daşlıq etməlidir. Sağlam həyat tərzinin təşkili üçün sinif rəhbəri şagird­lərin gün rejiminə, tibbi müayinədən keçmələrinə xüsusi diq­qət yetirməlidir.

Sinif rəhbəri şagirdlərin fərdi kartoçkalarını tez-tez nəzərdən keçirməli, onların profilaktik peyvəndlərdən keçmələrini təşkil et­mə­li, onların həddindən artıq yüklənmə hallarına qarşı mübarizə apar­malıdır. Şagirdlərin məqsədyönlü, müntəzəm və hərtərəfli öyrə­nilməsi fərdi yanaşmanın zəruri şərtidir.

Çünki hər bir şagird özlüyündə bir dünyadır. Hər bir şagirdin özü­nəməxsus fərdi-psixoloji xüsusiyyətləri vardır. Temperament və xarakterin mənəvi və iradi qabiliyyətlərin, formalaşmış şəxsi təcrü­bə­­nin öyrənilməsi hər bir uşağın özünəməxsus fərdi xüsusiy­yət­ləridir.

Şagird və kollektivlər haqqında məlumat toplamaq, tərbiyə pro­sesini optimallaşdırarkən işin nəticələrini müntəzəm şəkildə qey­də almaq, yeri gəldikcə tərbiyə prosesinə düzəlişlər etmək xüsusi əhəmiyyətə malikdir.

Sinif rəhbəri yalnız öz işini yaxşı planlaşdırmaqla kifa­yət­lən­məməli, həm də onun nəticələrini qeydə alıb, habelə təhlillər apar­ma­lı, müqayisə edib nəticələr çıxarmalı, müsbət və çatışmayan cə­hət­ləri aşkar edib konkret tədbirlər görməyi bacarmalıdır.




Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin