Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Sinif rəhbərinin valideynlərlə apardığı



Yüklə 3,59 Mb.
səhifə280/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   276   277   278   279   280   281   282   283   ...   443
10.8. Sinif rəhbərinin valideynlərlə apardığı

işin məzmunu
Sinif rəhbərinin fəaliyyətində valideynlərlə aparılan peda- qoji iş mühüm yer tutur. Bu istiqamətdə onun işinin əsas mərkəzini valideynlər – ata-analar arasında pedaqoji bilikləri müntəzəm təbliğ etmək və ailə tərbiyəsi məsələləri, ailədə uşaqları düzgün tərbiyə etmək üsulları ilə onları silahlandırmaq təşkil edir.

Belə ki, valideynlərin heç də hamısı xüsusi pedaqoji təhsilli deyildirlər, onlar müxtəlif peşələrin sahibləri olduqlarından xüsusi pedaqoji təhsil almamışlar.

Buna görə də valideynlərə ailədə uşağı düzgün tərbiyə etmək üsulları barədə müntəzəm elmi məlumatların və nəzəri-pedaqoji biliklərin verilməsi zəruridir.

Məktəbin işini daha da yaxşılaşdırmaq tədbirləri haqqındakı bəzi qərarlar valideynlər arasında pedaqoji biliklərin hər vasitə ilə, xüsusən də mətbuat vasitəsilə və şifahi yolla təbliğinin yaxşılaşdırıl­masını tələb edir və bu istiqamətdə müəyyən faydalı tədbirlərin görülməsini qarşıya əməli vəzifə qoymuşdur.

Bu sahədə sinif rəhbəri bir sıra mühüm işlər görür və həyata keçirir. O, ilk növbədə, öz sinfinin valideynlərini məktəbə dəvət edib, sinif valideyn yığıncağı keçirir və orada şagirdlərin təlim-tər­bi­yəsi işləri sahəsində valideynlərin vəzifələrini, onların məktəblə, müəllimlərlə müntəzəm əlaqə saxlamasının, vaxtaşırı məktəbə gəlib öz uşaqlarının təlim müvəffəqiyyəti, dərslərə davamiyyəti, tərbiyə işləri ilə yaxından maraqlanmasının və tanış olmasının əhəmiyyətini onlara izah edib başa salır, bu istiqamətdə valideynlərə müəyyən tapşırıqlar, məsləhətlər və tələblər verir.

Sinif rəhbəri hər dəfə valideynlərlə fərdi halda görüşəndə uşağın təlim-tərbiyəsi işinin vəziyyəti haqqında, dərslərə davamiy­yəti, ayrı-ayrı fənlər üzrə təlim müvəffəqiyyəti və məsuliyyəti, şagird­lərin qaydalara necə əməl etməsi, intizamı, əxlaqı və mədəni davranışı, sağlamlığı, müəllim və sinif yoldaşları ilə münasibəti və s. barədə valideynlərə real, konkret məlumat verir, bu istiqamətlərdə onların uşaqlara qayğısını, tələbkarlığını və nəzarətini təşkil edir, ha­belə təlim-tərbiyə vəzifələri sahəsində məktəblə ailə arasında va­hid tələblərin, fəaliyyət xəttinin gözlənilməsinə və həyata keçiril­məsinə müvəffəq olur.

Sinif rəhbəri fərdi pedaqoji müsahibə zamanı valideynləri müasir pedaqoji biliklərlə aydın təlimatlandırıb istiqamətləndirməli, ailədə uşaqları düzgün tərbiyə etmək yollarını, şərt və qaydalarını onlara öyrətməyə nail olmalıdır. Valideynlərlə aparılan belə fərdi söhbətlərlə bərabər, sinif rəhbəri vaxtaşırı şagirdlərin valideynlərini məktəbə dəvət edib, “sinif valideyn yığıncağı” təşkil edir.

Belə yığıncaqlarda şagirdlərin təlim-tərbiyəsinin səmərəli təş­ki­linin bəzi konkret məsələlərinə dair sinif rəhbəri (məsələn; “Şa­girdlərin təlim-tərbiyəsi sahəsində valideynlərin vəzifələri”, “Uşaq­ların fiziki tərbiyəsi və sağlamlığı sahəsində valideyn qayğısı” və s.) qısa müddətli məruzələr edir, mühazirələr söyləyir.

Beləliklə, sinif rəhbəri valideynlərə müəyyən sistem ilə mün­tə­zəm pedaqoji təhsil verir, onların ailədə uşaqların təlim-tərbiyəsi işlərini məktəbin vəzifələri və tələbləri istiqamətində daha düzgün və səmərəli qurmaq, təşkil etmək və həyata keçirmək ideyaları, üsulları və vasitələri haqqında pedaqoji biliklərlə məlumatlandırır, təlimatlandırır və istiqamətləndirir.

Bu yollarla pedaqoji bilikləri öyrənmək, aydın və şüurlu mənimsəmək nəticəsində valideynlər, gənc ata-analar ailə tərbiyəsi sahəsində öz vəzifələrini, rolunu və məsuliyyətini düzgün dərk edir, öz ailəsində övladının təlim-tərbiyəsi işlərini, mütaliəsini, dərslərə hazırlaşması işini, gündəlik rejimini, əxlaqi və mədəni davranışını və s. kimi məsələləri dövlət müəssisəsi olan məktəbin vəzifələri və tələbləri əsasında təşkil edir və müvəffəqiyyətlə həyata keçirməyə səy edir və çalışırlar.

Məktəb ailə tərbiyəsi sahəsində, ailədə uşaqları müvəffə­qiy­yətlə tərbiyə etmək işində həmişə valideynlərə qayğı, kömək və rəh­bər­lik göstərməli, onların ailə tərbiyəsinə dair zəruri elmi-peda­qoji biliklərlə silahlanmasını təmin etməlidir.

Ailə tərbiyəsi sahəsində valideynlər arasında müvəffəqiyyətli pedaqoji maarif təbliğatını başlıca olaraq sinif rəhbəri “sinif valideyn yığıncaqları” vasitəsilə həyata keçirir və keçirməlidir. Sinif valideyn yığıncaqlarına bütün və əksəriyyət valideynlər böyük ma­raq göstərir və belə yığıncaqlara müntəzəm gəlirlər.

Ailə tərbiyəsi mövzularında aparılan pedaqoji söhbətlər, mə­ru­zə və mühazirələr ayrı-ayrı sinif şagirdlərinin yaş səviyyəsinə uy­ğun şəkildə təşkil edilir. Sinif valideyn yığıncaqları müasir pedaqoji ədəbiyyatın düzgün tövsiyə etdiyi kimi, hər rübün əvvəlində olmaq­la, tədris ili ərzində cəmi dəfə dəfə deyil, hər bir sinif valideynləri ilə ayda bir dəfə müntəzəm təşkil etməlidir.

Orada sinif rəhbəri müəyyən dəqiq plan üzrə ailə tərbiyəsinin ayrı-ayrı konkret məsələlərinə dair zəruri və çox vacib mövzularda ma­raqlı, müxtəlif tanış ailələrin həyatından, təcrübəsindən alınmış fakt­lar, hadisələrə dair məzmunlu söhbətlər və mühazirələr apar­ma­lıdır.

Bu tədbirlər valideynlərin tərbiyə prosesinin mahiyyəti, məq­səd və vəzifələri, tərbiyə işlərinin xüsusiyyətləri, səmərəli təşkli yol­ları, vasitə və üsulları, habelə ailədə övlad tərbiyəsində valideyn­lərin vəzifələri, məsuliyyəti, valideyn nüfuzunun əhəmiyyəti və onun təsiri, ev tapşırıqları üzərində valideyn nəzarəti və s. kimi məsələlər barədə elmi-pedaqoji təhsili, pedaqoji-psixoloji bilikləri mənimsəməsinə çox kömək edir.

Valideynlər üçün nəzərdə tutulan belə söhbətlərə sinif rəhbəri ciddi yanaşmalı və yaxşı hazırlaşmalıdır. O, ailədə şagirdlərin tərbi­yəsinə aid mövcud pedaqoji ədəbiyyatı müntəzəm oxuyub öyrən­mək yolu ilə bu sahədə tərbiyə nəzəriyyəsini yaxşı və əhatəli mə­nim­səyə bilir və valideynlər qarşısında istənilən mövzularda 30-35 dəqiqəlik vaxt ərzində müvəffəqiyyətlə çıxış edərək lazımi pedaqoji bilikləri onlara aydın çatdırmağı və öyrətməyi bacarar.

Bütün bu işlərlə yanaşı, sinif rəhbərləri şagirdlərin təlim-tərbiyəsi işlərinin səmərəli təşkili və həyata keçirilməsi məsələləri barədə il ərzində vaxtaşırı tək-tək valideynlərlə, ata-analarla zəruri pedaqoji müsahibələr, fərdi söhbətlər aparırlar.

Sinfin təlim-tərbiyəsi işlərinin təşkili və həyata keçiril­məsində pedaqoji təhsilli, təşkilatçı valideynlərin əməli qayğısını, köməyini və fəal iştirakını təşkil edir, şagirdlərin gəzinti və ekskursiyalara, kino və teatra, sərgilərə kollektiv gedişi zamanı, eləcə də sinif şagirdlərini milli bayram günlərini, tarixi günləri, görkəmli şəxsiy­yətlərin yubiley günlərini, adlı-sanlı adamlarla görüş gecələrini təntənəli şəkildə qeyd edilməsinə hazırlıq tədbirlərində valideyn fəallarının yardım və köməyini təmin edirlər.

Bu işlərdə valideynlərin iştirakına müəyyən lazımi imkan yara­dır və onlara rəhbərlik göstərir. Bütün bu işlər ayrı-ayrı sinif­lər­də tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərir, şagirdlərin tərbiyəsini yaxşılaşdırır və təkmilləşdirir.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin