Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Sinifdənxaric və məktəbdənkənar tərbiyə



Yüklə 3,59 Mb.
səhifə303/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   299   300   301   302   303   304   305   306   ...   443
Sinifdənxaric və məktəbdənkənar tərbiyə

işləri üzrə təşkilatçının iş planı və tərtibinə verilən pedaqoji tələblər
Məktəbin tərbiyə işlərini düzgün, planlı və səmərəli şəkildə hə­yata keçirmək üçün tərbiyə işləri üzrə təşkilatçının tərbiyəvi iş planı olmalıdır.

Qabaqcıl məktəblərin təcrübəsi göstərir ki,tərbiyə işləri üzrə təşkilatçının iş planı aşağıdakı şəkildə tərtib edilə bilər:

1) perspektiv iş planı; 2) cari təqvim iş planı.

1) Perspektiv planda tərbiyə işləri üzrə təşkilatçının il ərzində görəcəkləri işlərin planlaşdırılmasıdır. Məlumdur ki, tərbiyə prosesi çoxcəhətli, mürəkkəb, dialektik və ziddiyyətli bir prosesdir. Onun bütün çalarlarını, incəliklərini əvvəlcədən tam və bütöv şə­kil­də müəyyən etmək çətindir. Perspektiv plan ümumi xarakter daşıyır.

2) Cari təqvim plan rüblük, aylıq və həftəlik ola bilər. Belə plan daha dəqiq və konkret xarakter daşıyır. Belə planın Tor- qrafik for­masında tərtib edilməsi daha əlverişli ola bilər.

Planın tərtibində nəzərə alınacaq pedaqoji tələblər aşağı-da­kı­lar­dır:



  1. Planın məqsədəuyğunluğu və reallığı;

  2. Planın həyatla, yerli şəraitlə, ictimai həyat hadisələri ilə əlaqələndirilməsi;

  3. Planın konkretliliyi;

  4. Tədbirlərin şagirdlərin yaş və fərdi xüsusiyyətlərinə uy­ğun­­luğu.

Tərbiyə işləri üzrə təşkilatçının iş planının quruluşu aşağıdakı kimi ola bilər.

1) Giriş hissə; 2) şagird kollektivi ilə aparılan tərbiyə işləri; 3) sinif rəhbərləri, müəllimlər, məktəb kitabxanaçısı və məktəb uşaq və gənclər təşkilatları ilə aparılan metodiki işlər; 4) ailə, ictimaiyyət və əmək kollektivləri ilə aparılan birgə işlər; 5) tədbirlərin təhlili və hesaba alınması.



Planın I bölməsində tərbiyə işləri üzrə təşkilatçı əvvəlcə ke­çən ilki tədbirlərin qısa xülasəsini verməli, bu tədbirlərin ke­çi­rilməsində yol verilən çatışmazlıqları qeyd etməli, bununla da əvvəlki fəaliyyətlərinə yekun vurmalıdır.

Bu bölmədə həmçinin keçən il keçirilmiş tədbirlərin müsbət cəhətləri də qeyd edilməlidir.

Giriş hissədə məktəbin tərbiyə işlərinin qarşısında duran tərbi­yəvi vəzifələr, tərbiyə problemləri qeyd edilir.

Planın II bölməsində şagird kollektivi ilə aparılacaq tərbiyə işləri planlaşdırılır. Bu bölmədə tərbiyə işləri üzrə təşkilatçının ümum­­məktəb miqyasında keçirəcəyi mühüm tərbiyəvi tədbirlər plan­laşdırılır.

Tərbiyə işləri üzrə təşkilatçı ümumməktəb tərbiyə işlərinin sistemini hazırlayarkən tərbiyənin ümumi tərkib hissələrini - əqli tərbiyə, əxlaq tərbiyəsi, mənəvi tərbiyə, əmək tərbiyəsi, estetik tərbiyə, fiziki tərbiyə üzrə istiqamətlər nəzərə alınmalıdır.



Planın III bölməsində tərbiyə işləri üzrə təşkilatçının sinif rəhbərləri, müəllimlər, məktəb kitabxanaçısı və məktəb uşaq və gənclər təşkilatları ilə aparacağı işlər planlaşdırılır.

Burada pedaqoji mətbuatın, pedaqoji kitab və metodik və­sait-lərin, kurikuluma dair jurnalların, pedaqoji materialların müzakirəsi, təbliğatı planlaşdırılır. Pedaqoq və psixoloq alimlərlə görüşlər keçi­rilə bilər, pedaqoji elmin son nailliyyətləri, problemləri haqqında söhbət və müzakirələr keçirilə bilər.

Təşkilatçı məktəb uşaq və gənclər təşkilatının işinə xüsusi diqqət və qayğı ilə yanaşmalıdır. Bu təşkilatların işinin planlaşdı­rıl­ma­sına, tədbirlərin keçirilməsinə ardıcıl diqqət yetirməli və me­to­diki kömək göstərməlidir.

Məktəbdə keçirilən tərbiyəvi tədbirlər, aparılan pedaqoji, me­todiki söhbətlər sinif rəhbərlərinin, uşaq və gənclər təşkilatının və müəllimlərin həm tədris, həm də tərbiyə sahəsində apardıqları işin səmərəsini xeyli artırır.



Tərbiyə işləri üzrə təşkilatçının iş planının IV bölməsi bir neçə hissədən ibarət ola bilər:


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   299   300   301   302   303   304   305   306   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin