Ümumi seçkili rəhbər orqanların yaradılması. Kollektivdə demokratik münasibətlər yaranır. Kollektivin idarə orqanları bir- başa və açıq seçki yolu ilə onun ən nüfuzlu üzvlərindən formalaşır.
14.3. Kollektivin mərhələlər üzrə formalaşması texnologiyası Kollektivin mərhələlər üzrə formalaşması texnologiyası A.S.Makarenkonun təlimində öz əksini tapmışdır. O, kollektivin həyat qanununu yaratmışdır: hərəkət kollektivin yaşaması forması, dayanmaq isə onun dağılması formasıdır. O, kollektivin inkişaf prinsiplərini müəyyən etmişdir: