III modelə görə, şəxsiyyət və kollektivin qarşılıqlı münasi- bətlərində şəxsiyyət kollektivi özünə tabe edir. Belə ki, yaradıcı şəxsiyyət, onun fərdi təcrübəsi bu və ya digər səbəblər üzündən kollektivin üzvlərinin nəzərində cəlbedici ola bilər.
Bu cəlbedicilik daha çox şəxsiyyətin keyfiyyətləri, mühaki- mə və hərəkətlərinin qeyri-adiliyi ilə şərtlənir. Bu halda kollektivin sosial təcrübəsi dəyişə bilər. Bu proses ikili xarakterdə ola bilər və həm kollektivin, həm də kollektivin sosial təcrübəsinin zənginləşməsinə, həm də zəifləməsinə gətirib çıxara bilər.
Şəxsiyyət və kollektiv münasibətlərin müxtəlifliyi göstərilən modellərlə bitmir. Şəxsiyyətin fəaliyyət və davranış motivlərinin psixoloji mexanizmlərini bilməklə hər bir konkret münasibətin təhlilinə yanaşmaq lazımdır.
Amerika psixoloqu C.Moreno iddia edir ki, şəxsi münasibətlər sistemində insanın vəziyyəti cəmiyyətdə var-dövləti bölüşdürməyə bənzəyən daimi kəmiyyətdir (miqdardır) və sosiodinamik adlanan qanuna tabedir. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, hər bir insan anadan doğularkən gətirdiyi özünəməxsus xassəsinə görə, ya insanların rəğbətini qazanır, ya da insanları özündən uzaqlaşdırır.
Yaxşı ailələrdə doğulub boya-başa çatmış tərbiyəli uşaqlar yaxşı xassələrə malikdirlər. Əlverişsiz, irsi xəstəliklərlə doğulan, pis tərbiyə olunan uşaqlarda isə mənfi xassələr çoxdur və ona görə də onlar başqalarını özlərindən uzaqlaşdırırlar. Bu şəxsiyyətin və kollektivin münasibətlərinin inkişafına təsir edir.
Hər hansı bir məktəb kollektivində onun üzvlərinin yaşından və mütəşəkkilliyindən asılı olmayaraq, orada mikroqruplar vardır ki, onlar bir-biri ilə qeyri-formal münasibətlərlə bağlıdırlar.
Beləliklə, sinif kollektivinə diqqət artırılmalıdır, ona görə ki, şəxsiyyətə göstərilən təsir vasitələri içərisində o, ən təsirli vasitələrdən biri olaraq qalır. Sinif kollektivi şəxsiyyəti neqativ yönümlü qeyri-formal birliklərin qorxulu təsirindən qorumaq üçün çox zaman yeganə vasitədir.
Dostları ilə paylaş: |