14.5. Şagird kollektivində şəxsiyyətin tərbiyəsi
Kollektivin təqdiri və məzəmməti, sağlam tənqidi öz üzvlərində şəxsiyyətin inkişafına təsir edir, qüsurların aradan qaldırılmasına səbəb olur. Odur ki, müəllim və tərbiyəçilər şagird şəxsiyyətinin formalaşmasında kollektivin imkanlarından istifadə etməyə çalışmalıdırlar. Düzgün təşkil olunmuş kollektiv yüksək tərbiyələndirici qüvvəyə malik olur.
Yaxşı təşkil edilmiş şagird kollektivində ictimai həmrəylik, ictimai rəyə hörmət, yoldaşlıq və dostluq, yüksək ideya inamı, humanizm və s. kimi yüksək əxlaqi hisslərin formalaşmasına geniş imkan yaranır.
Şagird kollektivində yoldaşlıq və dostluq hissinin formalaşması üçün geniş imkanlar yaranır. Burada şagirdlərin bir-birinə qarşı həssaslığı, qayğıkeşliyi xüsusi yer tutur.
Kollektiv möhkəm olduqda onun bütün normaları öz üzvlə- rinin normalarına çevrilir. Kollektiv üzvlərində yüksək ideya inamı yaranmış olur.
Kollektiv özü şagirdlərdə kollektivçilik hissinin formalaşmasına da gətirib çıxarır ki, nəticədə həmin şagirdlərdə onları əhatə edən yoldaşlarına qarşı əsl humanist münasibətlərin yaranmasına səbəb olur.
Onlarda empatiya (başqa adamların psixi halətlərini başa düşmək və onların dərdinə şərik olmaq qabiliyyəti), identifikasiya, mehribanlıq və s. kimi sosial keyfiyyətlər baş qaldırır.
Deməli, məktəb ilk kollektivlər toplusu olmayıb, şagirdləri ümumi məqsəd və birgə fəaliyyətdə birləşdirən vahid kollektivdir. Məktəb şagird şəxsiyyətinin formalaşmasını istiqamətləndirən əsas mərkəzdir.
Təcrübə göstərir ki, fəaliyyət növlərinə və başlıca vəzifələ- rinə görə müxtəlif kollektivlər olur. Məsələn; əmək kollektivləri, idman kollektivləri və s. təlim-tərbiyə müəssisələri kollektivləri sırasında məktəb kollektivi xüsusi yer tutur. Məktəb kollektivi iki kollektivin, yəni müəllim və şagird kollektivlərinin üzvi vəhdətidir.
Şagird kollektivinin özləri də müxtəlif olur: sinif kollektivi, şagird komitəsi, uşaqların maraqları zəminində pedaqoji şuranın qərarı ilə yaradılmış klublar, studiyalar, dərnəklər və özünüidarə prinsipi əsasında fəaliyyət göstərən digər növ şagird birləşmələri.
Bu kollektivlərdən hər biri şagirdlə çoxluğun mənafeyi ilə şəxsi mənafeylə ictimai mənafeyi şüurlu surətdə əlaqələndirir, öz fəaliyyətində məqsəd ümumiliyinə və dostluq-yoldaşlıq münasibət- lərinə əsaslanır, məktəblilərin bütöv şəxsiyyət kimi boya-başa çat- masına əhəmiyyətli kömək göstərir.
Məktəbdə təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşmasına, intizamın möhkəmlənməsinə, uşaqların yaradıcı özfəaliyyətinin inkişafına müsbət təsir göstərir. İlk kollektivlərdə şagirdlər arasında yaxınlıq, ünsiyyət, əlaqə daha sıx olur. Bu kollektivdə hər bir uşağa öz imkanına, bacarıq və qabiliyyətinə uyğun iş tapmaq, şəxsiyyətlərarası münasibəti düzgün tənzimləmək xeyli asandır.
Belə olmasa, şagirdlərdə vətəndaşlıq şüurunu lazımi şəkildə formalaşdırmaq, onları faydalı ictimai-siyasi fəaliyyətə qoşmaq, geniş sosial həyata hazırlamaq çox çətin olar. Başqa bir təhlükə də var: kollektivdə iş düzgün təşkil edilməzsə, üzvlər arasında səmi- miyyət olmasa, müvəkkillərlə üzvlər arasında konflikt yaranarsa, onlar bir-birinə qarşı dursalar, vəzifə başçıları ləyaqətsiz, səviyyəsiz adamlardan seçilmiş olsa, habelə onlar qalanlarını özlərinə zorla tabe etməyə çalışsalar, kollektiv tərbiyəvi rolunu itirər.
Deməli, şagird kollektivinin elmi əsaslar üzərində qurulmasına, kollektivdə şəxsiyyətlərarası münasibətlərin normallığına, konfliktlərə səbəb ola biləcək hallara yol verilməməsinə nail olun- malıdır. Bu baxımdan kollektivdə vəzifələrin düzgün bölüşdürül- məsinin əhəmiyyəti böyükdür. Şagird kollektivinin müxtəlif növləri mövcuddur.
Onların ümumi məqsədləri eyni olsa da, konkret məqsəd- lərində, eləcə də quruluş və təşkilində müəyyən fərqlər var. Kollek- tivdə yaradılmış ənənələr şagirdləri bir-birinə daha da yaxınlaşdırır, onların arasında möhkəm dostluq münasibətlərini bərqərar edir.
Təcrübə və müşahidələr göstərir ki, şagird şəxsiyyətinin mənəvi cəhətdən formalaşması daha uğurlu şəkildə, məhz yaxşı təşkil olunmuş kollektivdə baş verir. Həm də bu formalaşma kollektivin inkişaf mərhələlərinə uyğun olaraq gedir. Yəni şagirdlərin fəallığı-mənəvi cəhətdən az əhəmiyyətli olandan başlayıb onların vətəndaşlıq mövqeyinə qədər yüksəlir.
Şagird şəxsiyyətinə kollektivin tərbiyəvi təsiri xeyli dərəcədə məhz kollektivin üzvləri arasındakı qarşılıqlı əlaqə ilə, yəni şəxsiy- yətlər arası ünsiyyət və münasibətlərlə şərtlənmiş olur. Şagird kol- lektivi şəxsiyyətlərarası ünsiyyət və münasibətlər humanist və işgü- zar səciyyə daşıyır.
Aparılmış elmi tədqiqatlar həmin münasibətlərin aşağıdakı əlamətlərini müəyyənləşdirmişdir:
-
Kollektivin üzvləri arasında dostluq, mehribanlıq, qarşı- lıqlı anlaşma, bir-birinin qayğısına qalmaq, bir-birinin ehtiyacına, kədərinə və sevincinə şərik olmaq kimi xüsusiyyətlər üstünlük təşkil edir;
-
Uşaqların bəzilərinin rəftar və hərəkətlərində özünü göstərən laqeydlik, lovğalıq, dikbaşlıq, təkəbbürlük, yaxud tənha- lığa meyl kimi mənfi hallar tamam aradan qaldırılır, ya da aşağı səviyyəyə endirilmiş olur;
-
Kollektiv, ümumi məqsəd və ideya naminə digər kollek- tivlə qaynayıb qarışmağa səy edir, böyük kollektivlərlə sıx əlaqə saxlayır;
Bütün bu əlamətlər həm eyni kollektivin üzvləri, həm də müxtəlif kollektivlər arasında səmimi ülfət yaradır, işgüzar ünsiy- yəti və ümuminin xeyrinə olan işlərdə bərabər iştirak etmək meylini formalaşdırır, həmin keyfiyyətlərə emosionallıq verir və onları ideya zənginliyi ilə cilalayır. Bu sahədə daha yaxşı nəticələr qazanmaqdan ötrü hər bir şagirdin güclü və zəif cəhətlərini nəzərə almaqla kollektivin bütün üzvlərinə eyni gözlə baxmaq lazımdır.
Kollektivin şagird şəxsiyyətinə tərbiyəvi təsirinin psixoloji mexanizminə gəldikdə, bu belədir: kollektiv öz üzvünün, yəni şagirdin hərəkətini bəyənib təqdir edəndə, tərifləyib yüksək qiymətləndirdikdə uşaq (şagird) sevinir və bu sevinc hissini təkrar-təkrar yaşamaq üçün səyini, qüvvəsini həmişə yaxşı iş və hərəkətlərə sərf edir.
Kollektiv öz üzvünün hərəkətini tənqid etdikdə, pislədikdə isə uşaq (şagird) utanır, xəcalət çəkir, belə vəziyyətə bir daha düşməməkdən ötrü pis hərəkətlərdən çəkinir. Məktəbdəki müxtəlif növ şagird kollektivləri demokratik əsasda, özünüidarə prinsipi üzrə fəaliyyət göstərir.
Həmin təşkilatlara rəhbərlik işini əsas etibarı ilə onların özlərinin seçdikləri müvəkkillər və təşkilatlar həyata keçirir. Məsələn; tədris-təlim kollektivinə-şagird komitəsi, şagird əmək kollektivinə - həmin kollektivlərin şuraları və müvəkkilləri; dərnəklərə, bölmə və klublara isə onların seçdikləri şuralar və səlahiyyətli şəxslər rəhbərlik edirlər.
Ancaq bu heç də şagird kollektivinin işinə müəllimin pedaqoji rəhbərliyini istisna etmir. Uşaq kollektivləri öz işlərinin məzmun və məqsədini, təşkili formalarını, istiqamətlərini, həyata keçirmə üsullarını, metodikasını dəqiq müəyyənləşdirməkdə daha təcrübəli şəxs olan müəllimlərin köməyinə möhtacdır.
Əks halda onlar belə məsələlərdə müəyyən səhvə yol verə bilərlər. Digər tərəfdən, şagird kollektivləri müəllimlərlə əlaqə saxlamasalar, öz işlərini onların tərbiyəvi təsiri ilə uzlaşdırmasalar, bir-birinin köməkçisi olmazlar və hərtərəfli inkişaf etmiş şəxsiyyət-lər yetişdirmək vəzifəsini lazımi səviyyədə yerinə yetirə bilməzlər.
Uşaq kollektivinə səmərəli rəhbərliyin bir mühüm şərti də şagird fəalları ilə müntəzəm iş aparmaqdan, “vəzifəli” şagirdlərə öz səlahiyyətlərini, işlərinin mahiyyətini və metodikasını dərindən başa salmaqdan ibarətdir.
Bu məqsədlə şagird kollektivi orqanlarına seçilmiş uşaqlara təlimatlandırıcı söhbət və seminarlar təşkil etmək, məsləhətlər ver- mək, onların iştirakı ilə kollektiv müzakirələr keçirmək, belə uşaqlar arasında təcrübə mübadiləsi aparmaq kimi üsullardan geniş istifadə edilməlidir.
Ənənələrdə kollektivin ümumi zövqü və ictimai rəyi daha tam həyata keçirilir. Kollektiv mütəşəkkil, idarə orqanlarına malik, intizamlı və məsuliyyət hiss edən qrupdur. Kollektiv sağlam bəşər cəmiyyətində ictimai orqanizmdir. Kollektivin gücü ilə uşaqlarda olan yaxşı cəhətləri aşkar etmək olur. Uşaqlarda daha yaxşı, daha maraqlı cəhətlər layihə halında nəzər almaq, görmək kimi bacarıqları tərbiyə edir. Kollektiv hər bir şagirddə gizli halda olan quruculuq qüvvəsinin üzə çıxmasına, inkişaf etməsinə şərait yaradır. Odur ki, kollektiv üzvləri kollektivin mənafeyini həmişə üstün tutmalıdırlar.
Dostları ilə paylaş: |