Sinifdənxaric iş – məktəbin apardığı təlim-tərbiyə prosesinin zəruri tərkib hissəsidir. Bu işi dərsdən əvvəl (əgər dərslər ikinci növbədə keçilirsə), yaxud dərsdən sonra (əgər dərslər birinci növbədə keçilirsə) ya pedaqoji kollektivin üzvləri (məktəbin rəhbər işçiləri, fənn müəllimləri, sinif rəhbərləri və s.) ya da müхtəlif növ şagird özünüidarə təşkilatları, uşaq və gənclər təşkilatının rəhbərləri təşkil edib həyata keçirirlər.
Sinifdənxaric iş prosesi şagirdlərin tədris materialları üzə- rində və onlar müəyyən fakt və hadisələri öyrənərkən əldə etdikləri bilik, bacarıq və vərdiş səylərini möhkəmlətməkdə böyük rol oyna- yır. Belə ki, məktəbdə təşkil olunan müəyyən xarakterik iş priyom- larının, tərbiyələndirici tədbirlərin müstəqil təşkilinə xidmət edən qabaqcıl üsul və tərzlərin tətbiqi sinifdənxaric iş prosesində daha geniş təzahür imkanlarını tapır.
Bu yönümdə tərbiyələndirici sinifdənxaric tədbirlərə yanaş- ma aşağıdakı istiqamətlərlə həyata keçirilməlidir:
Sinifdənxaric tərbiyəvi tədbirlər üzərində iş apararkən bu prosesdə müəllimin iştirakı bilavasitə təmin olunmalıdır;
Sinifdənxaric tədbirlərin gedişi, bir qayda olaraq, şagird- lərin fakt və hadisələri müstəqil fəaliyyət süzgəcindən keçirib, məlum və məchulları təhlil etməsi, nəticələri özlərinin ümumiləş- dirməsi, tərbiyənin mənbələri üzərində müstəqil və fərdi qaydada iş aparılması zəminində qurulmalıdır;
Sinifdənxaric iş üzərində işləməyin yəqinliyini uşaqların özü müəyyənləşdirməli, bu zaman onların mühakimə və fakir ümumiləşdirmələrinin məntiqi ardıcıllığı və sistemliliyi təhlil olunma-lıdır.
Bütün bu proseslərdə şagird daxili əks-əlaqə imkanlarına yiyələnir, kütləvi-mədəni tədbirlərin ayrı-ayrı ünsürlərindən istifadə metodikasının elmi-idraki, intellektual-mənəvi meyarlar əsasında qurulmasına özünü səfərbər etməklə, müasir şəraitdə tərbiyəvi təd- birlər üzərində işləməyin tətbiqi haqqında metodik-nəzəri göstəriş- lərə əməl edir.
Dostları ilə paylaş: |