Uşaq Yaradıcılıq Mərkəzlərində əsasən “Bacarıqlı əllər”, “Bədii qiraət”, “Rəsm”, “Xalçaçılıq”, “Dram”, “Bədii özfəaliyyət”, “Məktəb teatrı”, “Rəqs”, “Gənc idmançılar”, “Naxışlı tikmə”, “Texniki estetika”, “Fortepiano”, “Xor”, “Nağara”, “Tar”, “Heykəltəraşlıq”, “Kukla teatrı”, “Coğrafiya-diyarşünaslıq”, “Foto”, “Ağac üzərində oyma”, “Qarmon”, “İbtidai texniki modelçilik”, “Dəmir üzərində döymə”, “Tarix-diyarşünaslıq” və s. adlarda dərnəklər təşkil olunur.
Uşaq yaradıcılıq mərkəzlərində bütün təqvim ili ərzində dərnək üzvləri ilə müxtəlif mədəni-kütləvi tədbirlər, idman yarışları, müsabiqələr, sərgilər, bayram şənlikləri, ekskursiyalar keçirilir, onların respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakı təmin olunur. Bu müəssisələrin bir çoxunda “Sağlam həyat tərzi”, “Etika qaydaları”, yuxarı sinif şagirdləri ilə “Reproduktiv sağlamlığın əsas-ları” mövzularında təlim kursları, məşğələ və seminarlar təşkil edilir, narkomaniya, alkoqolizm, AİDS, tütünlə mübarizə və s. mövzularda geniş maarifləndirmə işləri aparılır, çoxsaylı tədbirlər keçirilir.
Bu mərkəzlər tərəfindən dərnək rəhbərlərinə məşğələlərin məzmununun yeniləşdirilməsi, müasir tələblərə cavab verən yeni tədris plan və proqramların hazırlanması istiqamətində metodiki köməkliklər göstərilir. Ümumtəhsil məktəblərində müxtəlif adda dərnəklər təşkil edilir, Uşaq birliyi rəhbələri ilə birgə tədbirlər planlaşdırılır və həyata keçirilir.
Respublikada Texniki Yaradıcılıq Mərkəzi fəaliyyət göstə-rir. Texniki yaradıcılıq mərkəzlərində əsasən “İbtidai texniki modelçilik”, “Radioelektronika”, “Elektrotexnika”, “Bacarıqlı əllər”, “İnformatika”, “Texniki estetika”, “Əyləncəli fizika”, “Texniki ekologiya”, “Gənc konstruktorlar”, “Gəmi”, “Avto”, “Raket”, “Təyyarə” modelçiliyi, “Robot texnikası”, “Kimya – texnologiya” və s. adlarda dərnəklər fəaliyyət göstərir.
Texniki yaradıcılıq mərkəzlərinə cəlb olunan uşaq, yeniyetmə və gənclərin texniki yaradıcılıq potensialları inkişaf etdirilir, onlar erkən yaşlarından səmərələşdiricilik və ixtiraçılıq işlərinə cəlb olu-nurlar. Bu müəssisələrdə məşğul olan məktəblilər ümumtəhsil məktəblərində fizika, kimya, riyaziyyat, informatika, astronomiya dərslərində aldıqları nəzəri bilikləri konstruktiv fəaliyyətləri zamanı daha yaxşı mənimsəyirlər.
Texniki yaradıcılıq mərkəzlərində bütün təqvim ili ərzində dərnək üzvləri ilə müxtəlif mədəni-kütləvi tədbirlər, elmi-texniki yaradıcılıq müsabiqələri, sərgilər, texniki idman yarışları, ekskursiyalar keçirilir, onların respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakları təmin olunur...
Respublikamızda Gənc turistlər və diyarşünaslıq mərkəzi fəaliyyət göstərir. Gənc turistlər və diyarşünaslıq mərkəzləri öz işini əsasən aşağıdakı istiqamətlər üzrə qurur:
1. Bizim irs;
2. İncəsənət aləmində;
3. Azərbaycan beynəlxalq aləmdə;
4. Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə;
5. Azərbaycanın tikintiləri üzrə yürüşlərdə;
6. Təbiətin sirlərinə doğru;
7. Kütləvilikdən turizm ustalığınadək.
Bu bölmələrdə aparılan işlərin əsas məqsədi tariximizi, soy-kökümüzü, mədəniyyət, ədəbiyyat və incəsənətimizi gənc nəslə öyrətmək, vətənimizin flora və faunası haqqında onlara bilik vermək, tarixi abidələrimizi qorumaq, vətənə məhəbbət hissi aşılamaqdır.
Mərkəzlər nəinki uşaqlarla iş aparır, həmçinin metodiki tövsiyələr işləyib hazırlayır, şəhər, rayon təhsil şöbələrinə, təhsil müəssisələrinə əməli köməklik göstərir. Gənc turistlər və diyarşünaslıq mərkəzləri respublikamızın tarixini, flora və faunasını, mədəniyyət abidələrini şagird və tələbələrə tanıtmaq, onlara sevdirmək məqsədilə ekskursiya, yürüş və gəzintilər təşkil edir, şagirdlərə milli dəyərlərimizin qorunması, torpağa sevgi, vətənə məhəbbət hissinin aşılanması istiqamətində mütəmadi iş aparır.
Təhsil Nazirliyi sistemində uşaq-gənclər idman və şahmat məktəbi mövcuddur. Məktəblər uşaq və gənclər arasında yarışlar keçirir, respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak edir. UGİM-lərdə 27 idman növü inkişaf etdirilir. Onlardan 20-si Olimpiya idman (atletika, ağır atletika, akrobatika, boks, badminton, baydarka və kanoe, basketbol, bədii gimnastika, idman gimnastikası, üzgüçülük, velosiped idmanı, voleybol, futbol, həndibol, otüstü xokkey, qılıncoynatma, sərbəst güləş, yunan-roma güləşi, cüdo, sambo, taekvando, karate, kinkboksinq, stolüstü tennis, tennis, şahmat, dama) növüdür...
Dostları ilə paylaş: |