Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,59 Mb.
səhifə378/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   374   375   376   377   378   379   380   381   ...   443
Disputun vəzifəsi şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların mənəviyyatına təsir edən mənfi amilləri zərərsizləş- dirməkdir. Disput çox ciddi bir işdir. Ona ciddi və diqqətli yanaş- dıqda onun müvəffəqiyyəti olur və o, şagirdlərin mənəvi keyfiy- yətlərinin formalaşmasında müsbət rol oynayır. Yaxşı təşkil olun- muş disput təşəbbüskarlığın tərbiyəsinə imkan yaradır.

Bu gün disputda böyük insan kütləsi, xüsusi ilə gənclər iştirak edir. Çıxış edən gənc üçün disput şəxsiyyətini təsdiq etməyin özü­nə­məxsus bir üsuludur. Həmyaşıdlarının onun çıxışını necə qarşı­la­mağı, onun fikirlərini necə qiymətləndirəcəkləri onun üçün böyük əhəmiyyət kəsb edir. Disputda çıxış edən, nəinki təşkilatçılıq baca­rı­ğı­nı əldə edir, həm də öz vətəndaşlıq mövqelərini qoruyurlar, öz­lə­rində prinsipiallıq və mübarizliyi inkişaf etdirirlər.

Deməli, disput yuxarı sinif şagirdlərinin şəxsiyyətinin forma- laşmasına çox böyük təsir göstərir. Burada onlar aşağıdakı keyfiy- yətlərə yiyələnirlər:


  • Təlim prosesində əldə etdikləri bilik, bacarıq və vərdişləri daha da genişləndirib dərinləşdirir, bililərin tətbiqi üçün daha real imkanlara malik olur, onlardan həyat prosesində istifadə etmək yollarını öyrənirlər;

  • Onlar şüurlu intizam, kollektivçilik, təşəbbüskarlıq, təş- ki­­­lat­çılıq bacarığı, müstəqillik, səlis danışıq və s. qabiliyyətlərini üzə çıxarırlar;

  • Vətənpərvərlik, beynəlmiləlçilik, dostluq və yoldaşlıq, hör­mət və tələbkarlıq, qarşılıqlı qayğı kimi keyfiyyətləri dərindən anlayırlar;

  • Atalar sözləri, hikmətli sözləri öyrənir, görkəmli şəxsiy- yətlərin tərbiyəvi fikirlərindən sitat gətirir və elmin bir çox sahələri haqqında məlumat toplayırlar.

  • Asudə vaxtlarının düzgün bölünməsini təşkil edirlər, bir-birlərinin qabiliyyət və istedadlarını üzə çıxarırlar ki, bu da onlara gələcəkdə peçə seçimi etməkdə kömək olur.

Disput yalnız həqiqətləri üzəçıxarmaqla kifayətlənmir, ha- belə fikirləşməyi, hərəkət etməyi, öz əqidəsini müdafiə etmək qabi- liyyətlərini formalaşdırmağı şagirdlərə öyrədir. Disput yoldaşlıq münasibəti daşımalıdır.

Burada müəllimlər şagirdlərin başqalarının rəyinə münasibət bəslədiklərinə, necə qiymətləndirdiklərinə xüsusi əhəmiyyət vermə- lidirlər.Mübahisələrdə inandırma yolu ilə, məntiqlə qələbə çalmaq lazımdır.

Disputların şagirdlərin təlim-tərbiyəsində, onlarda mənəvi keyfiyyətlərin formalaşmasında böyük əhəmiyyət vardır. Məhz bu əhəmiyyətlilik disputların vəzifələrinin məqsədəuyğun həyata keçi- rilməsinə güclü təsir göstərir.

Disputların gənclərin dünyagörüşünün formalaşmasına kö- mək etməklə yanaşı, həm də onlarda prinsipiallıq tərbiyə edir, düz­gün mülahizə yürütməyə, dilin səlisləşməsinə təsir göstərir. Dis- pu­tun maraqlı cəhəti budur ki, burada bu və ya digər məsələ haqqında fikirlər toqquşur, şagirdlərə öz dünyagörüşünü aşkar etmək, baş-qa­la­rının hərəkətlərinə düzgün qiymət vermək qabiliy- yətinə malik olmaq imkanı verilir.

Disputda şagirdlərə müstəqillik verilir. Sərbəstlik nəticəsin- də şagird necə hərəkət edəcəyini şüurlu surətdə dərk edir və bu ide­ya­nı həyata keçirmək üçün onda arzu və cəhd oyanır. Şagird dis­put­da öz təsəvvürlərini bu və ya digər məsələ ətrafında cəmləşdirir və mövzu ilə əlaqədar təcrübələrini, təsəvvürlərini yaddaşında bərpa edir. Disputun səviyyəsi onun iştirakçılarının mədəni səviyyəsinin, bilik dairəsinin göstəricisidir. Gənclər burada iştirak etməklə öz bi­lik­­lərini artırır, yoxlayır və möhkəmləndirir və onlarda sərbəstlik, təfəkkür, natiqlik qabiliyyəti, başqasını dinləmək mədəniyyəti kimi cəhətlər formalaşır.

Şagirdlərin diqqətini və marağını artırmaq üçün disput mü- təşəkkil və dinamik keçməlidir. Hər şey aparıcıdan, onun hazırlı­ğından, onun təşkilatçılıq qabiliyyətindən gözlənilməz vəziyyət- dən çıxış yolu tapmaq, dinləyicilərin diqqətini cəlb etmək bacarı­ğın­dan asılıdır. Disput keçirərkən şagirdlərin qəlbinə və şüuruna hakim olmaq üçün disputun keçirilmə planını bilmək lazımdır. Dis­put aşağıdakı plan üzrə keçirilir:



    1. Disputun keçirilmə yerini müəyyən etmək;

    2. Disputun mövzusunu seçmək;

    3. Mövzuya aid suallar tərtib etmək;

    4. Suallara uyğun olan ədəbiyyatları müəyyənləşdirmək;

    5. Şagirdləri disputa hazırlamaq;

    6. Disputa hazırlıq işlərində şagirdlərin fəal iştirakını təmin etmək;

    7. Disputun keçirilməsi;

    8. Disputun yekunu.

Disputun uğuru aparıcıdan çox asılıdır. Giriş sözünün möv- zuya əsaslanaraq qısa və aydın olması, auditoriya qarşısında müba- hisəli suallar qoymaq və onları düşünməyə məcbur etmək onun başlıca vəzifəsidir. Aparıcı təşkilatçılarla sadə, sərbəst və inandırıcı danışmalıdır ki, bu da onu iştirakçılarla yaxınlaşdırır, iştirakçılarda ona qarşı inam yaranır və açıq söhbətə gətirib çıxarır.

Aparıcının giriş sözü və onun disputa rəhbərlik metodu mü- bahisəli və eyni zamanda dostluq xarakteri daşımalıdır. Giriş sö­zün-də müzakirə olunan problem haqqında ziddiyyətli fikirlər olduğunu söyləmək, iştirakçıları mövzu və onun ayrı-ayrı sualları ətrafında çıxış etməyə, öz münasibətini bildirməyə çağırmaq lazımdır.

Giriş sözündən sonra o, müzakirə olunacaq mövzunun adını, sualları iştirakçılara bildirir. Disputa başlayarkən şagirdlərə mövzu ətrafında fikir mübadiləsi söyləyə bilmələri xatırladılmalıdır. Müza­ki­rə ardıcıllıqla, yəni bir sualdan digərinə keçməklə aparılsa daha sə­mərəli olar. Aparıcı hər bir sualın qısa yekununu verməlidir. Dis-putun gedişi zamanı aparıcı bütün iştirakçılara söz verilməlidir.

Hər kəs çıxış etmək, çıxış edənə və aparıcıya sual vermək hüququna malikdir. Müzakirə olunan məsələ haqqında şagirdlərin çıxışları və mübahisəsi başlanır. Hər bir şagird mübahisə olunan məsələ haqqında öz fikrini söyləyir. Bu zaman aparıcının məsuliy- yəti daha da artır. O, çıxış edənləri bacarıqla istiqamətləndirməli, sual­ların ardıcıl müzakirəsinə nəzarət etməli, mövzudan uzaqlaş- mağa yol verməməlidir. O, çalışmalıdır ki, mübahisə prinsipial xarakter daşısın, çıxışlar əsaslı olsun.

Şagirdlərin çıxışından sonra disputa dəvət olunmuş görkəmli şəxslər, alimlər və məktəbin müəllimləri yığcam şəkildə şagirdlərin çıxışlarına öz münasibətlərini bildirirlər, həmin məsələyə dair söy­lə­ni­lən fikirləri ümumiləşdirirlər. Disputun rəhbəri son sözündə dis­puta yekun vurur, çıxışlara qiymət verir, səhv mülahizə və fikir­lə­ri göstərir, onların səbəblərini açıqlayır. Düzgün mülahizələrə aid də­lillər gətirir, bütün suallara, aydın olmayan məsələlərə qənaətbəxş cavab verir.

Aparıcının son sözü xüsusi rol oynayır. Burada disput ye- kunlaşdırılır, müzakirə olunan məsələnin elmi cəhətdən əsaslan- dırılmış həlli verilir. Son söz həm də ona görə əhəmiyyət kəsb edir ki, ona müəyyən metodik tələblər aiddir. Belə ki, o:



  • Qısa, aydın və inandırıcı olmalı;

  • Müzakirə olunan problemin düzgün həllinə yol göstər- məli;

  • Ən yaxşı və ən maraqlı çıxışlara istinad etməli;

  • Tənqidi fikirlərə imkan yaratmalı;

  • Gələcək disput iştirakçılarının qeyri-mənəvi inkişafına kömək etməli;

  • Yeni problemlər qoymalı;

  • Gənclərdə biliyə, öz təhsilini və xarakterini təkmilləşdir-məyə maraq doğurmalıdır.

Aparıcı disputu başlamazdan əvvəl çıxış edənlərə təşəkkür edir, gələcək disputun mövzusu və sualları barəsində iştirakçılarla məsləhətləşir. Yaxın günlərdə keçiriləcək mədəni-kütləvi tədbir ba­rə­də onlara məlumat verir. Disputu təhlil edərkən müsbət nəti­cə­ləri cəmləşdirmək, müvəffəqiyyətə səbəb olan şərtləri və metodları göstərmək, uyğunsuzluğun səbəblərini müəyyənləşdirmək lazımdır. Təhlil həm müşahidəçiliyi, tələbkarlığı, özünütənqidi, pedaqoji us­talığı gücləndirməyi tərbiyə edir.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   374   375   376   377   378   379   380   381   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin