Fizika və riyaziyyat dərnəkləri
Şagirdlər fizika və riyaziyyatın tarixinə aid, bu sahədə böyük kəşflər etmiş alimlərin həyat və fəaliyyətinə dair məlumatları öyrənirlər. Bu zaman onlar dünya fizika və riyaziyyat elmlərinin inkişafında böyük xidmətləri olan Əlxarəzmi, Farabi, İbn Sina, Əbül Vəfa, Cabir bin Həyyan, Nəsirəddin Tusi və başqalarının fikirlərini öyrənirlər.
Coğrafiya dərnəyi
Bu dərnəyin məqsədi coğrafiya, diyarşünаslıq məsələləri ilə məşğul olan şagirdləri bir kоllеktivə toplayıb onların coğrafi biliklərini zənginləşdirməkdir. Bu dərnəkdə şagirdlər məşhur səyyahlar haqqında – Övliya Çələbi, Jan Şarden, Aleksandr Düma, Tur Heyrdal, Hacı Zeynalabdin Şirvani, Məhəmməd Şirvani, Əbdürrəşid Bakuvi və başqaları haqqında məlumatlar alırlar. Coğrafiya dərnəyinin müxtəlif bölmələri olur və bu bölmələrdə fiziki coğrafiya, qitələr və materiklər coğrafiyası, Azərbyacan abidələri və digər məsələlər öyrənilir. Dərnəyin üzvləri fotomontajlar, albomlar tərtib edir, məşhur səyyahların, dənizçilərin, alimlərin şəkillərini toplayırlar, həyat və fəaliyyətlərinə dair məruzələr yazırlar. Yuxarı sinif şagirdləri elmi-tədqiqat xarakterli məruzələr hazırlayır və rayonlar arası, respublika üzrə olimpiadalarda çıхış edirlər.
Kimya dərnəyi
Bu dərnəyin üzvləri elmi-kütləvi əsərləri oxuyur, kimya alimlərinin həyat və fəaliyyətinə dair məruzə və referatlar yazır, elementlər aləminə səyahətlər adlı mövzularda gecələr təşkil edir, yüz beş element haqqında ətraflı məlumatlar toplayırlar.
Məşhur kimyagər Cabir Bin Həyyan haqqında, Mendeleyev və onun cədvəli haqqında maraqlı məlumatlar toplayırlar.
Dostları ilə paylaş: |