Hacı Əhməd-Cabir Hacı Ġsmayıl oğlu (Prof. Əhmədov Əhməd-Cabir Ġsmayıl oğlu) Əməkdar müəllim



Yüklə 50.87 Kb.

səhifə1/26
tarix01.01.2017
ölçüsü50.87 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   26

Hacı Əhməd-Cabir Hacı Ġsmayıl oğlu 
(Prof. Əhmədov Əhməd-Cabir Ġsmayıl oğlu) 
Əməkdar müəllim 
 
 
 
“QURANĠ-KƏRĠM”-DƏ  
QĠDA MƏHSULLARI  
VƏ  
ĠSLAMDA QĠDALANMA 
 
 
 
 
Oxuculara halal qida və sağlam həyat arzusu ilə 
 
Möhtərəm _____________________________ 
 
Hormətlə ______________ Hacı Əhməd-Cabir  
 
 
 
 
 
 
B A K I – 2 0 1 3 

 

Ə 96 
Məsləhətçi:  Hacı Salman Musayev 
Qafqaz Müsəlmanları Ġdarəsinin sədr müavini-müfti 
 
Rəyçi: prof. Hacı Məmmədhəsən Meybullayev 
 
Ə 96. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu  
“Qurani-  Kərim”-də  qida  məhsulları  və  islamda 
qidalanma  (monoqrafiya).  Bakı:  “İqtisad  Universiteti” 
nəşriyyatı, 2013.- 380 səh. 
 
Kitabın  yazılmasında  “Qurani  Kərim”-in  100-dən  çox  ayə-
lərindən,  Peyğəmbərimizin  (s.ə.v.)  hədislərindən,  imamların  və 
dahilərin  kəlamlarından,  bir  çox  mənbələrdən  (kitablardan)  və 
dövrü  mətbuatda  rast  gəldiyim  materiallardan,  eləcə  də,  müəllifin 
qida  məhsullarının  əmtəəşünaslığına  və  texnologiyasına  həsr 
olunmuş onlarla kitablarındakı məlumatlardan istifadə olunmuşdur. 
Kitabda su, süd, ət, yumurta, balıq, zeytun yağı, çörək, meyvə-
tərəvəz, bal, şəkər, sirkə, xörək duzu və digər qida məhsullarından 
müsəlmanların  istifadə etmələrinin islam dininin tələblərinə  uyğun 
olaraq  geniş  izahı  verilmişdir.  Eyni  zamanda  qida  qəbulu 
mədəniyyəti, yeyib-içmək ədəbi, islamda və müasir dövrdə səmərəli 
qidalanmanın  əsas  prinsipləri  kitabda  öz  əksini  tapmışdır.  Kitabda 
Ramazan orucunun mənası, tarixi, orucluğun insan sağlamlığı üçün 
əhəmiyyəti,  oruc  tutmağın  islami  qaydaları  haqqında  da  ətraflı 
məlumat  verilir.  Kitabda  şərabın  haram  olması  və  siqaretin  insan 
orqanizminə zərəri haqqında məlumatlar da öz əksini tapmışdır. 
Kitabda Quran ayələrindəki qida məhsullarına həsr olunan Allah 
kəlamlarına istinad edildiyindən oxuculara məsləhətimiz budur ki, bu 
kitabı natəmiz yerlərə qoymasınlar. 
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
 
Müəlliflik hüququ qorunur və kitabın 
icazəsiz nəşr olunması qadağandır 
 
© Əhməd-Cabir, 2013 

 

Qafqaz  Müsəlmanları  İdarəsinin  sədr 
müavini  –  müfti  vəzifəsində  çalışmış 
(aprel 1969 – fevral 1986) atam Hacı 
İsmayıl  Hacı  Qədir  oğlunun  əziz 
xatirəsinə ithaf edirəm 
 
 
SÖZ ÖNÜ 
 
BĠSMĠLLAHĠR-RƏHMANĠR-RƏHĠM 
(Rəhimli, Mərhəmətli Allahın adı ilə) 
 
Allaha həmd olsun, şükür Ondadır, tərif Onundur, 
fəzilət sahibi Odur, mərhəmət Onun əlindədir, səna və 
ehsan  da  Onun  ünvanınadır.  Mən  şəhadət  verirəm  ki, 
Ondan başqa Tanrı yoxdur, Ondan başqa Rəbb yoxdur. 
Mən  iqrar  və  etiraf  edirəm  ki,  O,  Muhəmmədi  (Ona 
Allahın  salavatı  (xeyir-duası)  və  salamı  olsun-  (s.ə.v.) 
huda  yolu  (doğru  yol)  və  haqq  dini  ilə  göndərmişdir. 
O, gələn vəhyləri bizə çatdırmış, millətə möhtac olduq-
larını  öyrətmişdir.  Allahın  ən  ülvi  salavatı,  ən  kamil 
salamı  ona  və  onun  ailəsinə,  onun  bütün  səhabələrinə 
(tərəfdar, silahdaş) və ardıcıllarına ünvanlanmışdır. 
Kitab bəşər maarifi və mədəniyyətinin tərəqqi və tə-
kamülü  yolunda  lazım  olan  bütün  xüsusiyyətlərə  malik 
olmaqla insan fikrini daşımaqda, onu başqalarına çatdır-
maqda və mədəniyyətin yüksəlişində mühüm rol oynayır. 
Şübhəsiz  ki,  islam  təfəkkürü  və  mədəniyyəti  zən-
gin qaynaqlara və  real dünyagörüşünə malik olduğuna 
görə, insan təfəkkürü və fikrinin ən üstün və mütərəqqi 
düşüncələrindəndir. 
Biz  bu  həqiqətə  vararaq  və  bu  gerçəyi  dərindən 

 

başa  düşdükdə  imkan  daxilində  bu  böyuk  işdə  (islam 
düşüncəsini  insanlara  çatdırmaqda)  şərik  olub,  bu 
yolda  səy  göstərib  çalışmaq  istədik.  Bu  böyük  islam 
işində  qadir  Allahdan  izin,  kömək  və  müvəffəqiyyət 
diləyirik. Həqiqətən, O, duaları qəbul edəndir.  
İnsanlar uzun illərdən bəri öz təlabatlarını ödəmək 
üçün  müxtəlif  qida  məhsulları  ilə,  o  cümlədən  ovlan-
mış  heyvan  əti,  yabanı  dənli  bitkilər  və  meyvə-
tərəvəzlərlə  qidalanmışlar.  İnsan  orqanizmi  qidalan-
madan  uzun  müddət  yaşaya  bilmədiyi  üçün  hələ 
qədimdən bizim əcdadlarımızın əsas məqsədi müxtəlif 
qida  məhsullarını  əldə  etmək,  onları  yeniləşdirmək, 
təkmilləşdirmək və insan qidası üçün zərərsiz olmasını 
müəyyənləşdirmək  qayğısı  olmuşdur.  Lakin  tarixdə 
insanların  sağlam  və  səmərəli  qidalanmasına  mane 
olan bir çox təbii fəlakətlər, quraqlıq, subasma və digər 
hadisələr insanların düzgün qidalanmasına da, şübhəsiz 
təsir etmişdir. Dünyanın ayrı-ayrı bölgələrində insanlar 
təbiətin  onlara  bəxş  etdiyi  məhsullarla  qidalanmışlar. 
Lakin  həmin məhsulların heç də  hamısı  insan sağlam-
lığı  üçün  yararlı olmamışdır. Xüsusən isti  iqlim şərai-
tində  tez  xarab  olan  məhsullar  insan  səhhətinə  mənfi 
təsir göstərmişdir. 
İnsan səhhətinin ən mühüm amilini təmiz və key-
fiyyətli,  yüksək  qidalılığa  malik  və  sağlamlığa  uyğun 
qida  məhsulları  təşkil  edir.  Allah  Təbarəkə  Təala  in-
sanlara, xalqlara yeməklərin halal və haram olması ba-
rədə  Səmavi  kitablarda  müəyyən  ayələr  buyurmuşdur. 
Allah tərəfindən Cəbrayıl (ə) vasitəsilə islam Peyğəm-
bərinə 
(s.ə.v.) 
nazil 
olan 
“Qurani-Kərim”-də 
buyrulmuş  ayələrin  və  kəlamların  çoxu  müasir  elmi 
biliklərlə sübuta yetirilmişdir.  

 

“Qurani-Kərim”  insanların  həyatı,  əxlaqı,  yaşayış 
tərzi,  ədəbi,  mərifəti,  bir-birinə  münasibəti  və  cəmiy-
yətdəki  mövqeyi,  həmçinin  bu  cəmiyyətdə  hər  fərdin 
vəzifəsini göstərən Səmavi kitabdır. Burada insanın hə-
yatında mümkün olan hər cür şeyə dair münasib ayələr 
vardır.  Belə  də  olmalıdır,  çünki  “Qurani-Kərim” 
insanın  həyat  təlimatıdır,  həm  də  elə  bir  insanın  ki, 
onun  əxlaqı  və  yaşayış  tərzi,  rəftarı  və  amalı  onun 
xilqətinə  və  yaranma  məqsədinə  uyğun  olsun,  onu 
heyvanatdan fərqləndirsin. 
İnsana aid olan heç bir söz, heç bir məsələ qalma-
yıb  ki,  “Qurani-Kərim”  o  barədə  bizə  məlumat 
verməsin. 
Qida  məhsulları  haqqında  “Qurani-Kərim”-in  bir 
çox  surələrində  100-dən  çox  ayədə  müxtəlif  kəlamlar 
buyrulmuşdur.  Qidalanma  haqqında  islami  şərtlər  və 
buyuruqlar  isə  Peyğəmbərimizin  (s.ə.v.)  və  İmamların 
hədislərində,  islam  dininin  elmi  mahiyyətini  insanlara 
olduğu  kimi  çatdırmaq  istəyən  din  xadimlərinin  və 
tarixi  şəxsiyyətlərin  yazılarında  və  nəsihətlərində  öz 
əksini tapmışdır. 
Uzun  illər  ərzaq  məhsullarının  istehsal  texnolo-
giyası,  əmtəəşünaslığı  və  ekspertizası  ilə  məşğul  ol-
maqla  bərabər,  bu  sahədə  300-dən  çox  elmi  əsərin,  o 
cümlədən  60  kitabın  müəllifi  olduğum  üçün,  eyni 
zamanda qəlbimdəki Allah sevgisi və islam dininə olan 
böyük marağım və ehtiramım məni islamda qidalanma 
məsələləri haqqında araşdırmalar aparmağa və nəhayət 
bu barədə sanballı monoqrafiya yazmağa sövq etmişdi. 
Hələ keçən əsrin sonlarında mən “Qida məhsulları 
və  qidalanmanın  islami  şərtləri”  mövzusunda  institut-
daxili elmi-praktiki konfransda çıxış etmişdim. Mövzu 

 

üzrə  etdiyim  məruzə  dinləyicilərin  çox  böyuk  ma-
rağına  səbəb  olmuşdu.  Həmin  dövrdən  14  ildən  çox 
keçməsinə  baxmayaraq  mən  dayanmadan  bu  günə 
qədər  həmin  mövzuya  aid  müxtəlif  səpgili  materiallar 
toplamağa  başladım.  Hər  dəfə  bu  mövzuya  qayıdanda 
dərindən  düşünür  və  belə  bir  mövzuda  monoqrafiya 
yazmağın  məsuliyyətini  hiss  edirdim.  Artıq  toplanmış 
materialları  sistemləşdirib  bir  kitab  halında  yazmaq 
qərarına gəldim. 
Kitabın yazılmasında müxtəlif mənbələrdən, dövrü 
mətbuatda  mövzuya  aid  dərc  olunan  məqalələrdən  və 
əsasən də “Qurani-Kərim”-in 100-dən çox ayələrindən 
istifadə  olunmuşdur.  “Qurani-Kərim”-in  ayələrindən 
verilən istinadlar  Z.M.Bünyadov və V.M.Məmmədəli-
yevin ərəb dilindən tərcümə etdikləri “Qurani-Kərim”-
in 
dördüncü  nəşrindən  (“Məhdiyyə”  nəşriyyatı, 
1420/2000) götürülmüşdür. 
Hər  bir  insanın  həyatdakı  uğuru  da,  uğursuzluğu 
da bir olan Allahın izni ilə baş verir. Odur ki, insan hə-
mişə Allaha şükür etməlidir. Mən də həyatda nə qazan-
mışamsa, uğurlarıma və  xoş günlərimə görə, hətta  çə-
tinliklərlə  üzləşdikdə  belə  həmişə  Allaha  şükür  etmi-
şəm.  İndi  də  şükür  edirəm  ki,  uzun  illərdir  arzusunda 
olduğum  və  nəşrini  görmək  istədiyim  “Qurani- 
Kərim”-də  qida  məhsulları  və  islamda  qidalanma  
kitabımı oxuculara təqdim edə bildim.  
Bu kitabı oxuduqlarım, öyrəndiklərim və bildiklə-
rim əsasında yazıb oxuculara çatdırmaq məqsədilə nəş-
rə hazırladım. Əsl həqiqət bir olan Allaha məlumdur. 
Kitabdakı  araşdırmalarla  əlaqədar  verilən  məlu-
matlardan faydalananlar olsa, özümü bəxtiyar sanaram.  
 

 

Kitabda aĢağıdakı qısaltmalar verilmiĢdir. 
 
(s.ə.v.) – Səlləllahü əleyhi və alihi və səlləm. 
(ə) – Əleyhüssəlam. 
(A.o.r.) – Allah ondan razı olsun. 
kq – kiloqram. 
q – qram. 
mq – milliqram. 
mmq – mikroqram 
mq% - 100 qram məhsulda milliqramla miqdar. 
l – litr. 
ml – millilitr. 
BV – Beynəlxalq vahid. 
kkal- kilokalori. 
kCoul - kilocoul 
 

 

MÜSƏLMANIN ĠNANC TƏMƏLLƏRĠ 
 
Müsəlmanlıq  iki  böyük  inanc  təməl  üzərində 
qurulmuşdur. 
1.
 
Allahdan başqa ibadət ediləcək Tanrı olmadığı, 
2.
 
Muhəmməd  Peyğəmbərin  (s.ə.v.)  Allah  tərəfin-
dən bütün insanlara göndərilmiş bir Peyğəmbər olduğu. 
 İslam dini bunu bir düstur kimi: - La ilahə illəllah 
Muhammedin-Rəsulüllah  –  cümləsində  toplamışdır. 
Bu  mübarək  cümləni  dili  ilə  söyləyib,  qəlbi  ilə  təsdiq 
edən bir kəs, İslam Dinini qəbul etmiş olur. 
Bu inanca: İman, 
İnana da: Mömin – Müsəlman deyilir. 
Peyğəmbər  Əfəndimiz  (s.ə.v.)  imana  belə  tərif 
vermişdir: 
“Aməntü  billahi  və  məlaikətihi  və  kütübihi  və 
rusulihi  vəl-yevmil-axiri  və  bil-kadəri,  hayrihi  və 
Ģərrihi  minallahi  Təala  vəl-basü  badel-mevt.  Hak-
kun  əĢəhədü  ən  la  ilahə  illəllah  və  əĢhədü  ənnə 
Muhammedin abdühü və Rəsulühü.” 
1-  İman  Allahdan  başqa  bir  Tanrı  olmadığına,  Mu-
həmmədin (s.ə.v.) Allahın qulu və Peyğəmbəri olduğuna, 
2- Allahın mələklərinə, 
3- Allahın kitablarına, 
4- Allahın bütün Peyğəmbərlərinə, 
5- Öləndən sonra dirilməyə (Axirət gününə), 
6-  Yaxşılıq  və  pisliyin  Allahın  təqdiri  və 
yaratmasıyla olduğuna, inanmaqdır. 
Bu  altı  prinsip  imanın  kökləri,  islam  inancının 
təməlidir. 
Ġslam  -  Allahın  və  Peyğəmbərinin  buyruqlarına 
inanmaq və  boyun  əymək,  Allaha təslim olmaq,  daxili, 

 

xarici  təmiz,  sözü  özünə,  özü  sözünə  uyğun  olmaq 
deməkdir. 
Allahın  və  Peyğəmbərin  buyruqlarına  boyun  əyib 
təslim olana Müsəlman deyilir. 
İnsan ağlı ilə, düşüncəsiylə hər nə qədər yaradanına 
inana bilirsə də, Allahın rizasının, əmr və qadağalarının 
nədən ibarət olduğunu sezə bilməz. 
Bunun üçün Allah Peyğəmbərlərinin vasitəsilə əmr 
və  qadağalarını  bildirmiş,  insanlara  dünya  və  axirətdə 
səadətə qovuşan yollarını bəyan etmişdir. 
Bildirilən ilahi əmr və qadağaların hamısına “Din” 
deyilir.  
Dinimizin adı İslam dinidir. Bu adı Allah vermişdir. 
Bunun  üçün  İslam  Dini  bir  xalqın,  bir  millətin  dini 
olmayıb,  bütün  insanların  dinidir;  son  dindir;  ağıl  və 
bilik  dinidir;  əxlaq  dinidir;  barış  və  intizam  dinidir; 
inandıqlarını yaşama dinidir. 
Mələklərə  iman.  Allahın  müxtəlif  yaratdıqları 
vardır.  
Ulu  Tanrı  mələkləri  ayrı-ayrı  işlərin  meydana  gəl-
məsinə səbəbkar kimi yaratmış, qüvvət və qüdrətini on-
larla  göstərmişdir.  Cəbrayıl,  Əzrayıl,  Mikayıl,  İsrafil 
adındakı  mələklər,  mələklərin  Allaha  ən  yaxın  olanları 
və ən böyükləridir. 
Mələklər  yerlərdə,  göylərdə  və  yerlə  göy  arasında, 
hədsiz, hesabsız olaraq, Allahın əmrlərini yerinə yetirir-
lər.  Saylarını  Allahdan  başqa  heç  kim  bilməz.  Mələk-
lərin  böyüklərindən  olan  Cəbrayıl  Allahın  Kəlamlarını 
Peyğəmbərlərə çatdırmaqda vasitəçilik edər. 
Kitablara  iman.  Adəm  (ə)  ilə  bizim  Peyğəm-
bərimiz  (s.ə.v.)  arasında  gəlib  keçən  bütün  peyğəm-
bərlərə göndərilən kitabların hamısı haqdır. 

 
10 
Kitabların  bir  qismi  səhifələrdən  ibarətdir.  Bunlara 
“suhuf” deyilir. Bir qismi də böyük kitablardır. 
Səhifələr bu Peyğəmbərlərə göndərilmiĢdir: 
10 suhuf Adəm Əleyhüssəlama 
50 suhuf Şit Əleyhüssəlama 
30 suhuf İdris Əleyhüssəlama 
10 suhuf İbrahim Əleyhüssəlama 
Böyük Kitablar: 
1.
 
Tövrat: Musa Peyğəmbərə(ə) enmişdir. 
2.
 
Zəbur: Davud Peyğəmbərə(ə) enmişdir. 
3.
 
İncil: İsa Peyğəmbərə(ə) enmişdir. 
4.
 
“Quran-Kərim”:  Bizim  Peyğəmbərimiz  Həzrəti 
Muhəmmədə (s.ə.v.) enmişdir. 
“Qurani-Kərim” son kitabdır. Yalnız bir zamana, bir 
qəbiləyə,  bir  millətə  məxsus  deyildir,  bütün  insanların 
kitabıdır. Onun hökmü qiyamətə qədər davam edəcəkdir. 
 “Qurani-Kərim”  Peyğəmbərimizin  (s.ə.v.)  ən 
böyük möcüzəsidir. 
 Muhəmməd  Peyğəmbərə  (s.ə.v.)  Ramazan  ayında 
nazil  olan  Quran  114  surədən,  6204,  yaxud  6236  (bəzi 
mənbələrdə 6666) surədən, 77934 sözdən ibarətdir. Qu-
ranın təxminən 90 surəsi Məkkədə, 24 surəsi Mədinədə 
nazil  olmuşdur.  Quran  hər  biri  20  səhifə  olmaqla  30 
cüzə ayrılır.  
Peyğəmbərlərə iman.  
Cənab  Haqq  qullarına  doğru  yolu  göstərmək  üçün 
əmrlərini,  yasaqlarını  peyğəmbərləri  vasitəsilə  bildir-
mişdir. 
Peyğəmbərlər  Allahla  qulları  arasında  vasitəçi  və 
elçidirlər. 
Peyğəmbərlik  Allah  vergisidir.  Dilədiyinə  verir, 
çalışıb  çabalamaqla  əldə  edilməz.  Adəmdən  (ə)  bizim 

 
11 
sevgili Peyğəmbərimiz Muhəmmədə (s.ə.v.) qədər gəlib 
keçmiş  bütün  millətlərə  Allah  tərəfindən  peyğəmbərlər 
göndərilmişdir. 
 
“Qurani Kərim”-də adları bildirilən peyğəmbərlər: 
 
1 - Adəm (ə)     10 – Yaqub (ə)      19 – Əlyəsə (ə) 
2 - İdris (ə)        11 – Yusif (ə)        20 – Yunus (ə) 
3 – Nuh (ə)        12 – Əyyub (ə)      21 – Zülkifl (ə) 
4 – Hud (ə)        13 – Şuayb (ə)       22 – Zəkəriyyə (ə) 
5 – Salih (ə)       14 – Musa (ə)        23 – Yəhya (ə) 
6 – İbrahim (ə)   15 – Harun (ə)      24 – İsa (ə) 
7 – Lut (ə)          16 – Davud (ə)      25 – Həzrəti  
8 – İsmayıl (ə)   17 – Süleyman (ə)   Muhəmməd (s.ə.v.) 
9 – İshak (ə)      18 – İlyas (ə) 
 
Üzeyr,  Loğman,  Zülqərneyn  adındakı  üç  şəxsin 
peyğəmbərlikləri mübahisəlidir.  
Bizə bildirilən və bildirilməyən bütün peyğəmbərlə-
rin hər birini bir-birindən ayırmadan hamısına inanırıq. 
Ġslamın beĢ təməli.  
Sevgili Peyğəmbərimiz (s.ə.v.) belə buyurmuşdur. 
Müsəlmanlıq beş təməl üzərində qurulmuşdur: 
1.
 
Allahın  varlığına,  birliyinə,  Həzrəti  Muhəm-
mədin  (s.ə.v.)  Allahın  qulu  və  Peyğəmbəri  olduğuna 
qəlbi ilə inanması və dili ilə də bunu: 
“ƏĢhədü  ən  la  ilahə  illəllah  və  əĢhədü  ənnə 
Muhemmeden Rəsulüllah” deyə söyləməsi, 
2.
 
Dinin  dirəyi  olan,  gündə  beş  vaxt  namazı 
qılması, 
3.
 
Ramazan ayında oruc tutması, 
4.
 
Dində  zəngin  sayılanların  ildə  bir  dəfə  malının 
zəkatını verməsi, 

 
12 
5.
 
Bədəni  sağlam  və  kifayət  qədər  pulu  da  varsa, 
omründə bir dəfə həcc ibadətini etməlidir. 
Zəkat:  Dində  zəngin  sayılan  kişi,  qadın,  hər  bir 
Müsəlmanın ildə bir dəfə malının qırxda birini kasıblara 
verməsi borcdur, fərzdir. Borcundan və keçinəcəyindən 
başqa  80,18  qram  (20  misqal)  qızılı  və  ya  561  qram 
(200  dirhəm)  gümüş,  və  yaxud  da  bunların  dəyərində 
pulu və ticarət malı olan şəxs dində zəngin sayılır.  
Bəzi adamlar zəkatla xümsü qarışdırırlar. Xüms in-
sanın bu və ya digər vaxtda ələ keçirdiyi qənimətin beĢ-
də  birini kasıblara, xüsusən də Peyğəmbərlərin qohum 
əqrabasına, yetimlərə, yoxsullara və müsafirlərə verilən 
pul  və  maldır.  Bu  barədə  “Qurani  Kərim”-in  əl-Ənfal 
surəsinin 41-ci surəsində buyurulur: 
(Ey möminlər!) əgər siz Allaha  və haqla batilin 
ayırd  edildiyi  gün  –  iki  dəstənin  bir-birilə  qarĢılaĢ-
dığı  gün  (Bədr  günü)  bəndəmizə  (Muhəmmədə)  nazil 
etdiyimizə  (ayələrə) iman  gətirmisinizsə,  bilin  ki,  ələ 
keçirdiyiniz hər hansı qənimətin beĢdə biri, Allahın, 
Peyğəmbərin,  onun  qohum-əqrabasının,  yetimlərin, 
yoxsulların  və  müsafirlərindir  (pulu  qurtarıb  yolda 
qalan  yolçularındır).  Allah  hər  Ģeyə  qadirdir!”(  əl-
Ənfal, 8/41
“Beşdə  biri”  ərəbcə  “Xüms”  deməkdir.  Bu  ayəti-
kərimədən  aydın  olur  ki,  xüms  yalnız  əldə  edilən  qə-
nimətdən  verılir.  Zəhmətlə  qazanılan  və  ehtiyat  üçün 
saxlanılan qızıla, gümüşə, pula və  keçinəcəyindən artıq 
olan hər hansı bir mala görə xüms verilməz. Qənimətin 
miqdarı təfsirlərdə aşağıdakı kimi göstərilir. 
Qənimətə  115  dəvə,  14  at,  parça,  silah,  ərzaq  və 
digər qiymətli mallar aid edilir.  
Qeyd:  İslam dini haqqında heç bir bilgisi olmayan 

 
13 
oxucuların  bu  kitabdan  daha  səmərəli  və  düzgün  bəh-
rələnməsi  üçün,  müəllif  onları,  çox  qısa  da  olsa,  islam 
dininin  əsas  inanc  təməlləri  ilə  məlumatlandırmağı 
özünə borc bilir. 
 
QĠDA MƏHSULLARI VƏ ƏSAS QĠDA 
MADDƏLƏRĠ 
 
Qida  məhsulları  dedikdə  insanların  gündəlik 
qidalarında istifadə etdikləri müxtəlif ərzaq məhsulları 
nəzərdə  tutulur.  Qida  məhsulları  oxşar  əlamətlərinə 
görə aşağıdakı kimi təsnifləşdirilir. 
1.
 
Taxıl-un məhsulları. Bu qrupa dənli və paxlalı-
dənli  bitkilər,  un,  yarma,  çörək-kökə  və  makaron  mə-
mulatı, eləcə də yeyinti konsentratları aiddir. 
2.
 
Qənnadı  məhsulları.  Bu  qrupa  nişasta,  şəkər, 
bal,  şəkərli  (meyvə-giləmeyvə  qənnadı  məmulatı,  o 
cümlədən marmelad, pastila, mürəbbə, cem, povidlo və 
s.,  şokolad,  kakao  tozu,  karamel,  konfetlər,  iris,  draje, 
halva) və unlu qənnadı məmulatı (peçenyelər, pryanik, 
vafli  məmulatı,  tort  və  pirojna,  keks,  və  ruletlər)  və 
şərq şirniyyatı aiddir. 
3.
 
Meyvə,  tərəvəz,  göbələk  və  onların  emalı 
məhsulları.  
4.
 
Tamlı  mallar.  Bu  qrupa  çay,  qəhvə,  ədviyyat, 
tamlı qatmalar, spirtsiz, azspirtli və spirtli içkilər, tütün 
məmulatı aiddir. 
5.
 
Yeyinti  yağları.  Bu  qrupa  bitki  və  heyvanat 
yağları,  marqarin,  mətbəx,  qənnadı  və  çörəkçilik  yağ-
ları, eləcə də mayonez aiddir. 
 6.  Süd  və  süd  məhsulları.  Bu  qrupa  müxtəlif  ev 
heyvanlarının südü və onun emalından alınan qaymaq, 

 
14 
xama, kəsmik, turşudulmuş pəhriz süd məhsulları, kərə 
yağı,  pendir,  süd  konservləri,  quru  süd,  dondurma, 
milli  ağartı  məhsulları  olan  qurut,  süzmə,  şor,  ayran, 
motal pendiri aiddir. 
7.
 
Yumurta, ət və ət məhsulları. Bu qrupa təzə  yu-
murta,  dondurulmuş  yumurta  melanjı,  yumurta  tozu, 
müxtəlif  ev  heyvanlarının  təzə,  soyudulmuş  və  dondu-
rulmuş ətləri, ət-sub məhsulları, ev və ov quşlarının əti, 
kolbasa  məmulatı,  hisə  verilmiş  ət  məhsulları,  ət  kon-
servləri, ət yarımfabrikatları aiddir. 
8.
 
Balıq və balıq məhsulları. Bu qrupa təzə, soyu-
dulmuş,  dondurulmuş,  duza  və  sirkəyə  qoyulmuş,  qu-
rudulmuş və qaxac edilmiş, hisə verilmiş balıqlar, balıq 
konservləri  və  preservlər,  kürü  və  balıq  olmayan  su 
xammalı aiddir. 
Qida  məhsulları  mənşəyinə,  tərkibinə,  təyinatına 
və s. əlamətlərinə görə bir-birlərindən kəskin fərqlənir-
lər.  Mənşəyinə  görə  onlar  bitki,  heyvanat  və  mineral 
mənşəli məhsullara ayrılırlar. 
Kimyəvi  tərkibinə  görə  karbohidratlarla  (şəkər, 
nişasta,  un),  zülallarla  (ət,  balıq),  yağlarla  (bitki  yağı, 
kərə yağı) və mineral maddələrlə (meyvə-tərəvəz) zən-
gin olan məhsullar fərqləndirilir. 
Qida  maddələri  dedikdə  ərzaq  məhsullarının tərki-
bində olan, insanların bioloji və fizioloji təlabatını ödəyən 
müxtəlif üzvi və qeyri-üzvi maddələr nəzərdə tutulur. 
Qida  məhsullarının  tərkibində  qeyri-üzvi  maddə-
lərdən  su  və  mineral  maddələr;  üzvi  maddələrdən  isə 
karbohidratlar,  lipidlər  (yağlar),  azotlu  maddələr,  fer-
mentlər,  vitaminlər,  üzvi  turşular,  aşı  və  boya  maddə-
ləri, ətirli maddələr və s. vardır.  
Su –  bütün  ərzaq  mallarının  tərkibində  var.  Şəkər 

 
15 
tozunda 0,14%, ərinmiş yağda 1%, un və yarmada 13-
15%,  çörək-kökə  məmulatında  34-50%,  meyvə  və 
tərəvəzlərdə 83-95%-ə qədər su vardır.  
Ərzaq mallarında su iki – sərbəst və birləşmiş for-
madadır. Sərbəst su məhsulların toxuma arası şirəsində 
və  diametri  10
-5
  sm-dən  çox  olan  kapilyarlarda  yerlə-
şir.  Sərbəst  suyun  xüsusi  çəkisi  vahidə  bərabərdir  və 
0
0
C-də donur. 
Birləşmiş  su  diametri  10
-5
  sm-dən  az  olan  mikro-
kapilyarlarda  yerləşir  və  məhsulun  müxtəlif  maddələri 
ilə  az  və  ya  çox  dərəcədə  birləşmiş  olur.  Çox  aşağı 
temperaturda (-71
0
C) donur, xüsusi çəkisi 1,2-1,7-dir. 
Içməli  suya  və  eləcə  də  yeyinti  məhsulları  isteh-
salında  istifadə  olunan  suya  müəyyən  tələblər  verilir. 
Suyun  keyfiyyəti  onun  şəffaflığına,  rənginə,  dad  və 
iyinə,  mikroorqanizmlərlə  çirklənməsinə  və  həmçinin 
onda  həll  olmuş  kalsium  və  maqnezium  duzlarının 
miqdarına  (suyun  codluğuna)  görə  müəyyən  edilir. 
Cod suda yarma və tərəvəz pis bişir, çay yaxşı dəm al-
mır. Içməli suyun bir litrində mineral duzların miqdarı 
500 mq-dan artıq olmamalıdır. Su haqqında geniş mə-
lumat “Susuz həyat yoxdur” bölməsində veriləcəkdir. 



  1   2   3   4   5   6   7   8   9   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə