15.3. Sinifdənxaric işlərdə dərnəklərin yeri Sinifdənxaric işlər sırasında dərnəklər geniş fəaliyyət göstərirlər. Dərnəklər əsasən iki cür təşkil olunur: 1) Fənn dərnəkləri. Bu dərnəklər bilavasitə məktəbdə tədris olunan fənlərlə bağlıdır. Bu dərnəklər həmin fənlərin daha dərindən mənimsənilməsinə, o sahədə şagirdlərin biliklərinin daha da dərinləşdirilməsinə xidmət edir. Fənn dərnəklərini əsasən fənni tədris edən müəllimlər aparırılar; 2) marağa görə təşkil olunan dərnəklər.Belə dərnəklər uşaqların maraq və meylinə görə təşkil edilir. Bu dərnəkləri yuxarı sinif şagirdləri və ya müəyyən mütəxəssis, maraqlı şəxs təşkil edib keçirə bilir.