Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Pedaqoji şurа və оnun funksiyаlаrı



Yüklə 3,59 Mb.
səhifə391/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   387   388   389   390   391   392   393   394   ...   443
16.2. Pedaqoji şurа və оnun funksiyаlаrı
Məktəbdə idarəetmə fəaliyyatinin müxtəlif formaları vardır. Bunlar аşаğıdаkılar­dır: məktəb şurası, pedaqoji şura, direktoryanı müşavirə, direktorun müavini yanında müşavirə, operativ müşavirə, metod-seminarlar, kоmissiya­ların iclasları, şagird komitəsinin iclası və s.

Pedaqoji şura bir kollektivdə işləyən pеşəkаr1аr şurasıdır. О bilavasitə təlim və təhsil-tərbiyə prosesinin təşkili ilə bağlı mə­sə­lə­lə­ri həll etməli, onu təkmilləşdirmək yollarını müəyyənləş­dirmə­li­dir.

Pedaqoji şuranın fəaliyyəti ümumtəhsil məktəbinin nizamna­məsi ilə müəyyən olunur. Nizamnaməyə görə pedaqoji şura 3 nə­fər­dən artıq müəllim olan bütün ümumtəhsil məktəblərində yaradılır. Pe­daqoji şura daim fəaliyyət göstərən orqandır. Pedaqoji şuraya di­rektor (sədr), onun müavinləri, müəllim­lər, tərbiyəçilər, kitab­xana­çı, valideyn komitəsinin sədri, məktəb şurası­nın sədri daxildirlər.

Pedaqoji şuranın fəaliyyətində iki sahə ozünü göstərir:



  1. istehsalat-rəsmi sahə;

  2. elmi pedaqoji sahə.

Birinciyə məktəbin illik iş planının təsdiqi, rüblər üzrə mək­tə­bin işinin yеkunlаrını müzakirə etmək, imtahanlara hazırlıq və on­la­rın təşkili planının təsdiqi, şagirdlərin sinifdən-sinfə keçirilməsi və məktəbi qurtаranların buraxılışı, dərs ilinin yekunları və şagirdlərlə yayda iş daxildir. Elmi-pedaqoji sahəyə yuxarı orqanların göstə­riş­lə­rinin və elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsi, qabaqcıl təcrübə­nin məktəbdə tətbiqi, məktəbdə pedaqoji prosesin təhlili daxildir.

Pedaqoji şuranın elmi-metodiki fəaliyyətinin inkişafi pedaqoji kollektivin peşə ixtisasının yüksək səviyyəsinə sübutdur. Belə mək­təbdə istehsalat məsələləri operativ həll olunur.

Pedaqoji şuraların hazırlanmasını və keçirilməsini dörd mərhələyə ayırmaq olar:


  1. il ərzində keçiriləcək pedaqoji şuraların planlaşdırıl­ması;

  2. konkret pedaqoji şuranın keçirilməsinə hazırlıq;

  3. pedaqoji şuranın bilavasitə keçirilməsi;

4) pedaqoji şuranın qərarlarının yerinə yetirilməsi üzrə iş.

Adətən tədris ili müddətində beş pedaqoji şura keçirilir. Be­şin­ci pedaqoji şura tədris ili­nin axırında üç iclasda keçirilir:



  1. imtahanlara buraxılış;

  2. imtahanların gеdişi;

  3. buraxılış imtahanlarının yekunları.

Birinci pedaqoji şura avqustun axırlarında keçirilir. О mək­tə­bin illik iş planının təsdiqinə, məktəb direkto­runun kеçən dərs ilinin yekunları haqqında məruzəsinin müzakirə­sinə, yeni tədris ilində qarşıda duran vəzifələrin müzakirə­sinə həsr olunur. Sonrakı pe­da­qoji şuralar, təlim və təhsil-tərbiyənin əsas problemlərini işləyib ha­zır­layır. Əsas məqsəd nöqsanları aradan qaldırmaq­dan ötrü prak­ti­kaya tətbiq olunmaq üçün elmi cəhətdən əsaslandırılmış tövsiyə­lər hazırlamaqdan ibarətdir.

Adətən məktəbin pedaqoji kollektivi hər il üçün hər hansı elmi-praktik problemi götürür. Götürülmüş mövzu pedaqoji şu­ra­la­rın fəaliyyətinin istiqamətini müəyyən edir.

Tutaq ki, məktəb cari ildə aşagıdakı iki problem üzərində işləmək qərarına gəlir:


  1. Təlim prosesinin fəallaşdırılması;

  1. Şagirdlərin əxlaq tərbiyəsi məsələləri.

İl ərzində keçiriləcək pedaqoji şuraların gündəliyi də bu prob­lemlərlə bağlı olmalıdır. Başqa sözlə desək, bütün pedaqoji şuralar te­matik cəhətdən bir-biri ilə bağlı olmalıdır. Pedaqoji şuralarda əx­laq tərbiyəsinin müxtəlif aspektləri, təlim prosesinin fəal­laş­dı­rıl­ma­sı­nın müxtəlif məsələləri müzakirə üçün pedaqoji şuranın gün­də­li­yi­nə çıxarılır. Hər bir məsələ üzrə məruzəçilər və əlavə məruzəçilər təyin olunur.

Fənn metodik birləşmələrinin işi və müəllimlərin özünü­təhsili də pedaqoji şuralarda həll olunan problem­lərlə tematik cəhətdən bağ­lı olmalıdır (fənlərin xüsusiy­yət­lərini, ayrı-ayrı müəllimlərin fərdi hazırlığını və maraqlarını nəzərə almaqla).

Ümumiyyətlə pedaqoji şuranın fəaliyyaəti aşağıdakı və­zi­fə­lə­rin həllinə yönəldil­məli­dir:


  1. dövlət standartlarına cavab verən tədris planlarının, proq­ram­larının, dərsliklərin və tədris vəsaitlərinin müzakirə­sinə, qiy­mət­ləndirilməsinə və seçilmə­si­nə, təlim və təhsil-tərbiyə prosesinin forma və metodlarının tətbiqinə;

  2. perspektiv, illik, cari iş planlarının yerinə yetirilmə­sinə, təlim və təhsil-tərbiyə işinin keyfiyyətini yüksəltmək üzrə məktəbin pedaqoji kollektivinin işinin müzakirəsinə;

  3. müəllimlərin, tərbiyəçilərin ixtisasını yüksəltməyə, yara­dı­cı fəallığı inkişaf etdirməyə, pedaqoji kоllеktivdə innovasiya mü­hi­ti­ni formalaşdırmağa, qabaqcıl pedaqoji təcrübəni öyrənməyə, ümu­mi­ləşdirməyə və yaymağa, yeni peadqoji texnologiyalardan istifadə etməyə;

  1. müəllimlərin, şagirdlərin, valideynlərin rəyini nə­zərə al­maq­la pedaqoji işçilərin attestasiyasını keçirməyə, attestasiya tex­no­lo­giyasını təkmilləşdirmək üzrə təkliflər irəli sürməyə, təhsili ida­rə­et­mə orqanları qar­şısında müəllimlərə kateqoriyalar, dərəcələr ver­mək üzrə vəsadət qaldırmağa;

  2. təcrübə kеçməyə, ixtisasartırma kurslarına, magistra­tura­ya göndəriləcək müəllimlərin namizədliyini müzakirə və təsdiq et­mə­yə, ən yaxşı müəllimləri maddi və mənəvi mükafat­lan­dırmanın müx­təlif formalarına təqdim etməyə və s.

Pedaqoji şuranın işini yüngülləşdirmək üçün məktəbdə di­rek­tor və onun müavinlərinin yanında müşavirələr keçirilir. İdarə­et­mə sistemində bu formalar da özünü doğrultmuş formalardır.

Məktəb şurasının və pedaqoji şuranın fəaliyyəti bir-birini təkrar etməməlidir, əksinə bir-birini tamamlamalıdır.

Təcrübə göstərir ki, məktəb şurası idarəetmədə faydalı orqana çevrilmişdir. Üç sektordan ibarət olan məktəb şurası daha effekt­li­dir: 1) pedaqoji sektor; 2) valideyn sektoru; 3) şagird sektoru.



  1. Yüklə 3,59 Mb.

    Dostları ilə paylaş:
1   ...   387   388   389   390   391   392   393   394   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin