Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Məktəbdə mеtоdik işlərin plаnlаşdırılmаsı



Yüklə 3,59 Mb.
səhifə393/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   389   390   391   392   393   394   395   396   ...   443
16.3. Məktəbdə mеtоdik işlərin plаnlаşdırılmаsı
Məktəbdə metodik işin təşkili formaları dinamikdir, onlar bir çox amillərdən asılı olaraq dəyişir və yeniləşir. Həmin amillər içə­ri­sində aşağıdakıları göstərmək olar:

  1. təhsil sahəsində dövlətin siyasəti, qanunvericilik aktları və sənədləri;

  2. müəllimlərin pedaqoji mədəniyyətinin səviyyəsi, onların şəxsiyyət və peşə-fəaliyyət göstəricilərinin diaqnostik ölçülməsi prosesində аşkаr edilmiş metodik hazırlığı;

  3. məktəb kollektivində əxlaqi-psixoloji mühit, metodik işin təşkili üçün maddi-texniki imkanlar;

  4. məktəbdаxili pedaqoji təcrübənin öyrənilməsi, müəllim­lə­rin fəallığı, metodik işi həyata keçirmək üçün məktəb rəhbərlərinin peşə hazırlığı;

  5. məktəb kollektivində konkret situasiya: müəllimlər ara­sın­dakı, müəllimlərlə şagirdlər arasındakı, müəllimlərlə rəhbərlər ara­sın­dakı münasibətlər.

Bir çox məktəblərdə məktəb rəhbərlərinin və pedaqoq­ların təşəbbüsü ilə metodiki şuralar yaradılır. Məktəb şuralarından və pe­da­qoji şuradan fərqli olaraq me­todiki şuranın yeganə funksiyası hər bir müəllimin fəaliyyətinin elmi-metodiki səviyyəsini yük­səlt­mək­dir. İşin effektliyi minimum iki səbəbdən asılıdır:

1) metodşuraya kim rəhbərlik edir;

2) onun üzvlərinin tərkibi neçədir.

Metodiki şuraya təhsilin müxtəlif pillələrini, müxtəlif profilli fənləri təmsil edən ən təcrübəli müəllimlər daxil olur. Bunlar müx­təlif metodiki birliklərin rəhbərləri ola bilər. Adətən metod­şuraya direktorun tədris-tərbiyə işləri üzrə müavini rəhbərlik edir.

Məktəbin metodiki şurası müəllimlərin pedaqoji ixtisası­nın təkmilləşdirilmə­sinin taktika və strategiyasını müəyyən edir. Me­to­di­ki şura metodbirləşmələrdə, kоmissiya­larda müzakirə olunan mə­sə­lələri müəyyənləşdirir, seminarların, praktikum­ların, lektoriya­la­rın proqramlarını, məktəbdə metodiki işin ümumi proqramını işlə­yib hazırlayır və müzakirə edir.

Məktəbdə metodiki işin aşağıdakı formaları vardır:



  1. fənn metod birləşmələri;

  2. məktəbdə vahid metodiki gün;

  3. problem seminarlar və praktikumlar;

  4. gənc müəllim məktəbi;

  5. qabaqcıl təcrübə məktəbi;

  6. müəllimlərlə fərdi iş;

  7. açıq dərslərin keçirilməsi;

  1. elmi-pedaqoji konfranslar və pedaqoji mühazirələr;

  1. rollu və işgüzar oyunlar;

  1. pedaqoji situasiyaların modelləşdirilməsi və təhlili;

  2. müəllimlərin yaradıcı hesabatları;

  3. pedaqoji konsiliumlar və s.

Məktəbdə metodiki işin ən geniş yayılmış formalarından biri müəllimlərin fənn metodbirləşmələridir. Metodbirləşmə­lər fənn müəl­limlərini və ibtidai sinif müəllim­lərini birləşdirir. Metod­bir­ləş­mə­nin optimal tərkibini 4-5 nəfər eyni fənn müəllimi təşkil edir. Bö­yük şəhər məktəbləri ayrıca və ya 2-3 kənd məktəbində birləşmiş metodbirləşmə yarada bilər.

Metodbirləşmələrin işinin məzmunu çoxcəhətlidir. Onlar tə­lim-tərbiyə işinin və şagirdlərin biliklərinin keyfiyyətini yüksəltmək məsələlərini, təcrübə mübadilə­sinin təşkili, qabaqcıl pedaqoji təc­rü­bənin və pedaqoji elmin nailiyyət­lərinin tətbiqi məsələ­ləri­nə baxır, yeni proqramların və dərsliklərin ən çətin bölmələrini və mövzu­la­rı­nı müzakirə edir və s.

Metodbirləşmənin işi xüsusi plan əsasında həyata kеçirilir. Planda yeni tədris ili üçün məqsəd və vəzifələr formalaşdırılır, əsas təşkilati-pedaqoji tədbirlər müəyyənləş­dirilir (kabinetlərin tərtibati, didaktik materialın ekspertizası, yoxlama yazı işlərinin mətnlərinin, mövzularının təsdiqi və s.), elmi-metodik məruzə­lərin, fənlər üzrə açıq dərslərin və sinifdənxaric məşğələlərin tеmаtikа­lаrı təsdiq olunur, şagirdlərin bilik, bacarıq və vərdişlərinə nəzarətin formaları və müddəti müəyyən edilir.

Metodiki işin səmərəli formalarından biri vahid metodik gü­nün (məktəbin bütün pedaqoji işçiləri üçün rübdə bir dəfə) ke­çi­ril­məsidir. Vahid metodik günlər­in mövzuları qabaqcadan müəllim­lərə çatdırılır.

Vahid metodiki günün işinin məzmununa daxildir: açıq dərs­lə­rin və sinifdənxaric işlərin keçirilməsi, onların geniş təhlili və mü­za­kirəsi, yeni metodik ədəbiyyatın xülasəsi, metodiki günə yеkun vu­rulması (iclas, «dəyirmi masa» va ya «mətbuat konfransı» for­ma­sında). Bu formalarda müəllimlər metodik mövzular üzərində işlərin yе­kunlаrı haqqında çıxış edir. Məktəb rəhbərləri isə keçirilən təd­birin ümumi təhlilini aparır və ona qiymət verirlər.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   389   390   391   392   393   394   395   396   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin