Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 3,59 Mb.
səhifə395/443
tarix30.12.2021
ölçüsü3,59 Mb.
#23706
növüDərs
1   ...   391   392   393   394   395   396   397   398   ...   443
16.4. Məktəbin iş plаnı.

Dərs cədvəli, оnun tərtibi qаydаlаrı
Planlaşdırma ən mühüm amil olub məktəbi idаrə etməyin və ona rəhbərliyin zəruri tərkib hissəsidir. Planlaşdırma və məktəbə rəhbərlik məsələləri məktəbin müəllim kollektivi ilə razılaşdırılır. Planlaşdırmanın əsasını əldə olan daxili və xarici informa­siya­lar təşkil edir. Məktəb işinin planlaşdırılma­sında üç növ plan – cari, illik ve perspektiv plan nəzərdə tutulur. Perspektiv plan bir neçə il üçün tərtib edilir və burada aşağıdakı məsələlər öz əksini tapır; əvvəlki illərdə görülən işlərin təhlili, yeni illər üçün məktəbin ən zəruri vəzifələrinin müəyyən edilməsi, şаgird kontingentindəki və sinif kompleks­lerində dəyişiklik, məktəbin inkişаfının təşkilati pedaqoji problemi, təlim-tərbiyə işlərini təkmilləşdirmənin əsas isti­qa­mətləri, pedaqoji kadrlarla iş, inzibati təsərrüfat işləri və məktəbin maddi texniki bazasının möhkəmləndiril­məsi.

İllik plan məktəbin bütün həyatını əks etdirir və daha çox konkret olur. İllik plan adətən aşağıdakı bölmələrdən ibarət olur:

1. Əvvəlki tədris ilində məktəb işinin təhlili;

2. Yeni tədris ilində məktəbin vəzifələri;

3. Ümumi icbari təhsilin həyata keçirilməsi;

4. Təlim-tərbiyə prosesinin kеyfiyyətinin yüksəldilməsi;

5. Şagirdlərlə sinifdənxaric və məktəbdənkənar işlərin təşkili;

6. Şagirdlərin təlim-tərbiyəsində məktəb, ailə və ictimaiy­yətin əlbir işi;

7. Pedaqoji şuranın işi;

8. Metodik işlər, ixtisasartırma və attestasiya;

9. Elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi;

10. Məktəbi idarə və məktəbdaxili nəzarət;

11. Səhiyyə-sağlamlıq işləri;

12. Təşkilati-təsərrüfat işləri;

13. Məktəbin maddi bazası.

Cari planda ayrı-ayrı bölmələrin fəaliyyət proqramları qeyd edilir və yeri gəldikcə illik planda müəyyən düzəlişlər aparılır. Cari plаnlaşdırmaya müəllimin tematik və dərs üzrə planları, sinif rəh­bər­lərinin rüblük və illik, məktəb direktoru və onun müavin­lərinin həftəlik və aylıq planları daxildir. Məktəbdə təlim-tərbiyə kеyfiy­yə­tinin yüksəldilmə­sində ən zəruri şərt həmin planların əlaqəli şəkildə həyata keçirilməsidir.

Qeyd olunan nəzarətlə yanaşı məktəb rəhbərləri il ərzində 40-50 saat dərs dinləməli və onların pedaqoji təhlilini verməlidir. Bu təhlil zamanı məktəb direktoru obyektiv və ədalətliliyi gözləyir, əks təqdirdə müəllimlər və məktəb rəhbərləri arasında narazılıq baş verə bilər. Müəllimin fəaliyyətinə nəza­rətlə yanaşı şagirdlərin təlim işinə də nəzarət olunur. Bu zaman proqram materialının necə yerinə ye­ti­ril­mə­sinə diqqət verilir. Nəzarət zamanı məktəb rəhbər­ləri hər bir şa­girdi hərtərəfli öyrənməyə nail olur. Onun idrak marağının, qabi­liyyətinin necə inkişaf etməsini öyrənə bilir. Nazarətin tərbiyəvi əhə­miyyəti ondan ibarətdir ki, о şagirdə tapşırılan işə məsuliyyət hissi yaradır, onları müstəqilliyə, yaradıcılı­ğa təhrik edir. Nəza­rət şa­­girdləri də, müəllimləri də sistemli işin icrasına cəlb edir. Təlim tap­şırığını yerinə yetirən şagirdlərdə mənəvi kеyfiyyətin formalaş­ma­sına kömək edir, sağlam ictimai rəy yaradır. Şagird­lərin tədris fənlərinə nəzarətin məzmunu didaktik vəzifələr, tədris və inkişaf səviyyəsi ilə müəyyənləşdirilir. Nəzarət za­manı şagirdin tədris fəa­liy­­yəti kompleks şəkildə yoxlanılır, on­ların inkişaf dinamikası, şəxsiyyətin necə formalаşması nəzərdə tutulur. Müəllimlərin nə­za­rə­tinə cari, dövri, yekun nəzarəti daxil edilir.

Cari nəzarəti müəllim hər gün dərsdə təşkil edir, sistemli şə­kil­də şagirdlərin bütün hərəkətlərini-müvəffəqiyyət və nöqsanla­rı­nı qeydə alır. Belə nəzarət sayəsində müəllim hər bir şagirdi, habelə kollektivi bir tam halında öyrənir.


Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:
1   ...   391   392   393   394   395   396   397   398   ...   443




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin