Marağa görə təşkil eidlən dərnəklər:
Bacarıqlı əllər dərnəyi.
Bu dərnək adətən ibtidai sinif şagirdləri üçün təşkil edilir. Uşаqlar həmin dərnəkdə əmək təlimi dərslərində öyrəndikləri bilik, bacarıq və vərdişləri daha da möhkəmləndirirlər. Hər bir şagird özünün nəyə qadir olduğunu nümayiş etdirir. Belə işin icrası zamanı əl hərəkətlərinin incəliyi, onun beyinlə əlaqəsi yaranır, ixtiracılıq, yaradıcılıq inkişaf edir. İxtiraçılıq uşaqların barmaqlarının ucundadır.
Texniki dərnəklər.
Məktəbdə avtomobil, aviomodel, foto, radio, elektrotexnika və s. dərnəklər təşkil oluna bilir. Həmin dərnəklərin üzvləri məktəbin fizika, kimya, biologiya laboratoriyaları üçün əyani vəsaitlər də hazırlayırlaya bilirlər. Bu dərnəklərdə şagirdlər müəyyən ixtiraçılıq sahəsində elmi nаiliyyətlərdən necə istifadə olunması və s. məsələlərlə tanış olurlar.
Bədii özfəaliyyət və estetik tərbiyə yönümlü dərnəklər.
Xalq oyunları, mahnıları, dram məktəblərdə geniş yayılmışdır. Bu dərnəklər şagirdlərdə bədii yaradıcılıq qabiliyyətini inkişaf etdirir. Onlar müxtəlif musiqi alətlərində çalmağı,oxumağı, rəqs etməyi öyrənirlər. Dərnəyin üzvləri məktəb tədbirlərində, müxtəlif musiqi olimpiadalarda, bayramlarda fəal iştirak edirlər.
Bədii özfəaliyyət dərnəklərinin təşkili aşağıdakı formalar üzrə həyata keçirilə bilər:
-
Ədəbi dərnəklər.
-
Dram dərnəkləri.
-
Təsviri-incəsənət dərnəkləri.
-
Vokal dərnəkləri.
-
Musiqi dərnəkləri.
-
Xoreoqrafiya dərnəkləri.
-
Kino və fotoqrafiya dərnəkləri.
-
Tətbiqi sənət dərnəkləri.
-
Digər dərnəklər.
Şagirdlərin estetik tərbiyəsini düzgün qurmaq üçün dram dərnəklərinin xüsusi əhəmiyyəti vardır. Dram dərnəklərinin təşkilində aşağıdakı tələblər nəzərə alınmalıdır:
-
Dram dərnəkləri üçün əsərlərin seçilməsi zamanı uşaqların yaş, bilik və bacarıq səviyyələri nəzərə alınmalıdır.
-
Dərnək üzvlərinin seçilməsi zamanı bədii ədəbiyyata daha çox maraq göstərən, nitqində, ifadə tərzində qüsurlar olmayan, dərslərindən yüksək qiymətlər alan şagirdlərə üstünlük verilməlidir.
-
Seçilmiş əsər üzərində dərnək üzvlərilə birlikdə işləmək lazımdır. Əgər belə olarsa, hansı rolun kimə tapşırılması daha düzgün müəyyənləşdirilər.
-
Məşğələlərdə “səhnə danışığı” ilə bağlı əvvəlcədən hazırlanmış tədrislər əsasında spesifik xarakterli iş aparılmalıdır.
-
Dram əsərlərində cərəyan edən hadisələri daha dolğun təqdim etmək üçün texniki vasitələrlə yanaşı, musiqi alətlərində daha yaxşı çalmaq səriştəsi olan şagirdlərin gücündən lazımi qaydada istifadə edilməlidir.
-
Məktəb səhnəsində tamaşaya qoyulacaq dram əsərlərinin, yaxud müvafiq parçaların mövzusuna uyğun dekorasiya və paltarların hazırlanması və ya əldə edilməsi unudulmamalıdır.
-
Hər bir obrazın daxili aləminin açılmasında mühüm əhəmiyyət kəsb edən qrim əməliyyatı da düzgün aparılmalıdır.
-
Məşqlər cədvəl üzrə vaxtlı-vaxtında normal otaq şəraitində keçirilməlidir.
-
Hazırlanmış nümunələrin premyerasına mütəxəssislərin, ədəbiyyat müəllimlərinin, məktəb rəhbərlərinin dəvət olunması vacibdir.
Tamaşa və parçaların nümayişindən sonra dərnək üzvlərinin iştirakı ilə təhlillər aparılmalı, deyilmiş müsbət və mənfi cəhətlər obyektiv qiymətləndirilməlidir.
Xor dərnəyi də şagirdlərin estetik tərbiyəsi baxımından əhəmiyyətlidir. Şagirdlərin bədii yaradıcılıq qabiliyyətlərinin inkişafında mühüm rol oynayan xor dərnəkləri şagirdlərin estetik hisslərinin, bədii zövqlərinin inkişafına qüvvətli təsir göstərir.
Kollektiv oxu zamanı yaranan xor qədim tarixə malikdir. Xorla oxu tarix boyu ayrı-ayrı xalqların məişətinə daxil olmuş və əmək cəbhəsində, mübarizə meydanında, mərasim məclislərində insanların yaxın dostu olmuşdur.
Dostları ilə paylaş: |