Dərslik İşə başlamaq üçün Start menyusunun Programs hissəsindən Microsoft Excel sətrini


Dərs 11. Adlar ilə hesablamalar.  -



Yüklə 407,61 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix02.01.2022
ölçüsü407,61 Kb.
#46654
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   16
exsell-proqrami

Dərs 11. Adlar ilə hesablamalar.  -  

---

 

Yaratdıqımız cədvəldə əmək haqqının dollar ilə olmağını təsəvvür edin. Məs., həmin 

dollar ilə olan məbləğləri manat ekvivalentinə çevirmək lazımdır. 

«Əmək haqqı» sütunundan sonra yeni sütun əlavə edin və onu «Manat ilə» adlandırın. 

Bu sütunda dollar ilə olan məbləği manata çevirən düstur daxil olunmalıdı. Düstur çox 

sadədir: məbləği dolların məzənnəsinə (kursuna) vurmaq lazımdı. Yəni orada belə bir 

düstur yazmaq olar: 

=C3*4180 

Bu düsturda C3- əmək haqqı məbləği , 4180 isə məzənnədir. Əlbəttə ki, bu rəqəm hər 

gün dəyişilə bilər (və dəyişilir), ona görə də düsturu hər dəfə dəyişmək lazım olur. Bu 

əməliyyatı sadələşdirmək üçün dollar məzənnəsini ayrıca bir ünvanda yazıb onu 

düsturda istifadə etmək olar. Bunu etmək üçün başqa bir səhifəyə keçin və A1 

ünvanınıda dolların məzənnəsini daxil edin. Sonra həmin ünvana ad vermək lazımdır (bu 

adı biz gələcək düsturlarda istifadə edəcəyik). Ad vermək üçün Insert menyusundan 

Name >Define seçirik. 

 

Names in workbook sətrində adı daxil edib OK düyməsini basırıq. Adların yazılış 



qaydaları belədir ki, real ünvanın adına oxşamasın və rəqəmlərdən ibarət olmasın, ad iki 

sözdən ibarət olsa arası boş olmamalıdı, məs. «_» işarəsi qoyulmalıdı. 

Define Name pəncərəsi adları silmək üçün də istifadə olunur (Delete düyməsi). 

Ad qoyduqdan sonra əsas cədvəlin «Manat ilə» sütununda olan düsturu aşağıdakı ilə 

əvəz edirik. 

=C3*dollar 

  

İndi dolların məzənnəsini dəyişdikdə bu düsturun nəticəsi də avtomatik olaraq dəyişir. 





Yüklə 407,61 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin