Ərazi dənizi (və ya ərazi suları) - sahilyanı dövlətin quru ərazisinə və daxili sularına bitişik olan və onun tam suverenliyi altında olan dəniz zolağına deyilir.
Dəniz hüququ üzrə 1982-ci il Konvensiyasına görə, ərazi dənizinin eni 12 dəniz milindən artıq olmamalıdır (1 dəniz mili 1,8 km-dir).
Sahilyanı dövlətin suverenliyi ərazi dənizinin səthinə və dibinə, habelə onun üzərindəki hava məkanına şamil edilir. Buna görə də hər bir sahilyanı dövlət öz ərazi dənizinin hüquqi rejimini öz qanunvericiliyi ilə müəyyən edir. Bununla belə, ərazi dənizini daxili dəniz sularından ayıran çox mühüm bir xüsusiyyət mövcuddur: ərazi dənizindən əcnəbi gəmilərinin dinc üzüb keçmək hüququ vardır (Dəniz hüququ üzrə 1982-ci il Konvensiyasının 17-ci
maddəsi). Bu zaman sahilyanı dövlətin qabaqcadan icazəsini almaq tələb olunmur.
Əcnəbi gəmiləri ərazi dənizindən: 1) daxili sulara daxil olmadan ərazi dənizini üzüb keçmək; 2) daxili sulara daxil olmaq və ya ordan çıxmaq məqsədləri ilə keçə bilər. Üzüb keçmə fasiləsiz və tez olmalıdır. Sualtı nəqliyyat vasitələri suyun üzü ilə getməlidir. Dinc üzüb keçmə o deməkdir ki, sahilyanı dövlətin əmin-amanlığı və təhlükəsizliyi pozulmasın. 1982-ci il Konvensiyasına görə, üzüb keçmə aşağıdakı hallarda dinc sayılmır: a) sahilyanı dövlətə qarşı güc tətbiqi və ya güclə hədələmək; b) istənilən növ silahla manevrlər və ya təlimlər həyata keçirmək; c) sahilyanı dövlətin müdafiəsi və təhlükəsizliyinin zərərinə informasiya toplamaq və ya təbliğat aparmaq; ç) hər hansı uçuş aparatını havaya qaldırmaq və ya gəminin üzərinə qəbul etmək; d) mallar və ya valyuta yükləmək və yaxud boşaltmaq;
e) sahilyanı dövlətin müəyyən etdiyi qaydalara zidd olaraq, hər hansı bir şəxsi gəmiyə mindirmək və ya düşürmək; ə) dinc üzüb keçməklə əlaqəsi olmayan balıqçılıq, tədqiqat və digər fəaliyyət; f) rabitə sisteminə maneələr yaratmaq.
Dinc üzüb keçmə prinsipini pozan əcnəbi gəmilərinə qarşı sahilyanı dövlət zəruri tədbirlər görə bilər. Öz təhlükəsizlik maraq- lanndan irəli gələrək, o, dinc üzüb keçmə hüququnun həyata keçirilməsini müvəqqəti dayandıra bilər.
Sahilyanı dövlət öz ərazi dənizində gəmiçiliyin təhlükəsizliyinə və gəmilərin hərəkətinin tənzimlənməsinə aid olan qanunlar və inzibati qaydalar verə bilər. Dövlət habelə ərazi dənizində dəniz koridorlan müəyyən edə bilər.
Ərazi dənizindən üzüb keçən əcnəbi gəmilərdə olan şəxslərə qarşı sahilyanı dövlət müəyyən hallarda öz cinayət yurisdiksiyasını həyata keçirə bilər. Üzüb keçmə zamanı gəmidə törədilmiş hər hansı cinayətlə bağlı istənilən şəxs yalnız aşağıdakı hallarda həbs edilə bilər və ya istintaq apanla bilər: a) cinayətin nəticələri sahilyanı dövlətin ərazisinə yayilursa; b) törədilmiş cinayət həmin ölkədə əmin-amanlığı və ya ərazi dənizində müəyyən olunmuş qaydanı pozursa; c) gəminin kapitam, habelə gəminin, bayrağı altında üzdüyü dövlətin diplomatik agenti və ya konsulu kömək göstərmək xahişi ilə yerli orqanlara müraciət edirsə; ç) bu tədbirlər narkotik vasitələrlə qanunsuz ticarətin qarşısını almaq üçün zəruridirsə.
Sahilyanı dövlət mülki-hüquqi yurisdiksiyanı həyata keçirmək üçün öz ərazi dənizindən üzüb keçən əcnəbi gəmisini dayandıra bilməz. Hər hansı mülki iş üzrə məsuliyyət tədbirləri və ya həbs yalnız üzüb keçmə zamanı ortaya çıxmış konkret öhdəliklərə görə həyata keçirilə bilər.
Xarici dövlətlərin hərbi gəmiləri ərazi dənizindən üzüb keçərkən sahilyanı dövlətin yurisdiksiyasma tabe olmur. Bununla belə, əgər hərbi gəmi sahilyanı dövlətin, əcnəbi gəmilərinin dinc üzüb keçməsi ilə bağlı müəyyən etdiyi qaydaları pozursa və bu qaydalara riayət etmək tələbinə məhəl qoymursa, o halda sahilyanı dövlət həmin gəmidən ərazi dənizini dərhal tərk etməyi tələb edə bilər.
«Azərbaycan Respublikasının dövlət sərhədi haqqında» Qanunun 13-cü maddəsi Azərbaycan Respublikasının ərazi sulanndan dinc məqsədlə keçid məsələlərinə həsr olunmuşdur. Maddədə deyilir:
«Azərbaycan Respublikasının ərazi sulanndan dinc məramlı keçid Azərbaycan Respublikasının daxili sularına girmədən ərazi sularından keçmək və ya Azərbaycan Respublikasının daxili sularına və limanlarına girmək, yaxud bunlardan açıq dənizə çıxmaq məqsədi daşıyır.
Xarici qeyri-hərbi gəmilər Azərbaycan Respublikasınm ərazi sulanndan dinc məqsədlə keçmək hüququndan Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasınm döv- lətlərarası müqavilələrinə müvafiq surətdə istifadə edirlər.
Xarici qeyri-hərbi gəmilər dinc məqsədlə keçid zamanı adi naviqasiya səmtində və ya Azərbaycan Respublikasmın səlahiyyətli orqanlan tərəfindən tövsiyə edilən səmtdə, habelə dəniz dəhlizləri ilə, yaxud hərəkətin ayniması sxemlərinə uyğun səmtdə üzməlidirlər.
Dinc keçid qaydalanm pozan xarici qeyri-hərbi gəminin kapitanı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.
Xarici hərbi gəmilər, habelə sualtı qayıqlar dinc məqsədlə Azərbaycan Respublikasının ərazi sulanndan Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada keçirlər. Bu zaman sualtı qayıqlar, digər sualtı nəqliyyat vasitələri suyun üstü ilə öz bayraqları altında üzməlidirlən>.
Dostları ilə paylaş: |