Dərslik kimi təsdiq edilmişdir. Elmi redaktor: N. A. Səfərov



Yüklə 0,96 Mb.
səhifə2/219
tarix29.12.2021
ölçüsü0,96 Mb.
#48969
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   219
beynelxalq huquq

ON SOZ

Xalqımızın ümummilli lideri Heydər Əliyev vo Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müasir beynəlxalq siyasətdə beynəlxalq hüququn yerinə və roluna həmişə xüsusi önəm vermişlər. Dövlətimizin rəhbərliyinin qəti mövqeyi belə olmuşdur ki, sülhün və təhlükəsizliyin qorunmasında, beynəlxalq münaqişələrin və mübahisələrin nizama salınmasında, xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsas götürülməlidir. Azərbaycanın beynəlxalq aləmdə maraqlarının müdafiə edilməsi zərurəti diplomatiya vo beynəlxalq hüquq sahəsində milli kadrlann hazırlanması vəzifəsini ön plana çəkmişdir.

Qeyd edilməlidir ki, beynəlxalq hüquq fənni təkcə «beynəl- xalq hüquq» və «hüquqşünaslıq» ixtisasları üzrə təhsil alan tələbələrin deyil, həm də beynəlxalq iqtisadi əlaqələr, beynəlxalq münasibətlər, beynəlxalq jurnalistika, politologiya sahələrində ixtisaslaşan tələbələrin tədris proqramına daxildir. Bundan əlavə, beynəlxalq hüququn təbiətini və onun əsas müddəalarını bilmək siyasət və iqtisadiyyat ilə dərindən maraqlanan istənilən şəxs üçün vacibdir. Digər tərəfdən, beynəlxalq siyasət ilə üzvi surətdə bağlı olan beynəlxalq hüququn ölkəmizdə hansı materiallar əsasında öyrənilməsi bizim hamımızı düşündürməli olan bir problemdir. Bu zərurətin fonunda beynəlxalq hüquqla bağlı Azərbaycan dilində dərsliklərin, dərs vəsaitlərinin və digər tədris materiallarının çatış- maması təəssüf doğurmaya bilməz.

Oxuculara təqdim edilən bu dərslik həmin boşluğu müəyyən dərəcədə doldumıaq məqsədi ilə yazılmışdır.

Dərslikdə beynəlxalq hüququn əsas sahə və institutları yığcam və anlaşıqlı şəkildə şərh olunmuşdur. Sovet və müasir Rusiya dərsliklərində öz adekvat əksini tapmayan bəzi məsələlər (xüsusilə, «Beynəlxalq cinayət hüququ», «Bcynəlxalq insan hüquqları hüququ» sahələri, beynəlxalq hüquqi adət, beynəlxalq müqavilə

3

lərin milli məhkomolər tərofındon totbiqi, dövlətin yurisdiksiyası, BMT-nin Beynəlxalq Məhkəməsi və beynəlxalq arbitraj ilə bağlı məsələlər) daha geniş işıqlandınimışdır.

Ayn-ayn anlayışlann tərifi dərslikdə xüsusi nəzərə çarpdınlır və onların izahı məhkəmə təcrübəsindən, xüsusən BMT Beynəlxalq Məhkəməsinin təcrübəsindən misallarla tamamlanır. Müstəqil Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq müddəalarının şərhinə lazımi diqqət yetirilir.

Hər bir mövzu ilə bağlı əlavə oxu üçün müvafiq ədəbiyyat siyahısı göstərilmişdir. Əlbəttə ki, bu siyahıya daxil edilmiş elmi əsərlordəki fikirlərin hamısı ilə biz heç də həmrəy deyilik. Lakin hesab edirik ki, bu və ya digər məsələ ilə bağlı müxtəlif mövqeləri bilmək və onları təhlil etmək beynəlxalq hüququ dərindən öyrənmək istəyənlər üçün çox vacibdir.

Dərsliyə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin müəllif tərəfindən tərcümə edilmiş mətni əlavə olunmuşdur.

Etiraf edirik ki, təqdim olunan dərslikdə beynəlxalq hüququn bütün sahələri yetərincə əhatə olunmamışdır. Bir sıra məsələlərə nisbətən az yer verilmişdir. Əlbəttə ki, daim dəyişən və inkişafda olan beynəlxalq hüquqa aid dərsliyin yazılmasına statik yanaşmaq olmaz və bir dəfə başlanmış bu proses mütəmadi inkişaf etdirilməli və təkmilləşdirilməlidir.




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin