Bəzən beynəlxalq hüquq anlamı geniş mənada işlədilir və iki avtonom normativ komleks və elm sahəsi olan beynəlxalq ümumi hüquq (public intemational law) və beynəlxalq xüsusi hüquq (pri-
vate intemational law) buraya daxil edilir. Beynolxalq ümumi hüquq dedikdo, yuxarıda anlayışını vo tobiətini şorh etdiyimiz döv- lətlərarası hüquq başa düşülür. Əslində bu terminə beynəlxalq praktikada, demək olar ki, rast gəlinmir və o, əsasən elmi tədqiqatlarda və tədris prosesində beynəlxalq xüsusi hüquqdan fərqləndirilmək üçün istifadə olunur; onun əvəzinə hamı üçün anlaşıqlı olan «bcy- nəlxalq hüquq» termini işlədilir. Beynəlxalq xüsusi hüquqa gəldikdə isə, o, qeyri-dövlət xarakterli beynəlxalq münasibətləri, yəni hər şeydən əvvəl əcnəbi fiziki və ya hüquqi şəxsin iştirak etdiyi mülki- hüquqi və ona yaxm olan münasibətləri nizama salan normalar sistemi İdmi başa düşülür. Beynəlxalq hüquqla (beynəlxalq ümumi hüquqla) beynəlxalq xüsusi hüquq arasında sıx əlaqə möveuddur. Belə İd: a) onlar hər ikisi beynəlxalq münasibətləri nizama salır; b) hər ikisi digər dövlətin hüquq subyelrtliyini tanıyır; e) mülki-hüquqi münasibətləri nizama salan beynəlxalq sazişlər beynəlxalq hüququn əsas prinsiplərinə zidd ola bilməz; ç) bu sazişlər çox hallarda dövlət- lərarası razılaşmalann həyata keçirilməsi istiqamətində bağlanır.
Beynəlxalq ümumi hüquqla beynəlxalq xüsusi hüquq arasındakı fərqləri aydın başa düşmək üçün Roma hüququndan bizə məlum olan jus publicum və jus privatum bölgüsünü yada salmaq lazımdır. Bu fərqlər aşağıdakılardır:
Dostları ilə paylaş: |