Mövzu 1. Beynəlxalq ümumi hüquq anlayışı, tənzimetmə predmeti
Plan:
1. Beynəlxalq hüququn anlayışı
2.Beynəlxalq hüququn xüsusiyyətləri
3.Beynəlxalq ümumi hüquq və beynəlxalq xüsusi hüquq
4.Müasir beynəlxalq hüququn əsas cəhətləri
Ə
DƏB YYAT S YAHISI
Василенко В.А. Основы теории Международного права. Киев, 1988.
Евинтов В.И. Международное сообщество и правопорядок (анализ современных
концепций). Киев, 1990.
Мовчан
А.П. Международный правопорядок. М.., 1996.
Мюллерсон Р.А. Международное публичное и международное частное право:
соотношение и взаимодействие // Сов. Ежегодниг международного права, 1985. М..,
1986.
Тункин
Г.И. Теория международного права. М.., 1970.
Ушаков Н.А. Проблемы теории международного права. М.., 1988.
Черниченко С.В. Международноеправо. Современные теоретические проблемы. М..,
1993.
Шестаков Л.Н. Понятие международного права. // Вестник Московского
университета. Сер. 11. Право. 1997. № 6.
Franck T.M. The Power of Legitimacy Among Nations. Oxford, 1990.
Ragazzi M. The Concept of Intenational Obligations ErgaOmnes. Oxford. 1997/
Schachter O. International Law in Theory and Practice.Dordrecht, 1991.
1. Beynəlxalq hüququn anlayışı. Ümumi hüquq nəzəriyyəsindən bizə məlumdur ki, hər bir
cəmiyyətin normal fəalliyəti üçün hüququn, hüquqi nizamasalmanın mövcudluğu obyektiv,
zəruri bir haldır, başqa sözlə desək, cəmiyyət olan yerdəhüquq da olmalıdır.Əgər dünyada olan
dövlətləri bir cəmiyyət kimi, əgər belə demək mümkünsə, dünya dövlətlərinin ailəsi kimi
təsəvvür etsək, onda belə bir məntiqi nəticəyə gələ bilərik ki, bu cəmiyyətin özündə də hüquqa
obyektiv ehtiyac vardır. Bu hüquq beynəlxalq hüquq adlanır. Beynəlxalq hüquq ayrı-ayrı
dövlətlərin milli hüquq sistemlərindən fərqli olan və onlardan asılı olmayaraq mövcud olan
hüquqi normalar sistemidir. O, məhz dövlətlər arasındakı müxtəlif xarakterli münasibətləri
hüquqi çərçivəyə salmaq üçün yaranmışdır. Beynəlxalq hüquq normaları dövlətlərarası
münasibətlər sisteminin, demək olar ki, hər bir aspektini əhatə edir. Bu normalar vasitəsilə
dənizdən hava, məkanından bə kosmik fəzadan istifadə olunması, beynəlxalq
telekommunikasiyalar, poçt xidmətləri, mal və sərnişinlərin hava vasitəsilə daşınması və pul
köçürülməsi nizama salınır;
beynəlxalq ticarət həyata keçirilir; ətraf mühitin mühafizəsi, insan hüquqlarının beynəlxalq
müdafiəsi, cinayətkarların təhvil verilməsi və s. kimi dövlətlərin ümumi mənafeyində olan
məsələlər həll olunur. Bununla əlaqədar demək lazımdır ki, beynəlxalq hüquq diplomatiya və
xarici siyasətlə üzvi surətdə bağlıdır.
Xarici siyasətin həyata keçirilməsi və diplomatik təcrübə
beynəlxalq hüquqa uyğun olmalıdır. Digər tərəfdən, diplomatiya beynəlxalq hüquq
normalarının yaradılmasının ən mühüm vasitəsi kimi çıxış edir.
Qeyd etmək lazımdır ki, “ beynəlxalq hüquq” termini onun ifadə etdiyi anlamın təbiətini heç
də düzgün əks etdirmir. Öz mənşəyini hələ Roma hüququnda təşəkkül tapmış “jus gentium”
(“xalqların hüququ”) ifadəsindən götürdüyünə görə, bu termin dünyanın əksər dillərində də
məhz “xalqlar arasındakı hüquq” mənasında işlədilir (məsələn, ingilis dilində - international
iaw, fransız dilində - droit international, ispan dilində - derecho international, alman dilində -
Völkerrecht, türk dilində - milletlerarası hukuk, rus dilində - международное право və s. ).
Əslində isə beynəlxalq hüquq anlamı məhz dövlətlərarasıhüquq kimi başa düşülməlidir, çünki
beynəlxalq hüquq bilavəsitə xalqlar tərəfindən yaradılmır və xalq üçün deyil, mahiyyət etibarilə
dövlətlər üçün, dövlətlərarası əlaqələrin tənzimlənməsi üçündür. Doğrudur, mövcud beynəlxalq
hüquq normalarına görə, xalqlar bilavasitə beynəlxalq hüquqdan irəli gələn bəzi hüquqlara
malikdirlər, məsələn, özünümüəyyənetmə hüququ (öz müqəddaratını təyyin etmək hüququ),
inkişaf hüququ, sülh hüququ bə s. Digər tərəfdən, sonrakı mövzulardan bizə məlum olacaqdır
ki, beynəlxalq hüquq, dövlətlərin müvafiq razılaşmasından sonra, digər subyektlər üçün də,
məsələn, beynəlxalq təşkilatlar, transmilli korporasiyalar, fərdlər üçün də beynəlxalq hüquq və
vəzifələr nəzərdə tuta bilər. Bununla belə, öz təbiətinə görə, beynəlxalq hüquq dövlətlər
tərəfindən yaradılan, əsasən, dövlətlərə yönəlmiş və yerinə yetirilməsi dövlətlərin öz tərəfindən
təmin edilən hüquq sistemi olaraq qalır.
Beynəlxalq hüquqa onun təbiətini əks etdirən belə bir qısaca tərif vermək olar:
Beynəlxalq hüquq dövlətlər arasınıdakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı
razılığı əsasında yaradılan hüquqi normalar sistemidir.
2.Beynəlxalq hüququn xüsusiyyətləri. Təbii ki, obyektiv mənada hüquqa xas olan
əlamətlər beynəlxalq hüquq normaları üçün də səciyyəvidir. Ən əsası, bu normalar da müvafiq
subyeklər üçün hüquqi ümumməcburi xarakter daşıyır və onların yerinə yetirilməsi müəyyən
sanksiya ilə təmin edilir. Lakin beynəlxalq hüquq onu dövlətdaxili (milli) hüquqdan
fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Bu xüsusiyyələr, hər şeydən öncə, beynəlxalq
hüququn mövcud olduğu və faliyyət göstərdiyi dövlətlərarası mühitlə və suveren, formal
baxımdan bir-birindən asılı olmayan dövlətlərin olması ilə əlaqədardır. Birincisi, fiziki və
hüquqi şəxslər və dövlət orqanları arasıdakı münasibətləri nizama salan dövlətdaxili hüquqdan
fərqli olaraq, beynəlxalq hüquq dövlətlər və beynəlxalq hüququn digər subyektləri (beynəlxalq
təşkilatlar və s.) arasıda yaranan münasibətləri nizama salır. kincisi, beynəlxalq sistemdə
qanunverici orqan yoxdur. Heç bir beynəlxalq təşkilat və ya orqan, o cümlədən Birləşmiş
Millətlər Təşkilatı dövlətlər üçün hüquqi cəhətdən məcburi olan normalar yaratmaq
səlahiyyətinə malik deyildir. Beynəlxalq təşkilatların orqanlarından biri kimi fəaliyyət göstərən
parlametlər də (məsələn, Avropa ttifaqıda - Avropa parlamenti, Avropa Şurasıda – Parlament
Assambleyası və s.) milli parlamentlərə xas olan bəzi əlamətlərə malik olsalar da,
“qanunvericilik” səlahiyyətindən məhrumdurlar. Üçüncüsü, beynəlxalq sistemdə, dövlətin
daxilində olduğu kimi, mərkəzləşdirilmiş icra və məhkəmə mexanizmi yoxdur. Beynəlxalq
hüquq normalarının yerinə yetirilməsinin təmin edilməsi dövlətlərin öz ixtiyarına buraxılmışdır;
beynəlxalq hüququn yaradıcısı və başləca təminadçısı dövlətlərdir. Lakin bəzi hallarda bu
funksiyanı dövlətlər müqavilələr vasitəsilə bu və ya digər dərəcədə beynəlxalq təşkilat və ya
orqanlara həvalə edirlər. BMT-nin Təhlükəsizlik Şurası beynəlxalq sülhə və təhlükəsizliyə real
qorxu yaradan dövlətə qarşı hərbi və qeyri-hərbi sanksiyalar tətbiq edə bilər. BMT-nin
Beynəlxalq Məhkəməsi ilə bağlı qeyd etmək lazımdır ki, o, bu və ya digər işə yalnız müvafiq
dövlətlər buna razılıq verdikdə baxa bilər. Sadə dillə desək, ən ağır beynəlxalq hüquq
pozuntusu törətmiş döbləti belə onun razılığı olmadan Beynəlxalq Məhkəməyə “vermək”
olmaz.
Beynəlxalq hüququn xüsusiyyətlərini düzgün başa düşmək ücün olduqca mühim bir
məqama diqqət yetirmək lazımdır. Əslində biz burada beynəlxalq hüququ dövlətdaxili
hüquqdan fərqləndirən daha bir cəhəti nəzərə çatdırmaq istəyirik. Söhbət ondan gedir ki,
səlahiyyətli dövlət orqanları tərəfindən müəyyən olunmuş və ya tanınmış hüquq normaları
prinsip etibarilə dövlətin bütün ərazisinə və bu ərazidə olan bütün hüquqi bə fiziki şəxslərə
şamil edilir. Beynəlxalq hüquq isə belə yekcins deyildir və ola da bilməz. Bu baxımdan
beynəlxalq hüquq anlamı elə qəbl edilməməlidir ki, söhbət burada yalnız dünyanın bütün
dövlətlərini əhatə edən, bütün dövlətlərin riayət etməli olduğu hüquqdan gedir. Qeyd edildiyi
kimi, beynəlxalq hüququ dövlətlər özü yaradır və bunun nəticəsində iki dövlət arasında
bağlanan ikitərəfli müqavilə də, bütöv regionu əhatə edən razılaşma da və bütün dünya
dövlətləri ücün məcburi olan norma da beynəlxalq hüquq deməkdir. Bunu nəzərə almaqla,
beynəlxalq hüquq sisteminin özündə ümumi beynəlxalq hüququ vəpartikulyar beynəlxalq
hüququ
ayırmaq olar. Beynəlxalq məhkəmə təcrübəsində çox geniş istifadə olunan “ümumi
beynəlxalq hüquq ” termini vasitəsilə bütün dövlətlər məcburi olan beynəlxalq hüquq
normaları ifadə olunur. Bu normalara hamılıqla tanınmışprinsiplər və ya hamılıqla
tanınmışnormalar
da deyirlər. Partikulyar beynəlxalq hüquqa isə müəyyən regionda və ya iki
dövlət arasında mövcud olan normalar daxildir. Bu baxımdan, məsələn, hər hansı bir dövlətin
beynəlxalq hüququ pozması dedikdə, biz bunu, daha dəqiq desək, həmin dövlətin bu və ya digər
səviyyədə öz üzərinə götürdüyü beynəlxalq öhdəliyi pozması kimi başa düşməliyik.
3.Beynəlxalq ümumi hüquq və beynəlxalq xüsusi hüquq.Bəzən beynəlxalq hüquq anlamı
geniş mənada işlədilir və iki müstəqil normativ komleks və elm sahəsi olan beynəlxalq ümumi
hüquq
(public international law) və beynəlxalq xüsusi hüquq ( private international law) buraya
daxil edilir. Beynəlxalq ümumi hüquq dedikdə, yuxarıda anlayışını və təbiətini şərh etdiyimiz
dövlətlərarasıhüquq başa düşülür. Əslində bu terminə beynəlxalq praktikada, demək olar ki, rast
gəlinmir və o, əsasən elmi tədqiqatlarda və tədris prosesində beynəlxalq xüsusi hüquqdan
fərqləndirilmək üçün istifadə olunur; onun əvəzinə hamı üçün anlaşıqlı olan “beynəlxalq
hüquq” termini işlədilir. Beynəlxalq xüsusi hüquqa gəldikdə isə, o, qeyri-dövlət xarakterli
beynəlxalq münasibətləri,
yəni hər şeydən əvvəl əcnəbi fiziki və ya hüquqi şəxsin iştirak etdiyi
mülki-hüquqi və ona yaxın olan münasibətləri nizama salan normalar sistemi kimi başa düşülür.
Beynəlxalq hüquqla (beynəlxalq ümumi hüquqla) beynəlxalq xüsusi hüquq arasında sıx əlaqə
mövcuddur. Belə ki, a) onlarin hər ikisi beynəlxalq münasibətləri nizama salır; b) hər ikisi digər
dövlətin hüquq subyektliyini tanıyır; c) mülki-hüquqi münasibətləri nizama salan beynəlxalq
sazişlər beynəlxalq hüququn əsas prinsiplərinə zidd ola bilməz; ç) bu sazişlər çox hallarda
dövlətlərarası razılaşmaların həyata keçirilməsi istiqamətində bağlanılır.
Beynəlxalq ümumi hüquqla beynəlxalq xüsusi hüquq arasındakı fərqləri aydın başa düşmək
üçün Roma hüququndan bizə məlum olan jus publicum və jus privatum bölgüsünü yada salmaq
lazımdır. Bu fərqlər aşağıdakılardır:
1) subyektlərinə görə:
Beynəlxalq ümumi hüquqda (BÜH) – dövlətlər, beynəlxalq təşkilatlar,
dövlətəbənzər qurumlar və s.;
Beynəlxalq xüsusi hüquqda(BXH) – fiziki və hüquqi şəxslər;
2) predmetinə görə:
BÜH-da - dövlətlərarası hakimiyyət xarakterli münasibətlər;
BXH-da – beynəlxalq xüsusi hüquq xarakterli (mülki,ailə,əmək və s.) münasibətlər;
3) mənbələrinə görə:
BÜH-da – beynəlxalq müqavilə, beynəlxalq adət və s.;
BXH-da – milli qanunvericilik, beynəlxalq müqavilələr, ticarət adətləri və s.;
4) nizamasalma metoduna görə:
BÜH-da – müstəqil dövlətlərin razılığa gəlməsi;
BXH-da – ayrı-ayrı dövlətlərin qanunvericiliyindəki kolliziyaların aradan qaldırılması
(bu səbəbdən hər bir dövlətin özünün beynəlxalq xüsusi hüququ vardır);
5) ortaya çıxan məsuliyyətin xarakterinə görə:
BÜH-də – beynalxalq- hüquqi məsuliyyət ;
BXH-də – mülki-hüquqi məsuliyyət.
4. Müasir beynəlxalq hüququn əsas cəhətləri. Nəhayət, bu mövzu çəçivəsində daha bir
məqamı da qeyd etmək istəyirik. Beynəlxalq hüquq elmində və habelə praktikada “müasir
beynəlxalq hüquq” ifadəsinə tez-tez rast gəlmək olur. Bu ifadə təkcə zaman mənasında deyil,
daha çox keyfiyyət baxımından işlədilir. Bu gün qüvvədə olan beynəlxalq hüquq klassik
beynəlxalq hüquqdan keyfiyyətcə kəskin surətdə fərqlənir. Müasir beynəlxalq hüququn
səciyyəvi cəhətləri aşağıdakılardan ibarətdir: a) bu gün beynəlxalq hüquq təkcə sivil və xiristian
dövlətlərin deyil, bütün dünya birliyinin ümumi mənafeyni əks etdirən və beynəlxalq sülhün bə
təhlükəsizliyin təmin edilməsi üçün xüsusi mexanizmi olan normativ sistemə çevrilmişdir; b)
müharibə bə istənilən güc tətbiqi birmənalı şəkildə qadağan edilmişdir; c) əsas insan hüquq və
azadlıqlarına hörmət ediməsi beynəlxalq öhdəlik kimi qəbul edilmişdir bə bununla bağlı olaraq
fərd müəyyən dərəcədə beynəlxalq-hüquqi subyekliyə yiyələnmişdir; ç) beynəlxalq normativ
sistemdə jus cogens normalarının və erga omnes öhdəliklərinin (yəni bütün beynəlxalq birliyə
qarşı olan öhdəliklər) olması hamılıqla qəbul edilmişdir; d) beynəlxalq cina- yətlərə (təcavüz,
genosid, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, beynəlxalq terrorizm, narkotik
basitələrin qeyri-qanuni dövriyəsi və b.) görə dövlətlərin bə fiziki şəxslərin beynəlxalq
məsuliyyəti institutu yaradılmışdır.
Mövzu 3. BEYNƏLXALQ HÜQUQUN ƏSAS PR NS PLƏR
Plan:
1.Beynəlxalq hüququn əsas prinsiplərinin anlayışı
2. Dövlətlərin suveren bərabərliyi prinsipi
3.Dövlətlərin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi
4. Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi
5. Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi
6. Sərhədlərin pozulmazlığı prinsipi
7. Ərazi bütövlüyü prinsipi
8. Xalqların özünümüəyyənetmə prinsipi
9. Əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi
10. Dövlətlərin bir-biri ilə əməkdaşlıq etmək prinsipi
11. Beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək prinsipi
Ə
dəbiyyat siyahısı.
Баратавшвили Д.И. Принцип суверенного равенства государств в международном
праве. М.., 1978.
Волова Л.И. Принцип территориалъной целостностти и неприкосновенности в
современном международном праве. Ростов-на-Дону.., 1981.
Волова Л.И. Нерушимостъ границ – новый принцип международного права. Ростов-
на-Дону.., 1987.
Клименко Б.М., Ушаков Н.А. Нерушимостъ границ – условие международного мира.
М.., 1978.
Левин Д.Б. Принцип мирного разрешения международных споров. М.., 1977.
Мартыненко А.П. Права народов в современном международном праве. Киев, 1993.
Менжинский В.И. Неприменение силы в международных отношениях. М.., 1976.
Талалев А.Н. Хелъсинки: принцнпы и реалъностъ. М.., 1985.
Тиунов О.И. Принцип соблюдения международных обязателъств. М.., 1979.
Ушаков Н.А. Невмешателъство во внутренние дела государств. М.., 1971.
Черникенко С.В. Принцип самоопределения народов (современная интерпретация) //
Московский журнал международного право. 1996. № 4.
1.Beynəlxalq hüququn əsas prinsiplərinin anlayışı. Müasir beynəlxalq hüquqda bir
sıra xüsusi əhəmiyyətli normalar mövcuddur ki, onlarsız beynəlxalq sistemin normal fəaliyyət
göstərməsi praktik cəhətdən mümkün deyilir. Həmin normalar beynəlxalq hüququn əsas
prinsipləridir.
Beynəlxalq hüququn əsas prinsipləri bir sıra səciyyəvi xüsusiyyətlərə malikdir. Bu
prinsiplər;
a)
beynəlxalq hüququn ən mühüm normalarıdır;
Beynın əlxalq hüququn əsas prinsipləri beynəlxalq hüquq sisteminin normativ
hüquqi əsasını təşkil edir. Dövlətlərin beynəlxalq hüquq normalarının yaradılması və həyata
keçirilməsi ilə bağlı bütün qarşılıqlı münasibətləri bu prinsiplərə söykənir.
b)
öz mahiyyətinə görə beynəlxalq hüququn ən ümumi normalarıdır;
Beynəlxalq hüququn əsas prinsipləri bir növ ori-yentir rolunu oynayır. Onlar
dövlətlərin və beynəlxalq hüququn digər subyektlərinin davranışının ümumi istiqamətlərini
müəyyən edir. Bu prinsiplər beynəlxalq münasibətlərin istənilən sahəsinə sirayət edir və dəqiq
ifadə olunmuş davranış qaydalarında konkretləşdirilir.
a)
dünyayın bütün dövlətləri üçün hüquqi cəhtdən məcburi xarakter daşıyan
ümumtanınmış normalardır;
Beynəlxalq hüququn bir sıra əsas prinsipləri BMT Nizamnaməsinin 2-ci maddəsində BMT-
nin bütün üzvləri üçün məcburi normalar kimi göstərilmişdir.
Həmin maddənin 6-cı bəndində isə deyilir: “Təşkilat təmin edir ki, onun üzvü olmayan
dövlətlər, bunun beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri ola
bildiyi dərəcədə, bu prinsiplərə uyğun hərəkət etsinlər”.
ç) ən yüksək hüquqi qüvvəyə malik olan imperativ jus cogens normalarıdır.
Beynəlxalq hüququn əsas prinsipləri bütövlükdə beynəlxalq birlik tərəfindən tanınır və
qəbul edilir və yalnız beynəlxalq birliyin özü tərəfindən ləğv edilə bilər. Beynəlxalq hüququn
bütün normaları beynəlxalq hüququnəsas prinsiplərinə uyğun olmalıdır.
Beynəlxalq hüququn əsas prinsiplərindən kənarda və onlarsız beynəlxalq hüququn özü də
yoxdur.
Beynəlxalq hüququn əsas prinsipləri bir-biri ilə üzvi surətdə bağlıdır və bir-birini
şərtləndirir. BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərinə və
əməkdaşlığa aid beynəlxalq hüquq prinsipləri haqqında 1970-ci ilBəyannaməsində qeyd edilir
ki, bu prinsiplərin tətqiqi və təsfiri zamanı onların hər biri bütün digər prinsiplərin konteksində
nəzərdən keçirilməlidir.
Qeyd etdiyimiz kimi, müasir beynəlxalq hüququn bir sıra əsas prinsipləri BMT-nin
Nizamnaməsində (2-ci maddədə) öz əksini tapmışdır. Lakin bunlardan bəziləri məqsəd və ya
ümumi öhdəlik kimi ifadə olunmuşdur. Sonralar dövlətlər bu prinsiplərin məzmununu
dəqiqləşdirməyə və onları məcəllələşdirməyə çalışmışlar. BU, BMT Baş Assambleyasının
qətnaməsi əsasında yuxarıda adı çəkilmiş Bəyannamənin qəbul olunması ilə nəticələnmişdir.
Doğrudur, Bəyannamədə beynəlxalq hüququnheç də bütün prinsipləri deyil, cəmi yeddi prinsipi
əks olunmuşdur:
1) güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi;
2) beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi;
3) dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi;
4) dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq bir-biri ilə əməkdaşlıq etmək prinsipi;
5) xalqların hüquq bərabərliyi və özünümüəyyənetmə prinsipi;
6) dövlətlərin suveren bərabərliyi prinsipi;
7) dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə götürdükləri
öhdəlikləri vicdanla yerinə yetirməsi prinsipi.
Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin 1 avqust 1975-ci il tarixli
Yekun aktında isə on prinsip göstərilmişdir; yuxarıda sadalanmış prinsiplərə burada daha üçü
əlavə olunmuşdur:
1) sərhədlərin toxunulmamazlığı prinsipi;
2) dövlətlərin ərazi bütövlüyü prinsipi;
3) əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi.
Qeyd etmək lazımdır ki, Helsinki Yekun aktı özü-özlüyündə beynəlxalq müqavilə
deyildir və regional xarakterli bir sənəddir. Lakin onun təsbit etdiyi prinsiplər, o cümlədən bu
üç prinsip onun qəbul olunmasına qədər artıq ümumi beynəlxalq adət hüququnun bir hissəsi idi
və bütün dövlətlər tərəfindən tanınmışdı. Yəni Helsinki Yekun aktı, sadəcə olaraq, müasir
beynəlxalq hüququn hamılıqıa qəbul edilmiş on əsas prinsipini bəyan etmişdir.
Yadda saxlamaq lazımdır ki, hər bir prinsip özü bir hüquqi normadır və deməli, özündə
konkret normativ məzmun, yəni müəyyən beynəlxalq hüquqlar və müvafiq öhdəliklər ehtiva
edir. Aşağıda əsas diqqət məhz bu məqama yetirilmişdir
Dostları ilə paylaş: |