1. Beynəlxalq dəniz hüququnun anlayışı və mənbələri. Beynəlxalq dəniz hüququ – dəniz
məkanlarının hüquqi statusunu müəyyən edən və onların tədqiq edilməsi və istifadəsi ilə
bağlı dövlətlərarası münasibətləri nizama salan normaların məcmusuna deyilir.
Uzun dövr ərzində beynəlxalq dəniz hüququ beynəlxalq adət normalarına söykənirdi.
1958-ci ildə bu sahədə ilk dəfə məcəllələşdirilmə aparıldı və nəticədə dəniz hüququ üzrə dörd
mühüm saziş (Cenevrə Konvensiyaları) meydana gəldi – Ərazi dənizi və bitişik zona haqqında;
açıq dəniz haqqında; kontinental şelf haqqında; balıqçılıq və açıq dənizin canlı ehtiyatlarının
mühafizəsi haqqında.
Lakin bu konvensiyalar dəniz hüququnun bütün məsələlərini həll etmirdi
və xüsusilə də 1960-70-ci illərdə meydana gəlmiş yeni müstəqil dövlətlərinmənafelərini əks
etdirmirdi. Buna görə də yeni kompleks aktın işlənib hazırlanması zərurəti ortaya çıxdı: 1982-ci
il oktyabrın 10-da Dəniz hüququ üzrə BMT Konvensiyası qəbul edildi. Beynəlxalq dəniz
hüququnun əsas mənbəyi olan bu Konvensiya 16 noyabr 1994-cü ildə qüvvəyə minmişdir.
Bundan əlavə, dəniz hüququ sahəsində dövlətlərarası əməkdaşlığın xüsusi məsələlərinə həsr
olunmuş aşağıdakı beynəlxalq sazişləri göstərmək olar: Dənizdə gəmilərin toqquşmasının
qarşısının alınmasının beynəlxalq qaydaları haqqında 1972-ci il Konvensiyası; Dənizdə insan
həyatının qorunmasına dair 1974-cü il Beynəlxalq Konvensiyası; Dənizdə axtarış və
xilasetməyə dair 1979-cu il Beynəlxalq Konvensiyası; Neftlə çirklənməyə gətirb çıxaran qəzalar
zamanı açıq dənizdə müdaxiləyə dair 1969-cu il Konvensiyası; Dənizin tullantılarla və digər
materiallarla çirklənməsinin qarşısının alınması haqqında 1972-ci il Konvensiyası və s.
Beynəlxalq dəniz hüququnun müqavilə mənbələri sırasında ayrı-ayrı dənizlərin hüquqi
rejimini müəyyən edən lokal sazişlərin də adını çəkmək lazımdır: Baltik dənizində balıqçılıq və
canlı ehtiyatların mühafizəsi haqqında 1973-cü il Konvensiyası; Qara dənizin çirklənməsində
qorunması haqqında 1972-ci il Konvensiyası və s.
2. Dəniz məkanlarının təsnifatı. Beynəlxalq-hüquqi baxımdan bütün dəniz və okeanlar
aşağıdakı iki növə ayrılır: 1) ayrı-ayrı dövlətlərin suverenliyi altında olan və onların ərazisini
təşkil edən məkanlar; 2) heç bir dövlətin suverenliyi altında olamayan məkanlar.
Dəniz sahili olan dövlətin suveren ərazisinin tərkibinə a) daxili sular və b) ərazi suları (ərazi
dənizi) daxildir. Tamamilə bir və ya bir neçə arxipelaqdan ibarət olan dövlətlərin ərazisinə
arxipelaqın içindəki adaların arasında yerləşən arxipelaq suları da aiddir.
Dünya okeanının əsas hissəsi heç bir dövlətin suverenliyi altında olamayan ərazisidir.
Burada öz hüquqi rejiminə görə bir-birindən fərqlənən dəniz məkanları mövcuddur; məsələn,
müstəsna iqtisadi zona, kontinental şelf, açıq dəniz və s. Eyni zamanda nəzərə almaq lazımdır
ki, dövlətin ərazisinə daxil olan daxili suların və ərazi sularının beynəlxalq-hüquqi rejimi heç də
eyni deyildir. Arxipelaq sularının hüquqi rejimində də müəyyən spesifik cəhətlər vardır.
3. Daxili dəniz suları.Daxili dəniz suları dedikdə, sahil xətti ilə, ərazi dənizinin eyni
hesablamaq üçün götürülən başlanğıc xətlər arasında yerləşən su məkanı başa düşülür.
Daxili dəniz suları dövlətin tam suverenliyi altında olur və onun ərazisinin bir hissəsini
təşkil edir. Dəniz hüququ üzrə 1982-ci il Konvensiyasına görə, daxili dəniz sularına habelə
aşağıdakılar aiddir: a) liman suları (ən qabağa çıxan daimi liman qurğularını birləşdirən xəttə
qədər); b) eyni dövlətin quru ərazisi ilə tam əhatə olunmuş dəniz, habelə bütün sahil bir dövlətə
məxsus olan dəniz; c) sahilləri eyni dövlətə məxsus olan və eni 24 dəniz milindən artıq olmayan
buxtalar, liman və körfəzlər; ç) tarixi körfəzlər (məsələn, Rusiyada Böyük Pyotr körfəzi,
Kanadada Hudzon körfəzi, Norveçdə Varanğerford körfəzi və s.).
Daxili dəniz sularının hüquqi rejimi, əsas etibarilə, müvafiq dövlət tərəfindən daxili
qanunvericilik vasitəsilə müəyyən olunur. Bu sularda dövlətin icazəsi olmadan hər hansı
təsərrüfat fəaliyyəti ilə məşğul olmaq və tədqiqatlar aparmaq əcnəbilərə qadağandır.
Əcnəbi gəmiləri daxili dəniz sularına müvafiq icazədən sonra daxil ola bilər.
Dövlətin açıq elan etdiyi limanlarına əcnəbi qeyri-hərbi gəmiləri sərbəst surətdə girə bilər.
Hərbi gəmilər isə yalnız sahilyanı dövlətin qabaqcadan icazəsi və ya dəvəti ilə girə bilər. Lakin
fövqəlada hallarda (bədbəxt hadisə, qəza, kortəbii hadisə, təcili tibbi yardım göstərmək zərurəti
və s.) gəmilərin icazəsiz yol verilir.
Limana girmiş bütün gəmilər sərhəd, sanitar və gömrük yoxlamasını keçməlidir. Daxili
sularda və limanlarda olan əcnəbi qeyri-hərbi gəmiləri sahilyanı dövlətin yurisdiksiyası altına
düşür. Sahilyanı dövlətin səlahiyyətli orqanları bu gəmilərdə baş vermiş cinatət işlərinin
istintaqını apara bilər və həmin işlərə məhkəmədə baxa bilərlər, bu şərtlə ki, a) baş vermiş
cinayət ağır xaraqterli olur, sahilyanı dövlətin və onun vətəndaşlarının mənafeyinə toxunur; b)
sahilyanı dövlətdə ictimai asayişi və ictimai qaydanı pozur və onun təhlükəsizliyinə ziyan
vurur; c) gəminin ekipajına daxil olmayan şəxslərin maraqlarına toxunur.
Mülki-hüquqi yurisdiksiya öz ifadəsini onda tapır ki, sahilyanı dövlətin məhkəmə orqanları
əcnəbi gəmilərinə qarşı, o cümlədən daxili suların çirklənməsi ilə bağlı irəli sürülmüş iddialara
baxa bilər və qərar çıxara bilər. Mülki iddianı təmin etmək üçün gəminin üzərinə həbs qoyula
bilər. Gəminin kapitanı və ekipajın üzvləri məsuliyyətə cəlb edilə bilərlər.
Limanda yerləşən əcnəbi hərbi gəmiləri sahilyanı dövlətin yurisdiksiyasına tabe olmur.
Onlara qarşı heç bir məcburiyyət tədbiri görülə bilməz. Bununla belə, bu gəmilər sahilyanı
dövlətin qanun və qaydalarına riayət etməyə borcludur. Dövlətin qanun və qaydalarını
pozduğuna görə əcnəbi hərbi gəmisinə qarşı daxili suları tərk etmək tələbi irəli sürülə bilər.
4. Ərazi dənizi.Ərazi dənizi (və ya ərazi suları) – sahilyanı dövlətin quru ərazisinə və daxili
sularına bitişik olan və onun tam suverenliyi altında olan dəniz zolağına deyilir.
Dəniz hüququ üzrə 1982-ci il Konvensiyasına görə, ərazi dənizinin eni 12 dəniz milindən
artıq olmamalıdır (1 dəniz mili 1,8 km-dir).
Sahilyanı dövlətin suverenliyi ərazi dənizinin səhətinə və dibinə, habelə onun üzərindəki
hava məkanına şamil edilir. Buna görə də hər bir sahilyanı dövlət öz ərazi dənizinin hüquqi
rejimini öz qanunvericiliyi ilə müəyyən edir. Bununla belə, ərazi dənizini daxili dəniz
sularından ayıran çox mühüm bir xüsusiyyət mövcuddur: ərazi dənizindən əcnəbi gəmilərinin
dinc üzüb getmək hüququ var
(Dəniz hüququ üzrə 1982-ci il Konvensiyasının 17-ci maddəsi).
Bu zaman sahilyanı dövlətin qabaqcadan icazəsini almaq tələb olunur.
Əcnəbi gəmiləri ərazi dənizindən: 1) daxili sulara daxil olmadan ərazi dənizini üzüb
keçmək; 2) daxili sulara daxil olmamaq və ya oradan çıxmaq məqsədləri ilə keçə bilər. Üzüb
keçmə fasiləsiz və tez olmalıdır. Sualtı nəqliyyat vasitələri suyun üzü ilə getməlidir. Dinc üzüb
keçmə o deməkdir ki, sahilyanı dövlətin əmin-amanlığı və təhlükəsizliyi pozulmasın. 1982-ci il
Konvensiyasına görə, üzüb keçmə aşağıdakı hallarda dinc sayılmır: a) sahilyanı dövlətə qarşı
güc tətbiqi və ya güclə hədələmək; b) istənilən növ silahla manevrlər və ya təlimlər həyata
keçirmək; c) sahilyanı dövlətin müdafiəsi və təhlükəsizliyinin zərərinə informasiya toplamaq və
ya təbliğat aparmaq; ç) hər hansı uçuş aparatını havaya qaldırmaq və ya gəminin üzərinə qəbul
etmək; d) malların və ya vlyuta yükləmək və yaxud boşaltmaq; e) sahilyanı dövlətin müəyyən
etdiyi qaydalara zidd olaraq, hər hansı bir şəxsi gəmiyə mindirmək və ya düşürtmək; ə) dinc
üzüb keçməklə əlaqəsi olmayan balıqçılıq, tədqiqat və digər fəaliyyət; f) rabitə sisteminə
maneələr yaratmaq.
Dinc üzüb keçmə prinsipini pozan əcnəbi gəmilərinə qarşı sahilyanı dövlət zəruri tədbirlər
görə bilər. Öz təhlükəsizlik maraqlarından çıxış edərək, o, dinc üzüb keçmə hüququnun həyata
keçirilməsini müvəqqəti dayandıra bilər.
Sahilyanı dövlət öz ərazi dənizində gəmiçiliyin təhlükəsizliyinə və gəmilərin hərəkətinin
tənzimlənməsinə aid olan qanunlar və inzibati qaydalar verə bilər. Dövlət habelə ərazi
dənizində dəniz dəhlizləri müəyyən edə bilər.
Ərazi dənizindən üzüb keçən əcnəbi gəmilərdə olan şəxslərə qarşı sahilyanı dövlət müəyyən
hallarda öz cinayət yurisdiksiyasını həyata keçirə bilər.
Üzüb keçmə zamanı gəmidə törədilmiş
hər hansı bir cinayətlə bağlı istənilən şəxs yalız aşağıdakı hallarda həbs edilə bilər və ya istintaq
aparıla bilər: a) cinayətin nəyicələri sahilyanı dövlətin ərazisinə yayılarsa; b) törədilmiş cinayət
həmin ölkədə əmin-amanlığa və ya ərazi dənizində müəyyən olunmuş qaydanı pozarsa; c)
gəminin kapitanı, gəminin, bayrağı altında üzdüyü dövlətin diplomatik agenti və ya konsulu
kömək göstərmək xahişilə yerli orqanlara müraciət edirsə; ç) bu tədbirlər narkotik vasitələrlə
qeyri-qanuni ticarətin qarşısını almaq üçün zəruridirsə.
Sahilyanı dövlət mülki-hüquqi yurisdiksiyanı həyata keçirmək üçün öz ərazi dənizindən
üzüb keçən əcnəbi gəmini dayandıra bilməz. Hər hansı mülki iş üzrə məsuliyyət tədbirləri və ya
həbs yalnız üzüb keşmə zamanı ortaya çıxmış konkret öhdəliklərə görə həyata keçirilə bilər.
Xarici dövlətlərin hərbi gəmiləri ərazidənizindən üzüb keçərkən sahilyanı dövlətin
yurisdiksiyasına tabe olmur. Bununla belə, əgər hərbi gəmi sahilyanı dövlətin, əcnəbi
gəmilərinin dinc üzüb keçməsi ilə bağlı müəyyən etdiyi qaydaları pozursa və bu qaydalara
riayət etmək tələbinə məhəl qoymursa, o halda sahilyanı dövlət həmin gəmidən ərazi dənizini
dərhal tərk etməyi tələb edə bilər.
5. Bitişik zona. Bitişik zona - əcnəbi gəmiləri tərəfindən gömrük, vergi, sanitar və
immiqrasiya
qaydalarına əməl olunmasına nəzarət həyata keçirmək məqsədilə sahilyanı dövlətin müəyyən
etdiyi, onun ərazi dənizinə bitişik açıq dəniz rayonudur.
Bitişik zona açıq dənizin bir hissəsidir və sahiyani dövlətin suverenliyi altında
deyildir. Onun eni 12 dəniz milindən artıq olmamalıdır.
Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyasının 33-cü maddəsinə görə, bitişik zona
aşağıdakı məqsədlər üçün zəruri ola bilər: 1) sahiyani dövlətin ərazisi və ya ərazi dənizi
hədlərində gömrük, fiskal, immiqrasiya və ya sanitar qaydalarının pozulmasının qarşısını almaq
üçün; 2) bu qaydaların pozulmasına görə cəzalandırmaq üçün.
Bitişik zonanın aşağıdakı əsas növləri ola bilər: gömrük zonası; fiskal zonası; immiqrasiya
zonası və sanitar zonası.
6. Müstəsna iqtisadi zona.Müstəsna iqtisadi zona - ərazi dənizinin hüdudlarından kənarda
yerləşən və ona bitişik olan, eni 200 mildən artıq olmayan açıq dəniz rayonudur.
Müstəsna iqtisadi zonanın eni ərazi dənizinin enini ölçmək üçün qəbul olunmuş düzünə
başlanğıc xətlərdən hesablanır.
Müstəsna iqtisadi zonan, ilk dəfə olaraq dəniz hüququ üzrə 1982-ci il Konvensiyası ilə
nəzərdə tutulmuş xüsusi hüquqi rejimə malikdir. Bir tərəfdən, o, açıq dənizin bir hissəsidir,
digər tərəfdən isə, sahiyani dövlət bu zonada bir sıra iqtisadi xaraqtərli suveren hüquqlar həyata
keçirir: 1) burada olan bütün təbii ehtiyatların kəşfiyyatı və istismarı sahiyani dövlətin müstəsna
hüququdur: xarici dövlətlərin bu fəaliyyətdə iştirakı yalnız sahiyani dövlətlə razılaşma əsasında
olabilər; 2) sahiyani dövlət burada iqtisadi məqsədlərlə süni adalar və qurğular yarada bilər,
elmi tədqiqatlar apara bilər; 3) dəniz mühitinin qorunub saxlanması da sahiyani dövlətin
yurisdiksiyasına aiddir.
Müstəsna iqtisadi zona açıq dənizin bir hissəsi olduğu üçün bütün dövlətlər burada açıq
dənizin məlum azadlıqlarından (gəmiçilik, uçuş, kabel və boru çəkmək) istifadə edirlər. Bu
zaman onlar sahiyani dövlətin hüquq və qanuni mənafelərini nəzərə almalıdırlar.
7. Kontinental şelf. Kontinental şelf dedikdə, sahilyanı dövlətin ərazi dənizinin xarici
sərhədindən başlamış açıq dənizə doğru, beynəlxalq hüquqla müəyyən olunmuş həddə qədər
uzanan dəniz dibi və habelə onun təki başa düşülür.
Kontinental şelf sahiyani dövlətin quru ərazisinin dənizin dibi ilə uzanan təbii davamıdır. O,
daətən, 200 dəniz mili həddində olur. stənilən halda, 1982-ci il Konvensiyasına görə,
kontinental şelfin xarici sərhədi ərazi dənizinin enini ölçmək üçün qəbul olunmuş başlanğıc
xətlərdən hesablanmaqla, 350 dəniz milindən artiq olmamamlıdır.
Sahiyani dövlət təbii sərvətlərin kəşfiyatı və istismarı məqsədilə kontinental şelf üzərində
suveren hüquqlar həyata keçirir.
O, bu məqsədlə şelf üzərində quğular düzəldə bilər və onların
ətrafinda radisu 500 m olan təhlükəsizlik zonaları yarada bilər. Bu qurğular sahiyani dövlətin
yurisdiksiyası aıtında olur.
Kontinental şelfin kəşfiyyatı və istismarı bu ərazilərin başqa dövlətlər tərəfindən gəmiçilik
və uçuşların həyata keçirilməsi məqsədləri ilə istifadəsi üçün maneələr yaratmamalıdır.
stənilən dövlət kontinental şelf üzərində kabel və boru kəmərləri çəkə bilər. Lakin bu zonada
tədqiqatların aparılması yalız sahiyani dövlətin razılığı ilə mümkündür.
8. Açıq dəniz.Açıq dəniz – Dünya okeanının, heç bir dövlətin yurisdiksiyasına aid olmayan
və bütün dövlətlərin istifadəsi üçün açıq olan su hissəsinə deyilir.
Tərifdən göründüyü kimi, dəniz və okeanların dibi xüsusi hüquqi statusa malik olduğuna
görə açıq dəniz anlayışına daxil deyildir.
Heç bir dövlət açıq dənizin hər hansı bir hissəsini öz suverenliyinə tabe etdirə bilməz.
Açıq dəniz həm sahilyanı dövlətlər, həm də dənizə heç bir çıxışı olmayan dövlətlər üçün
azaddır. Açıq dənizin hüquqi rejiminə aşağıdakı azadlıqlar daxildir: 1) gəmiçilik azadlığı; 2)
uçuş azadllığı; 3) balıqçılıq azadlığı; 4) sualtı kabel və boru kəmərləri çəkilişi azadlığı; 5) elmi
tədqiqatlar azadlığı; 6) süni adalar və qurğular yaratmaq azadlığı.
Bu azadlıqlar beynəlxalq
hüquq normalarının tələblərini və başqa dövlətlərin maraqlarını nəzərə almaqla həyata
keçirilməlidir.
Gəmiçilik azadlığı o deməkdir ki, hər bir dövlətin gəmiləri, daha doğrusu, onun bayrağı
altında olan gəmilər açıq dənizdə sərbəst üzə bilər. Açıq dnizdə gəmi həmin dövlətin müstəsna
yurisdiksiyasına tabe olur. Dövlət gəminin və onun ekipajının üzərində inzibati, texniki və
sosial məsələlərdə öz yurisdiksiyasını və nəzarətini həyata keçirir. Gəminin kapitanına və ya
ekipajın hər hansı digər üzvünə qarşı cinayət və ya inzibati məsuliyyət yalnız həmin gəminin,
bayrağı altında üzdüyü dövlətin müvafiq orqanları tərəfindən qaldırıla bilər. Lakin bu
prinsipdən bir sıra istisnalar mövcuddur; belə ki, hər hansı dövlətin hərbi dəniz və ya hava
gəmisi əcnəbi gəmini aşağıdakı hallarda (daha doğrusu, əgər bu əməllərin törədilməsi barədə
şübhələnməyə kifayət qədər əsas vardırsa) saxlaya və yoxlaya bilər: a) əcnəbi gəmisi dəniz
quldurluğu ilə məşğul olursa; b) qul alveri ilə məşğul olursa; c) narkotik maddələrlə qeyri-
qanuni ticarətlə məşğul olursa; ç) sualtı teleqraf kabellərini və boru kəmərlərini zədələmişsə; d)
açıq dənizdən icazə verilməmiş radio və ya televiziya proqramları ötürürsə; e) sahilyanı
dövlətin yurisdiksiyası altında olan sulard mövcud qaydaları pozmuşsa (“qaynar izlər” üzrə
təqib)və s.
Uçuş azadlığı o deməkdir ki,bütün dövlətlərin hava gəmiləri açıq dəniz üzərindəki hava
məkanına uçuşlar həyata keçirə bilər. Dövlətlər öz hava gəmilərinin açıq dəniz üzərində
uçuşlarının təhlükəsizliyini təmin etməlidirlər. Bu uçuşlar dəniz gəmiçiliyinə və dənizin digər
məqsədlərlə istifadəsinə maneə törətməməlidir.
Balıqçılıq azadlığı təkcə bilavasitə balqçılıq fəaliyyətini deyil, habelə digər canlı ehtiyatların
da istismarını əhatə edir. Lakin bu azadlıq dövlətlərin öz beynəlxalq öhdəliklərini və sahilyanı
dövlətlərin maraqlarını nəzərə almaqla həyata keçirilməlidir. Hər şeydən əvvəl, dənizin canlı
ehtiyatları müəyyən səviyyədə qorunub saxlanmalıdır və bunun üçün dövlətlər əməkdaşlıq
etməlidirlər.
Sualtı kabel və boru kəmərləri çəkmək azadlığı koninental şelfin hüdudlarından kənarda açıq
dənizin dibinə şamil olunur. Kabellər və boru kəmərləri çəkərkən dövlətlər açıq dənizin sərbəst
istifadəsinə mane olmamalıdırlar.
Elmi tədqiqatlar azadlığı coğrafi vəziyyətindən asılı olmayaraq bütün dövlətlərə və habelə
səlahiyyətli beynəlxlq təşkilatlara məxsusdur. Dəniz elmi tədqiqatları müstəsna olaraq dinc
məqsədlərlə həyata keçirilməlidir və dənizin başqa formalarda istifadəsinə maneə
yaratmamalıdır.
Süni adalar və qurğular yaratmaq azadlığı həm açıq dənizin su hissəsində, həm də onun
dibində (faydalı qazıntılar hasil etmək üçün) həyata küçirilir.
9. Beynəlxalq dəniz dibi rayonu. Beynəlxalq dəniz dibi rayonu (“Rayon”)dedikdə, dəniz və
okeanların dövlətlərin yurisdiksiyasından kənarda yerləşən dibi və onun təki başa düşülür.
1982-ci il Konvensiyasında Rayon və burada yerləşən ehtiyatlar bəşəriyyətin ümumi irsi
elan olunmuşdur. Bu o deməkdir ki: a) heç bir dövlət Rayonun hər hansı bir hissəsi və onun
ehtiyatları üzərində suverenliyə və ya suveren hüquqların həyata keçirilməsinə iddia edə
bilməz; b) heç bir dövlət, fiziki və ya hüquqi şəxs onların hər hansı bir hissəsini mənimsəyə
bilməz; c) Rayonun ehtiyatları üzərində hüquqlar bütün bəşəriyyətə məxsusdur: bəşəriyyətin
adından 1982-ci il Konvensiyasının bütün iştirakçı dövlətlərin üzv olduğu Dəniz dibi üzrə
Beynəlxalq Orqan (“Orqan”)
çıxış edir; ç) Rayonda fəaliyyət bütün bəşəriyyətin rifahı naminə
həyata keçirilir; d) Rayon ayrı-seçkilik olmadan bütün dövlətlərin müstəsna olaraq dinc
məqsədlərlə ietifadəsi üçün açıqdır.
Rayonda bütün fəaliyyət Orqan tərəfindən, dünya iqtisadiyyatının və beynəlxalq ticarətin
sağlam inkişafına dəstək vermək məqsədilə təşkil edilir, həyata keçirilir və nəzarət olunur.
Orqan Rayondakı fəaliyyətdən əldə olunmuş maliyyə və digər iqtisadi mənfəətin ədalətli
bölünməsini təmin edir; bu zaman, hələ tam müstəqilliyə və ya digər özünüidarə sttusuna
çatmamış inkişaf etməkdə olan dəvlət və xalqların maraq və ehtiyacları xüsusilə nəzərə
alınmalıdır.
Rayonun bilavasitə isrismarı və burada hasil olunmuş faydalı qazıntıların nəql edilməsi,
emalı və realizəsi məqsədilə Dəniz dibi üzrə Beynəlxalq orqan Müəssisə yaradır. Müəssisə öz
funksiyalarını yerinə yetirmək üçün tələb olunan bütün vasitə və texnologiya ilə təmin olunur.
Dövlətlər, fiziki və hüquqi şəxslər Rayonda Orqanla bağlanmış kontrakt əsasında fəaliyyət
göstərirlər.
1982-ci il Konvensiyasına görə, Orqan aşağıdakı struktura malikdir: Orqanın bürün
üzvlərindən ibarət olan Assambleya, Orqanın 36 üzvündən ibarət olan Şura, Katiblik. Şura
Orqanın fəaliyyət dairəsində olan istənilən məsələ üzrə konkret siyasəti müəyyən etmək və
həyata keçirmək səlahiyyətinə malikdir. Onun üzvlərindən yarısı ədalətli coğrafi nümayəndəlik
prinsipi əsasında, qalan yarısı isə digər əsaslar üzrə: xüsusi maraqları olan inkişaf etməkdə olan
ölkələrdən; idxalçı ölkələrdən; quruda analoji resuslar hasil edən ölkələrdən və s. seçilir.
nkişaf etmiş ölkələrin maraqlarına cavab vermədiyinə görə 1982-ci il Konvensiyasının
Rayona həsr olunmuş XI hissəsinə 1994-cü ildə qəbul olunmuş və Konvensiya ilə bir vaxtda
qüvvəyə minmiş ayrıca müqavilə ilə - “Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyasının XI
hissəsinin həyata keçirilməsi haqqında Saziş”
ilə bir sıra mühüm dəyişikliklr edilmişdir. Saziş
müəyyən edir ki, Rayondakı resusların hasil olunması həm də kommersiya prinsipləri əsasında
həyata keçiriləcəkdir. Bundan əlavə, göstərilən sahədə inhisarlaşdırmaya yol verilməməsi ilə
bağlı Konvensiyanın məlum müddəaları artıq tətbiq olunmur.
|