1.Beynəlxalq ekologiya hüquqununanlayışı və mənbələri. Beynəlxalq ekologiya hüququ -
ə
traf mühitin çirklənmədən qorunması və təbii ehtiyatların rasional istifadəsi ilə bağlı
dövlətlərarası münasibətləri nizama salan normaların məcmusuna deyilir.
Təbiətin qorunması və onun ehtiyatlarından məqsədəuyğun istifadə olunması – müasir
dövrün qlobal problemlərindən biridir. Bu problemin həllində bütün dövlətlər maraqlı
olmalıdırlar.
Müasir dövrdə ayrılıqda bir dövlət üçün ekoloji təhlükəsizlik sistemi yaradılması, demək
olar ki, qeyri-mümkündür. Yalnız birgə səylərlə, müvafiq hüquqi rejim yaratmaqla, bu günkü
və gələcək nəsillərin sağlam yaşayışını və inkişafını təmin etmək olar. Buradan belə bir məntiqi
nəticə alınır ki, ətraf mühitin qorunub saxlanmasında və ekoloji ehtiyatların adekvat
mühafizəsində beynəlxalq ekologiya hüququ həlledici rol oynaya bilər və oynamalıdır.
Beynəlxalq ekologiya hüququnun predmetinə aşağıdakı məsələlər daxildir: 1) ətraf mühitə
müxtəlif mənbələrdən dəyən zərərin qarşısının alınması, azaldılması və aradan qaldırılması; 2)
təbii ehtiyatların ekoloji baxımdan əsaslandırılmış rasional istifadəsi rejiminin təmin edilməsi;
3) ətraf mühitin mühafizəsi ilə bağlı dövlətin elmi-texniki əməkdaşlığı.
Ətraf mühitin beynəlxalq-hüquqi mühafizəsinin aşağıdakı obyektləri vardır:
1)
milli təbii ehtiyatlar; dövlətin yurisdiksiyası altında yerləşən bu ehtiyatların
hüquqi rejiminin müəyyən edilməsində daxili hüquq normaları başlıca rol oynasa da, onların
mühafizəsinə dair beynəlxalq müqavilələr də mövcuddur;
2)
beynəlxalq təbii ehtiyatlar; milli yurisdiksiyanın hüdudlarından kənarda və ya
özünün təbii dövretmə prosesində müxtəlif dövlətlərin ərazisində olur. Bu ehtiyatların
mühafizəsi və onlardan istifadə rejimi beynəlxalq hüquq normaları ilə müəyyən edilir; iki növü
vardır: a) universal ehtiyatlar; bütün dövlətlərin ümumi istifadəsində olur (açıq dəniz, kosmos,
Antarktida, beynəlxalq dəniz dibi rayonu); b) bölünə bilən təbii ehtiyatlar; iki və ya daha çox
ölkəyə məxsus olur və ya onlar tərəfindən istifadə edilir (məsələn, beynəlxalq çaylarda olan
ehtiyatlar, sərhədyanı təbii komplekslər və s.).
2. Beynəlxalq ekologiya hüququnun prinsipləri. Ətraf mühitin indiki və gələcək nəsillər
naminə mühafizəsi
– beynəlxalq ekologiya hüququnun mərkəzi prinsipidir. Bu prinsipin
mahiyyəti ondan ibarətdir ki, dövlətlər indiki və gələcək nəsillər naminə ətraf mühitin
keyfiyyətinin qorunub saxlanması və yaxşılaşdırılması və təbii ehtiyatların rasional idarə
olunması istiqamətində bütün zəruri tədbirləri görməlidirlər.
Beynəlxalq ekologiya hüququnun aşağıdakı digər xüsusi prinsipləri vardır:
a)
transsərhəd ekoloji zərərin yolverilməzliyi. Öz yurisdiksiyasi çərçivəsində
dövlətlər digər dövlətlərin və beynəlxalq rejimli ərazilərin təbii mühitinə zərər yetirə bilən
hərəkətlərdən çəkinməli, habelə belə zərər yetirə bilən fəaliyyətin qarşısını almalıdırlar. lk
dəfə 1972-ci il Stokholm Bəyannaməsində təsbit olunmuş bu prinsip hazırda beynəlxalq
praktikada hamılıqla tanınmışdır.
b)
təbii ehtiyatların ekoloji baxımdan əsaslandırılmış rasional istifadəsi. Hələ tam
dəqiq normativ məzmuna malik olmayan bu prinsipin mahiyyəti aşağıdakılardan
ibarətdir:indiki və gələcək nəsillərin mənafeyi naminə Yerin bərpa oluna bilən və bərpa
olunmayan ehtiyatlarının rasional planlaşdırılması və idarə olunması; ekoloji fəaliyyətin uzun
müddətə planlaşdırılması; dövlətlərin öz yurisdiksiyası çərçivəsində fəaliyyətinin bu
hüdudlardan kənarda yerləşən təbii mühitə göstərə biləcəyi nəticələrin qiymətləndirilməsi.
c)
ətraf mühitin radioktiv çirklənməsinin yolverilməzliyi;
ç) dəniz mühitinin mühafizəsi;
d) ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən
məqsədlərlə istifadə olunmasınınqadağan edilməsi;
e) milli yurisdiksiya hüdudlarından kənarda yerləşən ekoloji sistemlərə vurulmuş
zərərə görə dövlətlərin beynəlxalq məsuliyyəti və s.
3. Beynəlxalq ekologiya hüququnun mənbələri. Beynəlxalq ekoloji standartların ən yaxşı və
ən səmərəli ifadə forması beynəlxalq müqavilələrdir. Hal-hazırda ətraf mühitin mühafizəsinin
müxtəlif aspektlərinə dair 500-ə qədər beynəlxalq saziş mövcuddur. Onların içərisində ikitərəfli
regional və universal sazişlər, ətraf mühitin qorunmasının ümumi məsələlərinə və ya ayrı-ayrı
ekoloji sistemlərin – dəniz mühitinin, atmosferin, yerətrafı kosmik fəzanın mühafizəsinə həsr
olunmuş müqavilələr vardır. Lakin bu sahədə bu günə qədər vahid məcəllələşdirilmiş akt
işlənib hazırlanmamışdır. Universal müqavilələrə misal olaraq aşağıdakı aktları göstərmək olar:
Dənizin tullantılarla və digər materiallarla çirklənməsinin qarşısının alınması haqqında 1972-
ci il Konvensiyası; Gəmilərdən çirkləndirmənin qarşısının alınmasına dair 1973-cü il
Beynəlxalq Konvensiyası; Vəhşi fauna və floranın yox olmaq təhlükəsində olan növlərinin
beynəlxalq ticarəti haqqında 1973-cü il Konvensiyası; Ətraf mühiti dəyişikliyə uğradan
vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan
edilməsi haqqında 1976-ci il Konvensiyası; Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası;
ozon qatının mühafizəsi haqqında 1985-ci il Vyana Konvensiyası və bu Konvensiyaya əlavə
olunmuş 1987-ci il Monreal Protokolu; Bioloji müxtəliflik haqqında 1992-ci il Konvensiyası və
s.
Lakin sözü gedən sahədə beynəlxalq-hüquqi tənzimləmənin əsas “yükü” regional
müqavlələrin üzərinə düşür. Bu müqavilələr, demək olar ki bütün regionları və bütün ekoloji
sistemləri əhatə edir. Onlara misal olaraq aşağıdakıları göstərmək olar: Yuyucu və təmizləyici
vasitələrdə bəzi bəzi maddələrin istifadəsinin qadağan olunması haqqında 1968-ci il Avropa
sazişi: Təbiətin və təbii ehtiyatların qorunub saxlanması haqqında 1968-ci il Afrika
Konvensiyası; Avropada vəhşi fauna və floranın mühafizəsi haqqında 1979-cu il Konvensiyası;
Havanın uzaq məsafələrə transsərhəd çirkləndirməsi haqqında 1979-ui il Konvensiyası; Sənaye
qəzalarının transsərhəd təsiri haqqında 1992-ci il Konvensiyası; Aralıq dənizinin çirklənmədən
qorunması haqqında 1976-cı il Konvensiyası; Sakit okeanın cənubi-şərqi hissəsinin dəniz
mühiti və bitişik zonalarının mühafizəsi haqqında 1981-ci il Konvensiyası; Şimal dənizinin
neftlə və digər zərərli maddələrlə çirkləndirilməsi ilə mübarizə üzrə əməkdaşlıq haqqında 1983-
cü il Sazişi; Baltik dənizi rayonunun dəniz mühitinin çirklənmədən qorunması haqında 1992-ci
il Konvensiyası; Qara dəniz çirklənmədən qorunması haqında 1992-ci il Konvensiyası; Şimali
Atlantikanın dəniz mühitinin mühafizəsi haqqında 1992-ci il Konvensiyası və s.
Ə
traf mühitin mühafizəsi və ətraf mühitə vurulan zərərin ödənilməsi ilə bağlı bir sıra
mühüm normalar beynəlxalq adət hüququna daxildir.
Beynəlxalq ekologiya hüququnda tövsiyə xaraqterli aktlar əhəmiyyətli rol oynayır. Müxtəlif
xaraqterli ekoloji tələblər ilk əvvəl tövsiyə kimi qətnamələrdə, bəyannamələrdə, proqramlarda
və s. əks olunur (belə normalara beynəlxalq hüquq elmində “yumşaq hüquq” da deyirlər),
müəyyən müddət keçdikdən sonra isə bu standartların bəziləri ya müqavilə qaydasında, ya da
beynəlxalq adət şəklində məcburi hüquq normaları kimi tanınır. Tövsiyə xaraqterli aktlara misal
olaraq, yuxarıda adları çəkilmiş Stokholm və Rio-de-Janeyro Bəyannamələrini, 1982-ci
Ümumdünya təbiəti mühafizə Xartiyasını
göstərmək olar. Məsələn, Rio Bəyannaməsində
dövlətlərin aşağıdakı vəzifələri müəyyən edilmişdir: ətraf mühitin mühafizəsi sahəsində hər bir
dövlət tərəfindən effektiv qanunların qəbul edilməsi; ətraf mühitin çirkləndirilməsinə görə
dövlətlərin məsuliyyəti; ətraf mühitə və insana zərər vuran çirkləndiricilərin digər dövlətlərdə
yerləşdirilməsinə yol verilməməsi; ətraf mühit üçün neqativ nəticələr verə biləcək tədbirlər
haqqında dövlətlərin bir-birinə məlumat verməsi; Yerin ekosistemlərini qorumaq məqsədilə
dövlətlərin qlobal əməkdaşlığı; planlaşdırılan fəaliyyətin ekoloji nəticələrinin qabaqcadan
qiymətləndirilməsi; ətraf mühitin vəziyyətinin pisləşməsi hallarının qarşısının alınması üzrə
bürün zəruri tədbirlərin görülməsi; hərbi münaqişələr dövründə ətraf mühitin mühafizəsinin
təmin edilməsi və s.
4. Dəniz mühitinin mühafizəsi. Dünya okeanının mühafizəsi məqsədilə bir sıra universal və
regional müqavilələr qəbul edilmişdir.
Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası bu sahədə əsas beynəlxalq-hüquqi akt
hesab edilə bilər. Konvensiyada birbaşa bəyan edilir ki, iştirakçı dövlətlər dəniz mühitini
mühafizə etməli və qoruyub saxlamalıdırlar. Dövlətlər bütün zəruri tədbirləri görməlidirlər ki,
onların yurisdiksiyası və nəzarəti altında həyata keçirilən fəaliyyət digər dövlətlərə və onların
dəniz mühitinə zərər yetirməsin. Bu tədbirlərə aşağıdakılar daxildir: quruda yerləşən
mənbələrdən, atmosferdən, gəmilərdən və dəniz dibinin və onun təkinin təbii ehtiyyatlaranın
kəşfiyyatı və çıxarılması üçün istifadə olunan qurğulardan, zərərli və ya zəhərli maddələrin
dənizə atılmamasına mümkün dərəcədə yol verilməməsi; dənizdə aparılan bütün işlərin
təhlükəsizliyinin təmin edilməsi, qəzaların qarşısının alınması və fövqəladə situasiyaların
aradan qaldırılması və s. Müxtəlif mənbələrdən dəniz mühitinin çirklənməsinin qarşısını
almaq, bu çirklənməni azaltmaq və nəzarətdə saxlamaq üçün dövlətlər müvafiq qanun və
qaydalar qəbul etməlidirlər. Konvensiyada göstərilir ki, dəniz mühitinin qorunub saxlanması ilə
bağlı öz beynəlxalq öhdəliklərini yerinə yetirməyən dövlət beynəlxalq hüquqa uyğun
məsuliyyət daşıyır.
Gəmilərdən çirkləndirmənin qarşısının alınmasına dair 1973-cü il Beynəlxalq
Konvensiyasında
dənizin neftlə və gəmilərdə daşınan və ya onların istismarı prosesində yaranan
digər maddələrlə çirklənməsinin qarşısının alınmasına dair texniki-hüquqi normalar təsbit
olunmuşdur. Konvensiyanın qüvvəsi altına düşən gəmilər beynəlxalq şəhadətnaməyə malik
olmalıdır. Konvensiya gəmilərin istismarı nəticəsində yaranan bütün növ zərərli maddələrlə
dənizin çirklənməsinin qarşısının alınmasına dair vahid beynəlxalq standartlar müəyyən edir və
bu bu standartları nəinki Konvensiya iştirakçılarına, habelə onu imzalamamış dövlətlərə şamil
edir.
Neftlə çirklənməyə gətirib çıxaran qəzalar zamanı açıq dənizdə müdaxiləyə dair 1969-cu il
Konvensiyasında
bu cür qəzaların ardan qaldırılması üzrə zəruri tədbirlər müəyyən edilmişdir.
Konvensiyaya müvafiq olaraq, sahilyanı dövlət qəzanı aradan qaldırmaq məqsədilə
məcburiyyət tədbirlərinə əl ata bilər və sahilboyunun çirklənmə təhlükəsi olduqda, həmin
gəmini batıra bilər.
Neftlə çirklənmədən dəyən zərərə görə mülki məsuliyyət haqqında 1992-ci il Beynəlxalq
Konvensiyasında nəzərdə tutulmuşdur ki, gəminin sahibi çirklənmədən dəyən istənilən zərərə
görə məsuliyyət daşıyır.
Neftlə çirklənmə hallarına hazırlığın təmin edilməsi, onunla mübarizə və əməkdaşlıq
haqqında 1990-cı il Beynəlxalq Konvensiyası xəbərdaredici və preventiv tədbirlərin həyata
keçirilməsini nəzərdə tutur. Hər bir iştirakçı dövlət, onun bayrağı altında üzən gəmilərdə neftlə
çırklənmə ilə mübarizə üzrə fövqəladə tədbirlər planının olmasını təmin etməlidir.
Dənizin tullantılarla və digər materiallarla çırklənməsinin qarşısının alınması haqqında
1972-ci
il
Konvensiyası
gəmilərdən,
təyyarələrdən,
platformalardan
və
digər
konstruksiyalardan dənizə tullantıların və digər materialların atılmasını, bu materialların
ayrılıqda və yə daşınma vasitələri ilə bir yerdə batırılmasını qadağan edir. Bu qadağandan
istisnaya yalnız “insanların həyatının və ya gəmilərin, təyyarələrin, platformaların
təhlükəsizliyini təmin etmək üçün və yaxud fors-major hallarda” yol verilir. Konvensiyada
dənizə atılması tamamilə qadağan edilmiş maddələrin siyahısı (xlor üzvi birləşmələr; civə; neft
və onun qarışıqları; radioaktiv tullantılar və s.) verilmişdir.
5. Dənizin canlı ehtiyatlarının mühafizəsi. Hazırda canlı dəniz ehtiyatlarının mühafizəsinə və
balıqçılığın tənzimlənməsinə həsr olunmuş yüzdən artıq universal və regional müqavilə
mövcuddur. Bu məsələ ilə bağlı əsas prinsip və mexanizmlər Dəniz hüququ üzrə 1982-ci il
BMT Konvensiyasında təsbit olunmuşdur. Konvensiya iştirakçı dövlətlərdən canlı ehtiyatların
qorunub saxlanması üçün bütün zəruri tədbirlərin görülməsini tələb edir. Dövlətlər bu sahədə
bir-biri ilə əməkdaşlıq etməli, müvafiq subregional və regional təşkilatlar vasitəsilə müəyyən
ehtiyatların qorunub saxlanması və sayının artırılması üçün səy göstərməlidirlər.
Bir çox konkret balıq növlərinin qorunub saxlanması və rasional istifadəsi məsələlərini
nizama salmaq məqsədilə 1995-ci ildə Dəniz hüququ üzrə BMT Konvensiyasının müvafiq
müddəalarının həyata keçirilməsi haqqında xüsusi Saziş bağlamışdır. Maddi normalardan
başqa, Saziş beynəlxalq əməkdaşlıq mexanizmləri də nəzərdə tutulur.
Dünya okeanının canlı ehtiyyatlarının mühafizəsi sahəsində bağlanmış digər müqavilələrə
misal olaraq aşağıdakıları göstərmək olar: Atlantik okeanın şimal-qərb hissəsində balıqçılıq
üzrə gələcək çoxtərəfli əməkdaşlıq haqqında 1978-ci il Konvensiyası; Antraktikanın canlı dəniz
ehtiyyatlarının mühafizəsi haqqında 1980-cı il Konvensiyası və s. Bu və digər müqavilələrdə
Dünya okeanının müvafiq akvotoriyasında canlı ehtiyyatların qorunub saxlanması ilə bağlı
dövlətlərin öhdəlikləri müəyyən edilmiş, bu öhdəliklərin yerinə yetirilməsi üzərində milli və
beynəlxalq nəzarət nəzərdə tutulmuşdur.
6. Beynəlxalq çay və göllərin mühafizəsi. Beynəlxalq çay və göllərin çirklənməsinə yol
verilməməsi və onların canlı ehtiyyatlarının mühafizəsi müvafiq sahilyanı dövlətlərin üzərinə
düşən vəzifədir. Bu vəzifələrin həyata keçirilməsi üçün sahilyanı dövlətlər regional və ikitərəfli
müqavilələr bağlayırlar. Müqavilələrin başlıca məzmunu ondan ibarət olur ki, sahilyanı
dövlətlər beynəlxalq çayın və gölün mövcud çirklənməsinin azaldılması üçün bütün zəruri
tədbirlər görməlidirlər. Belə tədbirlərin məqsədi digər dövlətə (dövlətlərə) və Dünya okeanı
sularına dəyə bilən zərərin qarşısını almaqdan ibarətdir. Bu müqavilələrdə göstərilir ki, suların
çirklənməsində təqsirli olan dövlət bütün dəymiş zərəri ödəməlidir.
Hazırda beynəlxalq çayların çirklənmədən qorunmasına dair 100-dən artıq beynəlxalq
müqavilə mövcuddur. Bu müqavilələrdə, əsas etibarilə, neft, kimyəvi və üzvi maddələrin çay
mühitinə atılmasını qadağan edən müddəalar təsbit olunmuşdur (məsələn, Reynin xloridlərlə
çirklənmədən qorunması haqqında 1976-cı il Konvensiyası; Reynin kimyəvi maddələrlə
çirklənmədən qorunması haqqında 1976-cı il Konvensiyası və s.).
Transsərhəd suaxınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsinə dair 1992-ci il
Konvensiyası isə nisbətən ümumi xaraqter daşıyır. Konvensiyanın iştirakçıları transsərhəd təsir
göstərən və ya göstərə bilən çirklənmənin qarşısını almaq və azaldtmaq üçün bütün müvafiq
tədbirləri görməlidirlər. Bu tədbirlərin görülməsi ilə bağlı bütün xərclər çirklənməyə yol vermiş
dövlətin üzərinə düşür. Konvensiya iştirakçı dövlətlərdən, habelə müvafiq hüquqi, inzibati,
iqtisadi və maliyyə tədbirlərinin işlənib hazırlanmasını və həyata keçirilməsini tələb edir.
7. Ətraf mühitin radioaktiv yoluxmadan mühafizəsi. Ətraf təbii mühitin radioaktiv
maddələrlə çirklənmədən beynəlxalq-hüquqi mühafizəsi iki istiqamətdə həyata keçirilir: 1)
nüvə, radioloji və neytron silahlarının sınağı və ya tətbiqinin qadağan edilməsi və ya
məhdudlaşdırılması; 2) “dinc atom”un istifadəsi prosesində ortaya çıxan neqativ nəticələrin
qaşısının alınması və ya aradan qaldırılması.
Birinci istiqamətdə aşağıdakı mühüm tədbirlər həyata keçirilmişdir: üç mühitdə -
atmosferdə, kosmik fəzada və su altında nüvə silahının sınağı qadağan edilmişdir (Atmosferdə,
kosmik fəzada və su altında nüvə silahı sınaqlarının qadağan edilməsi haqqında 1963-cü il
Müqaviləsi); nüvə silahının yayılması qadağan edilmişdir (Nüvə silahının yayılması haqqında
1968-ci il Müqaviləsi); nüvə silahının dəniz və okeanların dibində, Antarktikada və kosmosda
yerləşdirilməsi qadağan edilmişdir (müvafiq olaraq, Nüvə silahının və kütləvi qırğın silahlarının
digər növlərinin dəniz və okeanların dibində və onun təkində yerləşdirilməsinin qadağan
edilməsi haqqında 1971-ci il Konvensiyası; Antarktikada haqqında 1959-cu il Müqaviləsi və
Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə
dövlətlərin fəaliyyətinin prinsipləri haqqında 1967-ci il Müqaviləsi); Afrikada, Antarktikada,
Latın Amerikasında, Sakit okeanın cənub hissəsində və digər regionlarda nüvəsiz zonalar
yaradılmışdır.
kinci istiqamət üzrə qəbul olunmuş beynəlxalq sazişlərə misal olaraq aşağıdakıları
göstərmək olar: Nüvə gəmilərinin məsuliyyəti haqqında 1962-ci il Beynəlxalq Konvensiyası;
Nüvə materiallarının dəniz daşımaları sahəsində mülki məsuliyyət haqqında 1971-ci il
Konvensiyası; Nüvə materiallarının fiziki müdafiəsi haqqında 1980-cı il Konvensiyası; Nüvə
qəzası haqqında operativ xəbərvermə haqqında 1986-cı il Konvensiyası; Nüvə qəzası zamanı və
ya radiasiya qəza vəziyyətində kömək haqqında 1986-cı il Konvensiyas.
8. Heyvan və bitki aləminin müdafiəsi. Flora və faunanın beynəlxalq-hüquqi mühafizəsi bir
neçə istiqamətdə aparılır:
a) bütövlükdə flora və faunanın mühafizəsi (məsələn, Fauna və floranın, onların təbii
vəziyyətində qorunub saxlanması haqqında 1933-cü il Konvensiyası; Quşların mühafizəsi
haqqında 1950-ci il Beynəlxalq Konvensiyası; Bitkilərin mühafizəsi haqqında 1951-ci il
Beynəlxalq Konvensiyası);
b) balıqçılığın və dənizin digər canlı ehtiyatlarının ovunun nizama salınması (məsələn,
Balina ovunun nizama salınmasına dair 1946-ci il Beynəlxalq Konvensiyası; Dünya sularında
balıqçılıq haqqında 1958-ci il Konvensiyası; Antarktikanın canlı dəniz ehtiyatlarının
mühafizəsi haqqında 1980-cı il Konvensiyası və s.);
c) konkret növlərin mühafizəsi (məsələn, Atlantik suitilərinin mühafizəsi haqqında 1972-cı il
Konvensiyası; Ağ ayıların qorunub saxlanması haqqında 1973-cü il Sazişi və s.)
ç) yox olmaqda olan və ya nadir növlərin qorunması (məsələn, Vəhşi fauna və floranın yox
olmaq təhlükəsi altında olan növləri ilə beynəlxalq ticarət haqqında 1973-cü il Konvensiyası;
Vəhşi heyvanların köçəri növlərinin mühafizəsi haqqında 1979-cu il Konvensiyası və s.).
9. Ətraf mühitin müharibə dövründə qorunması.Özündə müharibə dövründə təbii mühitin
qorunması ilə bağlı normalar ehtiva edən bir sıra beynəlxalq-hüquqi aktlar mövcuddur.
Onlardan Quru müharibəsinin qanun və adətləri haqqında 1907-ci il Haaqa Konvensiyasını;
Müharibə
qurbanlarınınmüdafiəsinə
dair
1949-cu
il
CenevrəKonvensiyalarını;
CenevrəKonvensiyalarına I Əlavə Protokolu; Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən
hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında
1976-cı il Konvensiyasını, Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən
müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında
1980-cı il Konvensiyasını göstərmək olar.
Məsələn, I Əlavə Protokolun 35-ci maddəsi ətraf mühitin mühafizəsi prinsipini təsbit edir və
təbii mühitə genişmiqyaslı, uzunmuddətli və ciddi zərər yetirmək məqsədi düdən hərbi
əməliyyatların aparılmasının metod və vasitəlrini qadağan edir. Ətraf mühitin hucum obyektinə
çevrilməsi qadağan olunmuşdur.
Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən
məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyası iştirakçı
dövlətlərin üzərinə aşağıdakı əsas öhdəlikləri qoyur: a) Yerin dinamika və sturukturunu, onun
canlı aləmini, litosferi, hidrosferi, atmosferi və ya kosmosu qəsdən dəyişikliyə uğradan
vasitələrin hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadəsinə yol verməmək; b) təbii
mühiti dəyişikliyə uğradan vasitələrin hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə
edilməsində digər dövlətlərə və ya qurumlara yardım etməmək; c) təbii mühiti dəyişikliyə
uğradan vasitələrdın yalnız dinc məqsədlər üçün istifadə etmək; ç) bu Konvensiyaya zidd olan
hər hansı fəaliyyətin qadağan olunması və qarşısının alınması istiqamətində istənilən qanuni
tədbirləri görmək və s.
Adi silah növləri haqqında 1980-cı il Konvensiyasına əlavə olunmuş Yandırıcı silahların
tətbiqinə qoyulan qadağalar və məhdudiyyətlər haqqında Protokolda (III Protokol) meşələrin və
bitki örtüyünün digər növlərinin yandırıcı silahların tətbiqi ilə hücum obyektinə çevrilməsi
qadağan olunmuşdur.
Dostları ilə paylaş: |