Mövzu Beynəlxalq ümumi hüquq anlayışı, tənzimetm


  Beynəlxalq  iqtisadi  hüququn  prinsipl



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/19
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15194
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

4.  Beynəlxalq  iqtisadi  hüququn  prinsipləriBeynəlxalq  hüququn  əsas  prinsipləri  bütünlüklə 
beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində də tətbiq olunur. Bununla yanaşı, beynəlxalq iqtisadi 
hüququn xüsusi prinsipləri də mövcuddur: 
a) dövlətin öz təbii ehtiyatları və bütün iqtisadi fəaliyyət üzərində tam suverenliyi prinsipi; 

b) iqtisadi əməkdaşlıq sahəsində ayrı-seçkiliyə yol verilməməsi prinsipi; 
c) qarşılıqlı fayda prinsipi; 
ç) inkişaf etməkdə olan ölkələr üçün preferensial rejim prinsipi və s. 
Bundan əlavə, beynəlxalq iqtisadi hüquq sahəsində, iqtisadi əməkdaşlığın həyata keçirilməsi 
üçün  hüquqi  əsas  rolunu  oynayan  hüquqi  rejimlər  mövcuddur.  Prinsiplərdən  fərqli  olaraq,  bu 
hüquqi  rejimlər  müqavilə  rejimləridir,  yəni  onlar  yalnız  maraqlı  dövlətlər  bu  barədə 
razılaşdıqda tətbiq olunur. Bunlar aşağıdakılardır: 
1) əəlverişli rejim. Bir dövlət başqa bir dövlətə, onun vətəndaşlarına və hüquqi şəxslərinə 
istənilən  üçüncü  dövlət  üçün  nəzərdə  tutduğu  və  ya  tətbiq  edəcəyi  hüquq  və  güzəştlər  verir. 
Müvafiq  müqavilələrdə  tərəflər,  bir  qayda  olaraq,  göstərilən  rejimin  tətbiq  olunacağı  konkret 
sahəni müəyyən edirlər; malların idxal və ixracı; gömrük rüsumlaeı; nəqliyyat rejimi; tranzit və 
s. Ən əlverişli rejimdən, adətən, bəzi istisnalar müəyyən olunur (məsələn, qonşu ölkələr, inkişaf 
etməkdə olan ölkələr üçün nəzərdə tutulmuş xüsusi güzəştlər);  
2) milli rejim. Bu rejimə müvafiq olaraq, bir dövlətin vətəndaşları və hüquqi şəxsləri başqa 
bir  dövlətin  ərazisində  yerli  fiziki  və  hüquqi  şəxslərə  verilmiş  hüquqlardan  istifadə  edə  bilər. 
Milli  rejim,  adətən,  əcnəbilərin  hüquq  qabiliyyəti,  o  cümlədən  öz  hüquqlarının  məhkəmə 
vasitəsilə müdafiəsi məsələlərinə şamil olunur; 
3)  preferensial  rejim.  Bu  rejim  hər  hansı  dövlətə  və  ya  dövlətlər  qrupuna  xüsusi 
üstünlüklərin  (məsələn,  ticarət  güzəştlərinin)  verilməsini  nəzərdə  tutur.  O,  qonşu  dövlətlər 
arasındakı  münasibətlərdə  və  ya  inteqrasiya  sistemləri  çərçivəsində  tətbiq  olunur.  nkişaf 
etməkdə olan ölkələrə preferensiyaların verilməsi beynəlxalq iqtisadi hüququn prinsipidir. 
5.  Beynəlxalq  iqtisadi  münasibətlərin  ayrı-ayrı  sahələrində  əməkdaşğınbeynəlxalq-
hüquqi tənzimlənməsi. 
A. Beynəlxalq ticarət hüququ 
Beynəlxalq  ticarət  hüququ  beynəlxalq  iqtisadi  hüququn  yaranmasahəsidir:  Onun  əsas 
mənbələri
 aşağıdakılardır:  
a) ticarət müqavilələri – 
ikitərəfli əsasda bağlanır, tərəflər arasında ticarətin ümumi hüquqi 
əsasını  müəyyən  edir;  adətən,  uzun  müddətə  və  ya  müddətsiz  bağlanır.  Tərəflər  bu 

müqavilələrdə aşağıdakı məsələləri həll edirlər: ticarət və ya iqtisadi əlaqələri həyata keçirmək 
hüququ  olan  subyektləri  müəyyən  edirlər;  bir-birinə  bu  və  ya  digər  sahədə  müvafiq  hüquqi 
rejim verirlər; bir-birinin ərazisində öz fiziki və hüquqi şəxslərinin fəaliyyətinin hüquqi rejimini 
müəyyən edirlər və s.  
b)  əmtəə  dövriyyəsi  haqqında  sazişlər  – 
ikitərəfli  əsasda  qısa  müddətə  bağlanılır;  tərəflər 
arasında əmtəə dövriyyəsini təşkil edən malların kontingentini müəyyən edir. Bu müqavilələrə 
əsasən, tərəflər müəyyən edilmiş malların idxal və ixracı üçün maneəsiz lisenziyalar verilməsini 
təmin etməlidirlər. 
c)  beynəlxalqəmtəə  sazişləri  – 
ticarət  sahəsində  çoxtərəfli  sazişlərdir;  mineral  və  kənd 
təsərrüfatı  xammalını  idxal  və  ixrac  edən  dövlətlər  arasında  bağlanır.  Bu  sazişlərdə  dövlətlər 
müvafiq  malın  alqı-satqısı  üzərində  kvotalar  müəyyən  etməklə,  qiymətlərin  kəskin  surətdə 
qalxıb-enməsinin qarşısını almağa can atırlar (hazırda buğda, kakao, kofe, qənd və s. üzrə bu 
cür  sazişlər  mövcuddur).  Bəzi  sazişlər  praktiki  olaraq  həyata  keçirilməsi  üçün  beynəlxalq 
təşkilatlar yaradılır, məsələn, Neft ixrac edən ölkələrin Təşkilatı (OPEK).  
Beynəlxalq  ticarət  hüququ  sahəsində  aşağıdakı  beynəlxalq  təşkilatlar  və  ya  orqanlar 
mövcuddur:  
a)Ümumdünya  Ticarət  Təşkilatı  (ÜTT). 
1994-cü  ildə  QATT-ın  əvəzinə  yaradılmışdır. 
Hazırda  130-dan  çox  dövlət  bu  təşkilatın  üzvüdür.  Əsas  məqsədləri  aşağıdakılardır:  xarıci 
ticarətin liberallaşdırılması; gömrük tariflərinin aşağı salınması, ticarət sahəsində ayrı-seçkiliyə 
yol  verilməməsi.  Əsasında  bütün  üzv-dövlətlər  üçün  nəzərdə  tutulmalı  olan  ən  əlverişli  rejim 
prinsipi  durur.  ÜTT-nin  üzv-dövlətləri  dünya  ticarətinin  90%-dən  çoxuna  nəzarət  edirlər. 
Təşkilata  daxil  olmaq  istəyən  dövlət  bazar  iqtisadiyatına  malik  olmalı,  öz  qanunvericiliyini 
Təşkilatın çoxsaylı sazişlərinə uyğunlaşdırmalıdır. 
b)  Ticarət  və  inkişaf  üzrə  BMT  Konfransı  (YUNKTAD). 
1964-cü  ildə  təsis  olunmuşdur. 
BMT-nin  müstəqil  orqanıdır.  Əsas  məqsədi  beynəlxalq  ticarətə,  xüsusilə  xammal,  sənaye 
malları  ticarətə,  habelə  ticarətlə  bağlı  maliyyələşdirmə  sahəsində  əməkdaşlığa  dəstək 
verməkdən ibarətdir. 
c)  Beynəlxalq  ticarət  hüququ  üzrə  BMT  Komissiyası  (YUNS TRAL). 
1996-cı  ildətəsis 
olunmuşdur.  BMT  Baş  Assambleyasının  köməkçi  orqanıdır.  Başlıca  məqsədi  beynəlxalq 
konvensiyaların  və  digər  sənədlərin  layihələrini  hazırlamaq  yolu  ilə  beynəlxalq  ticarət 

hüququnun  inkişafına  dəstək  verməkdir.  Beynəlxalq  əmtəə  alqı-satqısında  iddia  müddəti 
haqqında 1974-cü il Konvensiyasını və bu Konvensiyaya 1980-cı il Əlavə Protokolunu, Dəniz 
yük daşıması haqqında 1974-cü il Konvensiyasını, Beynəlxalq əmtəə alqı- satqısı müqavilələri 
haqqında 1980-cı il BMT Konvensiyasını YUNS TRAL hazırlamışdır. 
ç)  Beynəlxalq  Ticarət  Palatası. 
1920-ci  ildə  təsis  olunmuşdur.  şgüzar  dairələrin  nüfuzlu 
təşkilatı  kimi  fəaliyyət  göstərir.  Milli  qanunvericiliyin  unifikasiyası  üzrə  iş  aparır,  fakultativ 
xaraqterli  beynəlxalq  aktlar  işləyib  hazırlayır.  Məsələn,  praktikada  məşhur  olan  “Ticarət 
terminlərinin  təfsirinin  beynəlxalq  qaydaları”nı  ( nkoterms)    Beynəlxalq  Ticarət  Palatası 
hazırlamışdır. 
d) 
Oxşar  funksiyalar  1926-cı  ildə  təsis  olunmuş  Xüsusi  hüququn  unifikasiyası  üzrə 
Beynəlxalq  nstitut (UN DRUA) 
tərəfindən həyata keçirilir. 
 
B. Beynəlxalq maliyyə hüququ 
 
Beynəlxalq  maliyyə  hüququ  –  dövlətlərarası  valyuta-maliyyə  münasibətlərini  nizama 
salan beynəlxalq hüquq prinsip və normalarının məcmusuna deyilir. 
Beynəlxalq maliyyə hüququnun (bəzən bu yarımsahə beynəlxalq valyuta hüququ 
adlandırılır)  predmeti  olan  valyuta-maliyyə  münasibətlərinə  hesablaşma,  kredit  münasibətləri, 
kommersiya  əqdlərinin  maliyyə  təminatı,  valyuta  bazarının  təkminləşdirilməsi  və  habelə 
valyuta-kredit təşkilatlarının yaradılması və fəaliyyəti üzrə münasibətlər daxildir. 
Beynəlxalq  maliyyə  hüququnun  əsas  müqavilə  mənbələri  aşağıdakılardır:  a)  ticarət  və  ya 
iqtisadi əməkdaşlığa dair ümumi müqavilələr; əmtəə dövriyyəsi və ödənişlər haqqında sazişlər; 
b) klirinq sazişləri; c) ödəmələr haqqında sazişlər; ç)kredit sazişləri.  Göstərilən  sahədə  bir  sıra 
mühüm beynəlxalq təşkilatlar mövcuddur: 
Beynəlxalq  Valyuta  Fondu  (BVF).  Beynəlxalq  valyuta-maliyyə  təşkilatları  sistemində 
mərkəzi  yer  tutur. 1945-ci ildə  yaradılmışdır. 1947-ci ildən  BMT-nin ixtisaslaşdırılmış  təsisat 
statusuna malikdir. 184 dövlət hazırda BVF-nin üzvüdür. BVF-nin əsas məqsədi – dövlətlərin 
valyuta-maliyyə  siyasətini  əlaqələndirmək  və  onların  tədiyə  balanslarını  və  valyuta  kurslarını 

qoruyub saxlamaq üçün onlara kredit verməkdən ibarətdir. BVF valyuta sahəsində beynəlxalq 
əməkdaşlığa  və  dünya  ticarətinin  inkişafına  dəstək  verir,  dövlətlər  arasında  valyuta 
münasibətlərinin qaydaya salınması üçün tədbirlər görür.  
BVF-nin ali orqanı  darəetmə Şurasında Təşkilatın hər bir üzvünün səsvermə hüququ onun 
nizamnamə  kapitalındakı  payından  asılıdır.  Bu  pay  dövlətin  dünya  iqtisadiyyatında  yeri  ilə 
müəyyən edilir və  darəetmə Şurası tərəfindən təsdiq edilir. 
Ümumdünya  Bankı  BMT  ilə  əlaqəli  olan  mürəkkəb  beynəlxalq  qurumdur;  bu  sistemə 
habelə  tam  müstəqil  təşkilat  sayılan  üç  filial  –  Beynəlxalq  Maliyyə  Korparasiyası  (BMK), 
Beynəlxalq  nkişaf  Assosiasiyası  (B A)  və  nvestisiya  təminatları  üzrə  Çoxtərəfli  Agentlik 
( TÇA) 
daxildir. Bu təsisatların ümumi məqsədi BMT-nin az inkişaf etmiş üzvlərinin iqtisadi və 
sosial  inkişafına  maliyyə  yardımı,  məsləhət  xidməti  və  kadr  hazırlığına  kömək  göstərilməsi 
yolu ilə dəstək verməkdir. BVF-də olduğu kimi, Ümumdünya Bankında da üzv-dövlət Bankın 
nizamnamə kapitalındakı öz payına uyğun səs sayına malikdir. 
 
C. Beynəlxalq investisiya hüququ 
 
Beynəlxalq investisiya hüququ – beynəlxalq iqtisadi hüququn müstəqil yarımsahəsi olub, 
kapital qoyuluşu ilə bağlı dövlətlər arasındakı münasibətləri nizama salır. 
Beynəlxalq investisiya hüququnun əsas prinsipi budur: hər bir dövlət öz ərazisində 
xarici  investisiyaları  özünün  milli  maraqlarına  uyğun  olaraq  nizama  salmaq  və  nəzərdə 
saxlamaq hüququna malikdir. 
  Beynəlxalq  investisiya  münasibətləri,  əsas  etibarilə,  ikitərəfli  müqavilələrlə  nizama  salınır. 
Bu müqavilələrdə əcnəbi investorlar üçün hüquqi rejim (adətən, milli rejim) müəyyən olunur, 
kapital  qoyulan  dövlət  tərəfindən  verilən  təminatlar  sadalanır,  bu  dövlətlə  əcnəbi  investorlar 
arasındakı mübahisələrin həlli qaydası təsbit olunmur. 
  Sözü  gedən  sahədə  nvestisiya  təminatları  üzrə  Çoxtərəfli  Agentlik  mühüm  rol  oynayır. 
Agentliyin  əsas  məqsədi  istehsal  məqsədləri  üçün  xarici  investisiyaları  həvəsləndirməkdən 
ibarətdir.  O,  xarici  investisiyaları  qeyri-kommersiya  xaraqterli  risklərdən  (məsələn,  ölkədən 

valyuta  çıxarılmasının  qadağan  edilməsi,  milliləşdirmə,  müharibə,  dövlətdaxili  ixtişaşlar) 
sığorta edir və bu məqsədlə investorlarla müvafiq kontrakt bağlayır. 
6. Regional iqtisadi əməkdaşğın təşkilati formaları. BMT çərçivəsində iqtisadi əməkdaşlıq. 
Bu  əməkdaşlıq  EKOSOK  tərəfindən  yaradılmış  iqtisadi  komissiyalar  çərçivəsində  həyata 
keçirilir: 
a)  BMT-nin  Avropa  iqtisadi  komissiyası;  buraya  Avropa  dövlətləri;  keçmiş  sovet 
respublikaları, habelə ABŞ və Kanada daxildir;  
b) Asiya və Sakit okean üçün BMT-nin iqtisadi və sosial komissiyası (Qərbi Asiyanın ərəb 
ölkələrindən  başqa,  Asiya  dövlətləri,  Okeaniya  dövlətləri,  habelə  Böyük  Britaniya,  ABŞ  və 
Fransa); 
c) Afrika üçün BMT-nin iqtisadi komissiyası (Afrika dövlətləri); 
ç)  Qərbi  Asiya  üçün    BMT-nin  iqtisadi  komissiyası  (Qərbi  Asiyanın  ərəb  ölkələri,  Misir, 
habelə Fələstin);  
d) Latin Amerikası və Karib hövzəsi üçün  BMT-nin iqtisadi komissiyası (Latin Amerikası 
ölkələri, habelə Böyük Britaniya, Niderland,  spaniya, Kanada, ABŞ və Fransa). 
Göstərilən  komissiyaların  məqsədi  müvafiq  regionda  yerləşən  ölkələrin  iqtisadi  inkişafına 
dəstək vermək və onların əhalisinin həyat səviyyəsini yüksəltməkdən ibarətdir. Komissiyaların 
ali orqanı üzv-dövlətlərin nümayəndələrinin plenar sessiyasıdır. Onların tərkibində icra orqanı 
kimi katiblik, daimi və müvəqəti köməkçi orqanlar vardır. 
Avropa  bərpa  və  inkişaf  Bankı.  1990-cı ildə təşkil olunmuşdur. Londonda yerləşir. Bank, 
əsas 
etibarilə, 
mühüm 
infrastruktur 
obyektlərinin 
(nəqliyyat 
şəbəkələrinin, 
telekommunikasiyaların və s.) yaradılması üçün vəsait ayırır. Xüsusi sektor üçün kreditlər Bank 
tərəfindən verilən borcun 60%-ni, dövlət sektoru üçün kreditlər isə - 40%-ni təşkil etməlidir. 
qtisadi əməkdaşliq və inkişaf Təşkilatı ( Ə T). 1948-ci ildən fəaliyyət göstərir (1960-cı ilə 
qədər  –  Avropa  qtisadi  Əmıkdaçlıq  Təşkilatı).  30-a  qədər  dövlət  Təşkilatın  üzvüdür.  Əsas 
məqsədləri:  üzv-dövlətlərin  ümumi  iqtisadi  və  ticarət  siyasətinin  reallaşdırılması;  onların, 
inkişaf etməkdə olan ölkələrə yardımetməsi ilə bağlı siyasətin əlaqələndirilməsi.  Ə T aşağıdakı 
sturuktura malikdir: daimi fəaliyyət göstərən Şura (rəhbər orqan);  cra komitəsi; Katiblik (Baş 

Katib  rəhbərlik  edir).  Bundan  əlavə,  Təşkilatın  yüzdən  artıq  ixtisaslaşdırılmış  orqanı  vardır. 
Ə T-in orqanlarının qərarları tövsiyə xaraqteri daşıyır.  
Avropa  ttifaqı (A ). Unikal siyasi-hüquqi keyfiyyətə malik dövlətlər birliyidir.  lk əvvəl sırf 
iqtisadi  məqsədlərlə  yaradıldığına  baxmayaraq,  Avropa  ttifaqı  indi  siyasi-iqtisadi  quruma 
çevrilmişdir.  Əsası  1951  və  1957-ci  illərdə  qəbul  olunmuş  üç  müqavilə  ilə  qoyulmuşdur: 
Avropa  Kömür  və  Polad  Birliyinin  yaradılması  haqqında  təsis  müqaviləsi  (1951-ci  il);  Atom 
enerjisi  üzrə  Avropa  Birliyinin  yaradılması  haqqında  təsis  müqaviləsi  (1957-ci  il)  və  Avropa 
ttifaqı  Birliyinin  təsis  olunması  haqqında  Roma  müqaviləsi  (1957-ci  il).  Bunlardan  əlavə, 
Avropa  ttifaqının təşkili  və  fəaliyyəti  aşağıdakı  hüquqi sənədlərə  əsaslanır: 1965-ci  il  Brüsel 
müqaviləsi (üç Birliyin vahid orqanları yaradılmışdır); 1971-ci il Lüksemburq  müqaviləsi (ən 
mühüm məsələlər üzrə qərarların yalnız ümumi razılıq əsasında qəbul olunması barədə razılıq 
əldə edilmişdir); 1986-cı il Vahid Avropa aktı (1993-cü ilə qədər vahid daxili bazar yaradılması 
və siyasi əməkdaşlığa doğru irəliləmək məqsədi qoymuşdur); 1990-cı il Şengen sazişi (1993-cü 
ildən bəzi A  ölkələri tərəfindən vahi viza rejiminə keçid nəzərdə tutulmuşdur); Avropa  ttifaqı 
haqqında  1992-ci  il  Maastrix  müqaviləsi  (XX  əsrin  sonuna  ümumi  müdafiə  daxil  olmaqla, 
siyasi  ittifaqın  və  vlyuta-iqtisadi  ittifaqın  yaradılması  nəzərdə  tutulmuşdur);  1997-ci  il 
Amsterdam  sazişləri  (sosial  sahədə  əməkdaşlığın  gücləndirilməsi  və  əhalinin  miqrasiyasının 
liberallaşdırılması haqqında) və vahid valyuta – yevroya keçid haqqında 1998-ci il sazişi.  
Bu  sazişlər,  A -nin  orqanlarının  qəbul  etdiyi  çoxsaylı  normativ  aktlarla  birgə  “Avropa 
ttifaqı hüququ
” və ya “Avropa hüququ” adlanan xüsusi hüquqi sistem əmələ gətirir. 
A -nin  məqsədi  gömrük,  iqtisadi  və  habelə  siyasi  ittifaq  yaradılması  üçün  inteqrasiya 
proseslərini  ardıcıl  inkişaf  etdirməkdir.  Bu  yolda  A   dövlətləri  aşağıdakılara  nail  olmuşlar: 
qarşılıqlı ticarətdə rüsumların tamamilə ləğvi; vahid xarici gömrük tarifinin müəyyən olunması; 
adamların, malların və kapitalın sərhədlərdən azad keçidi; vahid ticarət və aqrar siyasətinhəyata 
keçirilməsi; vahid patent sistemi; vahid valyuta və s. 
A -nin hazırda 15 üzvü vardır. 
A -nin əsas orqanları bunlardır: Şura, Komissiya, Avropa parlamenti, Avropa məhkəməsi. 
Şura  –  A -nin  ali  orqanıdır.  Onun  iclasları,  bir  qayda  olaraq,  dövlət  və  hökumət  başçıları 
səviyyəsində keçirilir. Ən mühüm məsələlər üzrə qərarlar yekdil səslə qəbul edilir. 

Komissiya  (
Avropa  Komissiyası)  –  daimi  fəaliyyət  göstərən  icra  orqanıdır;  o,  üzv-
dövlətlərdən asılı olmayan və məcburi aktlar vermək səlahiyyəti olan orqandır. 
Şura və Komissiya öz səlahiyyətləri çərçivəsində aşağıdakı hüquqi aktları qəbul edə bilər: 
a) qərarlar (reqlamentlər): 
həm üzv-dövlətlər, həm də onların fiziki və hüquqi şəxsləri üçün 
məcburi qüvvəyə malikdir; hər bir üzv dövlətin ərazisində birbaşa tətbiq olunmalıdır;  
b)  direktivlər: 
üzv-dövlətlər  üçün  məcburi  qüvvəyə  malikdir;  onların  yerinə  yetirilməsinin 
forma və vasitələri dövlətlərin öz səlahiyyətindədir; 
c)  qətnamələr: 
yalız  aidiyyəti  üzrə  məcburidir;  fərdi  xaraqter  daşıyır  və  üzv-dövlətlərdə 
bilavasitə tətbiq olunur; 
ç) tövsiyə və rəylər; 
məcburi xaraqter daşımır. 
Avropa  parlamenti  - 
üzv-dövlətlərin  vətəndaşları  tərəfindən  birbaşa  seçilən  deputatlardan 
ibarət  birpalatalı  orqandır.  Ölkələr  üçün  kvotalar  müəyyən  olunmuşdur.  Deputatlar  dövlət 
mənsubiyyətinə görə deyil, partiya mənsubiyyətinə görə qruplaşdırılır. Avropa parlamenti A -
nin  orqanları  ilə  bağlı  məsləhətçi,  nəzarət  və  büdcə  səlahiyyətlərinə  malikdir.  Parlamentin 
sessiyaları hər ay keçirilir. Parlament Şuranın bəzi aktları üzərində veto hüququna malikdir və 
habelə Şura ilə birgə müəyyən məsələlərə aid aktlar qəbul edə bilər. 
Avropa məhkəməsi (
bəzən Lüksemburq məhkəməsi adlanırA -nin yurisdiksiyası sahəsində 
ali  məhkəmə  hakimiyyətidir.  Üzv-dövlətlərin  hökumətləri  tərəfindən  6  illik  müddətə  təyin 
olunan 15 hakimdən və 9 baş vəkildən ibarətdir. Məhkəmə yalniz həm üzv-dövlətlərin və A -
nin orqanları, həm də şəxslər tərəfindən ona təqdim olunmuş konkret işlər üzrə qərarlar çıxara 
bilər. Avropa məhkəməsi beynəlxalq məhkəmə təcrübəsində öz təkrarolunmaz xaraqterinə görə, 
beynəlxalq, konstitusiya və inzibati məhkəmə funksiyalarına malikdir. 
Əsas orqanlarla yanaşı, A  çərçivəsində çoxlu sayda köməkçi orqanlar, habelə bir sıra xüsusi 
fondlar fəaliyyət göstərir. A  digər dövlətlərlə, əsasən, inkişaf etməkdə olan ölkələrlə 200-dən 
artıq  əməkdaşlıq  haqqında  ikitərəfli  və  çoxtərəfli  saziş  bağlamışdır.  Bunların  içərisində 
müntəzəm olaraq yeniləşdirilən Lome konvensiyalarını xüsusilə qed etmək lazımdır. Afrikanın 
Karib hövzəsinin və Okeaniyanın 60-dan artıq inkişaf etməkdə olan ölkəsinin iştirak etdiyi bu 
konvensiyalarda  həmin  ölkələrə  müəyyən  güzəştlər  və  maliyyə  dəstəyi  verilir.  A -yə  daxil 

olmağa hazırlaşan bəzi dövlətlər (Bolqarıstan, Macarıstan, Polşa, Slovakiya, Çexiya və s.) A  
ilə assosiasiya haqqında sazişlər bağlamışlar. 
Haqqında bəhs etdiyimiz təşkilatlardan əlavə, Avropa azad ticarət Assosiasiyasını, Avropa 
iqtisadi məkanını, Şimali Amerika azad ticarət zonasını 
göstərmək olar. 
nkişaf  etməkdə  olan  ölkələr  öz  aralarında  iqtisadi  əməkdaşlıq  sahəsində  xeyli  təşkilat 
yaratmışlar:  qtisadi əməkdaşlıq təşkilatı (Azərbaycan Respublikası bu təşkilata daxildir), Afro 
–  Asiya  iqtisadi  əməkdaşlıq  təşkilatı  (AFRASEK),  Katib  Birliyi  (KAR KOM),  Latın  Amerikası 
inteqrasiya assosiasiyası, “And qrupu” 
və s. 
 
MÖVZU 11: BEYNƏLXALQ DƏN Z HÜQUQU 
Plan: 
1. Beynəlxalq dəniz hüququnun anlayışı və mənbələri 
2. Dəniz məkanlarının təsnifatı 
3. Daxili dəniz suları. 
4. Ərazi dənizi 
5. Bitişik zona 
       6. Müstəsna iqtisadi zona  
7. Kontinental şelf 
       8. Açıq dəniz  
       9. Beynəlxalq dəniz dibi rayonu 
       10. Qapalı və ya yarımqapalı dəniz  
       11. Xəzər gölünün beynəlxalq-hüquqi statusu  
       12. Dənizə çıxışı olmayan dövlətlərin hüquqları 
       13. Beynılxalq boğazlar və Beynəlxalq kanallar 

       15. Beynəlxalq dəniz təşkilatları  
 
Ədəbiyyat siyahısı. 
  Бекяшев К.А., Волков А.А., Каргополов С.Г. Морское и рыболовное право.М., 1990. 
  Бякишев  К.А.,  Сапронов  В.Д.  Мировое  рыболовство:  вопросы  международного 
сотрудничества. М., 1990. 
  Василенко  В.А.,  Высоцкий  А.Ф.,  Рыбальчик  Д.Э.  Международное  морское  право. 
Киев, 1988. 
  Высоцкий А.Ф. Морской регионализм. Киев, 1988. 
  Головатый  С.П.  200-мильная  экономическая  зона  в  Мировом  океане(международно-
правовые проблемы). Киев, 1984. 
  Колодкин А.Л. Мировой океанмеждународно-правовой режимОсновные проблемы. 
М., 1973. 
  Лазарев М.И. Теоретические вопросы современного международного морского права. 
М., 1983. 
  Мамедов  Р.Ф.  Международно-правовой  статус  Каспийского  моря  как  пограничного 
озера //Beynəlxalq hüquq. Вакı. 1998. №1. С. 9-15. 
  Мамедов Р. Международно-правовая делимитация Каспийского моряБаку,2001. 
  Мовчан А.П. Международное морское право(основные положения). Учебное пособие. 
М., 1997. 
  Молодцов С.В. Международное  морское право. М., 1987. 
  Открытое мореМеждународные прливыАрхипелажные воды. М., 1988. 
  Словарь международного морского права. М., 1985. 
  Яковлев И.И. Международный орган по морскому дну. М., 1986. 
  Brown E.D. The International Law of the sea. Vol. 1-2. Dartmouth:1994. 

  Van Zyl U. The “Common Heritage of Mankind” and the 1982 Law of the Sea Convention: 
Principle, Plan, Panacea. //The Contemporary and International Law. 1993. vol. 26. P. 49-66. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin