6. Beynəlxalq fərdi cinayət məsuliyyətinin həyata keçirilməsi mexanizmi.Beynəlxalq
cinayət törətmiş fiziki şəxslərin cinayət məsuliyyətinə cəl olunmasında və mühakimə
olunmasında milli məhkəmələr əhəmiyyətli rol oynaya bilər və əslində oynamalıdır. Bir sıra
ölkələrin (Almaniya, ABŞ, Fransa, srail və b.) məhkəmə orqanları xüsusilə kinci dünya
müharibəsi dövründə rörədilmiş beynəlxalq cinayətlərlə bağlı xeyli sayda əhəmiyyətli hökümlər
çıxarılmışdır. Göstərilən hüquq və vəzifəni adekvat həyata keçirmək üçün hər bir dövlət öz
milli qanunvericiliyinə maddi və prosessual hüquqi mexanizmlər nəzərdə tutulmalıdır. Hər
şeydən əvvəl, bu o deməkdir ki, dövlət müvafiq beynəlxalq sazişlərin tələblərindən çıxış
edərək, beynəlxalq cinayət tərkiblərini öz cinayət qanunvericiliyinə daxil etməlidir.
Diqqətəlayiq haldır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ayrıca bölmə (Bölmə
VII) sülh və bəşəriyyət əleyhinə cinayətlərə həsr olunmuşdur. Digər beynəlxalq cinayətlər də
Məcəllənin müvafiq maddələrində öz adekvat əksini tapmışdı.
Lakin beynəlxalq cinayət yurisdiksiyasının həyata keçirilməsi üçün ən optimal mexanizm
daimi fəaliyyət göstərən beynəlxalq cinayət məhkəməsidir. Lakin belə bir məhkəmə bu günə
qədər hələ fəaliyyətə başlamamışdır. Bununla yanaşı, konkret tarixi şəraitdə və konkret
məkanda baş vermiş hadisələri araşdırmaq və ağır cinayətlər törətmiş şəxsləri mühakimə etmək
məqsədilə ad hoc əsasda beynəlxalq tribunallar təsis olunmuşdur. Bunlar ikinci dünya
müharibəsindən sonra yaradılmış Nürnberq və Tokio tribunalları və müvafiq olaraq 1993-cü və
1994-cü illərdə yaradılmış Yuqoslaviya və Ruanda tribunallarıdır. Son iki tribunal, “qalib
dövlətlər” tərəfindən yaradılan Nürnberq və Tokio tribunallarıdan fərqli olaraq, ilk dəfə idi ki,
beynəlxalq təşkilatın qərarı, daha doğrusu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri
əsasında yaradılmışdır.
Nürnberq və Tokio tribunalları. Bu iki tribunal beynəlxalq cinayətlər törətmiş şəxsləri
mühakimə etmək üçün təsis olunmuş ilk beynəlxalq məhkəmə orqanları idi. Onlar ikinci dünya
müharibəsi illərində törədilmiş misilsiz vəhşiliklərə cavab olaraq qalib dövlətlər tərəfindən
yaradılmışdı. Nürnberq tribunalı ABŞ, Böyük Britaniya, SSR və Fransa arasında 1945-ci ildə
bağlanmış Sazişdə nəzərdə tutulmuşdu. Sonralar daha 19 dövlətin qoşulduğu bu Sazişə
Beynəlxalq hərbi tribunalın Nizamnaməsi ə
lavə olunmuşdu. Uzaq Şərq üçün Beynəlxalq hərbi
tribunal 11 dövlət (ABŞ, Böyük Britaniya, SSR , Fransa, Çin, Avstraliya, Yeni Zelandiya,
Kanada, Niderland, Filippin və Hindistan) arasında 1946-cı ildə imzalanmış Sazişə müvafiq
olaraq təsis olunmuşdu. Yaponiya militaris siyasətinin aparıcı fiqurlarını cəzalandırmaq
məqsədi daşıyan bu Tribunal Nürnberq tribunalının, prinsip etibarilə, eyni idi.
Nürnberq tribunalının yurisdiksiyasına sülh əleyhinə cinayətlər, müharıbə cinayətləri, və
insanlıq əleyhinə cinayətlər aid edilmişdi. Bu Tribunalın Nizamnaməsi və çıxardığı hökümlər
beynəlxalq cinayət hüququnun inkişafına əhəmiyyətli təkan vermişdir. Bir sıra Nürnberq
prinsiplri sonralar beynəlxalq adət hüququna daxil olmuşdur; məsəln, müttəhim dövlət başçısı
və ya digər məsul vəzifəli şəxs olması onu göstərilən cinayətlərə görə məsuliyyətdən azad
etmir; cinayətin yuxarı vəzifəli şəxsin və ya hərbi komandirin əmrinə əsasən törədilməsi
tabeçilikdə olan şəxsi məsuliyyətdən azad etmir; lakin yüngülləşdirici hal kimi çıxış edə bilər
və s. Nürnberq tribunalı nəinki fiziki şəxslərin, habelə təşkilatların da cinayət məsuliyyəti
barədə məsələ qaldırmışdı. Tribunal 12 nəfəri ölüm cəzasına, 7 nəfəri azadlıqdan məhrumetmə
cəzasına məhkum etmiş, 3 nəfərə isə bəraət vermişdi.
Yuqoslaviya tribunalı 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 23 fevral 1993-cü il tarixli
808 saylı və 25 may 1993-cü il tarixli 827 saylı qətnamələri əsasında yaradılmışdır. Tribunalın
öz Nizamnaməsi əsasında fəaliyyət göstərir. Nizamnamədə aşağıdakı cinayət tərkibi
göstərilmişdir: Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarının
ciddi pozuntuları; müharibə qanun və adətlərinin pozulması (bu, əsasən, beynəlxalq humanitar
hüququn “Haaqa hüququ” adlanan hissəsinin ciddi pozuntularını əhatə edir); genosid və
insanlıq əleyhinə cinayətlər. 6-cı maddəyə əsasən, Tribunal yalız fiziki şəxslər üzərində
yurisdiksiyaya malikdir (hüquqi şəxsıər buraya daxil edilmir). Tribunal aşağıdakı orqanlardan
ibarətdir: 1) iki birinci instansiya palatası və Apellyasiya palatası; 2) Prokuror; 3) Dəftərxana
(o, həm palatalara, həm də Prokurora xidmət edir). Nizamnamədə, bunlardan əlavə, aşağıdakı
məsələlər öz əksini tapmışdır: ibtidai istintaq və ittihamnamənin təsdiqi; məhkəmə baxışı;
müttəhimlərin hüquqları, zərərçəkənlərin və şahidlərin müdafiəsi; höküm və cəza məsələləri;
apellyasiya və yeni faktların aşkara çıxarılması ilə hökmə yenidən baxılması; hökmün icrası;
əfv və hökümlərin əvəz olunması; əməkdaşlıq və hüquqi yardım; Tribunalın imtiyaz və
immunitetləri; Tribunalın xərcləri və s.
Yuqoslaviya tribunalının olduğu yer Niderlandın Haaqa şəhəridir.
Tribunal artıq yüzdən artıq şəxs barəsində ittiham irəli sürmüş və onlarla şəxs barəsində
hökm çıxarmışdır.
Ruanda tribunalı 1994-cü il noyabrın 8-də Təhlükəsizlik Şurasının 955 saylı qətnamsi
əsasında təsis olunmuşdur. Bu tribunal Ruandada və ona qonşu ölkələrdə qısa müddət ərzində
törədilmiş görülməmiş vəhşiliklərə cavab tədbiri kimi yaradılmışdır: 1994-cü ildə üç ay
ərzində, əsasən, tutsi etnik qrupundan olan 500000 adam kütləvi qırğına məruz qalmışdır. Buna
görə də Ruanda tribunalının yurisdiksiyasına birinci növbədə genosid cinayəti daxil edilmişdir.
Ruanda tribunalının Nizamnaməsi Yuqoslaviya tribunalının Nizamnaməsini əsasən təkrarlayır.
Tribunal 1998-ci il sentyabrın 2-də beynəlxalq cinayət hüququ tarixində ilk dəfə olaraq
genosidlə bağlı hökm (Taba rayonunun meri Jan Pol Akayesuya qarşı) çıarmışdır. Ruanda
tribunalının bu günə kimi çıxdığı 10-na qədər hökm genosid cinayətinin düzgün tövsifi
baxımından olduqca əhəmiyyətlidir.
Tribunal olduğu yer Aruşa şəhəridir (Tanzaliya).
Beynəlxalq cinayət məhkəməsi. BMT Beynəlxalq hüquq komissiyası tərəfindən işlənib
hazırlanmış müvafiq Nizamnamə layihəsi 1994-cü ildə BMT Baş Assambleyasının xüsusi
Hazırlıq Komitəsi tərəfindən bəyənilmiş və 1998-ci ilin iyul ayında Romada keçirilmiş
diplomatik konfransda böyük səs çoxluğu ilə qəbul olunmuşdur. Nizamnaməyə görə,
Beynəlxalq cinayət məhkəməsi fakultativ yurisdiksiyaya malik olacaq, milli məhkəmələr
cinayət yurisdiksiyasını tamamlayacaq daimi beynəlxalq təsisat kimi nəzərdə tutulmuşdur.
Beynəlxalq cinayət məhkəməsinin yurisdiksiyası dövlətlərə deyil, yalınz fiziki şəxslərə
şamil ediləcəkdir.
Məhkəmənin yurisdiksiyasına aşağıdakı cinayətlər aid edilmişdir: a) genosid; b) təcavüz; c)
beynəlxalq humanitar hüququn ciddi pozuntuları və c) insanlıq əleyhinə cinayətlər.
Nizamnaməyə görə, Beynəlxalq cinayət məhkəməsinin yurisdiksiyası Nizamnamənin
qüvvəyə mindiyi andan sonra baş vermiş cinayətlərə şamil olunmur.
Məhkəmə öz yurisdiksiyasını o halda həyata keçirə bilər ki, ərazisində cinayət baş vermiş
dövlət və yaxud müttəhimin vətəndaşı olduğu dövlət ya Nizamnamənin iştirakçısıdır, ya da
xüsusi bəyanat vasitəsilə Məhkəmənin yurisdiksiyasını qəbul edir. Məhkəmənin
yurisdiksiyasının həyata keçirilməsi üçün təşəbbüskar iştirakçı dövlət, Təhlükəsizlik Şurası və
ya Prokuror olabilər. Diqqətəlayiq haldır ki, Prokuror özü istintaqa başlaya bilər. O, hətta
müvafiq dövlətin razılığı olmadan onun ərazisində bir sıra məhdud xaraqterli istintaq həyata
keçirmək səlahiyyətinə malikdir.
7. Cinayətkarlıqla mübarizə sahəsində dövlətlərin əməkdaşlığının təşkilati mezanizmi.
Beynəlxalq cinayətkarlıqla mübarizə sahəsində dövlətlərin əməkdaşlığının müxtəlif təşkilati
formaları mövcuddur. Əsas etibarilə bu əməkdaşlıq BMT sistemində həyata keçirilir.
Birinci növbədə Cinayətkarlığın qarşısının alinması və cinayət ədalət mühakiməsi üzrə
Komissiyanı (1991-ci ilə qədər – Cinayətkatlığın qarşısının alinması və onunla mübarizə üzrə
Komissiya)
göstərmək lazımdır. Cinayətkarlıqla mübarızə üzrə əməkdaşlıq məsəsləri ilə məşğul
olan BMT orqanları sistemində bu Komissiya mərkəzi yer tutur. Komissiya EKOSOK
tərəfindən üç il müddətinə seçilən 40 dövlətin nümayəndələrindən ibarətdir. Onun başlıca
funksiyaları aşağıdakılardır: göstərilən sahədə BMT-nin önəmli prinsiplərinin işlənib
hazırlanması; Cinayətkatlığın qarşısınınalinması sahəsində BMT Proqramının (BMT Baş
Assambleyasının 46-cı sessiyasında qəbul olunmuşdur) həyata keçirilməsi gedişinə nəzarət;
regional və regionlararası təsisatların fəaliyyətinin əlaqələndirilməsi.
BMT Baş Assambleyasının 1950-ci ildə qəbul etdiyi qərara əsasən, hər beş ildən bir
Cinayətkarlığın qarşısının alinması və cinayətkarlıqla rəftar üzrə BMT-nin Konqresləri
keçirilir. Bu Konqreslərdə son beş il ərzində sözü gedən sahədə dövlətlərin əməkdaşlığının
nəticələri təhlil edilir, sonrakı dövr üçün fəaliyyət istiqamətləri və konkret tədbirlər müəyyən
edilir. Aşağıdakı məsələlər son dövürdə keçirilmiş Konqreslərin diqqət mərkəzində olmuşdur:
inkişaf kontekstində cinayətkarlığın qarşısının alınması və cinayət ədalət mühakiməsi;
terrorizm, mütəşəkkil cinayətkarlıq və çirkli pulların yuyulması kimi cinayətlərlə birgə
mübarizə; yetkinlik yaşına çatmamış şəxslər tərəfindən törədilən cinayətlərin qarşısının
alınması və bu şəxslərə qarşı ədalət mühakiməsinin həyata keçirilməsi və s.
Bunlardan əlavə, BMT Katibliyi çərçivəsində yaradılmış osial inkişaf və humanitar
məsələlər üzrə Mərkəzi,
bu Mərkəz yanında fəaliyyət göstərən Cinayətkarlığın qarşısının
alinması və cinayət ədalət mühakiməsi üzrə Şöbəni
göstərmək olar.
BMT sistemindən kəharda da cinayətkarlıqla mübarızə üzrə təşkilat və orqan mövcuddur.
Onların sırasında ən əsası və ən səmərəlisi Beynəlxalq Cinayət Polisi Təşkilatıdır ( nterpol).
nterpolun əsası 1923-cü ildə qoyulmuşdur. O, milli polis idarələrinin nümayəndələrindən
ibarətdir. nterpolun əsas məqsədi cinayətkarlıqla mübarızədə müxtəlif dövlətlərin polis
orqanlarının səylərini birləşdirməyə yardım etməkdir. nterpol minlərlə təhlükəli cinayətkarların
kartotekasını aparır. O, aşağıdakı strukrura malikdir: Baş Assambleya, craiyyə komitəsi (ona
Prezident rəhbərlik edir), Baş katiblik, ayrı-ayrı şöbələr (inzibati, elmi-tədqiqat, polis, texniki
təminat), yarım şöbələr (ümumi cinayətlər, narkomaniya ilə mübarızə, iqtisadi cinayətkarlıq və
s.), milli mərkəzi bürolar. Mənzil-qərargahı Fransanın Lion şəhərində yerləşir.
8. Cinayətkarların verilməsi. Cinayətkarların verilməsi (ekstradisiya) institutu beynəlxalq
cinayətlərin ayrı-ayrı növləri ilə mübarızəyə həsr olunmuş beynəlxalq sazişlərə, dövlətlər
arasında xüsusi olaraq bağlanmış regional müqavilələrlə və ekstradisiya və ya cinayət işləri
üzrə hüquqi yardım göstərilməsi haqqında ikitərəfli müqavilələrlə əsaslanır.
Müasir beynəlxalq hüquqda ekstradisiya yalız artıq məhkum olnmuş və ya cinayətkar
olduğu güman edilən, yeni cinatət törədilməsində ittiham edilən şəxslərə tətbiq olunur. Bir
qayda olaraq, cinayətkarın verilməsini aşağıdakı dövlətlərdən hər hansı biri tələb edir; güman
edilən cinayətkarın vətəndaşı olduğu dövlət; ərazisində cinayət törətmiş dövlət və yaxud
cinayətdən zərər çəkmiş dövlət.
Mövcud müqavilələrə əsasən, cinayətkarlar bu şərtlərlə verilə bilər; törədilmiş əməl
ekstradisiya haqqında müqavilə ilə nəzərdə tutulmuşdur; əməl hər iki dövlətin cinayət
qanunvericiliyi ilə bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır;
verilən şəxs yalız həmi cinayətə görə mühakimə edilə bilər; əgər cinayətkarı verən dövlətin
qanunvericiliyində ölüm cəzası nəzərdə tutulmursa, onda verilən şəxsə ölüm cəzası tətbiq edilə
bilməz.
Müəyyən hallarda şəxs başqa dövlətə verilmir: a) dövlətin öz vətəndaşları; b) siyasi
cinayətlər haqqında işlər üzrə; c) cinayət, şəxsi vermək xahişi ünvanlanmış dövlətdə
törədildikdə; ç) şəxs sığınacaq hüququ aldıqda və ya artıq həmin cinayətə görə cəza çəkmişsə
və yaxud məhkəmə tərəfindən bəraət almışsa; d) qanunla müəyyən olunmuş müddət keçdikdə;
e) cinayət işi xitam edildikdə; ə) verilən şəxsə işgəncə veriləcəyi təhlükəsi olduqda və s.
Müvafiq dövlətlərarası sazişlərdə, bir qayda olaraq, cinayətkarların verilməsi proseduru
müfəssəl təfsir olunur.
Cinayət işləri üzrə hüquqi yardım,o cümlədən, cinayətkarların verilməsi sahəsində
Azərbaycan Respublikası indiyə qədər 14 ikitərəfli saziş imzalamışdır (Rusiya, Gürcüstan,
ran,Türkiyə, Bolqarıstan, Litva, Ukrayna və başqa dövlətlərlə). Göstərilən sahədə ölkəmizdə
qəbul olunmuş iki – qanunun “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” 15
may 2001-ci il tarixli Qanunun və “Cinayət işlərinə dair hüquqi yardım haqqında” 29 iyul
2001-ci il tarixli Qanunun böyük əhəmiyyəti vardır. Hər iki Qanunun müddəaları Azərbaycan
Respublikası ilə sorğu edən xarici dövlət arasında müvafiq müqavilə olmadıqda tətbiq edilir.
Mövzu 10: BEYNƏLXALQ QT SAD HÜQUQU
Plan:
1.Beynəlxalq iqtisadi hüququn anlayışı
2. Beynəlxalq iqtisadi hüququn subyektləri
3. Beynəlxalq iqtisadi hüququn mənbələri
4. Beynəlxalq iqtisadi hüququn prinsipləri
5. Beynəlxalq iqtisadi münasibətlərin ayrı-ayrı sahələrində əməkdaşlığın beynəlxalq-
hüquqi tənzimlənməsi
6. Regional iqtisadi əməkdaşlığın təşkilati formaları
Ədəbiyyat siyahısı.
Альтшулер А.Б. Международное валютное право. М., 1984.
Богатырев А.Г. Инвестиционное право. М., 1992.
Богуславский М.М. Международное экономическое право. М., 1986.
Буйвалик Г.Е. Правовое регулирование международных экономических отношений.
Киев, 1977.
Вельяминов Г.М. Основы международного экономического права. М., 1994.
Войтович
С.А.
Принципы
международно-правового
регулирования
межгосударственных экономических отношений. Киев, 1988.
Додонов В. Право международной торговли. Словарь-справочник. М., 1997.
Ерпылева Н. Международное банковское право. М., 1986.
Коробова М.А. Международное право и экономические договоры. М., 1987.
Розенберг М.Г. Международная купля-продажа товаров. М., 1995.
Ушаков Н.А. Режим наибольшего благоприятствования в международных
отношениях. М., 1995.
Шатров В.П. Международное экономическое право. М., 1986.
Шумилов В. Международное экономическое право. М., 1999.
1.Beynəlxalq iqtisadi hüququn anlayışı. Beynəlxalq iqtisadi hüquq – beynəlxalq ümumi
hüququn bir sahəsi kimi, dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında iqtisadi
münasibətləri nizama salır.
Beynəlxalq iqtisadi münasibətlər sistemi öz subyekt tərkibinə görə müxtəlif cür
münasibətlərdən ibarətdir və bu faktın özü müxtəlif hüquqi nizamasalma metod və vasitələrinin
tətbiqini şərtləndirir. Bu münasibətlərin iki səviyyəsi mövcuddur: birincisi, dövlətlər və
beynəlxalq hüququn digər subyektləri arasındakı (məsələn, dövlətlər və beynəlxalq təşkilatlar
arasında) münasibətlər; ikincisi, ayrı-ayrı dövlətlərin fiziki və hüquqi şəxsləri arasındakı
münasibətlər (buraya, həmçinin dövlətlərlə başqa bir dövlətin fiziki və hüquqi şəxsləri
arasındakı münasibətlər də daxildir). Beynəlxalq iqtisadi hüquq yalnız birinci səviyyədə olan
münasibətləri – dövlətlərarası iqtisadi münasibətləri nizama salır. Dövlətlər beynəlxalq iqtisadi
əlaqələrin həyata keçirilməsi üçün hüquqi əsaslar müəyyən edirlər. Əlbəttə ki, beynəlxalq
iqtisadi əlaqələrin əsas hissəsi ikinci səviyyədə - fiziki və hüquqi şəxslər tərəfindən həyata
keçirilir. Bu əlaqələr hər bir dövlətin daxili qanunvericiliyi ilə, xüsusilə, onun tərkib hissəsi
olan beynəlxalq xüsusi hüquq vasitəsilə nizama salınır. Beynəlxalq iqtisadi hüquq bu əlaqələrə
dövlət vasitəsilə, dövlətlər üzərinə müəyyən öhdəliklər qoymaq yolu ilə təsir edir.
Beynəlxalq iqtisadi hüququn nizama salma obyekti daha bir xüsusiyyətə malikdir. Belə ki,
dövlətlərarası iqtisadi münasibətlər məzmun etibarilə müxtəlif münasibətləri əhatə edir; buraya
ticarət, nəqliyyat, maliyyə, investisiya və digər münasibətlər aiddir. Spesifik məzmuna malik
olduğuna görə, bu münasibətləri nizama salan prinsip və normalar beynəlxalq iqtisadi hüquq
çərçivəsində ayrı-ayrı yarımsahələr əmələ gətirir: beynəlxalq ticarət hüququ, beynəlxalq
nəqliyyat hüququ, beynəlxalq maliyyə hüququ, beynəlxalq investisiya hüququ və s. Bütün bu
yarımsahələr ümumi nizamasalma obyektinə, ümumi məqsəd və prinsiplərə malik olan vahid
beynəlxalq hüquq sahəsində - beynəlxalq iqtisadi hüquqabirləşir.
2. Beynəlxalq iqtisadi hüququn subyektləri. Beynəlxalq ümumi hüququn bir sahəsi olan
beynəlxalq iqtisadi hüququn əsas subyekti kimi, təbii ki, dövlət çıxış edir. Dövlət xarici iqtisadi
mülki-hüquqi, kommersiya fəsliyyətində bilavəsitə iştirak edə bilərlər.
Beynəlxalq təşkilatlar (xüsusilə, iqtisadi xaraqterli) öz təsis aktlarınamüvafiq olaraq,
beynəlxalq iqtisadi münasibətlərdə iştirak edirlər. Bu sırada dövlətlərin aşağıdakı ticarət-
iqtisadi birliklərini də göstərmək olar:
a) azad ticarət zonaları (iştirakçı ölkələr arasında bütün və ya ayrı-ayrı malların ticarəti
sahəsində gömrük və digər məhdudiyyətlər ləğv olunur);
b) gömtük ittifaqları (iştirakçı dövlətlərin milli gömrük tarifləri ləğv olunur və bütün ittifaq
üçün ümumi tarif tətbiq edilir);
c) iqtisadi ittifaqlar (ümumi əmtəə, xidmət, kapital və işçi qüvvəsi bazarı yaradır).
Transmilli korparasiyalar
da müəyyən hallarda beynəlxalq iqtisadi hüququn subyekti kimi
çıxış edə bilər. Bu barədə yuxarıda, “Beynəlxalq hüququn subyektləri” fəsilində söhbət
getmişdir.
3. Beynəlxalq iqtisadi hüququn mənbələri. Beynəlxalq iqtisadi hüququn əsas mənbəyi
beynəlxalq müqavilələr və beynəlxalq adətlərdir.
Beynə lxalq müqavilə lə r içə risində çoxtə rə fli müqavilə lə r mühüm
rol oynayır. Onlara misal
olaraq, 1947-ci ildə qəbul olunmuş Tariflə r və ticarə t üzrə Baş Saziş i (QATT), QATT –ın
əvəzində Ümumdünya Ticarət Təşkilatının yaranmasını nəzərdə tutan 1994-cü il Mə rakeş
saziş lə rini
, xammallar üzrə çoxtərəfli sazişləri, beynəlxalq ticarət hüququnun unifikasiyası üzrə,
nəqliyyat və rabitə üzrə və s. konvensiyaları göstərmək olar.
qtisadi əməkdaşlıq daha çox ikitə rə fli müqavilə lə r əsasında həyata keçirilir. Bunlara
aşağıdakılar aiddir: a) çə rçivə xarakterli siyasi müqavilə lə r (məsələn, dostluq, əməkdaşlıq və
qarşılıqlı yardım haqqında müqavilələr); b) ticarət müqavilələri (bu müqavilələrdə, adətən,
dövlətlər və onların fiziki və hüquqi şəxslər arsındakı münasibətlərdə müəyyən növ ticarət-
iqtisadi rejim müəyyən edilir); c) ticarə t-iqtisadi ə mə kdaş lıq haqqında uzunmüddə tli saziş lə r
(bu sazişlər müvafiq dövlətlər arasında əməkdaşlığın konkret sahə və formalarını müəyyən
edir); ç) istehsal sahə sində ə mə kdaş lığ a dair saziş lə r; d) texniki yardım göstə rmə k haqqında
saziş lə r; e)iqtisadi ə mə kdaş lığ ın maliyyə -kredit tə minatı haqqında saziş lə r (mə sə lə n, ə mtəə
dövriyyə si və ödıniş lə r haqqındd saziş lə r; klirinq saziş lə ri,kredit saziş lə ri və s.).
Beynəlxalq iqtisadi hüququn aşağıda nəzərdən keçirəcəyimiz başlıca müddəaları beynə lxalq
hüquqi adə t
şəklində mövcuddur. Bu adət normaları dövlətlərin iqtisadi inkişafınin
qanunauyğunluqlarına və tələblərinə cavab verir və iqtisadi əməkdaşlığın əsasını təşkil edir.
Beynəlxalq iqtisadi hüquqda köməkçi hüquq mənbələri kimi beynə lxalq təş kilatların
qə tnamə lə rinin ə
həmiyyəti böyükdür. BMT-nin orqanları (Baş Assambleya, EKOSOK,
YUNKTAD və b.), ixtisaslaşdırılmış təsisatlar (YUN DO, ÜƏM və b.) iqtisadi əməkdaşlıq
məsələlərinə dair tövsiyələr qəbul edirlər. Bu qətnamələr sırasında BMT Baş Assambleyasının
qəbul etdiyi bir sıra müstəsna əhəmiyyətə malik sənədləri – Dövlə tlə rin iqtisadi hüquq və
və zifə lə ri Xartiyasını, Yeni beynə lxalq iqtisadiqayda haqqında Bə yannamə ni (1974),
“Beynə lxalq iqtisadi tə hlükə sizlik haqqında” qə tnamə ni (1985)
xüsusi ilə qeyd etmək lazımdır.
Bəzi regional iqtisadi təşkilatların məsələn, Avropa ttifaqının qərarları məcburi xaraqter
daşıyır.
Dostları ilə paylaş: |