8. BMT-nin ixtisaslaşdırılmış təsisatları. BMT-nin ixtisaslaşdırılmış təsisatları – beynəlxalq
ə
məkdaşlığın bu və ya digər konkret sahəsində (iqtisadi, sosial, mədəni, təhsil, səhiyyə və s.)
fəaliyyət həyata keçirən, Birləmiş Millətlər Təşkilatı ilə əlaqəsi olan universal xarakterli
beynəlxalq höhumətlətarası təşkilatlardır.
xtisaslaşdırılmış təsisatların BMT ilə əlaqəsi BMT-nin əsas orqanlarından biri olan
EKOSOK vasitəsilə həyata keçirilir. EKOSOK ixtisaslaşdırılmış təsisatlarla sazişlər bağlayır;
məsləhətləşmələr aparmaq və tövsiyələr vermək yolu ilə ixtisaslaşdırılmış təsisatların
fəaliyyətinin ümumi koordinasiyasını həyata keçirir; ixtisaslaşdırılmış təsisatlardan, onların
fəaliyyəti haqqında və verdiyi tövsiyələrin icra olunması üçün görülmüş tədbirlər haqqında
məruzələr alır; öz işində və ya yaratdığı komissiyaların işində iştirak etmək üçün
ixtisaslaşdırılmış təsisatların nümayəndələrini dəvət edir. Hal –hazırda 16 ixtisaslaşdırılmış
təsisat mövcuddur. Onları aşağıdakı qruplara ayırmaq olar;
a) sosial xaraqterli təşkilatlar – Beynəlxalq əmək təşkilatı (BƏT), Ümumdünya səhiyyə
təşkilatı (ÜST);
b) mədəni və humanitar xaraqterli təçkilatlar – Təhsil, elm və mədəniyyət məsələləri üzrə
Birləşmiş Millətlər Təşkilatı (YUNESKO), Ümumdünya əqli mükiyyət təşkilatı (ÜƏMT);
c) iqtisadi təşkilat – Sənaye inkişafı üzrə Birləşmiş Millətlər Təşkilatı (YUN DO);
ç) maliyyə təşkilatları – Beynəlxalq bərpa və inkişaf bankı (B B) və ya Dünya bankı və
onun tam müstəqil təşkilat sayılan üç filialı – Beynəlxalq maliyyə korparasiyası, Beynəlxalq
inkişaf assosiasiyası və nvestisiya təminatları üzrə çoxtərəfli agentlik ( TÇA), Beynəlxalq
valyuta fondu (BVF);
d) kənd təsərrüfatı sahəsində təşkilat – Ərzaq və kənd təsərrüfatı təşkilatı (ƏKTT).
e) nəqliyyat və rabitə sahəsində təşkilatlar – Beynəlxalq mülki aviasiya təşkilatı ( KAO),
Beynəlxalq dəniz təşkilatı ( MO), Ümumdünta poçt ittifaqı (ÜP ), Beynəlxalq elektron rabitəsi
ittifaqı (BER );
ə) meteorologiya sahəsində təşkilat – Ümumdünya meteorologiya təşkilatı (ÜMT).
xtisaslaşdırılmış təsisatların tərkibinə BMT-nin üzvlərindən başqa digər dövlətlər də daxil ola
bilər; lakin onların üzvlüyə qəbul olunması üçün daha mürəkkəb mexanizm müəyyən
olunmuşdur.
xtisaslaşdırılmış təsisatların əsas fəaliyyət istiqamətləri aşağıdakılardır; beynəlxalq
əməkdaşlığın ayrı-ayrı sahələri üzrə beynəlxalq konvensiya və reqlamentləri işlənib
hazırlanması; dövlətlərinbu sahədə fəaliyyətnın koordinasiyası; inkişaf etməkdə olan dövlətlərə
texniki yardımın göstərilməsi; informasiya mübadiləsi və s.
9. Regional təşkilatlar. Universal xarakterli beynəlxalq təşkilatlardan başqa, üzvləri, əsasən,
müəyyən coğrafi regionu təmsil edən regional təşkilatlar da mövcuddur. Onlar regional
əməkdaşlıq çərçivəsində müxtəlif məsələləri (kollektiv müdafiə, iqtisadi, sosial, mədəni və s.)
birgə həlli üçün yaradılır. BMT Nizamnaməsinin 52-ci maddəsinə görə, “beynəlxalq sülhün və
təhlükəsizliyin qorunub saxlanması ilə bağlı olan və regional tədbirlər üçün münasib olan
məsələlərlə məşğul olmaq məqsədilə” regional təşkilatlar təsis oluna bilər. Həmin maddə tələb
edir ki, bu təşkilatların nizamnamələri və fəaliyyəti Birləşmiş Millətlər Təşkilatının məqsəd və
prinsiplərinə uyğun olmalıdır. 53-cü maddədə imperativ qaydada göstərilir ki, Təhlükəsizlik
Şurasının vəkaləti olmadan regional təşkilatlar tərəfindən heç bir məcburiyyət tədbiri görülə
bilməz. Nizamnamənin IX fəslində (“Beynəlxalq iqtisadi və sosial əməkdaşlıq”) iqtisadi, sosial,
mədəni və digər xüsusi sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatlara, o cümlədən
regional təşkilatlara qarşı müəyyən tələblər irəli sürülmüşdür. Belə ki, onların yaradılması və
fəaliyyəti BMT-nin məqsəd və prinsiplərinə uyğun olmalıdır və bu təşkilatlar iqtisadi, sosial,
mədəni və digər problemlərin həllində BMT-yə yardım etməlidirlər.
Hal-hazırda mövcud olan çoxlu sayda regional təşkilatların içərisində ümumi səlahiyyətə
malik təşkilatlar, məsələn, Ərəb dövlətləri liqası, Afrika birliyi təşkilatı, Amerika dövlətləri
təşkilatı və b. xüsusi yer tutur.
Ərəb dövlətləri liqası (ƏDL). Ərəb dövlətləri liqası yaradılması haqqında müqavilə (Pakt)
1945-ci il martın 22-də imzalanmışdır. Təşkilatın hal-hazırda 22 üzvü vardır. ƏDL-in əsas
məqsədi iqtisadi, maliyyə, mədəni və sosial sahələrdə, səhiyyə sahəsində, vətəndaşlıq,
pasportlar, vizalar, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlərin həllində üzv-dövlətlərin
əməkdaşlığını təşkil etməkdən ibarətdir (Paktin 2-ci maddəsi).
ƏDL-in orqanları aşağıdakılardır: Ərəb ölkələri dövlət və hökumət başçılarının Müşavirəsi;
Şura; Birgə Müdafiə Şurası; qtisadı Şura; Ərəb ölkələri informasiya nazirləri Şurası; Komitələr
(iqtisadiyyat, maliyyə, nəqliyyat, rabitə, mədəniyyət, səhiyyə məsələləri üzrə); Baş Katib başda
olmaqla Baş Katiblik.
ƏDL-in Paktına görə, üzv-dövlətlər öz aralarındakı mübahisələri həll etmək üçün Şuraya
müraciət edə bilərlər. Şuranın qərarları mübahisənin tərəfləri üçün məcburidir. Liqanın üzvləri
arasında müharibəyə gətirib çıxara bilən mübahisələri həll etmək üçün Şura öz xidmətlərini
təklif edir. Şura, habelə arbitraj və barışdırıcı orqan qismində çıxış edə bilər; bu halda Şuranın
qərarları səs çoxluğu ilə qəbul olunur (5-ci maddə).
Liqanın üzvü olan dövlətlərdən hər hansı birinə qarşı təhlükəsi olduqda, hücuma məruz
qalmış və ya təcavüz təhlükəsi altında olan dövlət Şuranın dərhal çağrılmasını tələb edə bilər.
Şura yekdil razılıq olduqda, təcəvüzün və ya təcəvüz təhlükəsinin aradan qaldırılması üçün
zəruri tədbirlər müəyyən edir.
Afrika birliyi təşkilatı (ABT). Afrika birliyi təşkilatı ən iri regional təşkilatdır. 1963-cü ildə
yaradılmışdır. Hal-hazırda 53 üzvü vardır. BMT yanında daimi müşaihidəçi statusuna malikdir.
ABT-nin əsas məqsədləri aşağıdakılardır: a) Afrika dövlətləri arasında əməkdaşlığın
möhkəmləndirilməsi və onların siyasət, elm, texnika, maarif və mədəmiyyət, səhiyyə, habelə
müdafiə və təhlükəsizlik sahəsində fəaliyyətinin koordinasiyası; b) Afrika dövlətlərinin
suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması; c) Afrika qitəsində
müstəmləkəçiliyin bütü növlərinin ləğv edilməsi; ç) BMT Nizamnaməsinə və Ümumdünya
nsan Hüquqları Bəyənnaməsinə müvafiq olaraq beynəlxalq əməkdaşlığın həvəsləndirilməsi
(ABT-nin Nizamnaməsinin 2-ci maddəsi).
ABT aşağıdakı sturuktura malikdir: Dövlət və hökumət başçılarının Konfransı; Nazirlər
Şurası; Baş Katiblik; Vasitəçilik, barışdırma və agrbitraj üzrə Komissiya. ABT-nin
Nizamnaməsində habelə ixtisaslaşdırılmış komissiyaların təsis olunması nəzərdə tutulmuşdur
(məsələn: iqtisadi və sosial komissiya, maarif və mədəmiyyət üzrə; elm, texnika və tədqiqatlar
üzrə və s. komissiyalar).
Amerika dövlətləri təşkilatı (ADT). 1948-ci ildə yaradılmışdır. Təşkilatın təsis sənədləri üçt
aktdan ibarətdir: 1) Qarşılıqlı yardım haqqında 1947-ci il Ümumamerika müqaviləsi; 2) ADT-
nin Nizamnaməsi (30 aprel 1948-ci ildə qəbul olunmuş, 13 dekabr 1951-ci ildə qüvvəyə
minmişdir). 3) Mübahisələrin dinc həll olunması haqqında 1948-ci il Ümumamerika müqaviləsi
(Boqota Paktı). Hazırda 35 dövlət ADT-nin üzvüdür.
Təşkilatın əsas məqsədi Amerika dövlətlərinin həmrəyliyini möhkəmləndirilməsindən və
onların suverenliyinin, ərazi bütövlüyünün müstəqilliyinin qorunmasından ibarətdir (AD-nin
Nizamnaməsinin 1-ci maddəsi).
Nizamnamə üzv-dövlətlərin kollektiv təhlükəsizliyini nəzərdə tutur. Amerika dövlətlərindən
birinin ərazi bütövlüyünə və ya siyasi müstəqilliynə qarşı hər hansı bir dövlətin təcavüzü bütün
qalan Amerika dövlətləri əleyhinə təcəvüz aktı sayılır (27-ci maddə). stənilən Amerika
dövlətinin toxunulmazlığı, ərazi bütövlüyü və ya suverenliyi, habelə siyasi müstəqilliyı silahlı
basqın nəticəsində və yaxud Amerika dövlətləri arasında münaqişə nəticəsində və yaxud
Amerikada sülhü təhlükə altına qoya bilən hər hansı digər fakt və ya situasiya nəticəsində
pozularsa, Amerika dövlətləri özlərinin kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi
çərçivəsində tədbirlər görürlər (28-ci maddə).
ADT-nin aşağıdakı orqanları vardır: Baş Assambleya; Xarici işlər nazirlərinin Konsultativ
müşavirəsi; Şuralar (Daimi Şura, Amerika qtisadi, Təhsil, Elm və Mədəniyyət Şurası);
Ümumamerika hüquqi komitəsi; Ümumamerika nsan hüquqları komissiyası; Baş Katiblik.
Cənub-şərqi Asiya dövlətləri assosiasiyası (ASEAN). 1967-ci ildə yaranmışdır. ASEAN-ın
təsis sənədləri Cənub-şərqi Asiyada dostluq və əməkdaşlıq hüqqında Müqavilə və ASEAN
Razılıq Bəyannaməsidir. 10 üzvü vardır.
ASEAN-in əsas məqsədləri Cənub-şərqi Asiyada iqtisadi, sosial və digər sahələrdə
əməkdaşlığı təşkil etməkdən, sülhün və sabitliyin bərqərar olmasına yardım etməkdən ibarətdir.
Təşkilatın aşağıdakı orqanları vardır: Dövlət və hökumət başçılarının Konfransı; Xarici işlər
nazirlərinin Konfransı; Daimi komitə (onun tərkibinə üzv-dövlətlərin xarici işlər nazirləri və
səfirləri daxildir); Katiblik; sahəvi komitələr (ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat və s.
üzrə).
ASEAN-in çərçivədə hər il bu təşkilat və digər ölkələr arasında (ABŞ, Yaponya, Kanada,
Koreya, Rusiya, Çin və s.) Asiya-sakit oken regionunda müxtəlif məsələlərlə bağlı əməkdaşlıq
barəsində məsləhətləşmələr keçirilir.
Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatı (ATƏT). ATƏT vahd təsis akt olmayan,
formalaşmaqda olan regional təşkialatdır. Onun təsis aktları aşağıdakılardır; 1975-ci il Helsinki
Yekun Aktı; Yeni Avropa üçün Xartiya (1990-cı il); Helsinki (1992-ci il) və Budapeşt (1994-cü
il) sammitlərinin qərarları. Budapeşt sammitinin qərarlarına müvafiq olaraq, təxminən iyirmi il
mövcud olmuş beynəlxalq konfrans-Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirə
beynəlxalq təşkilata-Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına çevrilmişdir, onun
məqsədləri dəqiqləşdirilmiş və strukturu təkminləşdirilmişdr.
ATƏT N-in başlıca məqsədləri aşağıdakılardı; uzunmüddətli sülhün təmin edilməsi üçün
şəraitin yaradılması; təhlükəsizlik, tərksilah, münaqişəli situasiyaların qarşısının alınması,
iqtisadiyat, mədəniyyət, insan hüquqları və digər sahələrdə əməkdaşlıq və s.
ATƏT hal-hazırda belə sturuktura malikdir; iki ildən bir çağrılan Dövlət və hökumət
başçılarının müşavirəsi (ali orqan); ildə bir dəfə çağrılan xarici işlər nazirlərindən ibarət olan
Nazirlər Şurası (mərkızi rəhbər orqan); Daimi şura (siyasi məsləhətləşmələrin aparılması və carı
qərarların qəbul edilməsi üçün ATƏT-in sturukturunda əsas orqan); Katiblik (ona üç il
müddətinə seçilən Baş Katib başçılıq edir); Demokratik institutlar və insan hüquqları üzrə
Büro; Münaqışələrin qarşısının alınması üzrə Mərkəz; Milli azlıqlar üzrə Ali Komissar;
Parlament Assombleyası.
ATƏT N-in axırıncı zirvə toplantısı 1999-cu ildə stanbulda olmuşdur. Toplantıda üç sənəd
qəbul olunmuşdur: XXI əsr üçün Avropada Təhlükəsizlik Xartiyası, Adi silahlar haqqında
uyğunlaşdırılmış müqavilə və stanbul Yekun Bəyannaməsi.
Avropa Şurası. 1949-cu ildə on Avropa dövləti tərəfindən yaradılmışdı.Avropa Şurasını
Nizamnaməsi 5 may 1949-cu ildə Londonda imzalanmış, 3avqust 1949-cu ildə qüvvəyə
minmişdir. Hazırda (1 sentiyabr 2002-ci il üçün) 44 üzvü vardır. Azərbaycan Respublikası
2000-ci il yanvarın 25-dən bu mötəbər qurumum tam hüquqlu üzvüdür.
Avropa Şurasının başlıca məqsədi Təşkilatın “üzvləri arasında, onların ümumi sətvəti olan
ideal və prinsiplərin müdafiəsi naminə daha sıx birliyin əldə edilməsinə nail olmaqdan və
onların iqtisadi və sosial tərəqqisinə dəstək verməkdən ibarətdir” (Nizamnamənin birinci
maddəsi). Təşkilat bu məqsədlə insan hüquqlarının müdafiəsi və demokratiyanın
genişləndirilməsi; hüquq, mədəniyyət, təhsil, informasiya, ətraf mühitin mühafizəsi və səhiyyə
sahələrində əməkdaşlıq kimi vəzifələri həyata keçirir.
Avropa Şurasının Nizamnaməsində bu Təşkilata daxil olmaq istəyən dövlət üçün (Təşkilat
yalnız Avropa dövlətləri üçün açıqdır) üç başıca şərt göstərilmişdir: plüralist demokratiya, insan
hüquqlarının təmin edilməsi və qanunun aliliyi. Bundan əlavə, Avropa Şurasının mərkəzi
orqanlarının qərarlarına müvafiq olaraq, Mərkəzi və Şərqi Avropa dövlətləri üçün bir sıra əlavə
tələblr irəli sürülür: milli azlıqların hüquqlarının qorunması; üzv- dövlətlərin ərazi
bütövlüyünün tanınması; Avropa nsan Hüquqları Konvensiyasını imzalamağa və mümkün
qədər tez müddətdə onu tatifikasiya etməyə hazır olmaq və s. Avropa Şurasına yeni qəbul
olunan dövlətlərin üzərinə məyyən müdətlər ərzində yerinə yetirilməli olan konkret öhdəliklər
qoyulur. Azərbaycan üçün bu cür öhdəliklər Avropa Şurası Parlament Assambleyasının 222
(2000) nömrəli Rəyində müəyyən olunmuşdur.
Avropa Şurası çərçivəsində indiyə qədər insan hüquqlarına təhsil, mədəniyyət, səhiyyə,
sosial təminat, idman və mülki, inzibati, cinayət hüququ və prosesi məsələlərinə həsr olunmuş
170-ə qədər konvensiya, protokol və saziş qəbul olunmuşdur. Onlardan ən əsası 1950-ci ildə
qəbul olunmuş və 1953-cü ildə qüvvəyə minmiş Avropa nsan Hüquqları Konvensiyasıdır. Bu
Konvensiyasız və onun əsasında yaradılmış mexanizmsiz (Avropa nsan Hüquqları
Məhkəməsi) Avropa Şurasını təsəvvür etmək mümkün deyildir. Konvensiyaya indiyə qədər on
üç Protokol əlavə olunmuşdur. 11-ci Protokol Konvensiyaya olduqca mühüm dəyişikliklər və
əlavələr etmişdir.
Avropa Şurasını əsas orqanları aşağıdakılardır: Nazirlər Komitəsi; Parlament Assambleyası,
Avropa yerli və regional hakimiyyətlər Konqresi, Katiblik.
Nazirlər Komitəsi Şurasının ali orqanıdır. O, üzv-dövlətlərin xrici işlər nazirlərindən
ibarətdir. Nazirlər səviyyəsində Komitə ildə iki dəfədən az olmayaraq sessiyalar keçirir, üzv-
dövlətlərin daimi nümayəndələri səviyyəsində isə müntəzəm fəaliyyət göstərir. Nazirlər
Komitəsi əməkdaşlığın siyasi asbektlərini müzakirə edir, Avropa Şurasının fəaliyyət proqramını
işləyib hazırlayıır, cari büdcəni təsdiq edir, Parlament Assambleyasının tövsiyələrini nəzərdən
keçirir, yekdillik prinsipi əsasında üzv-dövlətlərə tövsiyələr qəbul edir. Müəyyən məsələlər üzrə
Nazirlər Komitəsinin qərarları məcburi xarakter daşıyır.
Parlament Assambleyası məşvərətçi orqandır və qanunvericilik səlahiyyətinə malik deyildir.
O, hər bir üzv dövlətin parlamentindən seçilən (təyin olunan) nümayəndələrdən ibarətdir. Hər
bir nümayəndə heyəti öz ölkəsinin müxtəlif siyasi dairələrini, o cümlədən muxalifət
partiyalarının mənafelərini ifadə etməlidir. Dövlətlərin Parlament Assambleyasındakı
nümayəndələrin sayı eyni deyildir (2-dən 18-ə kimi); məsələn, Almaniya, Böyük Britaniya,
taliya və Rusiyadan – 18, spaniya, Türkiyə və Ukraynadan - 12, Yunanıstan və Belçikadan –
7, Azərbaycandan – 6, Moldovadan – 5 və s. Parlament Assambleyası öz sesiyalarını ildə dörd
dəfə keçirir. O, Nazirlər Komitəsinə və üzv-dövlətlərin hökumətlərinə bu və ya digər məsələlər,
üzrə tövsiəyələr verir, konfranslar, kollokviumlar təkil edir, Avropa Şurasının Baş Katibini və
Avropa nsan Hüquqları Məhkəməsinin hakimlərini seçir.
Avropa yerli və regional hakimiyyətlər Konqresi üzv-dövlətlərin müvafiq ərazi qurumlarını
nümayəndələrindən ibarətdir. Nümayəndələrin sayı Parlament Assambleyasındakı kvotaya
uyğundur.
Katiblik Avropa Şurasının inzibati orqanıdır. Ona Parlament Assambleyası tərəfindən 5 il
müddətinə seçilən Baş Katib rəhbərlik edir.
slam konfransı təşkilatı ( KT). Bu təşkilat regional təşkilatltr çərçivəsindən kənara çıxır,
çünki müxtəlif regionalrda yerləşən müsəlman dövlətlərini özündə birləşdirir. KT 1969-cu ildə
yaradılmışdır. Onun Nizamnaməsi 1972-ci ildə qəbul olunmşdur. Hal-hazırda 55 dövlət
butəşkilatın üzvüdür. Onların içərisində Azərbaycan da vardır. Qeyri-müsəlman ölkələrindəki
müsəlman azlıqları öz nümayəndələrini bu təşkilata müşahidəçi qismində göndərə bilərlər.
Yalnız müsəlman dövlətləri KT-nin üzvü ola bilərlər. Lakin KT-ni qətiyyən dini təşkilat hesab
etmək olmaz. Onun başlıca vəzifəsi ən mühüm beynəlxalq problemlər üzrə müsəlman
dövlətlərinin mövqeyini yaxınlaşdırmaq, onların siyasətini əlaqləndirməkdir. KT-nin BMT
yanında daimi müşahidəçi statusu vardır.
KT-nin aşağıdakı məqsədləri vardır: müsəlman həmrəyliyinin möhkəmləndirilməsi;
iqtisadi, sosial, mədəni, elmi sahələrdə əməkdaşlığın inkişafı; irqçiliyin və müstəmləkəçiliyin
ləğvinə dəstək vermək; beynəlxalq təşkilatlarda üzv-dövlətlər arasında məsləhətləşmələr
aparmaq; müsəlman xalqlarının, onların milli müstəqillik uğrunda mübarizəsində
birləşdirilməsi; öz ərazisinin azad edilməsi uğrunda mübarizə aparan fələstin xalqına kömək
göstərmək.
KT-nin ali orqaın dövlət və hökumət başçılarının konfransıdır. Konfrans üç ildən bir
çağırılır. Təşkilatın fəaliyyətinin cari problemlərini müzakirə etmək üçün hər il xarici işlər
nazirlərinin konfransıçağırılır.
1980-ci ildə daimi fəaliyyət göstərən Nazirlər Komitəsi
yaradılmışdır. Onun tərkibinə 11 nazir və KT-nin Baş Katibi daxildir. Komitənin başlıca
funksiyasi üzv-dövlətlərin birində baş vermiş fövqəladə situasiyanı və ya böhranı nəzərdən
keçirmək, müsəlman ölkələri arasında olan münaqişə və mübahisələri nizamlamaqdır. KT
çərçivəsində bir sıra daimi komitə və komissiyalar fəaliyyət göstərir. Baş Katibliyə, iki il
müddətinə seçilən Baş Katib rəhbərlik edir.
Mövzu 8: D PLOMAT YA VƏ KONSULLUQ HÜQUQU
Plan:
1. Diplomatiya və konsulluq hüququnun anlayışı və mənbələri
2. Xarici əlaqələri həyata keçirən dövlət orqanları
3.Diplomatik nümayəndəliyin anlayışı və funksiyaları
4. Diplomatik nümayəndəliyin heyəti
5. Diplomatik missiyanın başlanması və sona yetməsi
6. Diplomatik korpus
7. Diplomatik imtiyaz və immunitetlər
8. Dövlətlərin beynəlxalq təşkilatlar yanındanümayəndəlikləri
9. Xüsusi missiyalar
10. Beynəlxalq təşkilatların və onların əməkdaşlarının imtiyaz və immunitetləri
11. Konsulluqlar: anlayışı və funksiyaları
12. Konsulun təyin olunması və onun funksiyalarının xitam olunması
13. Konsulluqların və onların heyətinin imtiyaz və immunitetləri
Ədəbiyyat siyahısı.
Блищенко И.П. Дипломатическое право. М., 1990.
Бобылев Г.В., Зубков Н.Г. Основы консульской службы. М., 1986.
Ганюшкин
Б.В. Дипломатическое право международных организаций. М., 1972.
Демин Ю.Г. Статус дипломатических представительств и их персонала. М., 1995.
Ковалев А. Г. Привилегии и и ммунитеты в современном международном праве. М.,
1986.
Кузнецов С.А. Представители государств в международных организациях. М., 1980.
Петренко Р.И. Основы консульского права. М., 1986.
Сандровский К.К. Право внешних сношений. Киев, 1986.
1. Diplomatiya və konsulluq hüquqununanlayışı və mənbələri.Diplomatiya və konsulluq
hüququ – dövləti beynəlxalq ünsiyyətdə təmsil edən
dövlət orqanlarının statusunun və
funksiyalarını tənzimləyən beynəlxalq hüquq
normalarının məcmusuna deyilir.
Beynəlxalq hüquq bu ən qədim və ənənəvi sahəsinin məzmunu indiki dövrdə xeyil
genişlənmişdir; diplomatiya və konsulluq hüququna hazırda həmçinin bir sıra digər yeni
məsələləri, o cümlədən dövlətlərin beynəlxalq təşkilatlardakı nümayəndəliklərinin, təntənəli
tıdbirlərdə, danışıqlar aparılmasına və s. iştirak etmək üçün digər dövlətlərə göndərilən xüsusi
missiyaların funksiyalarını, beynəlxalq təşkilatların və onların əməkdaşlarının imtiyaz və
immunitetlərini nizama salan normalar da daxildir.
Diplomatiya və konsulluq hüququnun əsas mənbələri kimi beynəlxalq müqavilə və
beynəlxalq hüquqi adət çıxış edir. Dövlətlər arasında diplomatiya və konsulluq münasibətləri
uzun tarixi dövr ərzində beynəlxalq adət normalarına söykənmişdir. kinci dünya
müharibəsindən sonrakı illərdə bu normalar bir neçə universal konvensiya şəklində
məcəllələşdirilmişdir. Diplomatiya və konsulluq hüququ sahəsində əsas beynəlxalq
konvensiyalar aşağıdakılardır: 1) Diplomatik münasibə tlə r haqqında 1961-ci il Vyana
Konvensiyası; 2) Konsulluq münasibə tlə ri haqqında 1963-cü Vyana Konvensiyası; 3) Xüsusi
missiyalar haqqında 1969-cu il Vyana Konvensiyası; 4) Beynə lxalq sə viyyə də müdafiə olunan
şə xslə r, o cümlə də n diplomatik agentlə r ə leyhinə cinayə tlə rin qarş ısının alınması və
cə zalandırılması haqqında 1973-cü il Konvensiyası;5) Dövlə tlə rin universal xaraqterli
beynə lxalq təş kilatlarla münasibə tlə rdə nümayə ndiklə ri haqqında 1975-ci Vyana Konvensiyası.
Diplomatiya və konsulluq hüququ sahəsində bir sıra digər sənədlər də mövcuddur. Məsələn,
beynəlxalq təşkilatların imtiyaz və immunitetləri ilə bağlı iki mühüm konvensiyanı göstərmək
olar: 1) BMT-nin imtiyaz və immunitetlə ri haqqında 1946-cı il Konvensiyası və 2) BMT-nin
ixtisaslaş dırılmış imtiyaz və immunitetlə ri haqqında 1947-ci il Konvensiyası.
Bundan əlavə,
müvafiq normalar beynəlxalq təşkilatların nizamnamələrində və habelə yerləşdikləri dövlətlərlə
bağladıqları imtiyaz və immunitet məsələləri üzrə ikitərəfli müqavilələrdə təsbit olunmuşdur.
Diplomatiya və konsulluq hüququnun mənbələri sırasında ikitərəfli konsulluq konvensiyalarını
da qeyd etmək lazımdır.
Dostları ilə paylaş: |