3. Beynəlxalq təşkilatların fuksiyaları. Beynəlxalq təşkilatlar,bir qayda olaraq, aşağıdakı
fuksiyaları həyata keçirir:
1)
normayaratma funksiyası:
-
beynəlxalq hüquq normalarının yaradılmasında bilavəsitə iştirak edir;
-
dövlətlərin normayaratma prosesində iştirak edir.
2)
məcəllələşdirmə funksiyası (bax, o cümlədən: BMT Nizamnaməsinin 13-cü
maddəsi).
3)
informasiya funksiyası:
-
təşkilatın fəaliyyətinin məqsədlərinə və əsas istiqamətlərinə aid sənədlərin nəşrini
təşkil edir:
-
aktual beynəlxalq məsələlərə dair xüsusi materiallar (məruzələr, icmalar,
referatlar) nəşr edir.
4)
nəzarət funksiyası:
müvafiq beynəlxalq hüquq normalarının dövlətlər tərəfindən yerinə yetirilməsinə -
bəzi hallarda bu məqsədlə yaradılmış xüsusi orqanlar vasitəsilə - nəzarət edir.
5) operativ fuksiyalar (öz sərəncamında olan insan və maddi resusların köməyi ilə müəyyən
vəzifələri özü həyata keçirir: məsələn, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üzrə
BMT əməliyyatları; BMT və ixtisaslaşdırılmış təsisatlar tərəfindən inkişaf etməkdə olan
ölkələrə texniki yardım göstərilməsi; kommersiya-istismar fəaliyyəti, maliyyə əməliyyatları və
s.).
Hər bir beynəlxalq təşkilat öz təşkilatdaxili münasibətlərini, yəni təşkilatla heyət arasındakı
və təşkilatın orqanları arasındakı münasıbətləri nizama salmaq məqsədilə müəyyən hüquqi
normalar qəbul edir. Bu normaların məcmusuna beynəlxalq təşkilatın daxili hüququ deyil.
4. Beynəlxalq təşkilatda üzvlük.Beynəlxalq təşkilatın üzvləri iki cür olur:
1.
lkin üzvlər (beynəlxalq təşkilatın yaradılmasında əvvəldən iştirak etmiş və ya
onun təsis aktını imzalamış dövlətlər)
2. Qoşulmuş dövlətlər.
BMT-nin ixtisaslaşdırılmış təsisatlarında iki kateqoriya fərqləndirilir:
1) BMT üzvü olan dövlətlər: bu dövlətlər üçün müvafiq təşkilatın nizamnaməsinə
qoşulmağın sadələşdirilmiş qaydası nəzərdə tutulmuşdur;
2) BMT üzvü olmayan dövlətlər; onlar üçün daha sərt üzv olma qaydaları müəyyən
edilmişdir.
Hər hansı dövlətin BMT üzvlüyünə qəbul edilməsi BMT Nizamnaməsinin 4-cü maddəsinin
1-ci bəndinə əsasn həyata keçirilir. Həmin maddəyə görə, “Təşkilatın üzvlüyünə qəbul nu
Nizamnamədə göstərilmiş öhdəlikləri öz üzərinə götürməyə hazır olan bütün sülhsevər
dövlətlər üçün açıqdır”. 4-cü maddəsinin 2-ci bəndinə görə, BMT üzvlüyünə qəbul
Təhlükəsizlik Şurasının təqdimatına əsasən Baş Assambleyanın qərarı ilə həyata keçirilir (bax,
habelə: BMT Beynəlxalq Məhkəməsinin 3 mart 1950-ci il tarixli məsləhət xarakterli rəyi).
Bundan əlavə, bir sıra beynəlxalq təşkilatlarda daimi müşahidəçi missiyası mövcuddur.
Dövlətin universal xarakterli beynəlxalq təşkilatlarla münasibətlərdə nümayəndəlikləri
haqqında 1957-ci il Vyana Konvensiyasının 5-ci maddəsinə görə, daimi müşahidəçi missiyası
aşağıdakı funksiyaları həyata keçirir: a) Təşkilatla əlaqədar saxlanması; b) Təşkilatın
fəaliyyətinin bilavasitə öyrənilməsi və bu barədə göndərən dövlətin hökumətinə xəbər
verilməsi; c) Təşkilatla əməkdaşlığa və onunla danışıqlar aparılmasına kömək göstərilməsi.
Beynəlxalq təşkilatda üzvlüyə iki üsulla xitam verilir: 1) təşkilatdan çıxma (yazılıərizə
əsasında; çıxmadan qabaq maliyyə öhdəlikləri yerinə yetirilməlidir). Ərizənin qüvvəyə minməsi
üçün müəyyn müddət nəzərdə tutulur.
2) təşkilatdan xaric etmə.
Bu, təşkilatın nizamnamə müddəalarını kobud və ya sistematik
qaydada pozan dövlətlərə qarşı sanksiya kimi tətbiq oluna bilər (məsələn, BMT
Nizamnaməsinin 6-cı maddəsində deyilir: “Bu Nizamnamədə göstərilmiş prinsipləri sistematik
qaydada pozan Təşkilat üzvü, Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Assambleya
tərəfindən Təşkilatdan xaric edilə bilər” (misallar: OAPEK-dən (Neft ixrac edən ərəb ölkələri
Təşkilatı)) Misirin 1979-cu ildə çıxarılması; Ümumdünya Poçt ttifaqından Cənubi Afrika
Respublikasının 1979-cu ildə çıxarılması).
Beynəlxalq təşkilatda üzvlük aşağıdakı hallarda müvəqqəti dayandırıla bilər:
1) sanksiya kimi (əsasən, maliyyə öhdəliklərini pozmağa görə tətbiq edilir. Məsələn, 1968-ci
ildə Haiti və Dominikan Respublikasının BMT-də üzvlüyü dayandırılmışdı);
2) üzv olan dövlətin iradəsi ilə (məsələn, ndoneziya 1964-1966-cı illərdə BMT ilə faktik
əməkdaşlığı kəsmişdi).
5. Beynəlxalq təşkilatların sanksiyaları. Beynəlxalq təşkilatlar üzv-dövlətlərə qarşı müəyyən
sanksiyalar tətbiq edə bilər:
I. Maddi normaların pozulmasına görə:
(Məsələn, təşkilatın nizamnaməsində təsbit olunmuş məqsəd və prinsiplərin pozulması;
aralarında əməkdaşlıq haqqında saziş olan başqa bir təşkilata qarşı olan istınilən öhdəliklərin
(məsələn, maliyyə öhdəliklərinin) pozulması və s.):
a) Təşkilata üzvlükdən irəli gələn hüquq və imtiyazların (səsvermə hüququ, texniki yardım
almaq hüququ və s.) dayandırılması;
b) BMT-nin ixtisaslaşdırılmış təsisatlarının orqanlarının işində iştirakdan kənar etmə.
II. prosesual normaların pozulmasına görə:
(Məsələn: dövlətin, Təşkilatlardakı nümayəndəsinin səlahiyyətlərini rəsmləşdirməməsi,
Təşkilatın iclaslarının aparılması qaydasına, səsvermə qaydasına riayət etməməsi və s.):
a) səsvermə hüququndan və sessiya və ya iclasın yekun aktını imzalamamaq hüququndan
məhrum etmə;
b) Təşkilatın orqanının işində iştirak etməkdən kənar etmə;
c) dövlətin nümayəndəsinin çıxış müddətinin məhdudlaşdırılması və ya çixiş hüququndan
məhrum edilməsi;
ç) səsvermənin nəticələrinin etibarsız hesab olunması.
6. Beynəlxalq təşkilatların təşkilati strukturu. Bir qayda olaraq, beynəlxalq təşkilat aşağıdakı
orqanlardan ibarət olur:
1)
ali orqan;
2)
icra orqanı;
3)
inzibati orqan (beynəlxalq təşkilatların katibliyi);
4)
xüsusi komitə və komissiyalar.
Ali orqan
(məsələn, Konqres (Ümumdünya Poçt ttifaqı); Assambleya ( KAO, MO,
Ümumdünya Səhiyyə Təşkilatı); Baş Konfrans (YUNESKO, Beynəlxalq Əməkdaşlıq Təşkilatı)
və s.) üzv olan bütün dövlətləri əhatə edir. O, adətən, aşağıdakı səlahiyyətləri hətata keçirir: a)
Təşkilata yeni üzvlərin qəbul edilməsi; b) Təşkilatın baş vəzifəli şəxinin seçilməsı; c) icra
orqanı üzvlərinin seçilməsi; ç) büdcənin müəyyən edilməsi; ğ) Təşkilatın fəaliyyəti barədə
hesabatların dinlənilməsi; d) Təşkilatın fəaliyyəti ilə bağlı bütün məsələlərin müzakirəsi.
Icra orqanı (məsələn, Şura (Beynəlxalq Mülki Aviasiya Təşkilatı KAO), Beynlxalq Dəniz
Təşkilatı ( MO), Ərzaq və Kənd təsərrüfatı Təşkilatı(FAO)); cra Şurası (Ümumdünya Poçt
ttifaqı), nzibati Şura (Beynəlxalq Elektron Rabitəsi ttifaqı və s.) ali orqanın sessiyaları
arasındakı müddətdə Təşkilatın fəaliyyətinə rəhbərlik edir. O, ali orqan tərəfindən, üzv olan
dövlətlərin sırasından seçilir. cra orqanının əsas fuksiyaları aşağıdakılardır: a) Təşkilatın
səmərəli fəaliyyətinin təmin edilməsi; b) üzv olan dövlətlərlə və digər beynəlxalq təşkilatlarla
əlaqənin həyata keçirilməsi; c) Təşkilatın müdcəsinin tərtib olunması; ç) ali orqanın iclaslarının
gündəliyinin hazırlanması; d) heyətlə bağlı məsələlərə baılması.
Icra orqanlarında dövlətlərin təmsil olunması müəyyən prinsiplərə (meyarlara) söykənir:
1) ədalətli coğrafi təmsil olunma prinsipi
(BMT Təhlükəsizlik Şurası, Ümumdünya
Meteorologiya Təşkilatı);
2) xüsusi maraqlar prinsipi ( MO);
3) üst-üstə düşməyən maraqları olan dövlətlər qrupunun bərabər təmsilolunma prinsipi
(dənizin dibi üzrə Orqanın Şurası);
4) daha çox maliyyə töhvəsi prinsipi (Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Bərpa və
nkişaf Bankı, NMARISAT və s.).
nzibati orqan
(beynəlxalq təşkiatın katibliyi) bu cür funksiyalar həyata keçirir: a) Təşkilatın
orqanları tərəfindən qəbul edilmiş sənədlərin dərc edilməsi; b) Təşkilatın fəaliyyəti barədə
hesabatların trtib edilməsi; c) Təşkilatın fəaliyyətinə aid olan bütün məsələlər üzrə məlumat
toplanması; ç) büdcənin layihəsinin hazırlanması və s.
Inzibati orqana, bir qayda olaraq, aşağıdakı əməkdaşlar daxildir:
a)
ali inzibati vəzifəli şəxslər; baş katib və onun müavinləri;
b)
mütəxəssislər;
c)
xidməti heyət.
Xüsusi komitə və komissiyalar
təşkilatın fəaliyyəti ilə bağlı bu və ya digər konkret
məsələni həll etmək üçün daimi və ya müvəqqəti əsasda yaradılır və köməkçi orqan kimi çıxış
edir (məsələn, BMT-də; Tərksilah üzrə Komissiya, Təbii ehtiyatlar üzrə Komitə, Kosmik
fəzadan dinc məqsədlərlə istifadə üzrə Komitə; KAO-da Avronaviqasiya Komissyası).
7. Birləşmiş Millətlər Təşkilatı (BMT). BMT bütün dünyada sülhün və təhlükəsizliyin
qorunub saxlanması və dövlətlər arasında əməkdaşlığıninkişaf etdirilməsi məqsədilə yaradılmış
universal beynəlxalq təşkilatdır. BMT-nin Nizamnaməsi 1945-ci il iyunun 26-da imzalanmış və
1945-ci il oktyabrında qüvvəyə minmişdir. Birləşmiş Millətlər Təşkilatının özünün xüsusi
statusunu, siyasi çəkisini və beynəlxalq həyatdakı rolunu, onun Nizamnaməsinin xüsusi növ
(sui generis) beynəlxalq müqavilə olduğunu və hüquqi qüvvəsini (bu barədə bax:
Nizamnamənin 103-cü maddəsi) nəzərə alaraq, Nizamnaməni beynəlxalq birliyin Konstitusiyası
adlandırmaq olar.
Hazırda BMT-nin 191 üzvü vardır.
BMT-nin altı əsas orqanı bunlardır: Baş Assambleya, Təhlükəsizlik Şurası, qtisadi və
Sosial Şura, Qəyyumluq şurası, Beynəlxalq Məhkəmə və Katiblik.
Baş Assambleya BMT-nin nüayəndəli orqanıdır; BMT-nin bütün üzvləri Baş Assambleyada
təmsil olunmuşdur. Baş Assambleyanın səlahiyyətinə BMT Nizamnaməsinin tətbiq dairəsində
olan istənilən məsələ aiddir. O, sülhün və beyn əlxalq təhlükəsizliyin qorunub saxlanması ilə
bağlı dövlətlərin əməkdaşlığının ümumi prinsiplərini, o cümlədən tərksilah məsələlərini
nəzərdən keçirə bilər, siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlıq m əsələlərini,
insan hüquq və azadlıqlarının həyata keçirilməsinə dəstək verilməsi, beynəlxalq hüququn
mütərəqqi inkişafı və onun məcəllələşdirilməsiməsələlərini müzakirə edə bilər və Birləşmiş
Millətlərin Üzvlərinə və ya Təhlükəsizlik Şurasına hər hansı bu cür məsələ və ya işlər üzrə
tövsiyələr verə bilər.
Baş Assambleya beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına aid olan,
Təhlükəsizlik Şurası və ya hər hansı dövlət tərəfindən ona təqdim olunmuş istənilən məsələni
müzakirə edə bilər və müvafiq tövsiyələr verə bilər. Barəsində tədbir görülməli olan hər hansı
belə məsələ Baş Assambleya tərəfindən Təhlükəsizlik Şurasına verilir. Təhlükəsizlik Şurası,
hər hansı bir mübahisə və ya situasiya ilə bağlı bu Nizamnamənin onun üçün nəzərdə tutduğu
funksiyaları yerinə yetirdiyi zaman, Baş Assambleya, əgər Təhlükəsizlik Şurası, ondan bu
barədə xahiş etmirsə, həmin mübahisə və ya situasiya ilə bağlı heç bir tövsiyə verə bilməz.
Baş Assambleya BMT-nin büdcəsini nəzərdən keçirir və təsdiq edir. O, Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvlərini, qtisadi və Sosial Şuranın üzvlərini seçir, köməkçi orqanlar
yaradır. Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Assambleya BMT-yə yeni üzvlərin
qəbul edilməsi və üzvlükdən çıxarılması, BMT üzvlərinin zö hüquq və imtiyazlarını həyata
keçirməsinin müvəqqəti dayandırılması məsələlərini həll edir, Baş Katibi təyin edir,
Təhlükəsizlik Şurası ilə paralel Beynəlxalq Məhkəməsinin üzvlərini seçir.
Baş Assambleya öz müntəzəm illik sessiyalarını və vəziyyət tələb etdikdə, xüsusi sessiyalara
yığışır. Müntəzəm sessiyalar hər il sentyabr ayının üçüncü çərşənbə axşamı açılır. Xüsusi
sessiyalar Baş Katib tərəfindən Təhlükəsizlik Şurasının və ya BMT üzvlərinin əksər hissəsinin
tələbi ilə çağrılır.
Baş Assambleyanın yeddi əsas komitəsi vardır. Birinci komitə (siyasi məsələlər və
təhlükəsızlik məsələləri, o cümlədən tərkisilah məsələləri); Xüsusi siyasi komitə (eyni
məsələlər); kinci komitə (iqtisadi və maliyyə məsələləri); Üçüncü komitə (sosial və humanitar
məsələlər); Dördüncü komitə (qəyyumluq və özü-özünü idarə etməyən ərazilərin məsələləri);
Beşinci komitə (inzibati və büdcə məsələləri); Altıcı komitə (hüquqi məsələlər).
Baş Assambleyanın mühüm məsələlər üzrə qərarı onun sessiyada və səsvermədə iştirak edən
üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Bu məsələlərə aşağıdakılar daxildir: beynəlxalq
sülhün və təhlükəsizliyin qorunub saxlanması ilə əlaqədar tövsiyələr, Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvlərinin seçilməsi, qtisadi və Sosial Şuranın üzvlərinin seçilməsi, Qəyyumluq
Şurası üzvlərinin seçilməsi, Birləşmiş Millətlərə yeni Üzvlərin qəbul olunması, Təşkilat
Üzvlərinin hüquq və imtiyazlarının müvəqqəti dayandırılması, Üzvlərin Təşkilatdan
çıxarılması, qəyyumluq sisteminin fəaliyyətinə aid olan məsələlər və büdcə məsələləri.
Digər məsələlər üzrə qərarlar sessiyada və səsvermədə iştirak edən üzv-dövlətlərin sadə səs
çoxluğu ilə qəbul edilir.
Təhlükəsizlik Şurası BMT orqanları sistemində xüsusi yer tutur. Büynəlxalq sülhün və
təhlükəsizliyin qorunmasında başlıca məsuliyyət məhz onun üzərinə qoyulmuşdur. Bu
məqsədlə müəyyən tədbirlər görərkən Təhlükəsizlik Şurası bütün üzv-dövlətlərin adından şıxış
edir.
Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Onlardan beşi daimi üzvlərdir – ABŞ, Böyük
Britaniya, Rusiya, Fransa və Çin. Qalan on dövlət isə - bunlar qeyri – daimi üzvlərdir – Baş
Assambleya tərəfindən iki il müddətinə seçilir.
Təhlükəsizlik Şurasının geniş səlahiyyətləri vardır. O, beynəlxalq ixtilafa gətirib çıxara bilən
və beynəlxalq mübahisəyə səbəb ola bilən istənilən mübahisəni və ya situasiyanı, həmin
mübahisənin və ya situasiyanın davam etməsinin beynəlxalq sülhün və təhlükəsizliyin qorunub
saxlanmasına təhlükə yarada biləcəyinı müəyyən etmək məqsədilə tədqiq edə bilər.
Sülhə təhlükənin, sülhün pozulmasının və ya təcavüz aktının olmasının müəyyən edilməsı
Təhlükəsizlik Şurasının müstəsns səlahiyyətinə aiddir. Belə bir faktı müəyyən etdikdən sonra
Təhlükəsizlik Şurası iki cür qərar qəbul edə bilər:
1) silahlı qüvvələrin istifadəsi ilə bağlı olmayan tədbirlər barəsində (41-ci maddə); 2) silahlı
tədbirlər barəsində (42-ci maddə). Silahlı qüvvələrin istifadəsi ilə bağlı olmayan tədbirlər
iqkisadi münasibətlərin və dəmiryol, dəniz, hava, poçt, teleqraf, radio və digər rabitə
vasitələrinin tamamilə və ya qismən dayandırılmasını və diplomatik münasibətlərin kəsilməsini
əhatə edə bilər. Nizamnamənin 42-ci maddəsinə görə, əgər Təhlükəsizlik Şurası hesab etsə ki,
41-ci maddədə nəzərdə tutulmuş tədbirlər kifayət olmaya bilər və ya artıq kifayət olmamışdır,
o, hava, dəniz və ya quru qüvvələrinin vsitəsilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub
saxlanması və ya bərpası üçün zəruri ola bilən tədbirlər görə bilər; həmin tədbirlər Birləşmiş
Millətlərin Üzvlərinin hava, dəniz və ya quru qüvvələrinin nümayişlərini, blokadasını və digər
əməliyyatlarını əhatə edə bilər.
Bundan əlavə, Təhlükəsizlik Şurasının praktikada geniş həyata keçirdiyi, lakin BMT
Nizamnaməsinin özündə birbaşa göstərilməyən daha bir mühüm səlahiyyəti vardır: potensial və
ya mövcud münaqişə rayonuna müvafiq dövlətin razılığı ilə sülhməramlı qüvvələrin
göndərilməsi (sülhün bərpa edilməsi və ya qorunub saxlanması üzrə əməliyyatlar).
Baş Assambleyanın aktlarından fərqli olaraq, Təhlükəsizlik Şurasının qətnamələri məcburi
xarakter daşıyır və bütün dövlətlər tərəfindən yerinə yetirilməildir. Təssüf ki, onların xeyli
hissəsinə praktikada siyasi mülahizələr ucbatından əməl olunmur. Məsələn, hamımıza yaxşı
məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Təhlükəsizlik Şurasının çıxardığı dörd
qətnamə (822, 853, 874 və 884) indiyə qədər kağız üzərində qalır.
Təhlükəsizlik Şurası elə təşkil olunur ki, fasiləsiz fəaliyyət göstərə bilsin. Təhlükəsizlik
Şurasının hər bir üzvü bu məqsədlə Təşkilatın olduğu yerdə hər an təmsil olunmalıdır.
Təhlükəsizlik Şurasının hər bir üzvü bir səsə malikdir. Təhlükəsizlik Şurasının prosedur
məsələlər üzrə qərarı doqquz üzvün lehinə səs verməsi ilə qəbul olunur. Təhlükəsizlik Şurasının
bütün digər məsələlər üzrə qərarları, daimi üzvlərin uyğun gələn səsləri də daxil olmaqla,
doqquz üzvün lehinə səs verməsi ilə qəbul olunur. Şuranın hər hansı bir daimi üzvü qərarın
əleyhinə səs vürərsə, qərar qəbul olunmur. Təhlükəsizlik Şurasının daimi üzvlərinin bu
müstəsna hüququ veto hüququ adlanır. Əgər daimi üzvlərdən biri və ya bir neçəsi səsvermə
zamanı bitərəf qalırsa və ya səsvermədə iştirak etmirsə, doqquz üzvün lehinə səs verdiyi qərar
qəbul olunmuş sayılır.
qtisadi və Sosial Şura (EKOSOK) BMT-ninvə onun ixtisaslaşdırılmış təsisatlarının iqtisadi
və sosial sahələrdə fəaliyyətini əlaqələndirən orqandır. O, Baş Assambleya tərəfindən üç il
müddətinə seçilən 54 üzv dövlətdən ibarətdir; bu tərkibin üçdə biri, yəni 18 üzv dövlət hər il
yenidən seçilir.
EKOSOK Beynəlxalq iqtisadi və sosial problemləri müzakirə etmək və müvafiq tövsiyələr
işləyib hazırlamaq üçün mərkəzi form rolunu oynayır. O, iqtisadi, sosial, mədəni, təhsil,
səhiyyə və yanaşı sahələrdə beynəlxalq məsələlərə aid tədqiqatlar aparır və məruzələr edir və ya
istənilən belə məsələlərə aid Baş Assambleyaya, Birləşmiş Millətlərin Üzvlərinə və maraqlı
ixtisaslaşdırılmış təsisatlara tövsiyələr vürir, Baş Assambleyaya təqdim etmək üçün konvensiya
layihələri hazırlayır, beynəlxalq konfranslar çağırır.
EKOSOK-un ən mühüm səlahiyyətlərindən biri BMT-nin ixtisaslaşdırılmış təsisatlarının
fəaliyyətini əlaqələndirməkdən biridir. EKOSOK bu təşkilatlarla xüsusi sazişlərə girir, onlarla
məsləhətləşmələr aparır və tövsiyələr verir, onlardan müntəzəm məruzələr alır.
EKOSOK iqtisadi və sosial sahələrdə və insan hüquqlarına dəstək vermək üçün komissiyalar
təsis edir. Hal-hazırda onun 9 funksional komissiyası vardır: nsan hüquqlrı üzrə Komissiya,
Sosial inkişaf komissiyası, Cinayətkarlığın qarşısının alınması və cinayət ədalət mühakiməsı
üzrə komissiya, Statistika komissiyası, Qadınların vəziyyəti üzrə komissiya və b. Bundan əlavə,
köməkçi orqan kimi EKOSOK-un 5 regional komissiyası vardır: Afrika üzrə qtisadi
komissiyası, Asiya və Sakit okean üzrə qtisadi və sosial komissiya, Avropa iqtisadi
komissiyası, Latın Amerikası və Karib hövzəsi üzrə qtisadi komissiya və Qərbi Asiya üzrə
qtisadi və sosial komissiya.
EKOSOK öz səlahiyyətləri çərçivəsində olan məsələlərlə məşğul olan qeyri-hökumət
təşkilatları ilə məsləhətləşmələr aparır.
EKOSOK BMT-nin hər hansı bir Üzvünü, həmin dövlət üçün xüsusi maraq kəsb edən
istənilən məsələnin müzakirəsində, səsvermə hüquqi olmadan, iştirak etməyə dəvət edir.
EKOSOK-un hər bir üzvü bir səsə malikdir. Onun qərarları iştirak edən və səs verən üzvlərin
səs çoxluğu ilə qəbul olunur.
Qəyyum Şurası BMT Nizamnaməsində formal olaraq qalsa da, artıq fəaliyyət göstərmir. O,
beynəlxalq qəyyumluq sisteminə daxil olan ərazilərin siyasi, iqtisadi və sosial tərəqqisinə,
onların özünüidarəyə və müstəqilliyə doğru inkişafına dəstək vermək üçün yaradılmışdı.
Şuranın fəaliyyəti dövründə 11 qəyyumluq altında olan ərazinin hamısı müstəqillik qazanmışdır
(Qana, Somali, Kamerun, Toqo, Ruanda, Burundi, Tanzaniya, Samoa, Nauru, Papua-Yeni
Qvinea və Palua). 1994-cü ildə axırıncı belə ərazi kimi Paluanın BMT-yə üzv qəbul edilməsi və
Qəyyumluq haqqında Sazişin qüvvədə olma müddətinin bitməsi ilə Qəyyumluq Şurası öz
vəzifəsini tam yerinə yetirmişdir. Həmin il qəbul olunmuş qərara görə, Qəyyumluq Şurası
gələcəkdə yalnız vəziyyət tələb etdikdə, yığışa bilər. Hal- hazırda Qəyyumluq Şurasının
tamamilə ləğv olunması və onun əvəzinə ya insan hüquqları ya da ətraf mühitin mühafizəsi üzrə
Şura yaradılması təklifləri geniş müzakirə olunur.
Beynəlxalq Məhkəmə Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanıdır. O, BMT
Nizamnaməsinə əlavə olunan və onun ayrılmaz tərkib hissəsini təşkil edən Statuta uyğun olaraq
f əaliyyət göstərir. Beynəlxalq Məhkəmə dövlətlər arasındakı mübahisələri həll edir və hüquqi
məsələlər üzrə məsləhət xarakterli rəylər çıxarır. Hər bir dövlət, tərəf kimi çıxış etdiyi işdə
Beynəlxalq Məhkəmənin qərarına əməl etməlidir.
BMT-nin bütün Üzvləri ipso facto Beynəlxalq Məhkəmənin Statutunun iştirakçılarıdır.
BMT Üzvü olmayan dövlət, Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında Baş Assambleya
tərəfindən müəyyən olunan şərtlərlə, Beynəlxalq Məhkəmənin Statutunun iştirakçısı ola bilər.
Beynəlalq Məhkəməyə 15 hakim daxildir; onlar Baş Assambleya və Təhlükəsizlik Şurası
tərəfindən seçilir. Məhkəmənin yerləşdiyi yer Niderlandın Haaqa şəhəridir.
BMT Katibliyinin başlıca vəzifəsi bütün Təşkilatın normal fəaliyyətini təmin etməkdən
ibarətdir.
Katiblik Baş Katibdən və Təşkilat üçün tələb olunan ştatdan ibarətdir (Nizamnamənin 97-ci
maddəsi). Baş Katib tərəfindən Baş Assambleyanın müəyyən etdiyi qaydalarla əsasən tıyin
olunan Katibliyn işçiləri (hal-hazırda onların sayı 9 minə qədərdir) beynəlxalq vəzifəli şəxslər
hesab olunur. Katibliyn əmkdaşlarını işə qəbul edərkən əsas tələblər kimi onların yüksək iş
qabiliyyəti səviyyəsi, səlahiyyətliliyi və təmizliyi ön plana çəkilir. Heyətin mümkün qədər geniş
coğrafi əsasda seçilməsinin vacibliyinə lazımi diqqət yetirilməlidir. Öz vəzifələrini icra edərkən
Baş Katib və Katibliyn əmkdaşları hər hansı hökumətdən və ya BMT üçün kənar olan hər hansı
digər orqandan göstəriş istəyə və ya ala bilməzlər. BMT-nin hər bir Üzvü Baş Katib və Katiblik
əmkdaşlarının vəzifələrini sırf beynəlxalq xaraketrinə hörmət etməli və onlara öz vəzifələrini
yerinə yetirərkən heç bir təsir göstərməməlidir.
BMT-nin Baş Katibi Təşkilatın baş inzibati vəzifəli şəxsidir. O, Təhlükəsizlik Şurasının
tövsiyəsi əsasında Baş Assambleya tərəfindən 5 illik müddətə təyin olunur. O, əsasən icra-
sərəncam funksiyalarını yerinə yetirir.
Indiyə qədər aşağıdakı şəxslər BMT-nin Baş katibi olmuşlar: Trüqve Li (Norveç) – 1945-
1953; Daq Hammerşeld ( sveç) -1953-1961; U Tan (Birma) – 1961-1971; Kurt Valdhaym
(Avstriya) – 1971-1981; Xavyer Peres de Kuelyar (Peru) – 1982-1991; Butros Butros Qali
(Misir) – 1991-1997 və Kofi Annan – 1 yanvar 1997-ci ildən (2001-ci ildən o, ikinci müddətə
təyin olunmuşdur).
Baş Katib Baş Assambleyanın, Təhlükəsizlik Şurasının, qtisadi və Sosial Şuranın və
Qəyyumluq Şurasının bütün iclaslarıda fəaliyyət göstərir və bu orqanlar tərəfindən ona həvalə
olunan digər funksiyaları icra edir. O, Təşkilatın işi barədə Baş Assambleyaya illik məruzə
təqdim edir.
Baş Katibin mühüm səlahiyyətlərindən biridə ondan ibarətdir ki, o, beynəlxalq sülhün və
təhlükəsizliyin qorunub saxlanılmasına təhlükə törədə bilən istənilən məsələni
Təhlükəsizlik Şurasının nəzərinə çatdıra bilər. Baş Katib beynəlxalq mübahisələrin və
situasiyaların nizamlanmasında mühüm rol oynayır.
Dostları ilə paylaş: |