Mövzu Beynəlxalq ümumi hüquq anlayışı, tənzimetm



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/19
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15194
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

11.  Konsulluqlar:  anlayışı  və  funksiyaları.    Səfirliklər  (və  ya  daimi  missiylar)  kimi 
konsulluqlar  da  dövləti  onun  sərhədlərindən  kənarda  təmsil  edən  daimi  nümayəndəliklərdir. 
Lakin 
konsulluqlar 
aşağıda 
şərh 
edəcəyimiz 
funksiyalarına 
görə 
diplomatik 
nümayəndəliklərdən fərqlənir. Bundan əlavə, onlar qəbul edən dövlətin bütün ərazisində deyil, 
onun  yalnız  bir  hissəsini  əhatə  edən  və  qarşılıqlı  razılıq  əsasında  müəyyən  olunan  konsulluq 
dairəsində  fəaliyyət  göstərir.  Beləliklə,  bir  dövlətin  ərazisində  başqa  bir  dövlətin  bir  neçə 
konsulluq  ola  bilər.  Konsulluq  münasibətləri  müvafiq  dövlətlər  arasında  diplomatik 

münasibətlər  olmadığı  halda  da  qurula  bilər,  digər  rərəfdən,  diplomatik  münasibətlərin 
kəsilməsi  hələ  konsulluq  münasibətlərinin  xitam  olunması  demək  deyildir.  Konsulluq 
idarələrinə  konsullar  rəhbərlik  edir.  Diplomatik  nümayəndədən  fərqli  olaraq,  konsulluq  öz 
dövlətinin  qəbul  edən  dövlətdə  səlahiyyətli  nümayəndəsi  sayılmır.  O,  öz  dövlətinin  müəyyən 
məsələlər üzrə və yalnız öz konsulluq dairəsində təmsil edir. 
  Konsulluq  funksiyaları  xüsusi  konsulluq  idarələri  tərəfindən  və  ya  tərkibində  konsulluq 
şöbələri  olan  diplomatik  nümayəndəliklər  tərəfindən  həyata  keçirilir.  Konsulluq  idarələrinin 
dörd  növü  vardır:  1)  baş  konsulluqlar;  2)  konsulluqlar;  3)  vitse-  konsulluqlar  və  4)  konsul 
agentləri. Buna uyğun olaraq, dörd konsul dərəsi mövcuddur: 1) baş konsul; 2) konsul; 3) vitse-
konsul və 4) konsul agenti.  
  Bəzi dövlətlər öz praktikasında fəxri və ya ştatdan kənar konsullardan istifadə edir. Adətən, 
fəxri konsullar konsulluğun yerləşdiyi dövlətdə daimi yaşayan şəxslərin sırasından təyin olunur. 
Onlar təyin edən dövlətin dövlət qulluqçuları ştatında hesab olunmurlar və bu işə görə məvacib 
almırlar. 
Konsulluq münasibəti haqqında 1963-cü il  Vyana Konvensiyasına görə
konsulluqlar aşağıdakı funksiyaları həyata keçirir:  
1)
  öz dövlətinin, onun hüquqi şəxslərinin və vətəndaşlarının mənafelərini qorumaq;  
2)
  öz dövləti ilə qəbul edən dövlət arasında ticarət, iqtisadi, mədəni, elmi və digər 
əlaqələrin inkişafına yardım göstərmək;  
3)
  konsulluq dairəsinin iqtisadi, hqüuqi və siyasi həyatına dair məlumat toplamaq və 
öz dövlətinin xarici işlər nazirliyinə çatdırmaq;  
4)
  öz dövlətinin vətəndaşları üçün inzibati və notariat funksiyaları həyata keçirmək;  
5)
  öz dövlətinin dəniz və hava gəmilərinə, digər nəqliyyat növləri və onların heyəti 
ilə bağlı müəyyən vəzifələr yerinə yetirmək;  
6)
  öz dövlətinə səfər edən əcnəbilərə vizalar vermək və s. 
1963-cü il Konvensiyasına görə, konsulluq idarəsinin heyəti üç kateqoriyaya 
bölünür:   
  1) konsulluq xidmətinə olan və konsulluq funksiyalarını yerinə yetirən vəzifəli şəxslər;  

  2) inzibati-texniki iş yerinə yetirən konsul qulluqçuları; 
  3) xidmətçi heyət.  
  Azərbaycan  Respublikasının  konsulluqlarının  heyəti,  funksiyaları,  funksiyaların  həyata 
keçirilməsi qaydası və digər məsələlər Azərbaycan Respublikasının 8 fevral 1994-cü il tarixli 
Qanunu  ilə  təsdiq  edilmiş    Azərbaycan  Respublikasının  Konsul  Nizamnaməsində  öz  əksini 
tapmışdır. 
12. Konsulun təyin olunması və onun funksiyalarının xitam olunması.Konsullar, bir qayda 
olaraq,  xarici  işlər  idarəsi  tərəfindən  təyin  olunur.  Təyin  olunmuş  şəxsə  onun  səlahiyyətlərini 
təsdiq edən xüsusi sənəd – konsul patenti verilir. Bu sənəddə həmin şəxsin adı, rütbəsi, tutduğu 
vəzifə,  konsul  dairəsi  və  konsulluğun  yerləşdiyi  yer  göstərilir.  Konsul  patenti  diplomatik 
kanallar vasitəsilə qəbul edən dövlətin hökumətinə göndərilir. Həmin dövlət (adətən, xarici işlər 
idarəsi), əgər təyin olunmuş şəxsə etirazı yoxdursa, onun öz vəzifəsinin icrasının başlanmasına 
icazə  -  ekzekvatura  verir.  Ekzekvatura  ya  ayrıca  sənəd,  ya  da  konsul  patentinin  üzərində 
təsdiqləyici yazı şəklində olur. Ekzekvaturanın verildiyi andan konsul missiyasi başlamış sayılır. 
  Konsulluq  dairəsinin  hüdudları  və  ya  konsulluq  idarəsi  başçısının  dərəcəsi  dəyışərkən,  o, 
yeni ptent və ekzekvatura almalıdır. Konsulluq heyətinin digər üzvləri üçün bu, tələb olunmur; 
lakin qəbul edən dövlətin xarici işlər idarəsi onların təyinatı barədə məlumatlandırılmalıdır.  
  Diplomatik nümayəndəliklərin konsul şöbələrinin  müdirləri üçün, bir qayda olaraq, konsul 
patentinin  göndırilməsinə  və  ekzekvaturanın  alınmasına  ehtiyac  yoxdur.  Diplomatik  heyətin 
digər  üzvləri  kimi,  onların  təyin  olunması  haqqında  qəbul  edən  dövlətin  müvafiq  orqanına 
sadəcə olaraq məlumat verilir. 
  Konsulun missiyası aşağıdakı hallarda sona yetir: 
-
  onu təyin etmiş dövlət tərəfindən konsulun geri çağırılması; 
-
  konsulun persona non qrata elan olunması; 
-
  konsul patentinin müddətinin başa çatması; 
-
  konsulluq dairəsinin yerləşdiyi ərazinin qəbul edən dövlətin suverenliyindən 
çıxması; 
-
  konsulluq idarəsinin bağlanması; 
-
  konsulluq münasibətlərinin xitam olunması; 

-
  təmsil olunan dövlət ilə qəbul edən dövlət arasında müharibə başlaması.      
13.  Konsulluqların  və  onların  heyətininimtiyaz  və  immunitetləri.  Konsul  imtiyaz  və 
immunitetləri, 1963-cü il Vyana Konvensiyasının preambulasında göstərildiyi kimi, “ayrı-ayrı 
şəxslərin mənfəəti üçün deyil, konsulluq idarələri tərəfindən öz funksiyalarının səmərəli həyata 
keçirilməsini təmin etmək üçün verilir”. Konvensiyaya görə, konsulluqlar aşağıdakı imtiyaz və 
immunitetlərə malikdirlər:  
  konsulluğun binalarının toxunulmazlığı (“təxirə salınmaz müdafiə tədbirlərinin görülməsinin 
tələb edən yanğın və ya digər təbii fəlakət hallarindan” başqa);  
  arxivlərin, sənədlərin və rəsmi yazışmaların toxunulmazlığı; 
  konsulluğa mənsub olan əmlakın və nəqliyyat vasitələrinin toxunulmazlığı; 
  bütün vergi və rüsumlardan azad olunma; 
  öz dövlətinin hökuməti, diplomatik və konsulluq nümayəndəlikləri ilə sərbəst və maneəsız 
əlaqə  saxlanılması  (o  cümlədən  diplomatik  və  konsul  kuryer  və  şifrlərindən  istifadə  etmək 
hüququ);  
  bayraq və emblemdən istifadə etmək hüquq. 
  Konsulların  heyəti  üçün  hansı  imtiyaz  və  immunitetlərin  nəzərdə  tutulması  ikitərəfli 
konsulluq konvensiyalarında müxtəlif cür həll olunur. Bir sıra bu cür konvensiyalarda, 1963-cü 
il Vyana Konvensiyasının əksinə olaraq, konsulluqların əməkdaşları üçün, demək olar ki, bütün 
diplomatik  imtiyaz  və  immunitetlər  nəzərdə  tutulur.  Vyana  Konvensiyasının  özündə  isə  bəzi 
məhdudiyyətlər  əks  olunmuşdur.  Məsələn,  41  ci  maddədə  deyilir;  “1.  Konsulluğun  vəzifəli 
şəxsləri,  ağır  cinayətlər  törətdiklərinə  görə  səlahiyyətli  məhkəmə  orqanlarının  qərarı  ilə 
mümkün olan hallardan başqa, həbs edilə və ya həbsdə saxlanıla bilməzlər. 2. Bu maddənin 1-ci 
bəndində göstərilən hallar istisna olmaqla, yalız qanuni qüvvəyə minmış məhkəmə qərarını icra 
edildiyi  hallardan  başqa,  konsulluğun  vəzifəli  şəxslərinin  azadlığı  heç  bir  formada 
məhdudlaşdırıla  bilməz”.  Konvensiyanın  44-cü  maddəsinə  əsasən,  göstərilən  şəxslər  ifadə 
vermək  üçün  məhkəməyə  çağrıla  bilərlər.  Doğrudur,  məhkəməyə  gəlməkdən  imtinaya  görə 
onlara cəza tədbirləri tətbiq oluna bilməz. Qeyd edilənlərdən başqa, konsulluqların əməkdaşları 
və onların ailə üzvləri aşağıdakı imtiyaz və immunitetlərdən istifadə edirlər; a) müəyyən vergi 
güzəştləri; b) gömrük imtiyazları; c) hərbi və digər şəxsi mükəlləfiyyətlərdən azad olunma və s.   

Mövzu 9: BEYNƏLXALQ C NAYƏT HÜQUQU 
Plan:  
1. Beynəlxalq cinayət hüququnun anlayışı, inkişaf tarixi və xüsusiyyətləri 
2. Beynəlxalq cinayət hüququnun mənbələri 
3. Beynəlxalq cinayət anlayışı    
4. Ayrı-ayrı beynəlxalq cinayətlərintərkib ünsürləri 
5. Fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti 
6. Beynəlxalq fərdi cinayət məsuliyyətinin həyata keçirilməsi mexanizmi 
7. Cinayətkarlıqla mübarizə sahəsində dövlətlərin əməkdaşğının təşkilati mezanizmi 
8. Cinayətkarların verilməsi  
                                   Ədəbiyyat siyahısı. 
  Бахтигареева  А.П.  История  возникновения  и  развития  международного  права.  1995. 
№2. С.99-111. 
  Блищенко И.П., Фисенко И.В. Международный уголовный суд. М., 1994. 
  Богатырев  А.Г.  Международное  сотрудничество  государств  по  борьбе  с 
преступностью. Л., 1989. 
  Валеев  Р.В.  Выдача  преступников  в  современном  международном  праве.  Казань. 
1976. 
  Горбунов  Ю.С.  Международнародно-правовое  регулирование  борьбы  с  захватом 
заложников //Московский журнал международного права1993.№3. С.22-35. 
  Hüseynov L.H. Genosid cinayətinin tərkib ünsürləri //Hüquqi dövlət və qanun. Bakı: 1999. 
№8. 
  Игнатенко  Г.В.  Международное  сотрудничество  в  борьбе  с  преступностью. 
Свердловск, 1980. 
  Карпец И.И. Международная   преступность. М., 1988. 

  Лукашук  И.И.,  Наумов  А.В.  Выдача  обвиняемых  и  осужденных  в  международном 
уголовном праве. М., 1998. 
   Лукашук И.И., Наумов А.В. Международное уголовное право. М., 1999. 
  Ляхов Е.Г. Политика терроризма – политика насилия и агрессии. М., 1987. 
  Международное уголовное право. Под ред. В.Н. Кудрявцева. М., 1998. 
  Наумов А.В. Преступления против мира и безопасности человечества и преступления  
международного характера  //Государство и право. 1995. №6.С. 48-57. 
  Нюрнбергский  процесс:  право  против  войны  и  фашизма.  Под  ред.  И.А.Ледях  и 
И.И.Лукашука. М., 1985. 
  Решетов  Ю.А.  Нюрнбергский  процесс  и  международное  уголовное  право  // 
Нюрнбергский процесс и современность. М., 1986. С. 158-173. 
  Сафаров  Н.  Комментарий  к  закону  Азербайджанской  Республики  «О  выдаче 
(екстрадициилицсовершивших преступления».
 Баку, 2001. 
  Сафаров 
Н.  Проблемы  обеспечения  совместимости  Римского  Статуса 
Международного  уголовного  суда  и  национальных  правовых  систем  (опыт 
законодательства Азербайджанской Республики). Баку, 2002. 
  Aut dedere aut  judicare. The Duty to Extradite or Prosecure in International Law (Ed. M. 
Ch. Bassiouni, E.M. Wise).Dordrecht-Boston-London, 1995. 
  Bassiouni    M.  Ch.  Crimes  against  Humanity  in  International  Criminal  Law.Dordrecht-
Boston-London, 1992. 
  Bassiouni    M.  Ch.The  Law  of  the  International  Criminal  Tribunal  for  the  Former 
Yugoslavia.
New York, 1996. 
  Cigar  N.  Genocide  in  Bosnia:  the  Policy  of  “Ethnic  Cleansing”  Texas  University  Press: 
1995. 
  Handbook on the International Criminal Court.
Brussels, 1997. 
  International  Criminal  Law:  International  Crimes  (Ed.  M.  Ch.  Bassiouni  ).N.Y.,  1986, 
vol.1. 

  International Criminal Law: Enforcement (Ed. M. Ch. Bassiouni ).N.Y., 1987, vol.3. 
  International Criminal Law: Procedure (Ed. M. Ch. Bassiouni ).N.Y., 1986, vol.2. 
  Karhilo J. Establisment and International Law // International Law at a Time of perplexity: 
Essays  in  Honour  of  Shabtei  Rosenne 
(Ed.  Y/  Dinstein)/  Dordrecht-Boston-London,  1989. 
P.797-820. 
  Taylor T. the Anatomy of the Nuremberg Trials. London, 1993. 
  The Law of War Crimes: National and International Approaches 
(Ed. T.L.H. McCormack 
and G.J. simpson). The Hague-Boston-London, 1996. 
  The Prosecution of International Crimes (Eds. R. Clark, M. Sann). London,1996. 
  War Crimes in International Law (Ed. Y Dinstein).The Hague-Boston-London, 1996. 
 
1.  Beynəlxalq  cinayət  hüququnun  anlayışı,  inkişaf  tarixi  və  xüsusiyyətləri.  Beynəlxalq 
cinayət  hüququ  beynəlxalq  cinayətlərə  görə  fiziki  şəxslərin  cinayət  məsuliyyətini  müəyyə
etmək  yolu  ilə,  beynəlxalq  hüquq  qaydasını  cinayət  əməllərindən  qorumaq  məqsədilə 
yaradılan prinsip və normaların məcmusuna deyilir. 
  Dövlətdaxili hüquq qaydasını cinayətkər əməllərdən qorumaq məqsədi daşıyan milli cinayət 
hüququ kimi, beynəlxalq cinayət hüququ da beynəlxalq hüququn müxtəlif sahələrinin xüsusilə 
təhlükəli  pozuntularına,  bir  neçə  dövlətin  və  yaxud  bütün  beynəlxalq  birliyin  mənafeyinə 
toxunan  cinayət  əməllərinə  qarşı  mübarizə  məqsədi  daşıyır:  məsələn,  beynəlxalq  dəniz 
hüququnda  (dəniz  quldurluğu),  beynəlxalq  hava  hüququnda  (hava  gəmilərinin  qaçırılması, 
mülki aviasiyanın təhlükəsizliyinə qarşı digər cinayətlər), diplomatiya hüququnda (diplomatik 
müdafiəsi  olan  şəxslər  əleyhinə  cinayətlər),  beynəlxalq  iqtisadi  və  maliyyə  hüququnda  (pul 
nişanələrinin saxtalaşdırılması) və s. 
  Beynəlxalq  cinayət  hüququ  beynəlxalq  hüququn  yeni  sahəsidir.  Lakin  ayrı-ayrı  normalar 
artıq XIX əsrdə yaranmağa başlamışdır. Beynəlxalq cinayət məcəlləsinin ilk layihəsi hələ 1832-
ci  ildə  ortaya  çıxmışdı,  lakin  o  zaman  söhbət,  əsas  etibarilə,  narkotik  maddələrlə  alver,  qul 
alveri və s. kimi cinayətlərdən gedirdi. Sözü gedən hüququ sahəsinin inkişafına birinci dünya 
müharibəsi  müəyyn  təkan  verdi.  Belçika,  ngiltərə,  Rusiya  və  Fransa  hökumətlərinin 

yaratdıqları  xüsusi  istintaq  komissiyaları  Almaniya  tərəfindən  müharibədə  adət  və  qanunların 
kütləvi  şəkildə  və  kobud  pozulması  faktlarını  aşkara  çıxardı.  1919-cu  ildə  bağlanmış  Versal 
sülh  müqaviləsi  özünün  227-ci  maddəsində  alman  imperatoru  II  Vilhelmi  beynəlxalq  əxlaq 
normalarını  və  beynəlxalq  müqavilələri  pozmaqla  günahlandırır  və  onun  üzərində  xüsusi 
məhkəmə  təsis  edilməsini  nəzərdə tutur. Müqavilənin 228-ci maddəsində  müttəfiq  dövlətlərin 
müharibə  adət  və  qaunlarının  pozulmasında  təqsirli  olan  digər  Almaniya  dövlət 
numayəndələrini  məhkəməyə  vermək  hüququ  təsbit  olunurdu.  Lakin,  məlum  olduğu  kimi, 
Versal sülh müqaviləsinin bu müddəaları həyata keçirilməmiş qaldı. Niderland hökuməti onun 
ərazisində  qaçıb  gəlmiş  imperatoru  müttəfiq  dövlətlərə  verməkdən  imtina  etdi.  Digər 
cinayətkarlara  gəldikdə  isə,  Almaniya  hökuməti,  Versal  müqaviləsinin  şərtlərinə  zidd  olaraq, 
həmin şəxsləri beynəlxalq məhkməyə və ya xarici dövlətin məhkəməsinə vermədi və bu işlərə 
baxan Leypis məhkəməsi müharibə cinayətlərində ittiham olunan 896 şəxsdən yalnız 6-nı, özü 
də yüngül cəzalara məhkum etdi. 
  1937-ci  ildə  bağlanmış  Terrorizmin  qaşısının  alınması  və  cəzalandırılması  haqqında 
Konvensiya 
“həmin  Konvensiyanın  müddəalarını  pozmuş  fiziki  şəxslərin  üzərində 
yurisdiksiyaya  malik  olan”  beynəlxalq  cinayət  məhkəməsinin  yaradılmasını  nəzərdə  tuturdu. 
Lakin  tarixi  səbələr  üzündən  bu  məhkəmə  yaradılmadı  və  Konvensiyanın  özünü  ancaq  bir 
dövlət ratifikasiya etmişdi. 
  Beynəlxalq cinayət yurisdiksiyası ilk dəfə olaraq yalnız ikinci dünya müharibəsindən sonra, 
sülh  və  bəşəriyyət  əleyhinə  cinayətlərdə  təqsirli  olan  alman  və  yapon  militaristlərini 
cəzalandırmaq  üçün  təsis  olunmuş  Nürnberq  və  Tokio  tribunallarının  nümunəsində  həyata 
keçirilə  bildi.  Əslində  “qalib  dövlətlərin  məhkəməsi”  kimi  çıxış  etdiyinə  və  yalız  bir  tərəfin 
törətdiyi  cinayətləri  araşdırdığına  baxmayaraq,  Nürnberq  və  Tokio  tribunalları  beynəlxalq 
cinayət  hüququnun  inkişafında  əhəmiyyətli  rol  oynadı  və  beynəlxalq  fərdi  cinayət 
məsuliyyətinin  əsasını  qoydu;  ilk  dəfə  olaraq  fiziki  şəxslər  beynəlxalq  məhkəmə  orqanı 
tərəfindən beynəlxalq hüquq normaları əsasında mühakimə olundular. 
  Soyuq müharibənin başa çatması və beynəlxalq gərginliyin azalması bütövlükdə beynəlxalq 
hüquqa,  o  cümlədən  beynəlxalq  cinayət  məsuliyyəti  institutuna  pozitiv  dəyişikliklər  gətirdi. 
BMT Beynəlxalq hüquq komissiyasının uzun dövr ərzində müzakirə etdiyi Sülh və bəşəriyyətin 
təhlükəsizliyi əleyhinə cinayətlər Məcəlləsinin Layihəsi üzərində iş xeyli surətləndi və 1994-cü 
ildə ilk oxunuşda qəbul olundu. 1993 və 1994-cü illərdə müvafiq olarq Yuqoslaviya və Ruanda 

ad  hoc  beynəlxalq  cinayət  tribunalları  təsis  olundu.  Bu  tribunalların  nizamnamələri  və 
hökümləri  elmi-praktik  baxımdan  olduqca  diqqətəlaiqdir  və  beynəlxalq  cinayət  məsuliyyəti 
sahəsində  presedent  hüququnun  inkişafına  əhəmiyyətli  töhfə  sayıla  bilər.  1998-ci  ilin  iyul 
ayında Beynəlxalq cinayət məhkəməsinin yaradılmasl haqqında Müqavilə və onun Nızmnaməsi 
qəbul olundu və 2002-ci il iyulun 1-də 60 ratifikasiyadan sonra Nizamnamə qüvvəyə mindi. 
  Beynəlxalq cinayət hüququnun bir sıra xüsusiyyətləri vardır:  
  a)  beynəlxalq  cinayət  hüququ  özündə  nəinki  cinayət  hüququna,  habelə  cinayət-prosesual 
hüququna və məhkəmə quruluşuna aid normaları ehtiva edir.
 Məsələn, Yuqoslaviya və Ruanda 
tribunallarının  və  Beynəlxalq  cinayət  məhkəməsinin  Nizamnamələrində  maddi  normalarla 
yanaşı, məhkəmə quruluşu və proseslə bağlı müddəalar təsbit olunmuşdur. Beynəlxalq cinayət 
hüququnun  göstəriln  xüsusiyyəti  onunla  izah  olunur  ki,  o,  hələ  tam  təşəkkül  tapmamışdır  və 
onun sistem ünsürləri lazımi inkişaf səviyyəsinə çatmamışdır; 
  b) beynəlxalq cinayətlər törətmiş şəxslərin cinayət məsuliyyəti həm beynəlxalq tribunallar, 
həm  də  milli  məhkəmələr  tərəfindən  həyata  keçirilə  bilər.
  Həmin  şəxslərə  həm  biavısitə 
beynəlxalq  hüquq  normaları  (əsasən,  birinci  halda),  həm  də  onların  implementasiyası  üçün 
qəbul olunmuş dövlətdaxili hüquq normaları tətbiq oluna bilər;  
  c) beynəlxalq cinayət hüququ, bir qayda olaraq, cəza müəyyən etmir. Doğrudur, Nürnberq 
və  Tokio  tribunalların  Nizamnamələrində  müəyyən  cəzalar  nəzərdə  tutulmuşdu.  Yuqoslaviya 
və  Ruanda  tribunalların  və  Beynəlxalq  cinayət  məhkəməsinin  nizamnamələrində  də  bir  sıra 
cəzalar təsbit olunmuşdur. Milli cinayət hüququnda, məlum olduğu kimi, hər hansı bir əməlin 
nəinki  cinayət  olması,  habelə  onun  cəzalandırılması  eyni  bir  norma  çərçivəsində  qanunverici 
tərəfindən  müəyyən  olunur.  Beynəlxalq  cinayət  hüququnda  isə,  dövlətlərarası  sazişlər,  bir 
qayda olaraq, bu və ya digər əməlin cinayət xaraqterini müəyyən etsə də, konkret sanksiyalar 
haqqında  məsələni  açıq  qoyur.  Beynəlxalq  müqavilələrdə  cəzanın  növü  və  ölçüsü  haqqında 
göstərişin  olmaması  ona  əsas  verir  ki,  konkret  cəza  tədbiri  ya  milli  məhkəmələr,  ya  da 
beynəlxalq tribunal tərəfindən cinayət törədildikdən sonra müəyyən oluna bilər. 
2.  Beynəlxalq  cinayət  hüququnun  mənbələri.  Beynəlxalq cinayət hüququnun əsas mənbəyi 
beynəlxalq müqavilələrdir. Qeyd etmək lazımdır ki, bu günə qədər müxtəlif səviyyələrdə xeyli 
sayda  layihələr  işlənib  hazırlansa  da,  vahid  məcəllələşdirilmiş  akt  –  beynəlxalq  cinayət 

məcəlləsi  yoxdur.  Beynəlxalq  cinayət  hüququ  ilə  bu  və  ya  digər  şəkildə  bağlı  olan  çoxsaylı 
müqavilələri bir neçə kateqoriyaya ayırmaq olar:  
a)  bilavəsitə  beynəlxalq  cinayət  hüququna  həsr  olunmuş,  beynəlxalq  cinayətlərin  kokret 
tərkiblərini  müəyyən  edən  müqavilələr  (məsələn,  Genasid  cinayətinin  qarşısının  alınması  və 
cəzalandırılması  haqqında  1948-ci  il  Konvensiyası;  Aparteid  cinayəti  ilə  mübarizə  və  onun 
cəzalandırılması  haqqında  1973-cü  il  Konvensiyası;  Beynəlxalq  səviyyədə  müdafiə  olunan 
şəxslər,  o  cümlədən  diplomatik  agentlər  əleyhinə  cinayətlərin  qarşısının  alınması  və 
cəzalandırılması haqqında 1973-cü il Konvensiyası; Girov götürülməsi ilə mübarizə haqqında 
1979-cu  il  Beynəlxalq  Konvensiyası;  Nüvə  materialının  fiziki  müdafiəsi  haqqında  1980-cı  il 
Konvensiyası;  şgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza 
növləri  əleyhinə  1984-cü  il  Konvensiyası;  Hava  gəmilərinin  qeyri-qanuni  ələ  keçirilməsi  ilə 
mübarizə  haqqında  1970-ci  il  Haaqa  Konvensiyası;  Mülki  aviasiyanın  təhlükəsizliyi  əleyhinə 
yönəlmiş  qeyri-qanuni  aktlarla  mübarizə  haqqında  1971-ci  il  Monreal  Konvensiyası 
və  bu 
Konvensiyaya müəyyən əlavələr etmiş Beynəlxalq mülki aviasiyaya xidmət edən aeroportlarda 
qeyri-qanuni zorakılıq aktları ilə  mübarizə haqqında 1988-ci il Protokolu; Dəniz gəmiçiliyinin 
təhlükəsizliyi  əleyhinə  yönəlmiş  qeyri-qanuni  aktlarla  mübarizə  haqqında  1988-ci  il 
Konvensiyası 
və  həmin  Konvensiyaya  əlavələr  etmiş  Kontinental  şelf  üzərində  yerləşə
stasionar  platformaların  təhlükəsizliyi  əleyhinə  yönəlmiş  qeyri-qanuni  aktlarla  mübarizə 
haqqında  1988-ci  il  Protokolu;  Narkotik  vasitələr  haqqında  1961-ci  il  Vahid  Konvensiyası; 
Psixotrop  maddələr  haqqında  1971-ci  il  Konvensiyası;  Narkotik  vasitələrin  və  psixotrop 
maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə haqqında 1988-ci il BMT Konvensiyası; 
Birləşmiş Millətlər Təşkilatı heyətinin təhlükəsizliyi haqqında 1994-cü il  Konvensiyası; 
və s.); 
b) tərkibində beynəlxalq cinayət hüququna aid olan  müddəalar olan müqavilələr (məsələn, 
Ümumdünya Poçt Konvensiyası; Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə 
Konvensiyaları; Dəniz hüququ haqqında 1958-ci il Konvensiyası; Dəniz hüququ üzrə 1982-ci il 
BMT Konvensiyası 
və s.);           
c)  beynəlxalq  tribunalların  və  beynəlxalq  təşkilatların  nizamnamələri  (Nürnberq,  Tokio, 
Yuqoslaviya  və  Ruanda  rtibunallarının  Nizamnamələri;  Beynəlxalq  cinayət  məhkəməsinin 
Nizamnaməsi; Beynəlxalq cinayət polisi təşkilatının ( nterpolun) Nizamnaməsi
);     
ç)  cinayətkarlıqla  mübarizə  sahəsində  əməkdaşlıq  və  ya  hüquqi  yardım  haqqında  ikitərəfli 
müqavilələr. 

Beynəlxalq cinayət hüququ sahəsində beynəlxalq adət normalarının mühüm rolu vardır. Bir 
çox cinayətlərin (genosid, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və s.) “beynəlxalq 
cinayət”  statusu  və  bütün  dövlətlər  tərəfindən  cəzalandırılmalı olması  məhz  hüquqi  adət  kimi 
tanınmışdır.  Nürnberq  beynəlxalq  hərbi  tribunalı,  Yuqoslaviya  tribunalı  öz  hökümlərində 
dəfələrlə beynəlxalq adətlərə bilavasitə istinad etmişlər. 
Köməkçi  hüquq  mənbələri  kimi  beynəlxalq  cinayət  hüququnda  milli  qanunvericilik 
aktlarından, məhkəmə qərarlarından (həmin milli məhkəmələrin, həm də beynəlxalq məhkəmə 
orqanlarının çıxardıqları hökümlərdən), beynəlxalq təşkilatların qətnamələrindən geniş istifadə 
olunur. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin