3. Beynəlxalq cinayət anlayışı. Beynəlxalq cinayət – ayrı-ayrı dövlətlərin hüquqlarını və
qanuni mənafelərini, beynəlxalq səviyyədə tanınmış insan hüquqlarını kobud və ya kütləvi
şə
kildə pozan, hüquqi tərkibi beynəlxalq hüquq normalarında müəyyən olunmuş, beynəlxalq
hüquqa zidd olan əmələ deyilir.
Beynəlxalq hüquq elmində “beynəlxalq cinayət” və “beynəlxalq xaraqterli cinayət”
kateqoriyaları fərqləndirilir. Bütövlükdə beynəlxalq hüquq üçün, beynəlxalq məsuliyyət rejimi
baxımından və habelə siyasi nöqteyi-nəzərdən müəyyən əhəmiyyət daşısa da, fiziki şəxslərin
beynəlxalq məsuliyyətinin nəzərdə tutan beynəlxalq cinayət hüququ çərçivəsində bu
fərqləndirmə prinsipial əhəmiyyət kəsb etmir. Beynəlxalq hüquqa zidd olan, cinayət hesab
olunan və beynəlxalq fərdi cinayət məsuliyyəti doğuran hər bir əməl beynəlxalq cinayətdir
(yuxarıda verdiyimiz beynəlxalq cinayət hüququnun və beynəlxalq cinayətin tərəflərində biz
məsələyə məhz bu cür yanaşmışıq). Belə ki, həm genosid, həm də saxta pul hazırlanması
“beynəlxalq cinayət” kimi ifadə olunmalıdır; doğrudur, milli sinayət hüququnda nəzərdə tutulan
cinayətlər kimi (məsələn, adamöldürmə və tutuq ki, yüngül bədən xəsarəti yetirilməsi) onların
da vurduğu zərər və təhlükəliliyi müxtəlif ola bilər. Lakin bu, göstərilən hər iki cinayətin bir
terminlə ifadə edilməsinə, yəni “beynəlxalq cinayət” adlandırılmasına heç bir maneə törətmir.
Digər tərəfdən, müxtəlif terminlərin işlədilməsi sırf praktik baxımdan və habelə tədris
məqsədləri üçün də məqsədəuyğun deyildir.
Beynəlxalq cinayətləri qəsd obyektinə görə bir neçə qrupa ayırmaq olar:
a) sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər
(təcavüz, genosid, insanlıq əleyhinə
cinayətlər, müharibə cinayıtləri, BMT heyətinə qarşı cinayətlər, aparteid, beynəlxalq terrorizm).
Xüsusilə geniş miqyasda narkotik vasitələrlə qeyri-qanuni alver də bu qrupa aid edilə bilər.
b) insan ləyaqətinə qarşı yönəlmiş cinayətlər
(köləlik, qul ticarəti, pornoqrafiya yayılması,
işgəncə, girov götürülməsi və s.).
c)dövlətlərin iqtisadi və sosial inkişafına zərər yetirən cinayətlər
(saxta pul və qiymətli
kağızların hazırlanması, qaçqınçılıq və s.)
ç) açıq dəniz və kontinental şelf rejiminə qarşı yönəlmiş cinayətlər
(dıniz gəmiçiliyinin
təhlükəsizliyi əleyhinə yönəlmiş qeyri-qanuni aktlar, dənizdə kömək göstərməmək, kontinental
şelf üzərində yerləşən stasionar platformaların təhlükəsizliyi əleyhinə yönəlmiş qeyri-qanuni
aktlar, dənizin zərərli maddələrlə çirkləndirilməsi və s.).
d) hava nəqliyyatının təhlükəsizliyinə qarşı yönəlmiş cinayətlər və s.
Aşağıda bir sıra xüsusilə təhlükəli beynəlxalq cinayətlərin anlayışı və tərkib ünsürləri ətraflı
şərh olunmuşdur.
4. Ayrı-ayrı beynəlxalq cinayətlərin tərkib ünsürləri.
a) təcavüz
Təcavüz ən ağır beynəlxalq cinayət hesab olunur. Təcavüzün beynəlxalq cinayət “statusu” və
beynəlxalq fərdi cinayət məsuliyyəti doğurması, hər şeydən əvvəl, beynəlxalq adət hüququndan
irəli gəlir. Başlıca maddi-hüquqi əsas kimi 1928-ci il Brian-Kelloq Paktını, Nürnberq
Tribunalının Nizamnaməsi və Hökmünü və müəyyən mənada, habelə hüquqi xarakterə malik
olmayan, lakin çox böyük əhəmiyyət daşıyan “Təcavüzün tərifi” haqqında BMT Baş
Assambleyasının 14 dekabr 1974-cü il tarixli qətnaməsini göstərmək olar. Təcavüz haqqında
müvaviq müddəalar, həmçinin Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər Məcəlləsi
Layihəsində (16-cı maddə) öz əksini tapmışdır. Hal-hazırda Beynəlxalq Cinayət Məhkəməsinin
Nizamnaməsinə uyğun olaraq, təcavüz cinayətinin tərifi və ünsürləri xüsusi komissiya
çərçivəsində işlənib hazırlanır və iştirakçı dövlətlər tərəfindən qəbul olunduqdan sonra
Nizamnaməyə daxil ediləcəkdir.
Ümumi beynəlxalq hüquqa görə, dövlət tərəfindən törədilən təcavüzün planlaşdırılmasında,
hazırlanmasında, başlanmasında və ya həyata keçirilməsində rəhbər və yaxud təşkilatçı kimi
fəal iştirak edən və ya bu barədə əmr verən şəxs təcavüz cinayətinə görə məsuliyyət daşıyır.
Qeyd edək ki, təcavüz aktını yalnız müvafiq hakimiyyət səlahiyyətlərinə malik olan şəxslər
törədə bilərlər. Başqa sözlə, bu halda söhbət “rəhbərlərdən” və ya “təşkilatçılardan” getməlidir;
bu terminlər nəinki hökumət üzvlərini, habelə hərbi ierarxiyada, diplomatik korpusda, siyasi
partiyalarda və ya işgüzar dairələrdə yüksək vəzifələr tutan şəxsləri də əhatə edir. Təcavüz
aktının törədilməsində iştirak qəsdən olmalıdır və təcavüzkar plan və ya siyasət çərçivəsində
bütün işin dərk edilməsilə həyata keçirilməlidir.
Fiziki şəxsin təcavüz cinayətinə görə məsuliyyəti təcavüzün dövlət tərəfindən törədilməsi ilə
sıx və üzvi surətdə bağlıdır. Əslində dövlətin törətdiyi təcavüz cinayəti şəxsin (şəxslərin)
cinayət məsuliyyətinin yaranması üçün zəruri şərtdir. Bu həm də o deməkdir ki, dövlətin
təcavüz törətməsi faktı müəyyən olunması, bu və ya digər fiziki şəxs təcavüz cinayətinə görə
məsuliyyətə cəlb oluna bilməz. Digər bir tərəfdən, məlum olduğu kimi, BMT Nizamnaməsinin
39-cu maddəsinə görə, təcavüz aktının müəyyən edilməsi BMT Təhlükəsizlik Şurasının
müstəsna səlahiyyətinə aiddir.
Təcavüz cinayəti özündə bir neçə mərhələni ehtiva edir:
1)
təcavüz aktının törədilməsi haqqında əmr verilməsi;
2)
təcavüzkar müharibənin planlaşdırılması;
3)
təcavüzkar müharibənin hazırlanması;
4)
müharibənin başlanması;
5)
müharibənin aparılması.
Praktikada bu mərhələlər bir-birindən aydın fərqlənmir. Bununla yanaşı, qeyd etmək
lazımdır ki, yalnız bir mərhələdə iştirak cinayət məsuliyyətinin yaranması üçün kifayətdir.
b) genosid
“Genosid” termini ilk dəfə, əslən polyak olan Rafael Lemkin tərəfindən işlədilmişdir.
Genosid cinayətinin beynəlxalq fərdi cinayət məsuliyyəti doğurması ilk dəfə olaraq BMT Baş
Assambleyasının 1946-cı ildə qəbul etdiyi 97 saylı qətnaməsində təsbit olunmuşdur. Bu
cinayətin hüquqi əsasını 1951-ci ildə qüvvəyə minmiş Genosid cinayətinin qarşısının alınması
və cəzalandırılması haqqında Konvensiya
təşkil edir.
Konvensiyanın 2-ci maddəsində genosidin tərifi verilmişdir; bu tərif, demək olar ki,
hamılıqla qəbul edilmiş və bir neçə mühüm büynəlxalq sənəddə (məsələn, Yuqoslaviya və
Ruanda beynəlxalq cinayət tribunallarının Nizamnamələrində (müvafiq olaraq 4-cü və 3-cü
maddələr), Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər məcəlləsinin Layihəsində
(17-ci maddə), Beynəlxalq Cinayət Məcəlləsinin Nizamnaməsində (6-cı maddə) və bəzi
dövlətlərin cinayət qanunvericiliyində olduğu kimi əks olunmuşdur (bax: Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 103 və 104-cü maddələri). Həmin maddədə deyilir:
“Genosid cinayət hər hansı bir milli, etnik, irqi və ya dini qrupu bir qrup kimi tamamılə və ya
qismən məhv etmək niyyətilə törədilən aşağıdakı əməllərdən biridir;
a)
belə bir qrupun üzvlərinin öldürülməsi;
b)
belə bir qrupun üzvlərinə ciddi bədən xəsarəti və ya əqli pozğunluq yetirilməsi;
c)
qəsdən hər hansı belə bir qrup onun tamamilə və ya qismən fiziki məhvinə
yönəlmiş həyat şəraitinin yaradılması;
ç) belə bir qrupun içərisində doğumun qarşısının alınmasına yönəlmiş tədbirlər;
d) zorla uşaqların bir qrupdan başqa bir qrupa verilməsi”.
Gördüyümüz kimi, genosidin anlayışı iki mühüm ünsürdən ibarətdir: 1) zəruri niyyət və 2)
qadağan olunmuş əməl.
Genosid üçün ən əhəmiyyətli ünsür spesifik niyyətin olmasıdır. Bu, genosidi, obyektiv
cəhətinə görə oxşar olan digər beynəlxalq cinayətlərdən, xüsusilə insanlıq əleyhinə
cinayətlərdən və habelə müharibə cinayətlərindən (silahlı münaqişə şəraitində) fərqləndirən
başlıca xüsusiyyətdir. Genosid cinayətinin tövsifedici əlaməti kimi, niyyət özündə bir neçə
mühüm aspekti ehtiva edir:
1) niyyət, təsadüfən bu və ya digər konkret qrupa məxsus olan bir, yaxud bir neçə şəxsin
deyil, qrupun məhv edilməsındən ibarət olmalıdır;
Fərdin şəxsiyyəti, yox məhz müəyyən qrupa
mənsubiyyəti genosidin bilavasitə qruplarını təyin etmək üçün həlledici meyardır.
2) niyyət, qrupun bir qrup kimi, özü-özlüyündə, başqalarından fərqlənən bir ayrıca qrup
kimi məhv edilməsindən ibarət olmalıdır;
Bu baxımından, genosidlə adamöldürmə (homosid)
cinayəti arasında fərq ondadır ki, genosid bütöv insan qruplarının mövcudluq hüququnu
tanımaqdan imtina, adamöldürmə isə ayrı-ayrı insan varlıqlarının yaşamaq hüququnu
tanımaqdan imtina kimi səciyyələnir.
3) niyyət, qrupun “tamamilə və qismən” məhv edilməsindən ibarət olmalıdır;
4) niyyət yuxarıda göstərilən qruplardan birinin, məhz milli, etnik, irqi və ya dini qrupun
məhv edilməsindən ibarət olmalıdır. Göründüyü kimi, digər qruplar, xüsusilə siyasi və ya sosial
qruplar bu siyahıya daxil edilməmişdir. Qeyd etmək yerinə düşərdi ki, bir sıra ölkələrin
(Efiopiya, Sloveniya və b.) cinayət qanunvericiliyində siyasi qruplar da genosid cinayətinin
obyekti kimi nəzərdə tutulmuşdur.
Genosid haqqında Konvensiyanın IV maddəsində göstərilir ki, bu cinayət Konstitusiya
əsasında məhsul olan məhsul şəxs, vəzifəli şəxslər və ya adi şəxslər tərəfindən törədilə bilər.
Genosidin obyektiv cəhətinə aid olan “məhvetmə” anlayışı qrupun fiziki və ya bioloji
vasitələrlə fiziki məhv olunmasını bildirir; burada söhbət qrupun milli, dil, dini, mədəni və ya
digər özünəməxsusluğunun məhv olunmasından getmir. Başqa sözlə, genosid cinayətinin
obyektiv cəhətinə “mədəni genosid” (yəni bu və ya digər qrupun dilini, dinini və mədəniyyətini
məhv etmək məqsədilə qəsdən törədilən istənilən əməl, məsələn, qrupun dilinin gündəlik
həyatda və ya məktəblərdə istifadəsinin və ya bu dildə nəştin qadağan olunması; kitabxanaların,
muzeylərin, məktəblərin tarixi abidələrin, dini sitayiş yerlərinin və digər mədəni obyektlərin
məhv edilməsi və ya istifadəsinin qadağan olunması və s.) aid edilmir.
Xüsusilə vurğulanmalıdır ki, genosid cinayətinə görə məhsuliyyətin ortaya çıxması üçün
müəyyən qrupun məhv edilməsindən ibarət son nəticənin əldə olunması tələb olunmur.
Kifayətdir ki, yuxarıda haqqənda bəhs etdiyimiz hər hansı əməldən biri müəyyən qrupun özü-
özlüyündə tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilsin.
c) insanlıq əleyhinə cinayətlər
Genosiddən və ya müharibə cinayətlərindən fərqli olaraq, insanlıq əleyhinə cinayətlərin
universal müqavilə əsası yoxdur və onlar, əsas etibarilə, beynəlxalq adət hüququna və ya
büynəlxalq tribunalların nizamnamə və hökümlərinə söykənir. lk dəfə olaraq insanlıq əleyhinə
cinayətlər Nürünberq Tribunalının Nızamnaməsinin 6-cı maddəsində aşağıdakı kimi təsbit
olunmuşdur: “ stənilən mülki əhaliyə qarşı müharibədən qabaq və ya müharibə dövtündə,
Tribunalın yurisdiksiyasında olan hər hansı cinayətlə bağlı törədilən adamöldürmə, kütləvi
qırğın, kölə vəziyyətinə salma, deportasiya və digər qeyri-insani aktlar və yaxud... siyasi, irqi və
ya dini əsasda təqiblər”.
Beynəlxalq praktikanın və beynəlxalq hüquq elminin sonrakı inkişaf nəticəsində insanlıq
əleyhinə cinayıtlərin tərkibi bir qədər genişlənmişdir. nsanlıq əleyhinə cinayıtlərin anlayışı
mövcud beynəlxalq hüquq normalarına görə müəyyən etmək üçün mötəbər beynəlxalq sənəd
olan Beynəlxalq Cinayət Məhkəməsinin Nızamnaməsinə müraciət etmək olar.
Nızamnamənin 6-ci maddəsində deyilir: “ nsanlıq əleyhinə cinayıt hər hansı mülki əhaliyə
qarşı sistematik və ya geniş miqyaslı hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş
əməllərdən hər hansı biri deməkdir:
a)
adamöldürmə;
b)
kütləvi qırğın;
c)
kölə vəziyyətinə salma;
ç) deportasiya və ya əhalinin məcburi köçürülməsi;
d)
beynəlxalq hüququn əsas normalarına zidd olaraq azadlıqdan məhrum etmə;
e)
işgəncə;
ə) zorlama, fahişəliyə məcbur etmə və digər cinsi zorakılıq;
f) siyasi, irqi, dini və ya etnik motivlər üzrə təqib etmə;
g) adamların zorakılıqla yoxa çıxarılması;
ğ) apariteid cinayətləri;
h) fiziki və ya pisixi toxunulmazlığa, səhhətə və ya insan ləyaqətinə ciddi zərər
yetirən digər qeyri-insani əməllər.
Gördüyümüz kimi, insanlıq əleyhinə cinayətlərin obyektiv cəhəti olduqca genişdir və buraya
müxtəlif xaraqterli əməllər daxildir.
Diqqətəlayiq haldır ki, Azərbaycanın Cinayət Məcəlləsində (105 – 113-cü maddələr) sözü
gedən cinayətlər, Beynəlxalq Cinayət Məhkəməsinin Nızamnaməsində olduğu kimi öz əksini
tapmışdır.
Nürünberq Tribunalının Nızamnaməsindən fərqli olaraq, insanlıq əleyhinə cinayətlərin
müasir tərəfi belə bir şərti nəzərdə tutmur ki, əməl müharibə zamanı və ya sülh əleyhinə
cinayətlərlə, yaxud müharibə cinayətləri ilə bağlı törədilməlidir. Qüvvədə olan beynəlxalq
hüquqda insanlıq əleyhinə cinayətlərin “avtonom” statusu qəbul olunmuşdur.
ç) müharibə cinaytləri
“Müharibə cinayətləri” termini ümumi anlayış olub, silahlı münaqişə zamanı tətbiq
olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntularını
bildirir. Bəzən belə hesab edirlər ki, müharibə cinayətlərinə yalnız Müharibə qurbanlarının
müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarında təsbit olunmuş əməllər aiddir (Cenevrə
Konvensiyalarında bu əməllər “ağır pozuntular” (“grave breaches”) adlandırılmışdır). Əlbəttə,
bu, yalnış fikirdir, belə ki, həmin əməllər müharibə cinayətlərinin yalız bir hissəsini və özü də
ən təhlükəli və ciddi əməlləri əhatə edir. Beynəlxalq normativ və presedent təcrübəsində də
vahid termindən istifadə olunmur. Məsələn, Nürünberq Tribunalı Nızamnaməsinin 6-ci
maddəsində “müharibə qanun və ya adətlərin pozuntuları” ifadəsi işlədilmişdi. Bu pozuntulara
aşağıdakılar daxil edilmiş edilmişdi: “işğal olunmuş ərazinin mülki əhalisinin öldürülməsi, əzab
verilməsi, köləlik və ya digər məqsədlər üçün aparılması; hərbi əsirlərin və yaxud dənizdə olan
şəxslərin öldürülməsi və ya onlara əzab verilməsi; girovların öldürülməsi; ictimai və ya xüsusi
mülkiyyətin qarət edilməsi; şəhər və kəndlərin mənasız dağıdılması; hərbi zərurətdən
doğmayan talançılıq və digər cinayətlər”.
Beləliklə, müharibə cinayətlərinə aşağıdakı əmələr aiddir:
1)
beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı
əməllərdən hər hansı biri: a) qəsdən adamöldürmə; b) işgəncə və ya qeyri-insani rəftar, o
cümlədən bioloji eksperimentlər; c) ağır əzab-əziyyət və ya ciddi xəsarət yetirilməsi; ç) hərbi
zərurətlə bəraət qazandırılmayan və qeyri-qanuni və böyük miqyasda törədilən dağıntılar və
əmlakın ələ keçirilməsi; d) hərbi əsirin və ya mülki şəxsin düşmən dövlətin silahlı qüvvələrində
qulluq etməyə məcbur edilməsi; e) hərbi əsirin və ya mülki şəxsin qərəzsiz və normal məhkəmə
araşdırmasına olan hüququndan qəsdən məhrum edilməsi; ə) girov götürülməsi.
2) beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və ölümlə nəticələnən və
yaxud səhhətə ciddi zərər yetirən aşağıdakı əməllərdən hər hansı biri: a) mülki əhalinin və ya
ayrı-ayrı mülki şəxslərin hücum obyekti edilməsi; b) şəxsin kombatant olmadığını və ya artıq
sıradan çıxdığını (“hors de combat”) bilərək, onun hücum obyekti edilməsi; c) qırmızı xaç,
qırmızı aypara və ya qırmızı şir və günəş və ya xud digər tanınmış fərqləndirmə
emblemlərindən sui-istifadə edilməsi.
3) beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər
hansı biri: a) işğal edən dövlət tərəfindən öz əhalisinin bir hissəsinin işğal etdiyi əraziyə
köçürülməsi; b) hərbi əsirin və ya mülki şəxslərin geri qaytarılmasının (repatrasiyasının) əsas
olmadan yubandırılması;
4) beynəlxalq humanitar hüququn pozulması ilə şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən
insan ləyaqətinin alçaldan rəftar, zorlama və məcburi fahişəlik;
5) müharibə qanun adətlərinin pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri:
a) zəhərli silahların və yz lüzumsuz əzab-əziyyət törətmək üçün nəzərdə tutulmuş digər
silahların tətbiq edilməsi; b) şəhər, qəsəbə və ya kəndlərin mənasız dağıdılması və yaxud hərbi
zərurətlə əsaslandırılmayan soyğunçuluq; c) müdafiə olunmayan şəhərlərin, kəndlərin, binaların
və ya yaşayış evlərinin və yaxud hərbisizləşdirilmiş zonaların istənilən vasitələrlə bombardman
edilməsi; ç) dini, təhsil, incəsənət və elm idarələrinin, tarixi abidələrin və incəsənət və elm
əsərlərinin qəsd edilməsi, dağıdılması və ya onlara qəsdən ziyan vurulması; d) ictimai və ya
xüsusi əmlakın talan edilməsi;
6) beynəlxalq xaraqter daşımayan silahlı münaqişə zamanı tətbiq olunun beynəlxalq
humanitar hüququn pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: a) adamların
həyatına, səhhətinə və fiziki və ya psixi durumuna qarşı zorakı hərəkətlər, o cümlədən qəsdən
adamöldürmə və habelə işgəncə, şikəstetmə kimi qəddar rəftar və yaxud bədən cəzasının
istənilən forması; b) kollektiv cəzəlandırma; c) girov götürülməsi; ç) terror aktları; d) şəxsi
ləyaqətin təhqir edilmsi, o cümlədən insan ləyaqətini alçaldan rəftar, zorlama və məcburi
fahişəlik; e) hərbi soyğunçuluq; ə) məhkəmə tərəfindən bundan qabaq elan olunmuş qərar
olmadan hökm çıxarılması və hökmün icrası; f) silahlı münaqişə zamanı, ətraf təbii mühitə
genişmiqyaslı, uzunmüddətli və ağır ziyan vurulması niyyəti ilə hərbi zərurətlə
əsaslandırılmayan müharibə üsul və vasitələrinin tətbiq edilməsi.
Yuxarıda sadalanmış pozuntulardan hər biri özü-özlüyündə konkret cinayət əməlidir və
beynəlxalq cinayət məsuliyyəti doğurur.
d) BMT heyətinə qarşı cinayətlər
1994-cü ildə qəbul olunmuş Birləşmiş Millətlər Təşkilatı heyətinin təhlükəsizliyi haqqında
Konvensiyaya
görə, “BMT orqanları və ya ixtisaslaşdırılmış təşkilatları tərəfindən ezam
olunmuş və BMT əməliyyatının keçirildiyi ərazidə rəsmi sifətdə fəaliyyət göstərən hərbi, polis
və ya mülki heyət əleyhinə, BMT mandatının həyata keçirilməsinə mane olmaq məqsədilə,
qəsdən və ya sistematik və ya geniş miqyasda törədilən zorakı cinayətlər” (yəni adamöldürmə,
bədən xəsarəti yetirilməsi və s.) sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yeni cinayət tərkibi
elan olunmuşdur (bax, habelə: Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər Məcəlləsi
Layihəsinin 19-cu maddəsi).
5. Fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti. Anlayışı və normativ məzmunu. Fiziki
şəxslərin beynəlxalq cinayət məsuliyyəti prinsipi müasir beynəlxalq hüququn hamılıqla qəbul
edilmiş normalarından biridir. Ümumi beynəlxalq adət hüququnda, universal konvensiyalarda
və beynəlxalq məhkəmə qərarlarında öz əksini tapmış bu prinsipin məzmunu ondan ibarətdir ki,
hər hansı beynəlxalq cinayəti törətmiş və yaxud törədilməsində bu və ya digər şəkildə iştirak
etmiş fiziki şəxs, cəmiyyətdə və dövlət aparatında tutduğu mövqeyindən asılı olmayaraq, həmin
cinayət əməlinə görə məsuluyyət daşıyır.
Beynəlxalq cinayətlərə görə fiziki şəxslrin cinayət məsuliyyəti birbaşa beynəlxalq hüquqla
müəyyən olunur. Beynəlxalq fərdi cinayət məsuliyyəti, bu və ya digər əməlin milli
qanunvericilikdə kriminallaşdırmaması faktından asılı olmayaraq yaranır.
Beynəlxalq cinayətlərə görə dövlətin beynəlxalq məsuliyyəti və təqsirkar fiziki şəxslərin
beynəlxalq cinayət məsuliyyəti arasında qarşılıqlı əlaqə belə bir ümumi prinsipə əsaslanır ki,
fiziki şəxslərin məsuliytə cəlb olunması və cəzalandırılması həmin dövlətin beynəlxalq hüquq
əsasında daşımalı olduğu məsuliyyətini istisna etmir.
Beynəlxalq cinayət məsuliyyəti doğuran davranış növləri. Beynəlxalq cinayət məsuliyyəti
təkcə hər hansı bir beynəlxalq cinayətin fiziki şəxs tərəfindən bilavasitə törədilməsinə görə
ortaya çıxmır. Şəxs, beynəlxalq cinayətin bu və ya digər şəkildə iştirak etdiyinə görə və yaxud
beynəlxalq cinayətin törədilməsinə cəhd göstərdiyinə görə də məsuliyyətə cəlb oluna bilər.
Bundan asılı olaraq, fərdi cinayət məsuliyyəti doğuran beynəlxalq hüquqa zidd davranışın
aşağıdakı növlərinin göstərmək olar: a) beynəlxalq cinayətin qəsdən törədilməsi; b) beynəlxalq
cinayətin törədilməsinə əmr verilməsi; c) beynəlxalq cinayətin törədilməsinin qarşısını almaq
üçün vəzifəli şəxsin öz səlahiyyətləri daxilində zəruri tdbirlər görməməsi; ç) beynəlxalq
cinayətin törədilməsinə birbaşa və əsaslı surətdə bilərəkdən köməklik göstərilməsi və ya başqa
cür vasitəçilik edilməsi; d) beynəlxalq cinayətin planlaşdırılmasında və ya birgə
razılaşdırılmasında birbaşa iştirak edilməsi; e) beynəlxalq cinayətin törədilməsinə başqa şəxsin
(və ya şəxslərin) birbaşa və açıq surətdə təhrik edilməsi; ə) beynəlxalq cinayətin törədilməsinə
cəhd edilməsi (beynəlxalq cinayətə sui-qəsd).
Fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti doğuran əməlləri həm hərəkət, həm
də hərəkətsizliklə ifadə oluna bilər. Cinayətkar hərəkətsizliyə beynəlxalq hüquqda az rast
gəlinir və buna başlıca misal kimi hərbi komandirin və ya yuxarı vəzifəli mülki şəxsin,
tabeçiliyində olan adamlar tərəfindən beynəlxalq cinayətin törədilməsinə yol verməsini
göstərmək olar. Yuxarı vəzifəli şəxsin beynəlxalq cinayət məsuliyyəti haqqında müasir
beynəlxalq hüquq normasının məzmunu belədir: “Beynəlxalq cinayətin öz tabeçiliyində olan
şəxs tərəfindən törədilməsi faktı yuxarı vəzifəli şəxsi cinayət məsuliyyətindən o halda azad
etmir ki, əgər, o, tabeçiliyində olan şəxsin belə bir cinayət törətdiyini və ya törətməyə
hazırlaşdığını həmin şəraitdə bilirdi və ya bilməyə əsası vardı və o, həmin cinayətin qarşısını
almaq üçün öz səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirləri görməmişdi”.
Beynəlxalq hüquqda belə bir noma hamılıqla qəbul edilmişdir ki, beynəlxalq cinayət
törətməkdə ittiham olunan fiziki şəxsin hökumətin göstərişinə və ya yuxarı vəzifəli
şəxsinəmrinə əsasən hərəkət etməsi onu cinayət məsuliyyətindən azad etmir, lakin ədalət
mühakiməsinin maraqları nəzərə alınmaqla, cəzanı yüngülləşdirən hal kimi nəzərdən keçirilə
bilər.
Müasir beynəlxalq hüquq “dövlət aktı doktrinası”nı qəti surətdə rədd edir. Bu doktrinaya
görə, dövlət orqanları tərəfindən əməllər yalnız dövlətə aid edilir və bu, həmin əməllərin
icraçılarının fərdi təqsirini istisna edir. Şəxsi cinayət məsuliyyəti hazırda ümumi beynəlxalq
hüquq norması kimi qəbul edilə bilər.
Beynəlxalq cinayət məsuliyyətinin əsas prinsipləri. Fiziki şəxslərin beynəlxalq cinayət
məsuliyyəti bir sıra mühüm prinsiplərə söykənir.
1) Həmin milli hüquq sistemində, həm də beynəlxalq hüquqda cinayət məsuliyyətinin
başlıca prinsiplərindən biri ondan ibarətdir ki, əməlin cinayət olması və cəzalandırılması həmin
əməlin törədildiyi vaxt qüvvədə olan qanunla müəyyən olunur: cinayət qanununun retroaktiv
tətbiqinin yolverilməzliyi nullum crimen nulla poena sine lege prinsipində öz əksinin tapmışdır.
Beynəlxalq hüquqda bu prinsip bir sıra mühüm xüsusiyyətlərə malikdir. Birincisi, bu və ya
digər əməlin beynəlxalq cinayət kimi kriminallaşdırılması heç də mütləq beynəlxalq
konvensiya ilə həyata keçirilmir. Bəzi beynəlxalq cinayətlər yazılmayan mənbələrə -
beynəlxalq-hüquqi adət normalarına və ya hüququn ümumi prinsiplərinə söykənir. kincisi,
kütləvi və xüsusi təhlükəli hər hansı bir əməlin cinayət xaraqteri beynəlxalq hüquqla əgər
müəyyən olunmuşsa, cinayətin obyektiv cəhətinin sonradan dəqiqləşdirilməsi mümkün haldır.
Üçüncüsü, yuxarıda göstərildiyi kimi, beynəlxalq hüquq normaları, bir qayda olaraq, bu və ya
digər əməlin cinayət xaraqterini müəyyən edir, lakin konkret sanksiyalar haqqında məsələni
açıq qoyur. Bu hal ona əsas verir ki, konkret cəza tədbiri ya milli məhkəmələr, ya da beynəlxalq
tribunal tərəfindən müvafiq əməllər törədildikdən sonra müəyyən olunsun.
2) Bütün öhdəliklərin cinayət qanunvericiliyinə habelə bir prinsip məlumdur ki, cinayətin
törədildiyi andan müəyyən müddət keçdiyi təqdirdə həmin əməli törətmiş şəxs cinayət
məsuliyyətinə cəlb oluna bilməz. Bunun əksinə olaraq, müasir ümumi beynəlxalq hüquqda belə
bir norma mövcuddur ki, beynəlxalq cinayətlərə onların törətdiyi vaxtdan asılı olmayaraq heç
bir müddət tətbiq olunmur.
kinci dünya müharibəsindən sonra bir çox dövlətlər tərəfindən
beynəlxalq-hüquqi adət kimi tətbiq olunmuş bu norma müqavilə qaydasında Müharibə
cinayətlərinə və insanlıq əleyhinə cinayətlərə məsuliyyətə cəlb etmə müddətinin tətbiq olunması
haqında 1968-ci il Konvensiyasında
təsbit olunmuşdur. Konvensiyanın 1-ci maddəsində birbaşa
müəyyən olunmuşdur ki, “heç bir müddət” bu cinayətlərə tətbiq olunmur. Konvensiyanın
iştirakçısı olan dövlətlərin üzərlərinə götürdükləri başlıca öhdəlik ondan ibarətdir ki, “qanunla
və ya digər yolla müəyyən edilmiş məsuliyyətinə cəlbetmə müddətinin... Konvensiyada
göstərilmiş cinayətlərə görə məsuliyyətinə cəlb etməklə və cəzalandırmaqla bağlı tətbiq
olunmamasını təmin etmək üçün zəruri qanunvericilik və ya digər tədbirləri görsünlər”
(Konvensiyanın 4-cü maddəsi). Azərbaycan Respublikası bu mühüm müqavilənin iştirakçısıdır:
Konvensiyaya qoşulmaq haqqında aktı parlament 31 may 1996-cı il tarixdə qəbul etmişdir.
3) Ümumtanınmış norma tələb edir ki, hər hansı bir cinayət əməlini törətmiş şəxs yalnız bir
dəfə cəzalandırıla bilər. Bu, non bis inidem prinsipidir. Belə bir sual ortaya çıxır: bir dövlətin
məhkəməsi tərəfindən məhkum edilmiş şəxs sonralar eyni əmələ görə beynəlxalq məhkəmə
tərəfindən cəzalandərəla bilərmi? Beynəlxalq hüquq bu suala müsbət cavab verir; müasir
beynəlxalq hüquqda, göstərilən prinsipdən iki istisna mövcuddur. Belə ki, hər hansı
beynəlxalqcinayətə görə milli məhkəmə tərəfindən məhkum olunmuş şəxsin işinə beynəlxalq
tribunal sonralar o halda baxa bilər ki, 1) onun törətdiyi əməl adi cinayət kimi tövsif edilmişdir
və ya 2) milli məhkəmə prosesi qərəzsiz və müstəqil olmamış, müttəhimi beynəlxalq cinayət
məsuliyyətindən qorumaq məqsədi daşımış və yaxud işin istintaqı lazımi səylə aparılmamışdır
(Yuqoslaviya tribunalı Nizamnaməsinin 10-cu maddəsi və Beynəlxalq cinayət məhkəməsi
Nizamnaməsinin 20-ci maddəsi). Gördüyünüz kimi, istisnalar non in idem prinsipinə mahiyyət
etibarilə xələl gətirmir və beynəlxalq cinayət məsuliyyətinin səmərəli həyata keçirilməsinə
xidmət edir. Əgər doğrudan da milli məhkəmə, məsələn, genosid əməlini adamöldürmə kimi
tövsif edibsə və ya bu cinayəti törətmiş öz vətəndaşını beynəlxalq məsuliyyətindən gizlətməyə
çalışıbsa, onda beynəlxalq tribunalın işi öz icraatına götürməsi beynəlxalq ədalət
mühakiməsinin mahiyyəti və təyinatı baxımından məntiqi görünür və əslində təqsirli şəxsin
ikinci dəfə cəzalandırılması demək deyildir.
4) Beynəlxalq fərdin cinayət məsuliyyəti rejimin əsasında universal yurisdiksiya prinsipi
dayanır. Bu prinsipin əsas məzmunu ondan ibarətdir ki, sülh və bəşəriyyətin təhlükəsizliyi
əleyhinə, yəni bütün dünya birliyinin mənafeyinə toxunan ağır beynəlxalq cinayətlər törətmiş
şəxslər dünyanın istənilən dövləti tərəfindən məsuliyyətə cəlb oluna və məhkum oluna bilərlər.
Universal yurisdiksiya prinsipi öz ifadsini həm də ondə tapır ki, beynəlxalq cinayətlərdə
təqsirli olan şəxslər siyasi sığınacaq və ya qaçqın statusu almağa iddia edə bilməzlər. 1967-ci il
dekabrın 14-də qəbul edilmiş Ərazi sığınacağı haqqında Bəyannamənin 1-ci maddəsinin 2-ci
bəndində deyilir: “Barəsində sülh əleyhinə cinayət və yaxud insnlıq əleyhinə cinayət törətdiyi
haqda ciddi əsasların mövcud olduğu şəxs sığınacaq axtarmaq və sığınacaqdan istifadə etmək
hüququna istinad edə bilməz”. Analoji müddəa Qaçqınların statusu haqqında 1951-ci il
Konvensiyasında
təsbit olunmuşdur: 1-ci maddənin “e” bəndinin a) yarımbəndinə görə, həmin
konvensiyanın müddəaları yuxarıda göstərilən cinayəti törətmiş şəxslərə şamil edilmir.
Universal yurisdiksiya prinsipi ilə üzvi surətdə bağlı olan, hamılıqla tanınmış və bir çox
beynəlxalq sazişlərdə təsbit olunmuş aut dedere aut yudikare prinsipinə əsasən, istənilən dövlət
müəyyən beynəlxalq cinayət əməli törətməkdə, şübhəli sayılan və onun ərazisində yerləşən
fiziki şəxslə bağlı aşağıdakı suveren hüquqa və vəzifəyə malikdir: həmin şəxsi ya müvafiq
dövlətə vermək, ya da özü məsuliyyətə cəlb etmək və cəzalandırmaq. Beynəlxalq cinayət
törətmiş şəxsi cinayət hüququ qaydasında təqib etmək və ya müvafiq dövlətə vermək həmin
şəxsin tutulub saxlandığı dövlətin üzərinə qoyulur. “Saxlayan dövlət” (“the custodial state”)
bütün tədbirləri görməlidir ki, şəxs ya həmin dövlətin öz müvafiq orqanları tərəfindən, ya da işi
araşdırmağa hazır olduğunu bildirən və ekstradisiya xahişi ilə müraciət edən digər dövlətin
orqanları tərəfindən mühakimə olunsun.
Bundan əlavə, beynəlxalq fərdi cinayət məsuliyyəti sahəsində məlum prosessual prinsiplər
də mövcuddur: qanunçuluq, ədalət, məsuliyyətin fərdiliyi, məsuliyyətin labüdlüyü və s.
Dostları ilə paylaş: |